Hörmətli Adnan Oktarın 21 oktyabr 2012-ci il tarixli reportajından Məryəm surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Yaxşı, Onlar üçün Məryəm surəsini oxuyum. 19-cu surənin 22-ci ayəsindən başlayım. Bu ikilərdə bir şey var. Bunun üçün ikilərə əhəmiyyət veririk. Şeytandan Allaha sığınıram. “Beləliklə ona hamilə qaldı, sonra onunla birlikdə tənha bir yerə çəkildi”. İki-iki, bir doğumdan bəhs edilir, inşaAllah. “Beləliklə ona hamilə qaldı, sonra onunla birlikdə tənha bir yerə çəkildi”. Bu həm hz. Mehdi (ə.s)-a, həm də hz. İsa (ə.s)-a işarə edir. Tənha bir yerə çəkiləcəklər, tənha bir yerdə olacaqlar, düşmənlərindən uzaqda olacaqlar. Əlbəttə ki, dostları, sevənləri olacaq, amma hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a düşmən olan, onlardan nifrət edən çoxlu sayda alçaq, namərd kimsələr olacaq. Müşriklər, beş qəpiyə dəyməz adamlar, hörmətdən düşmüş kimsələr, həm hz. Mehdi (ə.s)-a, həm də hz. İsa Məsih (ə.s)-a qarşı kin bəsləyəcək.
Dərk edə bilmədikləri üçün, qavraya bilmədikləri üçün, gözləri dəccal gözü kimi olduğu üçün, nifrətlə yaxınlaşacaqlar. Bunun üçün “tənha bir yerə çəkildi”, təhlükəsizlik məqsədiylə. 23-cü ayə. “Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə doğru hərəkət etməyə vadar etdi”. Bu iyirmi üçüncü ayədir. Şeytandan Allaha sığınıram. Mehdiyyətin doğum sancısına da işarə edir inşaAllah. “Onu bir xurma ağacının gövdəsinə doğru hərəkət etməyə vadar etdi”. Deməli, xurma ağaclarının da olduğu bir yerdir. İstanbulda xurma çoxdur. Qırmızı-qırmızıdır, hər yerdə olur inşaAllah. “O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!””. Bu bir zəllətül-ənbiyadır. Övliyalarda olan zəllətül-ənbiyadır. Əlbəttə ki, bir müsəlman normalda belə danışa bilməz.
Bir zəllətül-ənbiyadır, bir səhvdir. Amma nə qədər sıxıldığını, nə qədər çətin vəziyyətdə olduğunu, dəccaliyyətin amansızlığını və namərdliyini bir insanı nə qədər iztirab, nə qədər əzab çəkən bir vəziyyətə saldığını göstərməsi, vurğulaması baxımından bu ayə mənalıdır. Mübarək hz. Məryəm anamız nə deyir?. O: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” deyir. Çünki, ortada xeyli iyrənc bir böhtan var. İffətli, tərtəmiz bir insan olduğu halda, haşa və haşa kəlla qeyri-qanuni bir cinsi əlaqəylə günahlandırılır. Həmçinin o anda tənhadır, yanında heç kim yoxdur, kömək edən heç kim yoxdur, su axan bir yerdə, dağın başında tənha bir yerdədir. Həm doğum sancıları, həm də çəkdiyi o dərd. Yəni insanların atdığı böhtan. Eləcə də, tənhalıq.
“Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” deyir. Bu Allahın imtahanıdır. Çox sıxıldığından ötrü, Allah onun üçün nə edir?. 24-cü ayə. “Məryəmin aşağı tərəfindən onu səsləyib dedi”. Biri onu səsləyib dedi. “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı”. Qəm yemə. Hökmü nədir?. Haramdır. Allahın əmridir. “Qəm yemə”. Allah qadağan edir. Bu şey məhz zəllətül-ənbiyadır. Bu səhvi edir, belə bir səhvi var, Allah bunu qadağan edir. “Qəm yemə”. Allah bir şəkildə ona onu hiss etdirir, qəlbinə vəhy edir. Yaxud açıq-aydın şəkildə bir səs eşidir. “Rəbbin sənin ayağının altından bir bulaq axıtdı”. Deməli, bu elə bir yer olacaq ki, bu yerdə həm səssizlik və sükunət hakim olacaq, həm bu yer meşəlik bir təpə olacaq, həm bir su mənbəyi olacaq, həm də xurma ağacları olacaq. Meyvə ağacıda var, xurma ağacıda var.
