Hörmətli Adnan Oktarın 18 oktyabr 2012-ci il tarixli reportajından hz. İsa Məsih (ə.s) ilə əlaqədar ayələrin şərhi.

        ADNAN OKTAR: Hz. İsa (ə.s) ilə əlaqədar ayələr, digər peyğəmbərlər barəsində verilən ifadələr kimi deyil. Allah digər peyğəmbərlərin daim günahlandırıldığını, təzyiq gördüklərini, tövhidə çağırdıqlarını, ixlaslı və səmimi olduqlarını, təmiz olduqlarını, təbliğ etdiklərini, amma çətinliklərlə də qarşılaşdıqlarını uzun-uzadı izah edir.

Hz. İsa Məsih (ə.s) barəsində tam fərqli bir izahat var. Yəni heç də digər izahatlarla uyğunlaşdıracağımız kimi deyil. Məsələn, buradakı ayədə, yəni Nisa surəsinin 172-ci ayəsində deyir ki, şeytandan Allaha sığınıram. “Məsih və yaxınlaşdırılmış mələklər”, belə ki, heç bir peyğəmbər barəsində belə bir şey söylənilməmişdir, belə bir şey ayədə, Quranda yoxdur. Baxın: “Məsih və yaxınlaşdırılmış mələklər”, yəni hər ikisi də, “Allaha qul olmaqdan qətiyyən çəkinməzlər”. Məsələn, Allah: “Peyğəmbərlər, saleh möminlər” deyərdi. Amma baxın təkcə Məsih deyir, yalnız Məsih, “Məsih və yaxınlaşdırılmış mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər”. Yəni burada xristianlara verilən bir cavab var. Onları tövhid inancına çağıran bir izahat var, amma mələklərin yanında olan Məsihdən bəhs edilir. Əgər o hal-hazırda insanların arasında olsaydı, Allah bunu mütləq deyərdi, yəni buradakı vəziyyət Məsihin mələklərin yanındakı görünüşüylə əlaqədar verilən izahatdır, olduğu yeri söyləyir. “Məsih və yaxınlaşdırılmış mələklər, Allaha qul olmaqdan qətiyyən çəkinməzlər”. Mələklər nə edirlər?. Allaha səcdə edirlər, rüku edirlər, qiyam edirlər. Hz. İsa Məsih (ə.s) nə edir?. O da onlarla birlikdə Allaha rüku və səcdə edir. Hamısı birlikdə deyir, Məsihlə mələklər, hamısı mənə ibadət etməkdən çəkinmirlər. Bu hz. İsa Məsih (ə.s)-ın hal-hazırda mələklər aləmində olduğunu göstərir. “Allah özünə ibadət etməkdən çəkinənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır”. Allah hüzuruna toplayacaqdır. Yəni bunu heç kim edə bilməz, ağlı başında bir insan edə bilməz. Bu ayə hz. İsa Məsih (ə.s)-ın olduğu yeri və ətrafındakı yoldaşlarının kimlərdən ibarət olduğunu ifadə edir. “Ey Kitab əhli! Dinimizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin”. Şeytandan Allaha sığınıram. Baxın dinimizdə ifrata varmayın. Allah barəsində yalnız həqiqəti deyin. Amma Allah barəsində həqiqəti söylədiyi təqdirdə, Allah da onu qəbul edir. Yəni Allah onda tamam deyir, Allah oradakı əskikliyi söyləyir. Allah: “Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur” deyir. Allah tərəfindən göndərilən bir ruh və Onun kəlməsidir. Allah: “Elə isə Allaha və Onun elçisinə iman gətirin və: “Tanrı üçdür deməyin” deyir. Bir Allah, bir də elçisi var. Allah xristianlara bundan çəkinin deyir. Allah: “Bu sizin üçün xeyirlidir” deyir, yəni “bunu etsəniz xeyirli olanı etmiş olarsınız” deyir. Xristianları Allah inancına dəvət etməyimizi istəyir. Bəs niyə əlaqə qurursan, niyə danışırsınız deyirlər ha, bax buna görə inşaAllah. “Həqiqətən, Allah Tək İlahdır!”, tək ilah Allahdır, “O, övladı olmaqdan uzaqdır”. Allah: “Övladı yoxdur” deyir. “Göylərdə və yerdə hər nə varsa onundur, vəkil olaraq Allah yetər”. Yəni Allahın xristianlardan istədiyi şey, tək ilah olan Allaha iman gətirmələridir. Xristianların dininə görə də, onlar öz namazlarını qılmalıdırlar. Allah namazlarınızı qılın deyir, zəkatınızı verin. Yəni mən Qurandan bunu anlayıram ki, hz. Məhəmməd (s.ə.v)-i peyğəmbər olaraq qəbul etsələr həqiqi bir xristian olmuş olarlar. Yəni Quranın həqiqi hökmləri əsasında batil inanclarından imtina etsələr, məsələ həll olunar, inancları da tam yerinə oturar inşaAllah.

