Hörmətli Adnan Oktarın 11 oktyabr 2012-ci il tarixli söhbətindən Nur surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah: “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər” deyir. Baxmamalıdır. Yəni xəta nəticəsində bir qadının bir yeri açıldığında müsəlman ona baxmamalıdır. Bu haramdır. Yaxud qəsdən açsa belə yenə də baxa bilməz. “Və irzlərini qorusunlar”. Yəni özünə halal olmayan bir adamla cinsi əlaqəyə girməsinlər. Ancaq özlərinə halal olan kimsəylə cinsi əlaqəyə girsinlər. İrzini qorusun demək; uşaqlıq yolunu qorusun deməkdir. Yəni möminlər cinsiyyət orqanlarını qorumağa diqqət yetirməlidir. Həm kişilər, həm də qadınlar qeyri-qanuni cinsi əlaqəyə girməməlidir. O biri cür olduqda fahişəlik olar, zina olar. “Zinətlərini göstərməsinlər”. Bax Quran zinətin nə olduğunu açıqlayır. Mənə demaqoqluq etsən, sözünə qulaq asmaram. Mən Qurana qulaq asaram. “Ancaq özlüyündə görünənlər istisnadır”. Allah bunu bizim ixtiyarımıza buraxır. “Ancaq özlüyündə görünənlər istisnadır”. İndi biz bunu Qurandan anlayırıq. “Örtüklərini (sinələrini örtəcək şəkildə) yaxalarının üstünə salsınlar”. Yəni sinələri açıqdırsa, sinələrini örtsünlər. Sinələrini açmasınlar. “Zinətlərini öz ərlərindən”, kimə göstərirlərmiş?. Qadın zinətini öz ərinə göstərir. Başqa?. “Yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından”, yəni evdə olan öz qadınlarından, ailədən olan qadınlardan yaxud ərinə halal olan digər qadınlardan, “yaxud əllərinin altında olanlardan”, yəni cariyələrdən və ya özünü bağışlamış qadınlardan, “ya da qadına ehtiyacı olmayan (arzusuz və ya cinsi gücü olmayan) xidmətçilərdən… “Baxın, indi burada məsələ aydınlığa qovuşur, diqqətli olun. Heç kim mənə demaqoqluq etməsin. Mən Allahın hökmünə görə hərəkət edərəm. Sizin sözlərinizə görə hərəkət etmərəm. “Ya da qadına ehtiyacı olmayan (arzusuz və ya cinsi gücü olmayan) xidmətçilərdən”, ehtirasını itirmiş kişi xidmətçilərdən, amma ehtirasını itirmişdir. Buradakı məqsədin nə olduğunu başa düşmürsünüzmü?. Quranın nəyi nəzərdə tutduğunu anlamırsınızmı?. Ehtirasını itirmiş bir adam dırnaq boyasına mı baxacaqdır?. Yəni ehtiraslı bir adam dırnaq boyasına baxdığında, bundan çox təsirlənəcəkdir, eləmi?. O biri cür olduğunda da təsirlənməyəcək. Burada dırnaq boyası nəzərdə tutulmur. “Qadına ehtiyacı olmayan (arzusuz və ya cinsi gücü olmayan, cinsi gücünü itirmiş) xidmətçilərdən”, ağlınızı bir az işlədin, Quranın hökmü çox aydındır, “ya da hələ də qadınların”, ağlı kəsmədiyi üçün “məhrəm yerlərini tanımayan”, yəni cinsi orqanlarını tanımayan. Qadın döşünün nə olduğunu bilmir, cinsi orqanını tanımır, nə olduğunu bilmir və buna görə də təsirlənmir, “uşaqlardan”, çünki uşaqda cinsi güc ola bilməz, anlamaz da. Çünki, ayədə: “Hələ də” deyilir. Çünki, hələ də həddi-büluğa çatmamışdır. Həddi-büluğa çatanda tanıyar. “Hələ də qadınların məhrəm yerlərini tanımayan”, cinsi orqanını tanımayan, qadından təsirlənməyən, yaxud döşündən, cinsi orqanından təsirlənməyən, tanımayan, “uşaqlardan başqasına göstərməsinlər”. Allah nə demək istəyir?. O: “Uşaqlara göstərə bilərsiniz, bir problemi yoxdur” deyir. Çünki, təsirlənməz, anlamaz, bilmir. Cinsi gücünü tamamilə itirmiş xidmətçi. Cinsi gücü yoxdur, yəni qadına qarşı istəyi yoxdur, cinsi əlaqəyə girə bilməyəcək vəziyyətdədir, girə bilmir. “Ona da göstərə bilərsiniz” deyir. “Ərinə də göstərə bilərsən” deyir, “atana da göstərə bilərsən” deyir. Buradakı siyahıda qeyd olunan hər kəsə göstərə bilərsən deyir. “Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər”. Silkələməsinlər. Qadının gizlətdiyi zinət nədir?. Budur Quran bunu açıqlayır. “Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”. Quranın hökmü çox aydındır. Nə qədər mühafizəkar formada izah edərsə, bir o qədər təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in sarı saçı tövsiyə etməsini hiddətlə qarşılayır. Türkiyədə xanımların çox böyük bir hissəsi sarı saçlıdır, dünyadakı xanımların da böyük bir hissəsi sarı saçlıdır. Bəs anadangəlmə sarı saçlı olana nə edəcəyik?. Saçının rəngi anadangəlmə qırmızı olanlar nə edəcək?. Qara olanlar nə edəcək?. Allah xatirinə doğru deyin bu ağıldırmı?. Bu nədir?

quran3