İndi Quran burada bir şeyə aydınlıq gətirir. “Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün”. Üstünə təzə xurma tökülsün, özünə tərəf silkələ. Deməli, budaq da xeyli əyilmişdir, yaxındır. Deməli, hz. Mehdi (ə.s)-ın olduğu mühitdə də ağac insana çox yaxın olacaq. Hz. İsa Məsih (ə.s)-ın olduğu yerdə də ağac insana çox yaxın olacaq, ağacla içi-içə olacaq, meşə ilə iç-içə olacaq, bunu anlayırıq. “Özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün”. Əlbəttə ki, bu ayə də üstü-örtülü bir şəkildə, qadının doğum anında bir şeydən tutduğunda, bir şeydən yapışdığında doğumun daha asan olacağını göstərir. Yəni daha şeydir, onsuzda bu bala dünyaya gətirən qadınlarda tətbiq olunan bir metoddur.
Təzə xurma da, o halsızlıq anında, o yorğunluq anında, ona güc verəcək bir şeydir. Deməli, həm də acdır. Baxın, imtahanın dərəcəsinə baxın. Yemək yoxdur, tənhadır, ac qalmışdır, Allaha çox şükür gedib çıxdığı yerdə həm su, həm də xurma vardır. Təzə xurmanın xüsusiyyəti nədir?. Sulu olması, qana tez qarışmasıdır. Qana dərhal şəkər qarışacağı üçün özünə gələcəkdir. Çünki, aclıq və halsızlıq anlarında insanların əsəbləri pozular. Sancı çəkən vaxtı, daha da çətinlik çəkər. Təhqir və böhtana məruz qalarsa, daha da çətin vəziyyətdə qalar. Ağlasığmaz dərəcədə çətin vəziyyətdə olduğu üçün, Allah həm susuzluğunu aradan qaldırır, həm xurmayla aclığını aradan qaldırır, yəni təzə xurma yeməsi ilə, həm də həmin anda özünə vəhy gəldiyi üçün qəlbinə bir rahatlıq gəlir.
24-cü ayə. “Məryəmin aşağı tərəfindən onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı”. Deməli, müsəlman ən çətin anında belə hüznə qapılmamalı, qorxmamalı və kədərlənməməlidir. Həmçinin mövcud şərtlərdən də ən yaxşı şəkildə istifadə etməlidir. Məsələn, orada nə var?. Ağac var, ağacın budağını çəkir. Nə var?. Yaş xurma var, ondan istifadə edir. Məsələn, orada nə var?. Hazır şəkildə axan su var, o sudan istifadə edir. Tənha bir yerə çəkilməsi də məqsədəuyğun bir hərəkətdir, çünki, camaatın çox olduğu mühitdə olsaydı, haqqında çoxlu dedi-qodu yayılardı, çox söz-söhbət olardı, amma tənha yerdə uşaq dünyaya gətirdiyi və gizli qalacağı üçün bu onun, hz. Məryəmin lehinə oldu.
