Hörmətli Adnan Oktarın 26 noyabr 2010-ci il tarixli reportajından Hicr surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Yaxşı, bismillah, Hicr surəsini açmısınız. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Əlif, Ləm, Ra. Bunlar, Kitabın və açıq-aydın olan Quranın ayələridir”. Quran necəymiş, məgər o başa düşülməyən bir kitab imiş?.

        ALTUĞ BERKER: Açıq-aydındır.

        ADNAN OKTAR: “Açıq-aydındır” deyir. Müşriklərə və münafiqlərə, kələkbazlara və manyaklara görə Quran necə bir kitab imiş?. Guya açıq-aydın kitab deyilmiş. Anlaşılmazmış, aydın deyilmiş. Divara asmalısan ki, dursun. Bax, Allah da: “Açıq-aydındır” deyir. Biz Allaha inanırıq. Allahın dediyi doğrudur. Buna görə də; “mənə vəhy gəldi” deyib, əlavələr etmək də sarsaqlıqdır, manyaklıqdır. Xurafatlar əlavə etmək də sarsaqlıqdır, manyaklıqdır, inşaAllah. “Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar”. Yəni Allah: “Əbədi bir peşmançılıq çəkəcəklər” deyir. Allah: “Min dəfə peşman olacaqlar” deyir. “Dəfələrlə peşman olacaqlar” deyir. Bir dəfə deyil, dəfələrlə. “Onlara elə bir elçi gəlməzdi ki”, yaxud hər hansı bir Mehdi, “ona istehza etməsinlər”. Yəni tənqid edirlər, burası belədir, burası səhvdir, bu düşüncəsi səhvdir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) gələndə ona ağlasığmaz böhtanlar atdılar. Haşa dəlidir, mənfəətçidir dedilər, hər cür böhtanı atdılar. Eyni hərəkəti vəlilərə qarşı da etdilər. Bədiüzzaman gələndə də: “Kasalarla araq gətirir”, “evinə qadın qəbul edir” deyirlər. Yetmiş yaşındakı bir insan barəsində belə deyirlər. Yəni axmaqlığa bir bax, məsələn, gənc bir insan barəsində belə bir söz söyləsələr, yenə də insan şübhəyə düşə bilər. Tərbiyəsizlikdən azğınlığın, dəliliyin dərəcəsinə baxın. Yetmiş yaşında olub qoluna girilib aparılacaq bir insan, guya ki, kasayla araq və qadın gətirtdirirmiş. Qeyri-qanuni cinsi əlaqəyə girmək üçün. Bu qədər sarsaq və dəli xasiyyətli insanlar, eləcə də, Cübbəli nə deyir?. “Bir alim, mütəxəssis bir adam onun otuz xüsusda əhli-sünnəyə tabe olmadığını müəyyənləşdirmişdir” deyir. Bu da bir iftiradır. “Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və boş işlər onların başlarını qatsın. Tezliklə biləcəklər. Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi”. Yəni; “bir ölkənin, bir dövlətin məhv olacağı müəyyən bir vaxt vardır” deyir. Məsələn, Osmanlı imperiyasının, Qaramanoğulları bəyliyinin, Səlcuq imperiyasının. Allah: “Hamısının məhv olma vaxtı bəllidir” deyir. Xızır (ə.s) olmadan məhv olma prosesi getmir. Xızır (ə.s) hadisə yerində olur. Hər bir dövləti Xızır (ə.s) dağıdar və meydana gətirər. “Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər”. Yəni Allah: “Məhv olma vaxtı gələndə, mütləq məhv olacaqlar” deyir. Peyğəmbər (s.ə.v)-ə: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən” deyirlər. Dəliliklə ittiham edirlər. “Əgər doğru danışanlardansansa, nəyə görə mələkləri bizə gətirmədin?”