Hörmətli Adnan Oktarın 1 may 2011 tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar izahları.
ADNAN OKTAR: “Firon xalqının yanına (get)!.” Yəni o dövrün dəccalının qövmünə get. “Onlar qorxmurlar?”–deyir Allah Təala. “(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr. (Belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz.” Ürəyi sıxılır, ehtimal olunur ki, təzyiqi olur. Hz. Musa (ə.s)-ın ürəyi tez-tez döyünür, ehtimal ki, təzyiqi də yüksəlir, ona görə “ürəyim sıxılır” deyir. “Dilim də söz tutmaz”-deyir, insan həddindən artıq həyəcanlananda danışığı (dili) tutulur, çox həyəcanlananda danışmaq qabiliyyətini insan itirə bilər. Bu xüsusiyyət hz. Mehdi (ə.s)-da var. “Buna görə Haruna da (vəhy) göndər.” “Onu da yanımda göndər”-deyir Allaha. Çünki dili tutulduğunda, həyəcandan danışa bilmədiyində onu yönləndirəcək, yəni onun danışmağını təmin edəcək. Çünki dili tutulub danışa bilmədiyində danışacaq kimsə qalmır. Amma yanında biri olsa, dili tutulduğunda, o adam danışmağa davam edər, inşaAllah. “Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram.” Qorxusunun səbəblərindən birini deyir. (Allah) dedi: “Xeyr! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.“” “Mən həmişə yanınızdayam onsuz da”-deyir Allah, “Mən yaradıram və bütün danışıqları onsuz da eşidirəm”-deyir Allah. “(Gecikmədən) Fironun yanına gedib deyin:” deməli, Cübbəli kimi belə laqeyd yanaşmaq olmaz, 700 il irəliyə atmaq olmaz. Nə deyir Allah Təala? “Gecikmədən”-yəni “dərhal, bu saatlarda, dərhal bu dəqiqələrdə, sürətlə gedin” –deyir Allah. “Fironun yanına gedin.” Yəni “Dəccala gedin.” “Deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik! İsrail oğullarını bizimlə birgə burax!”” Yəni “biz müsəlmanları qurtarmaq istəyirik, müsəlmanları burax” deyirlər.