Hörmətli Adnan Oktarın 13 mart 2013-ci il tarixli söhbətindən Nəhl surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Nəhl surəsi, 127-ci ayə: “Onlardan ötrü kədərlənmə və qurduqları hiylələrə görə ürəyini sıxma”-deyir Allah. Bu ayədə, hz. Mehdi (ə.s)-a, hz. İsa Məsih (ə.s)-a aid bir işarə vardır. “Onlardan ötrü kədərlənmə” deyir, yəni sözlərindən, danışdıqlarından ötrü hüznə qapılma, “ və qurduqları hiylələlərə görə ürəyini sıxma, çətinliyə düşmə.” Çətinliyi, sıxılmağı haram qılmış Allah təala, kədərlənməyi də haram qılmış, qadağan etmişdir. “Səbir et! Sənin səbrin ancaq Allahdandır.” “Öz-özünə dözə bilməzsən” -deyir Allah Təala. Allah, sənə səbir etdirir. Qədərində, Allah yaradırsa səbir edirsən, yoxsa dözə bilməzsən. “Onlardan ötrü kədərlənmə.” Kədərlənməyi qadağan etmişdir Allah. Dəccal orduları hücum edir deyə, xurafatçı orduları hücum edir deyə müsəlman hüznə qapılmamalıdır, “və qurduqları hiylələlərə görə ürəyini sıxma, çətinliyə düşmə.“ Hiylə qurarkən, o tələnin qurulmasını Allah təmin edir, Allah yaradır. Necə? Hikmətlə. Çünki qurduqları hiylələr, mehdiyyət üçün lazımdır. Hz. Mehdi (ə.s)-ın qidasıdır, hiyləli tələ. Hiyləli tələnin üstündə inkişaf edir hz. Mehdi (ə.s). Dəccalın üstünə basaraq (tapdalayaraq,məhv edərək) yüksəlir. Fironun üstünə basaraq yüksələr mehdiyyət. Nərdivan kimidir onlar, hər gələndə mehdiyyət bir az daha yüksələr.