Allah Nisa surəsinin 164-cü ayəsində: “Həqiqətən əvvəlcədən sənə həm hekayələrini danışdığımız elçilərə”, yəni Allah: “Hekayələrini danışdığımız elçilər var, təbliğatçılar var” deyir, Quran sayəsində elçilərin kimlər olduğunu bilirik, “həm də hekayələrini danışmadığımız elçilərə vəhy etdik”. Bir də danışmadıqlarım var deyir. Təbliğatçılar, Allahın dinini yayanlar, elçilər, Allah: “Onlara da vəhy etdik” deyir. “Allah, Musa ilə də danışdı. Elçilər, müjdə verənlər, xəbərdar edənlər göndərildi”. Baxın elçilər nə üçün göndərildi?. “Müjdə verən və qorxudan kimsələr olaraq göndərildi”. Bildiyiniz kimi, onsuz da İncil sözü də müjdə mənasını verir, Quran da bir müjdədir. Çünki, Allah Quranda müjdələr verir. “Belə ki, insanların elçilərdən sonra Allaha qarşı özlərini müdafiə edəcək dəlilləri olmasın. Allah üstün və güclü olandır, hökm və hikmət sahibidir”. “Belə ki, insanların elçilərdən sonra Allaha qarşı özlərini müdafiə edəcək dəlilləri olmasın”. Axirətdə sorğu-suala çəkildikləri vaxt, Quran barəsində sorğu-suala çəkilirlər müsəlmanlar, Qurandan nə başa düşmüşdürlərsə, səmimi olaraq hansı qənaətə gəlmişdirlərsə, ona görə cavab verməlidirlər. Müsəlmanlar fiqh kitabları barəsində sorğu-suala çəkilməyəcəklər. Baxın, Allah heç bir peyğəmbər barəsində bu ifadənin söylənilmədiyini deyir. Axı mən demişdim ki, hz. İsa fərqlidir.

