Hörmətli Adnan Oktarın 29 dekabr 2010-ci il tarixli reportajından Taha surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Taha surəsi. Şeytandan Allaha sığınıram. 114-cü ayə. “Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!” de”. Müsəlmanlar da elmlərinin artması üçün Allaha dua etməlidirlər. “Ey Rəbbim, elmimi artır!” deməlidirlər. Biz də Allaha: “Ey Rəbbim, elmimi artır!” deyirik. “Quranı oxumağa tələsmə”, deməli, Quranı düşünərək, təfəkkür edərək, yavaş-yavaş, başa düşə-düşə oxumaq lazımdır. “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdini unutdu və Biz onda əzm görmədik”. Allah Adəm (ə.s)-da olan iki şeyə diqqət çəkir. Birinci verdiyi əhdi unutmasına, ikinci də əzmkar olmamasına. Allah: “Əzm görmədik” deyir.
Müsəlmanın yaddaşı çox güclü olmalıdır, o çox diqqətcil, eləcə də, əzmkar olmalıdır. Dini yaymaq, İslam Birliyi, Türk-İslam Birliyi, Allahı sevmək, Allah qorxusu, Qurana xidmət etmək kimi mövzularda əzmkar olmalıdır, diqqəti heç bir şəkildə dağılmamalıdır, inşaAllah. “Bir zaman mələklərə: “Adəmə səcdə edin!” demişdik. İblisdən başqa hamısı səcdə etmişdi. O, isə səcdədən imtina etmişdi”. Mən səcdə etmərəm deyir. Allah ona Adəm (ə.s)-a səcdə etməyi əmr edir, o isə bunu xoşlamır. Hz. Adəm (ə.s)-ın qarşısında əyilməyi, səcdəyə qapanmağı, xoşlamır, qəbul etmir. Şeytandan Allaha sığınıram. “Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir””. Allah diqqət çəkir; “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir”, bunun xüsusiyyəti budur deyir. Sənə və yoldaşına, insanlara düşməndir, deyir.
“O sizi əsla Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan” deyir. Cənnətdə xoşbəxtlik var, Cənnətdən çıxar, bədbəxt olarsan deyir, Allah: “Əsla” deyir, diqqətini çəkir. “Həqiqətən, sənin acmamağın və çılpaq qalmamağın orada, yəni Cənnətdə qalmağından asılıdır”. Baxın: “Həqiqətən, sənin acmamağın”, cənnətdə acmaq hissi yoxdur. “Və çılpaq qalmamağın, orada, yəni Cənnətdə qalmağından asılıdır”. Allah cənnətdə daim onun əynində bir paltar yaradır. Bütün paltarları yaradan Allahdır. Məsələn, Allah Quranda: “Zirehli geyimlər düzəltdi” deyir. Çünki, biz beynimizin içində Allahın yaratdığı paltarı görürük, çöldəki paltarı görə bilmərik. Çöldəki paltarın nə rəngi, nə də elə örtücü xüsusiyyəti vardır, çünki, çöldəki maddə şəffafdır, zülmət qaranlıq hakimdir. Örtücü xüsusiyyətdə olmasını, Allah bizim beynimizdə yaradır.
