Hörmətli Adnan Oktarın 10 dekabr 2010-ci il tarixli reportajından çoxluğa tabe olmamaqla əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allah: “Yer üzündə olanların əksəriyyətinə itaət etsəniz, onlar sizi Allah yolundan azdırarlar” deyir. Şeytandan Allaha sığınıram. Biz çoxluğa görə hərəkət etmərik. Məsələn, biri diskoya gedir, çoxluq bunu anormal kimi görür. Çoxluq anormal düşünə bilər. Biz nə etməliyik?. Öz ağlımızla düşünməliyik.

Allah: “Mənim huzuruma, tək-tənha, tək başınıza gələcəksiniz” deyir. Gələndə; kompyuter qarşısında olarkən əyləşdiyi kreslosuyla, anasıyla, atasıyla, facebook dostlarıyla birlikdə gəlməz. Ölər, cənazə mərasimi basırıq olar, o birbaşa oraya qədər gedər. Onu qəbiristanlığın, iki metr yarım qalınlığındakı torpağın altına qoyduqdan sonra, oradakı bələdiyyə işçiləri var gücləriylə torpağı üstünə tökməyə başlayırlar. Ondan sonra da cəmiyyətlə olan əlaqə kəsilər. Beləcə yoldaş zülmət qaranlığın, buz kimi torpağın içərisində qalar, ancaq bakteriyalarla, oradakı qurdlarla birlikdə qalar. İşıq-mışıq da yoxdur. Bədəni hər keçən dəqiqə şişməyə başlayar. Yəni bunu demək istəmirəm, amma ağzından köpüklər gəlməyə başlayar. Eyni zamanda qadının uşaqlığı təzyiqin təsirindən cinsi orqanından çölə çıxar, bədəni həddindən artıq şişər. Ən yaraşıqlı, ən gözəl, dünyanın ən gözəl qadını olsa belə, axırda mütləq bu aqibətə uğrayar. Ən yaraşıqlı kişi də bu şeyi yaşayar. Təkcə peyğəmbərlərin bədəni çürümür; övliyaların və peyğəmbərlərin. Bir möcüzə olaraq olmur. Məsələn, bax, illər sonra Peyğəmbərimiz (s.ə.v)-in məzarı düzəldilərkən, torpaqda hz. Ömər (ə.s)-ın ayaq izi görülür, məzar düzəldilərkən olduğu kimi qalır. Yenidən üstünü örtmüşlər, amma yerindəcə qalır. Bu Allahın hikmətidir. Bədiüzzamanın məzarının üstü çox uzun bir müddətdən sonra açıldı, Əbdülməcid Nursi qardaşı da yanında “gül qoxusu vardı” deyir, qardaşı: “Olduğu kimi dururdu” deyir. Yəni tamamilə yerində dururdu deyir. Əbu Əyyub əl-Ənsari TRT-də yayımlanan bir proqrama çıxdı. Üstündəki daş belə qaldırıldığında, əsrlər sonra yepyeni cəsədiylə qarşılaşırlar. Bu açıq bir həqiqətdir, tarix kitablarına baxın bir. Yəni onlara məxsus bir xüsusiyyət olur. Yəni normalda heyrət ediləcək bir şeydir, təəccüblüdür, amma olur. Amma normal olan bu formadır.

Orada artıq nə çatda yazı yaza bilər, nə belə arsız sözlər işlədə bilər, nə də facebookdakı dostlarına slm və s. yazıb, gülüş simvolu və ya hər hansı bir şey göndərə bilər. Onlar da ona xəbər göndərə bilməz. Elektrik əlaqəsi filan heç bir şey olmaz. Ətirləri, paltarları, marka paltarları, ayaqqabıları hamısı evdəki şkafda qalır, fabriki də orada qalır. Fabrikinə işçilər gedib gəlir, davam edir, millət onun avtomobillərindən istifadə edir, əşyalarını millətə paylayırlar, lakin o isə yerin altında bezə sarılmış vəziyyətdə oradaca qalır. Ayaq baş barmaqları bir-birinə bağlanmışdır, iplə bağlanmışdır, çənəsi bağlanmışdır, çənəsi yuxarıdan bağlanmışdır meyitxanadan yuyulacağı yerə gətirilənədək bu əməliyyatlardan keçər. Amerika bezindən bir parça yırtıb başından keçirərək çənəsinin altından bağlayarlar. Ağzından çıxacaq azuqələrin çıxmasının qarşısını almaq üçün. Amma buna baxmayaraq, ağzını parçalayıb çıxar. Allah belə faciəvi bir aqibət meydana gətirir, amma buna baxmayaraq insanlar dəlilər kimidirlər. Məsələn, yaxın vaxtlarda kübar cəmiyyətdə, keçirdiyi yığıncağı göstərir, çoxu da 70-80 yaşındadır, qozbeldirlər, “kübar cəmiyyət, çox əla yığıncaq keçirdi” deyir. Adam evdə ürək dərmanını qəbul edir, xolestrol dərmanlarını qəbul etmişdir, revmatizm əleyhinə olan dərmanlarını ayrı qəbul edir, böyrək dərmanlarını ayrı qəbul edir, bir çoxu da xərçəng xəstəsidir, müalicə alırlar, müalicələri hələ də davam edir. Bir çox insanda ur var və bunun əleyhinə dərmanlar qəbul edirlər, işias xəstəsidir, ağla gəlməyən xəstəliklər, şəkəri var, şəkəri iclasda qəfildən yüksəlir, min bir cür müalicəylə, dərmanla çətinliklə ayaq üstə dayanır, amma millət ayaqda üstə dayandığını gördükdə ona heç bir şey olmadığını zənn edir. Halbuki, hamısının min bir cür xəstəliyi var, pərişanlığı var. Amma oraya gələrkən bəzənir, düzənir, ənlik filan sürtür, onlar da ayaq üstə dayanmasını yetərli zənn edir. Bu bir səhv olar. Reallıq gözüylə və ağıllı surətdə baxmalıdırlar.

images (2)