Hörmətli Adnan Oktarın 11 oktyabr 2012-ci il tarixli söhbətindən Ənam surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Ənam surəsi. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Həmd, göyləri və yeri yaradan”, əlhamdülillah, “zülmətləri və nuru var edən Allahadır”. Allah həm zülmətləri, həm də nuru yaradır. Məsələn, hal-hazırda mükəmməl aydınlıqda bir mühit var. “(Bundan) sonra belə, inkarçılar Rəbbinə (bəzi varlıqları və gücləri) tay tuturlar. Sizi palçıqdan yaradan”, Allah dərhal yaradılışdan bəhs etməyə başlayır. Biz də təbliğdə nə edirik?. Daim yaradılışdan bəhs edirik. Əvvəlcə darvinizm və materializmin çökməsinə çalışırıq. Allah daim, Quranda bildirilən bu metoddan istifadə edir. “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında bəlli bir əcəl vardır…”. Deyirlər ki; “gənc yaşda öldü”. Bax, nə deyir Allah; “bəlli bir əcəl”. Gənc yaşda demir, nədirsə odur. “Sonra siz yenə də şübhə edirsiniz”. Allah insanı şübhələrlə sınayır. “O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazandığınızı da bilir”. Yəni insanı sınayır. “O, sizin nə qazandığınızı da bilir”. “Allah hamısını bilir” deyir. “Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər”. Allah: “Küfr əhli özünə gələn bütün ayələrdən mütləq üz çevirər” deyir. “Onlara haqq gəldikdə onu yalan saydılar”. Hz. Mehdi (ə.s) gələndə, onu da təkzib edirlər. Hz. İsa Məsih (ə.s) gələndə, onu da təkzib edirlər. Rəsulullah (s.ə.v) gəlir, onu da təkzib edirlər. Bizə: “Bəzi adamlar sənə qarşıdır” deyirlər. Nə etmələrini gözləyirdin?. Gəlib bizi dəstəkləyəcək halları yoxdur. Adam doğru yoldan azmışdır. Allah onu doğru yoldan azmış biri kimi yaratmışdır. Küfr içində olan biri kimi. Onda onu edər. Onun taleyi o cürdür. “İstehza etdikləri şeyin xəbəri onlara gəlib çatacaqdır”. Müsəlmanlara istehza edərlər, peyğəmbərlərə istehza edərlər, Qurana istehza edərlər. Belə olduqda bir qismi təşvişə qapılır, halbuki, bu Allahın bir qanunudur. Allah bunu imtahan üçün xüsusi olaraq yaradır. Onlar təsadüfən olduğunu zənn edirlər. Halbuki, hələ insan yaradılmadan əvvəl imtahanının bir tələbi olaraq; məsxərəyə qoyulma, təzyiq, həbs, hamısı əvvəldən hazırlanılır. Vaxtı gəldikdə Allah hamısını göstərər.

images