Amma Allah mövcud imkanlardan çox səmərəli şəkildə istifadə etməyin əhəmiyyətinə diqqət çəkir, yəni, elə bil, daşdan su çıxartmaq kimi. Müsəlman xeyir üçün hər cür imkandan istifadə etməlidir. 26-cı ayə. “Artıq ye iç; gözün aydın olsun”. Deməli, aclıq insanlarda sıxıntı meydana gətirə bilər, əsəbilik meydana gətirə bilər. Quranda buna diqqət çəkilir, bax Allah: “Ye və iç” deyir. Həm yemək yeyir, həm də su içir. İkisini də etdikdə bədəni rahatlayır. Çünki, su itkisi əsəbləri pozar, insanı əsəbi hala gətirər, gərgin hala gətirər, kədərlənməyə və hüznə qapılmağa əlverişli hala gətirər. Aclıq da belədir, çətindir Allah göstərməsin. Allah ardınca nə deyir!. Allah: “Gözün aydın olsun” deyir. Gözün aydın, yəni sənə hüzur verəcəyəm, aydınlıq olacaq.
“Əgər insanlardan kimisə görsən de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam””. Susma hüququndan istifadə etmək kimi. Yəni insanlar çətin anlarda bəzən tələm-tələsik ifadə verirlər. Bu şey onu çox çətin vəziyyətə salar. Halbuki, danışmasa, bir az gözləsə, vəziyyəti yaxşı şəkildə qiymətləndirər, lehinə və əleyhinə olan şeyləri yaxşı şəkildə qiymətləndirər, ən uyğun tərzdə ən uyğun ifadəni verər. Amma erkən verilən bir ifadə, ümumiyyətlə çox tərs təsir göstərə bilər. Məsələn, bəlkə məsələnin bəzi tərəfini bilmir, bir tərəfini bilmir, yaxud lehinə və əleyhinə olan qisimləri bilmir və belə bir vəziyyətdə də bir ifadə verərək vəziyyəti xeyli çıxılmaz vəziyyətə sala bilər.
Amma yaxşı şəkildə düşündükdən sonra veriləcək bir ifadə nəticəsində, hadisə tam yerinə oturacağı üçün mükəmməl bir nəticə alınar. “Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan”. Bu insanların xarakterində var. Dərhal hadisənin görünən tərəfinə baxıb günahlandırmaq. Araşdırıb soruşmurlar. Nə deyirlər?. “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan” deyirlər. İndi insanların ən çəkindikləri, ən narahat olduqları şey nədir?. Ön mühakimədir, çox tez qərar vermələridir. Bir şeyin batini tərəfini, həqiqi tərəfini, gerçək tərəfini araşdırmadan insanları mühakimə etmək, Axırzamanın ən pis tərəflərindən biridir.
28-ci ayə. “Ey Harunun bacısı”. Harunun bacısı olduğundan ötrü qəsdən belə deyirlər. Burada da bir işarə var. Burada hz. İsa (ə.s) ilə hz. Harun (ə.s) arasındakı əlaqəyə diqqət çəkilir. Yəni Quranda Harun mövzusu, Tövratda isə Harun adı dəfələrlə təkrar edilər. Masonlar da dualarında təkrarlayar; Harunun saqqalından axan ətirli gözəl yağın paltarına düşməsi mövzusu masonların bütün yığıncaqlarında dilə gətirilər. Bunda, yəni hz. Harun (ə.s)-ın saqqalından axan gözəl qoxulu yağın, ətirli yağın, pencəyinin, paltarının üstünə tökülməsində xüsusi bir sirr var. Bu, sonra aydınlaşacaq bir hadisədir. Amma hələlik bu qədər. Baxın burada da, yəni Quranda da belə deyilir: “Ey Harunun bacısı”. Davamlı hz. Harun (ə.s)-a diqqət çəkilir, “atan pis kişi deyildi”, yəni hz. Mehdi (ə.s)-ın, hz. İsa məsih (ə.s)-ın nəsillərinin təmiz olduğuna işarə edilir, “anan da pozğun deyildi”, yəni sən yaxşı bir ailənin övladısan.