. O dövrün müşrikləri: “Başının üstündə bir mələk olsun”, onlar: “Bu Peyğəmbərdir desin” deyirlər. “Başının üstündə bir bulud olsun, buludun üstündə də bir mələk olsun və bu mələk bağırsın. Cübbəli: “Mehdi (ə.s)-ın başının üstündə bir mələk olsun, Mehdi (ə.s)-ın üstünə bağırsın” deyir. “Mehdi (ə.s)-ın, Mehdi (ə.s) olduğunu söyləsin” deyirlər. Peyğəmbərimiz (s.ə.v)-in dövründəki müşriklər də Peyğəmbərimiz (s.ə.v)-ə: “Əgər doğru danışanlardansansa, nəyə görə mələkləri bizə gətirmədin?. Gətir mələkləri başının üstünə çıxsın və onlar bizə sənin Peyğəmbər olduğunu söyləsin onda inanarıq” deyirlər. Cübbəli nə deyir?. O da: “Madam ki, Mehdi (ə.s) vardır, onda mələklər ortaya çıxanda onun Mehdi (ə.s) olduğunu söyləsin və biz də inanaq” deyir. Cübbəli: “Onsuz da belədir, Mehdi (ə.s) çıxdığında ona qarşı meydan oxuyacağıq” deyir. “”Göstər bizə mələyi, mələk söyləsin görək” deyəcəyik” deyir. Hazırlıq görür. Halbuki, Mehdi (ə.s) mehdilik iddiasıyla çıxış etmir ki, belə bir hadisə olsun. Bir də heç kim Mehdi (ə.s)-a qarşı ədabazlıq edə bilməz, ona fırıldaq gələ bilməz. Cübbəli bunu bilmir. Ağızları ta qulaqlarının dibinə qədər cırılar, Allah cırar ağızlarını. Buna gücləri çatmaz. Mehdi (ə.s) da belə bir iddia ilə çıxış etməz. “Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman onlara möhlət verilməz”. Allah, “belə bir hərəkəti etdiyiniz vaxt, məhv edərəm sizi” deyir. “Peşman edərəm, belə bir hadisə olmaz” deyir. “Mələk gəlib o adama işarə etməz” deyir. Onsuz da Özü söyləyir. “Ağlın ixtiyarını alar, onda imtahan deyə bir şey qalmaz. Buna görə də mələklər görünə bilməz” deyir, “amma Mehdi (ə.s)-dan söhbət getdikdə biz bunu istəyəcəyik” deyir. Çünki, həmin adam Mehdi (ə.s)-ın gəlməsini istəmir. Yəni Mehdi (ə.s)-ın varlığına qarşı çıxır. Bax, sonra öz ağlına görə Mehdi (ə.s)-ın zühurunu 570 il geriyə çəkdi. “Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər. Beləcə, Biz onu (istehzanı) günahkarların qəlbinə yeridirik”. Allah: “Onlara o istehza ruhunu verən Mənəm” deyir. Bəla vermək üçün, Cəhənnəmə soxmaq üçün. “Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki, əvvəlkilərin başına gələnlər onlara bəllidir”. “Allahın intiqam aldığını bilirlər” deyir. Allah: “Lakin, buna baxmayaraq bunu söyləyirlər” deyir. “Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar, yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” deyərdilər”. “Həqiqətən belə bir möcüzə olsa yenə inanmazlar” deyir. Məsələn, başının üstündə bulud olsa və biri də bunu görüb, “bu Mehdi (ə.s)-dır” desə, Cübbəli ilk növbədə “mənə cadu elədilər” deyər. “Məni sehrlədiniz, hipnoz etdiniz, mənim gözümə elə görünür, mən bunu qəbul etmirəm” deyəcək. Qəbul etməz. Allah: “Axirətdə insanlar dirildiləndə başlarını yuxarı qaldıraraq qaçarlar” deyir. “Gözləri özlərinə tərəf çevrilməyəcəkdir”. Yəni “özlərinə baxmayacaqlar, bədənlərinə belə baxmayacaqlar” deyir, daim qaçarlar. “Onların qəlbi, sanki,  bomboşdur”. “Beyinlərinin içi bomboş olacaq” deyir, heç bir məqsədləri, heç bir qayələri yoxdur. Yəni Allah: “Məhv olduqlarını bildiklərinə görə; “başları bomboş olmuşdur, donmuşdur”” deyir.

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale