Hörmətli Adnan Oktarın 14 dekabr 2010-ci il tarixli reportajından Hz. Musa ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Hz. Musa (ə.s) həyəcanlandığında danışa bilmir, o çox şirindir. Allahualəm mənim anladığıma görə susur. Artıq heç nə danışa bilmir. Çünki, bax: “Köksüm daralır” deyir. “Köksüm daralır, dilim söz tutmur” deyir. Həyəcanın dərəcəsindən. Hz. Musa (ə.s) fitrəti etibarilə inanılmaz dərəcədə tez həyəcanlana bilən bir ruha sahibdir. İmtahanında ona məxsus olaraq. Məsələn, Allah da ona, ən qorxduğu şeyləri etdirir. Məsələn, ilan çox qorxduğu, çəkindiyi bir şeydir. Allah: “O nədir?, əlindəki şey nədir?” deyir. O da: “Əsamdır” deyir. Allah: “Onun faydası nədir?” deyir. Onu sakitləşdirmək üçün, Allahualəm bir qədər də rahatlıq tapsın deyə, bildiyi halda onun nə olduğunu soruşur. Budur: “Onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır” deyir. Qəribə xoş xasiyyəti var. “Onu at ey Musa” deyir. Atan kimi ilana çevrilir. Allah: “Arxasına baxmadı” deyir. Beləliklə də, arxasına baxmadan qaçır, Allahualəm bəlkə də metrlərlə qaçmışdır.

        NADİDE SULTAN: Nə kimi hislər keçirdiyini anladım, mən də bir az qorxağam.

        ADNAN OKTAR: Təbiidir ki, bu qorxu çox məqbuldur. Çünki, o Allah qorxusu şəklində təcəlli edir. Qorxaq olmayan bir insanın, qorxunun nə olduğunu bilməyən bir insanın, əlbəttə ki, mən hz. Musa (ə.s)-ın qorxaq olduğunu demirəm, qorxunun nə olduğunu bilən bir insanın qorxmaması çox normaldır. Məsələn, bəzilərinin yanında ən ürküdücü bir şey olsa belə, bu adama təsir etməz, var ha, belə mafiya filmlərində olur hədsiz dərəcədə laqeyd, donuq gözlərlə baxır, onun kimi. Bu məqbul deyil. Nədən qorxduğunu bilib, qorxuya müqavimət göstərib, qorxunu məğlub etmək çox əhəmiyyətlidir. Allah: “Ey Musa, Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar, geriyə qayıt” deyir. “Gəl, onu tut” deyir, yəni ilanı. Bu ən qorxduğu şeylərdən biridir, amma Allah əmr etdiyi üçün geriyə qayıdır. İlanı quyruğundan tutur, tutduğunda dərhal həmin dəqiqə ilan yenidən əsaya çevrilir. Çünki, o dövrdə, yəni Musa (ə.s)-ın dövründə təkamül nəzəriyyəsi çox geniş yayılmışdı. Həmin darvinistlərdən olan Firon: “Nil çayının palçığından təsadüflər nəticəsində insanlar, bitkilər və heyvanlar meydana gəldi” deyir. O dövrdəki inanc elədir. Hz. Musa (ə.s) da: “Allah yaratdı” deyir. İndi oturub adama izah etsə adam dinləyəcək kimi deyil. Belə söz anlamaz biridir. Çünki, ətrafında saxta sehrbaz elm adamları var və onlar Nil çayının palçığından necə əmələ gəldiyini xurafatlarla izah edirlər. Üstəlik xalqı da aldadırlar. Məsələn, palçıqlı suyun içində bir varlıq, bir bitki meydana gəlir, çürümə prosesi baş verir, “bax, gördüyün kimi burada bir canlı var” deyir. Yaxud orada, yəni palçığın içində kiçik bir böcək belə meydana gəlmiş olsa, budur insanlar bunlardan meydana gəldi dediyində cahil insan da ona inanmış olar. Həmin təkamül inancını yox etmək üçün Allah taxtanı bir anda ilana çevirir. İlana çevrildikdə o təkamül inancı yox olmuş olur. Sehrbazlar onsuz da bu hadisədən sonra onun inancını qəbul etdilər. O vaxta qədər inanmırdılar, inadkarlıq edirdilər. Lakin oradakı quru taxta parçasının ilana çevrilməsinin bir izahı yoxdur, açıq-aydın şəkildə gözlərinin qarşısında ilana çevrilir. Bir də həmin ilan, digər adamların illüziya kimi meydana gətirdiyi ilanları udur. Zənnimə görə onlar da dəridən hazırlanmış nazik dərinin, oynaq dərisinin içinə civə qoyurlar, civə də hərəkətli olduğu üçün atdığında yüngül maili yerdən dəri hərəkət edən ilan halında görünür. Belə hərəkət edir, amma çox məharətlə etmişlər, artıq bunu o dövrdə necə ediblərsə dəcəllər.

        NADİDE SULTAN: İllüzionistlər kimi.

        ADNAN OKTAR: Bəli, onlar gözlərə hərəkət edirlərmiş kimi göründü deyir. Necə bir üsuldan istifadə etdiklərini bilmirəm. Hz. Musa (ə.s)-ın atdığı əsa da, meydana gələn ilan da o atılan şeyləri tək-tək udur, hamısını udur. Udunca da sehrbaz adamın inanmayacağı bir vəziyyət qalmır, belə ki, o artıq tamamilə inanır. Təkamül inancı yox olduğu üçün Allahın varlığına, yaradılışa inanırlar və məsələ bitir. Amma təbiidir ki, bir qisim insanlar da hz. Musa (ə.s)-ın illüziya nümayişi etdiyinə inanırlar, onlar da inanmırlar. Onsuz da; “hipnoz meydana gətirdi” deyirlər, “gözlərimizə təsir göstərdi, hamını hipnoz etdi, bu ən böyük sehrbazdır” deyirlər.

        NADİDE SULTAN: Məhz inanmaq istəməyən üçün, onsuz da inanmamasından ötrü bir çox səbəb var, inanmaq istəyən üçün də inanmasından ötrü minlərlə, milyonlarla səbəb var, hər yer səbəblə doludur.

        ADNAN OKTAR: Fironun tərəfdarları: “Onda bu sehrbazların böyüyü budur” deyirlər. “Ustadları budur” deyirlər. “Yəqin ki, onlar ondan öyrənmişlər” deyirlər. “Bunlar da bu elmi hz. Musa (ə.s)-dan öyrəndi” deyirlər. Halbuki, hz. Musa (ə.s) bundan qaçır onsuz da, elə bir məqsədi yoxdur. Onsuz da o ilandan qorxub çəkinir. Amma oradakı əsas məsələ təkamül inancının yox edilməsidir. Bizim də orada etdiyimiz şey təkamül inancını yox etməkdir.

quran