Hörmətli Adnan Oktarın 28 noyabr 2010-ci il tarixli reportajından Nəhl surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. “İnsanları Rəbbinin yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət et”. Hikmət nədir?. Qısa, əsaslı, təsirli, insanları sıxmayan, qəlbə rahatlıq və hüzur gətirən, doğru, konkret sözdür. “Hikmətlə və gözəl öyüd-nəsihətlə”, yəni təsirli, insanların qəlbinə rahatlıq verən, gözəl öyüd-nəsihətlə və doğru sözlə çağır. “Və onlarla ən gözəl tərzdə mübarizə apar”. Məsələn, biz Cübbəliylə mübarizə aparırıq. Necə də gözəl bir mübarizədir, elə deyilmi?. Adamın öz dediklərini özünə dinlətdiririk və biz də dinləyirik, biz də istifadə edirik. Onun da şüuru açılır, məlumatı artır və tələbəm oldu. Hal-hazırda mehdiyyəti daha mükəmməl izah edən biri varsa gəlsin yanıma.

Ona zorla ən xoşlamadığı mövzu barədə danışmaq vəzifəsini verər və onu həmin mövzu barədə danışdırarıq, inşaAllah. “Həqiqətən, sənin Rəbbin yolundan azanları da, doğru yola yönələnləri də biləndir”. Rəbbin yolundan azan kimdir?. Dəccaldır. Doğru yola yönələn kimdir?. Mehdi (ə.s)-dır. Dəccala qarşı Mehdi (ə.s)-dır, doğru yola yönələn Mehdi (ə.s)-dır. Allah: “Əgər cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir” deyir. Əsas məsələ əfv etməkdir. Amma Allah cinayət törədən bir adam barəsində: “Qanuni cəzası nədirsə onu verin” deyir. “Səbr et. Sənin səbrin ancaq Allah(ın köməyi) ilədir”. Səbir çox əhəmiyyətlidir. Sevgidə, dostluqda və gözəl əxlaqda göstəriləcək səbr. Məsələn, birini iki gün sevir, üçüncü gün isə artıq bezir. Sevgidə səbir vardır, sevgidə bezmək olmaz, bu çox pisdir. Bir həftədə bezir. Bildiyin kimi, mahnılar daim bitmiş sevgilərə bəstələnir.

Bütün mahnıları buna bəstələyərlər. Halbuki, insan niyyət edib sonsuza qədər sevər. Ölümünə sevər insan və ölümlə o an bitər, yenidən başlayar. Bitən kimi başlayar. Yəni dünyəvi əlaqə kəsilər, axirət əlaqəsiylə davam edər. “Səbr et. Sənin səbrin ancaq Allah(ın köməyi) ilədir”. Deməli, insan öz-özünə səbr edə bilmir. Kim səbir elətdirir? Allah səbir elətdirir. “Onlara görə hüznə qapılma”. Hüznə qapılmaq haramdır. Hüznə qapılmaq, kədərlənmək haramdır. Möhkəm ayədir. Bax, Allah: “Hüznə qapılma” deyir. “Və qurduqları hiylələrdən ötrü də sıxılma”. Sıxılmaq da haramdır. Kədərlənmək. Məsələn, qəzetdə əleyhimə bir xəbər dərc olunsa, fəxr edərəm.

Biri məni təhqir etsə, fəxr edərəm. Arxamca dedi-qodu etsə, fəxr edərəm. Çünki, o mənim savabımı artırar, şövqümü artırar, həyəcanımı artırar. Deməli, yaxşı vurmuşam ki, yaxşı da səs gəlib, elə deyilmi?. Məsələn, sincə belə yüngülvari vurdum yüngülvari bir səs gəlir. Daha güclü vursam qıraram, inşaAllah. “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir” (Nəhl surəsi, 128). Allah: “Allahdan qorxsanız, halal və harama diqqət yetirsəniz, yaxşılıq etsəniz, Mən də sizinlə birlikdə olaram” deyir. “Sizə kömək edərəm. Danışma imkanı verərəm,  müvəffəqiyyət qazanma imkanı verərəm, maddi dəstək verərəm”. Hər cür gözəllik.

kurani-kerim