Ailəsini nümunə gətirərək xəcalət çəkməsinə çalışırlar, baxın bu psixoloji bir təzyiqdir. Atasının, ailəsinın və qohumlarının yanında xəcalət çəkməsi üçün, güclü bir psixoloji təzyiq göstərirlər. 29-cu ayə. “Ona (uşağa) işarə etdi. Onlar dedilər: “Hələ Mehdidə olan bir körpə ilə necə danışaq?”. Baxın burada Harun ifadəsi keçir, burada isə hz. Mehdi (ə.s)-dan işari mənada bəhs edilməsi çox qəribədir. Uşaq qucaqda ola bilər, yerdə ola bilər, qundaqda ola bilər, bələnmiş halda ola bilər, yastığın üstündə ola bilər, yorğanın altındakı uşaq ola bilər, amma burada xüsusilə “Mehdidə olan” deyir. Mehdi sözü Quranda iki yerdə işlədilir. Mehdidə olan, yəni beşikdə olan. Amma bu Allah tərəfindən xüsusi olaraq seçilmiş bir sözdur.
“Mehdidə olan”, Mehdiylə birlikdə olan “bir uşaqla necə danışaq”. Mehdiylə yan-yana olan bir uşaqla necə danışaq deyirlər. 30-cu ayə. (İsa) dedi ki; “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi”. 31–ci ayə. “Harada oluramsa olum”, lap belə Allahın dərgahında olsun, heç bir fərqi yoxdur. Baxın: “Harada oluramsa olum, məni mübarək etdi” deyir. Bunu heç bir peyğəmbər demir. Baxın: “Harada oluramsa olum”, yəni hələ uşaq olarkən taleyini bilir. “Harada oluramsa olum”, bunu hansı peyğəmbər söyləyir?. Bunu heç bir peyğəmbər söyləmir. Yerdə və göydə, Allahın dərgahında. Baxın burada hələ uşaq olarkən, Allahın dərgahına qaldırılacağını bilir, taleyi bəllidir.
“Harada oluramsa olum, məni mübarək etdi”. Göydə olanda mübarəkdirmi?. Mübarəkdir, müqəddəsdir. Baxın, çünki, Allah belə deyir: “Nə mələklər, nə də Məsih Allaha qulluq etməkdən çəkinməz”, yəni Məsih və mələklərin birlikdə Ona ibadət etdiklərini deyir. Ölülər, axirətdə olanlar ibadət edirmi?. Etmir. Kim ibadət edir?. Məsih ibadət edir, mələklər ibadət edir, çünki, məsuldurlar. Çünki, ölməyiblər. Öldükdən sonra ibadət etməyə ehtiyac qalmır, sona çatır. Ölmədiyi üçün ibadət etməyə davam edir. “Və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi vəsiyyət (əmr) etdi”. Onsuz da Allah xristianlara da iki şey söyləyir. “Namazınızı qılın və zəkatınızı verin” deyir. Ayəyə görə namazlarını qıldıqları, zəkatlarını verdikləri və Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etdikləri təqdirdə müsəlmandırlar.
Bütün elm Allah qatındadır, hər şeyin doğrusunu Allah bilir. Deməli, hz. İsa Məsih (ə.s) namazlarını qılıb, zəkatlarını verirdi. Hal-hazırda xristian qardaşlarımız qılırlarmı?. Qılmırlar. Qılanlar çox azdır. Koreyadakı xristianlar qılır, gördüyümə görə buradakı bəzi xristianlar da qılır, namazını qılıb, zəkatını verən insanlar çox az tapılır. 32-ci ayə. “Anama itaət etməyi də əmr etdi”. Yetim olmasına baxmayaraq, hz. Mehdi (ə.s)-ın da anası olacaq, eləcə də, hz. İsa Məsih (ə.s)-ın da anası vardır, lakin bildiyiniz kimi atası yoxdur, o da bu tərəfdən yetimdir. “Anama itaət etməyi də əmr etdi”. Anasını sevir. “Və məni bədbəxt bir zalım etmədi”. Bəs onda necədir?. Deməli, şəndir. Buradan hz. İsa Məsih (ə.s)-ın şən olduğunu anlayırıq. Bədbəxt deyiləm deyir. Əksinə, şəndir. “Zalım etmədi”. Yəni nə?.