4

Nisa surəsi, 157-ci ayə. Şeytandan Allaha sığınıram. Allah: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük! dediklərinə görə onlara belə bir cəza verdik. Halbuki, onu öldürmədilər” deyir. Halbuki, peyğəmbərlər də Allahın söylədiyini söyləyir, öldürdülər deyir. Elə deyilmi?. Yəhyanı öldürdülər, bir çox peyğəmbərləri öldürürdünüz deyir, hətta Allah yəhudiləri bu mövzuda qınayır, peyğəmbərləri öldürürdünüz deyir, öldürdünüz deyir. Amma təkcə hz. İsa Məsih (ə.s) barəsində; “halbuki onu nə öldürdülər” deyir. Baxın, Allah; “bütün peyğəmbərləri öldürdünüz” dediyi halda, hz. İsa Məsih (ə.s) barəsində “halbuki onu nə öldürdülər, nə də asdılar” deyir. Yəni çarmıxa çəkmədilər. “Amma onlara bir bənzəri göstərildi”. Bu bir möcüzədir, hz. İsa Məsih (ə.s)-a bənzəyən bir adamı, hz. İsa Məsih (ə.s) zənn edib asdılar. “Həqiqətən onun barəsində ixtilafa düşənlər, şəkk-şübhə içindədirlər”. Hal-hazırda da şübhələrindən ötrü daim müzakirə edirlər. “Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur”. Allah; belə bir şey yoxdur deyir. Zənnə qapılırlar deyir. Allah bir daha vurğulayır; “onu qətiyyən öldürmədilər”. Allah bir ayədə heç bir peyğəmbər barəsində iki dəfə onu öldürmədilər demir. Bu təkcə hz. İsa Məsih (ə.s) barəsində deyilir, onu öldürmədilər. Bəzi qardaşlarımız nə deyir?. “Yaxşı Allah öldürmədi, amma öldürdü” deyirlər. Öldürmədilər dediyinə görə, yəni oradakı məsələ, yəni öldürmədilər amma yenə də öldü deyirsiniz. Allah: “Asmadılar, öldürmədilər” deyir. Baxın, Allah bunların verəcəyi ifadəyə mane olmaq üçün: “Xeyr, Allah onu Özünə tərəf qaldırdı, rəf etdi, öz qatına qaldırdı”. Əgər ölsəydi Allah öldü deyərdi, digər peyğəmbərlər barəsində nə hökm verilmişdisə onu söyləyərdi. Amma bax gör nə deyir?. “Allah onu Özünə tərəf qaldırdı, özünə qaldırdı. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. And olsun kitab əhlindən”, baxın indi Peyğəmbərimiz (s.ə.v) də daxil olmaqla, heç bir peyğəmbər barəsində belə bir şey deyilməmişdir, bu yalnız hz. İsa Məsih (ə.s) barəsində deyilmişdir. “And olsun kitab əhlindən”, yəni xristian və yəhudilərdən, “ölümündən əvvəl”, yəni adam sağdır, yaşayır, hələ ölməyibdir, “ölümündən əvvəl ona inanmayacaq”, yəni hz. İsa Məsihə iman gətirməyəcək “heç kim yoxdur. Qiyamət günü isə o da onların şahidi olacaqdır”, yəni onlar üçün şahid olacaqdır. İndi misal üçün, kitab əhlindən biri var, hələ ölməyibdir. Bu ayənin hökmünün yerinə yetməsi üçün, xristian aləmi, bütün yəhudi aləmi müəyyən bir vaxtda, hamısı birlikdə dünyada olduğu vaxtda hz. İsa Məsih (ə.s)-a iman etməlidir. Bu ayənin hökmü o zaman yerinə yetmiş olacaq. Bir qisim yoldaşlar da: “Xristianlar ölmədən bir neçə saniyə əvvəl can verdikləri bir anda ona iman edəcəklər” deyir. Nə faydası var?. Bu iman etməkdirmi?. Allah bunu iman olaraq qəbul edirmi?. Allah ayədə izah edir. Allah: “Can boğaza yetişdiyi anda, yəni son anda gətirilən imanın qəbul olunmadığını” söyləyir. Sən burada nə deyirsən?. Möcüzə meydana gəlir deyirsən, imansız bir adamın, bir xristianın, imansız bir xristianın son anda hz. İsa Məsih (ə.s)-a iman etdiyini deyirsən. Onda sənin dediyinə görə cənnətə getməlidir. Xristianların çoxu cəhənnəmə gedəcək. Yəhudilərin də bir çoxu cəhənnəmə gedəcək. Müsəlmanların da bir çoxu cəhənnəmə gedəcək. Bir də son anda gətirilən iman qəbul edilərmi?. Xeyr. Ayənin hökmü aydındır, Allah ayədə açıq-aydın söyləyir. Allah: “Son anda, yəni can boğaza yetişdiyi anda gətirilən imanın qəbul ediləcəyi barədə bir hökm yoxdur” deyir. Sən isə: “Can boğaza yetişdiyi anda iman edəcəklər və bu da qəbul edilər” deyirsən. Onda sənin dediyinə görə bütün xristianlar cənnətə gedər. Ayəni qəbul etməmək üçün hansı yollara əl atdıqlarına bir baxın!. Bu hicab ayəsində çəkdikləri çətinliyi görürsünüz, burada da yenə belə bir çətinlik çəkirlər. Öz ağıllarına görə hz. İsa Məsih (ə.s)-ın enişinə mane olmaq üçün ağlasığmaz şərhlər verirlər. Halbuki, hökm çox aydındır. “Kitab əhlindən deyir, ölmədən əvvəl ona inanmayacaq heç kim yoxdur”. Dünyanın müəyyən bir dövründə kitab əhlinin hamısı iman etdikdə, bu ayənin mənası tam reallaşmış olar. Məhz bu da hz. Mehdi (ə.s) dövründə olacaq.

qurani-kərim