“Həqiqətən, sənin acmamağın və çılpaq qalmamağın orada, yəni Cənnətdə qalmağından asılıdır”. Allah: “Ancaq mənə itaət etdiyin, mənə bağlı qaldığın təqdirdə Cənnətdə qala bilərsən” deyir. “Sən burada nə susayacaq”, yəni cənnətdə susamaq hissi yoxdur, acmaq hissi yoxdur, çılpaq qalmaq da yoxdur. “Nə də bürküdən əziyyət çəkəcəksən!”, belə ki, cənnətdə nə həddindən artıq soyuq, nə də həddindən artıq isti hava vardır. Cənnətin iqlimi mülayim və gözəldir. “Şeytan ona vəsvəsə verib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?””, hz. Adəm (ə.s) Allahın sözünə etimad etməli olduğu halda, şeytanın sözünə etimad edir, vəsvəsəyə qapılır. Baxın: “Şeytan ona vəsvəsə verib dedi:
“Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”. Onsuz da əbədiyyən cənnətdə qalacaqdı. Normalda əbədiyyən qalacaqdı, amma şeytan ona: “Əbədiyyən qalmayacaqsan. Mən sənə bir yol, üsul göstərəcəyəm. Bunu etdiyi təqdirdə əbədiyyən qalacaqsan, amma mənim sözümü eşitməlisən” deyir. Halbuki, Allah onsuz da: “Əbədiyyən qalacaqsan” söyləmişdir. Allahın sözünə inanması lazım olduğu halda, şeytanın sözünə inanır. “Və tükənməyəcək bir mülkü göstərimmi?”, belə ki, o: “Bu mülkün hamısı yox olacaq, amma yox olmamasını istəyirsənsə sənə buyurduqlarımı et” deyir. Baxın Allah, iman zəifliyi olduğu təqdirdə, insanın cənnətdə belə nə hala gələcəyini burada göstərir. Çünki, biz cənnətə getdiyimizdə imanlı gedəcəyik və imanlı olduğumuz üçün cənnətdə rahat olacağıq.
İmansız bir adam cənnətdə yenə vəsvəsəyə qapıla bilər, yenə narahat olar. Məsələn, bir kafir cənnətdə olsa çox narahat olar, çünki, yenə Allahın varlığından şübhələnər. Biz Allahı, Allahın özünü tanıdığı kimi heç vaxt tanımayacağıq. Bir insanın Allahı, Allahın özünü tanıdığı kimi, tanıması üçün (haşa) onun Allah olması lazımdır. Belə bir şeydə olmayacağı üçün, daim Allaha iman edəcəyik, inşaAllah. “Beləcə hər ikisi”, yəni Adəm və Həvva “ondan yedilər və ayıb yerləri özlərinə göründü”. Şeytan onlara: “Əgər bu meyvəni yesəniz, həm əbədiyyən yaşayacaqsınız, həm də mülkünüz heç vaxt yox olmayacaq” deyir. Allahın sözünə inanmayıb şeytanın sözünə inandıqları üçün onu yeyib, elə bir şey əldə etmək istəyirlər. Allahın onlardan o həqiqəti gizlətdiyini zənn edirlər, onu şeytanın bildiyini zənn edirlər.
“Ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar”. Dərhal o açılan yerlərini örtməyə çalışırlar. “Beləliklə, Adəm Rəbbinə asi olub, çaşbaş qaldı”. Allah öz gücünü göstərir. Bir zaman yox olmayacaq mülkdən bəhs etdiyi halda, əlindəkiləri də itirir, əynindəki paltarlar da yox olur, inşaAllah. “Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi”. Əlbəttə ki, hz. Adəm (ə.s) çox peşman olur. “Onu doğru yola yönəltdi” deyir. Buna görə də Allah imanlı olmağın əhəmiyyətini bizə göstərir. Çünki, möminlər cənnətə Allahdan razılıq qazanmış və ondan razı olmuş halda, təhqiqi imanla gedirlər. Mömin Cənnətdə də sonsuzadək Allaha iman edir, Allahın varlığından heç bir şübhə duymur.
Daim Allahı sevir, daim Ona bağlı olur. Allah burada təhqiqi imanın əhəmiyyətini göstərmiş olur. Şeytandan Allaha sığınıram. Allah: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin” deyə buyurdu”. Adəm də, həyat yoldaşı da, şeytan da, bir sözlə, hamısı. “Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə”, yəni Mehdi (ə.s)-ın ardınca getsə, “nə yolunu azar, nə də bədbəxt olar”.
Əlbəttə ki, ayədə həm gələcək peyğəmbərlərə, həm də Mehdi (ə.s)-a işarə edilir. Amma ayənin təkcə bir əbcədi var ki, bu da 1982-ci ili verir. “Hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə”, yəni Mehdi (ə.s)-ın ardınca getsə, “artıq o nə yolunu azar”, yolunu azan dəccaliyyətin əlinə düşmüş olur. Mehdi (ə.s)-ın ardınca gedən də Allahın ‘Hadi’ isminin təcəllisinin ardınca getmiş, doğru yola yönəlmiş olur, inşaAllah. “Nə də bədbəxt olar”, yəni şən və sevincli olar. Dəccaliyət bədbəxtlik gətirir. Kədər, acı və əzab gətirər. Mehdiyyət nəşə, sevinc, səmimiyyət və ekstroversiya (xaricə aləmə yönəlmə) meydana gətirər. Allah: “Hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə” deyir, Allah bunu şərt olaraq irəli sürür.