Demokratiya tərəfdarıdır, qan tökmür, cana zərər vermir, insanlara iztirab vermir, müharibələrə qarşı çıxır. 33-cü ayə. “Salam üzərimədir; doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də”. Həyatımın üç anında da “salam üzərimədir” deyir. Günahsız bir peyğəmbərdir. 34-cü ayə. “Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!”. Allah 35-ci ayədə: “Allaha övlad götürmək yaraşmaz” deyir. “O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” deyər, o da dərhal olar”, yəni təkamül keçirmədən, dərhal olar. 36-cı ayə. “İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur””.
Başqa heç bir tanrı yoxdur. 37-ci ayə. “Sonra firqələrin arasında ziddiyyət düşdü”, yəni protestantlar, pravoslavlar, katoliklər arasında. “Böyük günü görəcək kafirlərin vay halına!”. Allah aralarındakı kafirlərə də hədə-qorxu gəlir. 38-ci ayə. “Onlar Bizim hüzurumuza gələcəkləri gün nələr eşidəcəklər, nələr görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər”. Allah xristian olub da küfr edənlərə hədə qorxu gələrək onları xəbərdar edir. Allah eyni şəkildə müsəlmanları da xəbərdar edir. 39-cu ayə. “Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!”. Deməli, onda biz də xristian qardaşlarımıza təbliğ etməliyik. “Niyə danışırsınız?” deyir. Allah: “Xəbərdar edin, izah edin” deyir. Bəs necə?. Allah: “Gözəl şəkildə rəftar etməklə” deyir.
“Ən gözəl sözlərlə onları xəbərdar edin” deyir. “Allahın birliyinə dəvət edin” deyir, “canlarını yandırmayın, kədərləndirməyin, incitməyin” deyir. “İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər”. Bu ayə onların arasındakı imansızlar üçündür. 40-cı ayə. “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq”. Yer üzünə varis olmaq nə deməkdir?. Allah: “Dünya hakimiyyətini quracağam” deyir. Dəccaliyyətin ömrü 40 ildir. Mehdiyyətin apardığı mübarizə də 40 ildir, 40-cı ayə. “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq”, yəni Allah: “Üstündəki bütün ölkələrə, bütün insanlara, dövlətlərə, hamısına Biz varis olacağıq, dünya hakimiyyətini quracağıq” deyir. “Və onlar Bizə qaytarılacaqlar”. Allah: “Hamısı öldükdə Bizə gələcək” deyir.
41-ci ayə. “Kitabda İbrahimi də xatırla!. Həqiqətən, o doğru danışan bir peyğəmbər idi”. 42-ci ayə. “Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?”. Bizdə darvinistlərə deyirik ki, maddə görürmü?. Görmür. Eşidirmi?. Eşitmir. Şüuru vardırmı?. Yoxdur. Eşitməyən eşidən bir varlığı necə yarada bilər?. Görməyən görən bir varlığı necə yarada bilər?. Şüuru olmayan şüurlu bir varlığı necə yarada bilər?. “Xeyr, maddə yaradar” deyir. Maddə kordur, görmür, kor maddə görməyən bir varlığın necə olduğunu haradan bilə bilər ki, onu yarada bilsin.
Eşitmir, eşitmənin nə olduğunu bilmir, sən isə eşidən varlıqlar yaratdı deyirsən. Allah Quranda da buna diqqət çəkir. 42-ci ayə. “Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?”. Baxın atacan deyə xitab edir, Allah bu ayədə qarşıdakının dinsiz olmasına baxmayaraq, İslamda, şəfqətin, gözəlliyin, əxlaqın necə olmasının lazım olduğuna diqqət çəkir. Atası dinsizdir, ateistdir, lakin ateist olmasına baxmayaraq, ona “atacan” deyə xitab edir və çox şəfqətlə, hörmət dolu bir tərzdə davranır, tam nəzakətlə davranır. Deməli, biz də, kommunist olsun, ateist olsun, darvinist olsun, kim olursa olsun, onlara təbliğ edərkən şəfqətlə, mərhəmətlə və ədalətlə yaxınlaşmalıyıq.
