Hörmətli Adnan Oktarın 11 noyabr 2012-ci il tarixli söhbətindən Zuxruf surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Baxın, Allah Zuxruf surəsinin 48-ci ayəsində: “Bizim onlara göstərdiyimiz hər bir dəlil, əvvəlkilərdən daha da üstün idi” deyir. Çox böyük dəlillər göstərdik deyir. Axırzamanda, mehdiyyət dövründə bu dəlilləri gördükləri halda, bunlara əhəmiyyət vermirlər. “Bəlkə qayıdarlar deyə, onları əzabla yaxaladıq”. Allah: “Əgər dəlillərimi görməzlikdən gəlsəniz, sizi əzabla yaxalayaram” deyir.

49-cu ayə. “Onlar: “Ey sehrbaz!””, deyirlər, hz. Musa (ə.s)-a bu cür xitab edirlər, “sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk” dedilər”. Bu qədər dəlilə baxmayaraq.

Allah: “Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən dönürlər” deyir.

1391583660_qurani_kerim_00001