Axırzamanda doğru yol göstərən bələdçi nədir?. Qurandır, Qurana tabe olmaqdır. Mehdi (ə.s) nə edəcək?. Qurana dəvət edəcək, inşaAllah. “Məndən sizə doğru yol göstəricisi gələcəkdir”. Mütləq peyğəmbərlər gələcəkdir. Amma, əlbəttə ki, ayənin ifadə etdiyi ilk məna budur; “Məndən sizə doğru yol göstəricisi gələcəkdir”. Bu bir çox Peyğəmbərə işarə etdiyi kimi açıq-aydın şəkildə mehdiyyətə də işarə edir, inşaAllah. “Kim Mənim Zikrimdən üz döndərsə”, yəni Allahın Kitabından üz döndərsə. “Onun güzəranı sıxıntılı olacaq”. Allah: “Artıq sıxıntı verərəm” deyir. Psixoloji gərginliyə məruz qalar, əhval-ruhiyyəsi daim korlanar, sıxılar. Sıxıntıdan ötrü narkotik vasitədən istifadə edər, siqaret çəkər, alkoqollu içkidən istifadə edər, xilas olmağa çalışar, lakin xilas ola bilməz.
Bax: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq”. Allah: “İqtisadi cəhətdən də çökdürərəm, iqtisadi böhran meydana gətirərəm” deyir. Beləcə, iqtisadi böhranın yaranma səbəbini də açıqlayır. Allah: “Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” deyir. Çünki, darvinistlər görüntünün və görmə hadisənin təsadüfən meydana gəldiyini söyləyir. Allah darvinistlərə: “Madam ki, elədir, madam ki, göz və beyin təsadüfən meydana gəlmişdir” deyir və axirətdə darvinistlər üçün bir göz meydana gətirir, göz meydana gəlir. Təsadüfən meydana gəldi deyirlər ha, məsələn, kürəyində və qıçında təsadüfən bir göz meydana gəlir, eləcə də, beyinə bağlanmış sinirlər də meydana gəlir.
Beynində də onların təsadüfən meydana gəldi dedikləri bir görmə mərkəzi də meydana gəlir. Bəs indi kim görəcək?. Göz görüntünü göndərir, göz görüntünü gözdən alıb beynə göndərir. Görüntü beyində dayanır, yaxşı elektrik cərəyanı halında mövcuddur. Bəs indi kim görəcək?. Görəcək biri yoxdur. Nə baş verir?. Onda kor olmuş olur. Çünki, görəcək biri lazımdır, bir ruh lazımdır, Allahın yaratdığı bir ruh lazımdır. Adam ruha, Allahın yaratdığı şeyə inanmır. Görüntü də beyinə gəlmişdir, amma bir işə yaramır. Allah buna diqqət çəkir. Bax: “Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. Çünki, bir təsiri olmur. Allah ruha ehtiyac olduğuna diqqət çəkir. Ruhun varlığına, ruhu özünün yaratdığına. Allah həmçinin açıq şəkildə iqtisadi böhrana da diqqət çəkir.
“Kim Mənim Zikrimdən üz döndərsə”, yəni məhz bundan ötrü güzəranı sıxıntılı olacaq deyir. Adamlar iqtisadi böhran yaşananda nə edirlər?. Boşanırlar, bir-birilərini döyür və söyürlər, intihar edirlər. Niyə?. Çünki, iqtisadi böhran sıxıntı verir. Bax, buna görə də Allah: “Onun güzəranı sıxıntılı olacaq” deyir. Allah: “Asan bir iqtisadi böhran deyil, əzab dolu, iztirab dolu, gərginlik dolu bir iqtisadi böhran meydana gətirərəm” deyir. “Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. Madam ki, darvinistlər buna inanırlar; Allah da darvinistlərin və materialistlərin bu xarakterinə diqqət çəkib: “Kor kimi hüzurumuza gətirdəcəyik” deyir. Çünki, göz bir işə yaramır. Qulaq var, qulaq da bir işə yaramır.