İllərdən bəri izah etdiyimiz şey budur. 43-cü ayə. “Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir”. Sən bunu bilmirsən, amma mən bilirəm deyir. “Mənə tabe ol ki, səni doğru yola yönəldim”, yəni səni İslam yoluna yönəldim deyir, mənə tabe ol deyir. 44-cü ayə. “Atacan! Şeytana ibadət etmə!”, yəni Dəccala ibadət etmə, “həqiqətən, şeytan Mərhəmətli Allaha baş qaldırandır”. Allaha baş qaldırmışdır. Sən də Allaha baş qaldırma deyir. 45-ci ayə. “Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun”. Yəni: “Cəhənnəmə getməyindən qorxuram” deyir, “onda, şeytana yoldaş olarsan”. Allah qorusun onda, şeytana yoldaş olarsan. 46-cı ayə. “Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!?”, yəni mənim bu ateist düşüncəmdən, darvinist-materialist düşüncəmdən üzmü çevirirsən?.
Yəni: “Sən mənə tabe olmursanmı” deyir. “Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm”. Yəni faciəli şəkildə öldürərəm deyir, “uzun müddət məndən uzaq ol!”, yəni gözümə görünmə deyir. Görsəm öldürərəm səni deyir. Hz. İbrahim (ə.s)-ın şəfqətinə baxın, darvinist- materialist zehniyyətdəki atanın oğluna rəva bildiyi üsluba baxın. Daşlayaraq öldürmək, “faciəli şəkildə öldürərəm səni” deyir və “uzaq ol” deyir, övladıyla görüşmək istəmir. Buna baxmayaraq hz. İbrahim (ə.s): “Sənə salam olsun!” deyir. Baxın, əxlaqa baxın. Onu öldürmək istəyir, o isə: “Sənə salam olsun!” deyir. “Sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm”, yəni: “Allah səni bağışlasın” deyir, “həqiqətən, O mənə qarşı çox lütfkardır” dedi. 48-ci ayə.
“Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz şeyləri tərk edirəm”, yəni atasından və ailəsindən ayrılır. Ata müqəddəsdir, atadan ayrılmaq olmaz deyirlər. İnkar edərsə ayrılmaq olar. Daşlayaraq öldürərəm deyir. Öz dinimə qayıdacaqsan deyir. Əshabi-Kəhf nə edir?. Ailəsindən ayrılır. Hz. İbrahim (ə.s) nə edir?. Ailəsindən ayrılır, atasından ayrılır. Baxın: “Sizdən” deyir, səndən demir, sizdən, sənin düşüncənə sahib hər kəsdən “və sizin Allahdan başqa sitayiş etdiyiklərinizi”, belə ki, inanclarınızı da “tərk edirəm”, gedirəm deyir “və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
Daim şən olaram, daim xoşbəxt olaram deyir. Allah 49-cu ayədə: “İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik” deyir. 50-ci ayə. “Biz onlara öz mərhəmətimizdən əta etdik”, yəni gözəl torpaqlar, evlər, imkanlar, hər şeydən əvvəl iman, cənnətdə gözəl mövqe, sevgi, hörmət “və onlar üçün uca bir doğruluq dili verdik”. Belə ki, Quran dili, İslam dili, düzgünlük dili, dürüstlük dili. 51-ci ayə. “Kitabda Musanı da xatırla! Həqiqətən o, ixlaslı və göndərilmiş bir peyğəmbər (elçi) idi”. 52-ci ayə. “Onu, Turun (dağın) sağ tərəfindən çağırdıq və onu (özüylə) gizli danışmaq üçün yaxınlaşdırdıq”. 53-cü ayə. “Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik”. Baxın yenə hz. Harun (ə.s)-a diqqət çəkilir.