Hörmətli Adnan Oktarın 26 noyabr 2010-ci il tarixli reportajından Təhrim surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Təhrim surəsini açmısınız. Rəhman və Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün haram qılırsan?. Allah Bağışlayandır, Rəhmlidir”. Zövcələri Peyğəmbərimiz (s.ə.v)-i bir qədər çətinliyə salırlar. Yəni çətinliyin içinə salırlar. Peyğəmbərimiz (s.ə.v) də onlardan inciyir və Allahın halal etdiyi, onun üçün halal olan, gözəl olan bir şeyi haram qılır. “Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, hökm və hikmət sahibidir”. Peyğəmbərimiz (s.ə.v)-ə: “And içdin, amma andından azad ol, kəffarə verməklə azad ola bilərsən” deyir. Yəni o dövrdə xanımların arasında elə bir problem yaranmışdır. “Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi”. Xanımların gizli danışıqlarını Cəbrayıl bildirir. İki xanımının arasında gizli danışıq keçmişdir. Peyğəmbərimiz (s.ə.v): “Bunu sənə bir sirr kimi verirəm, bunu əsla birinə demə” deyir. Xanımı da gedib dərhal bunu çatdırır, digər xanımına söyləyir. “Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?”. Peyğəmbərimiz (s.ə.v)-dən bunu haradan öyrəndiyini soruşur. Peyğəmbərimiz (s.ə.v): “Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” deyir, bu ona vəhylə bildirilir. Əlbəttə ki, bu, çox təəccüblüdür, xanımları belə bir şey etməməli idi. Çünki, Cəbrayıl daim hər cür hadisəylə, qeyblə əlaqədar xəbər çatdırır, bir çox mövzunu bildirir. O da bunu biləcəyini bilməli və Peyğəmbərimiz (s.ə.v)-ə verdiyi sözü tutmalıydı. Quran burada bunu göstərir, həyat yoldaşları arasında sirlər olar. Həyat yoldaşları sirrlərə diqqət verməlidirlər. Çünki, əgər həyat yoldaşı sirri başqasına versə, insanın ona qarşı hörməti qalmaz. Çünki, ər-arvad arasındakı sirr çox əhəmiyyətlidir. Etimad meydana gətirər. Yəni, sirr, elə bil, onların bir-birlərinə qarşı bəslədikləri sevginin bir imzasıdır. Çox əhəmiyyətlidir. Sevirsə sevdiyinin sirrini ölənə qədər gizli tutmalıdır. Çünki, sirr nə deməkdir?. Ruhlarının tamamilə bir-birinə birləşməsi deməkdir. Yəni onun ruhunun içində yaşayırsan deməkdir. O da sənin ruhunun içində yaşayır deməkdir. Sirri başqasına vermisənsə, deməli, o qapını deşmisən artıq. Deməli, o evi dağıtmısan. Deməli, o evin içində gizlicə yaşadığın o gözəl dünyanı məhv etmisən. Deməli, hamının görəcəyi hala gətirmisən. Xüsusiyyəti və məxsusiyyəti qalmaz. Xüsusən də sirdaşlıq yox olduqda, sevgi də yox olar. Bu çox zərərli və təhlükəli olduğu üçün, Allah da bu ayədə evlilik həyatındakı sirdaşlığın əhəmiyyətinə diqqət çəkir. Allah burada həyat yoldaşlarının bir-birlərinin sirrini heç bir şəkildə başqalarına verməmələrinin lazım olduğunu ciddi şəkildə vurğulayır. Allah: “Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir” deyir. Qəlbləri günaha meyl etmişdir. “Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz”, xanımlar belə birlik olmağa çox əlverişlidir. Yəni xüsusi olaraq, yəni bir məsələ olduqda bəzi hallarda öz aralarında belə bir şey edə bilərlər, bəzi xanımlar. Nə hikməti varsa artıq. Bax: “Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah onun himayədarıdır”, Allah onun qoruyucusudur. “Cəbrayıl və əməlisaleh möminlər də həmçinin”, əməlisaleh müsəlmanlar da onun yardımçısıdır. Allah: “Bunlardan başqa mələklər də onun yardımçılarıdır” deyir. Mələklər də onun, yəni Peyğəmbər (s.ə.v)-in yardımçısıdır. “Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, könüllü surətdə itaət edən, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər”. Allah Peyğəmbərimiz (s.ə.v)-ə belə bir müjdə verir. “Ey iman gətirənlər! Özünüzü və yaxınlarınızı yanacağı insanlar və daşlar olan oddan qoruyun!. Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır”. Allah Cəhənnəmlə təhdid edir. Dolayısilə Peyğəmbər (s.ə.v)-in xanımlarını da təhdid edir. “Ey kafirlər, bu gün üzr istəməyin. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkirsiniz!” deyir. Bəli, ayə davam edir.

“Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona paltarının yaxasından Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi. O (Rəbbinə) qəlbdən bağlanmışdı” (Təhrim surəsi, 12). İmanlı bir qadın dünyanın ən gözəl varlığıdır. İmanlı bir qadın çox mükəmməl bir varlıqdır. Vəfasızlıq etməz, xainlik etməz, verilən sirri diqqətlə qoruyar, şəfqətdən güzəştə getməz, xeyli mərhəmətli olar. Allah ona xüsusi bir cazibədarlıq verir, xüsusi bir gözəllik verir. Sifəti də gözəl olar, rəftarı da gözəl olar, ruhu da gözəl olar, natiqlik qabiliyyəti gözəl olar, baxışları gözəl olar, hər cəhətdən mükəmməl olar. Yəni Allah ona bir Cənnət gücü verər, o isə özünə belə bir şey verildiyini bilə də bilər, bilməyə də.

“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında; Cənnətdə bir ev tik”. Bax, dünya ehtirası yoxdur. Fironun yanında olmasına baxmayaraq, orada olan saysız-hesabsız evlərdən heç birini istəmir. “Məni Firondan və onun etdiyi əməllərdən xilas et” (Təhrim surəsi, 11). Firon, adamda hər şey var, hər cür ətrafdan olan insan var. Orada gənclər gəzir, əyləncə, musiqi, içki, yeməklər, hər şey var. Amma müsəlman qadın istəmir. “Məni Firondan və onun etdiyi əməllərdən xilas et”. Onun çirkin hərəkətlərindən xilas et. “Məni zalım adamlardan qurtar!” deyir. Axırda anamız oradan qaçmışdır, hicrət etmişdir. Lakin bu namərd və xain, sui-qəsdçi Firon onun arxasından qatil ordusu göndərmişdir. Hz. Musa (ə.s)-ın yanına getdiyi vaxt, anamızı orada gizlicə şəhid etdilər. Oraya onunla birlikdə hicrət etdiyi üçün, inşaAllah.

1