Adamın qulağı olacaq, səslər qulağında toplanacaq. Zindan, çəkic, üzəngi sümükləri hamısı öz yerindədir, amma eşidən bir ruha ehtiyac var. Təkamül bunu necə edəcək?. Məhz o yoxdur. O olmadıqda kar olurlar, eşitmirlər. Həm görmür, həm də eşitmir. “O da belə deyər: “Ey Rəbbim! Mən görən biri olduğum halda””, yəni dünyada mənim gözüm görürdü, “indi nə üçün məni kor olaraq gətirdin?”. Sən təsadüfən meydana gəldi demirdinmi?. Təsadüfən meydana gələn göz məhz belə olar. Burada təəccüblənməli bir şey yoxdur. Gözündə kamera sistemi var. O da təsadüfən meydana gələ bilməz, Allah onu yaradır. Gözü olur, bənövşəyi rəngdə bir gözü var, sinirləri də var, amma görən bir ruhu yoxdur. Niyə təəccüblənirsən?. Onsuz da sən ruha inanmırdım. Ruh görmür, mən görürəm, deyirdin. Budur indi ruh yoxdur, nə edəcəksən?. Niyə hay-küy salırsan?.
Bax: “O gün sur üfürüləcək və günahkarları (üzləri qara,) gözləri (daş kimi, kor və) göm-göy göyərmiş halda bir yerə toplayacağıq”. Məsələn, üzləri qara olacaq. Madam ki, sənin inancına görə üz təkamül nəticəsində meydana gəlir. Allah da, heç bəyənməyəcəkləri bir üz meydana gətirir. Gözləri də; yaşıl rənglidir, qara rənglidir, elə də valehedici bir gözləri yoxdur. Allah, gömgöy göyərmiş, göyərmiş, bənövşəyi rəngli bir göz meydana gətirir.
Bu da təsadüfən meydana gələ bilməz, amma onlar təsadüfən meydana gəldi dediyi üçün, Allah da belə edir. Bax, “daş kimidir” və heç bir funksiya yerinə yetirmir. Baxın bunu bir qədər əvvəl izah etdim, görüntü beyinə gəlir, lakin beyin, ruh olmadığı üçün görüntünü şərh edə bilmir inşaAllah. Dünyada öz aralarında danışırlar. Nə deyirlər?. Allah: “Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Dünyada cəmi on gün qaldınız!”” deyir, 10 gün qaldım. Orada da yenə dərin söhbətə, sərxoş söhbətinə dalmış insanlar kimi danışmağa başlayırlar. “Biz onların nə dediklərini çox yaxşı bilirik. Onlara görə nisbətən daha doğru yolda olanlar isə:
“Dünyada cəmisi bir gün qaldınız!” deyərlər” deyir. O gün ağıl verən adamlar da: “Bir gün qaldınız, bu qədər az qaldıq” deyəcək. Çünki, zaman məfhumu aradan qalxdığı üçün, zamanı qavraya bilmirlər. Zaman bir qavrayış formasıdır. Allah Quranda bir çox nümunə verməklə, zamanın nisbi olduğunu göstərir. Əvvəllər inanmırdılar. İnkarları neçə il davam etdi?. 1300 il davam etdi. Zamanın nisbi olduğuna, məkanın nisbi olduğuna inanmadılar. Sonunda nisbi fizika göstərdi. Eynşteynin sözləri sayəsində zaman nisbi olduğu qənaətinə gəldilər. Məkanın nisbi olduğunu, zaman və məkanın sonradan meydana gəldiyini hələ yeni anladılar. Onlar zamanın və məkanın əbədi və əzəli olduğunu zənn edirdilər. Bir vaxt gəldi ki, zamanın və məkanın 10 və ya 15 milyard il bundan əvvəl yaradılmış olduğunu gördülər.