Hörmətli Adnan Oktarın 28 Oktyabr 2012-ci il tarixli söhbətindən Əhzab surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Hicab ilə əlaqədar Quranın hökmü aydındır. Sünnədir desə qəbul edərəm, amma Quranda fərz olduğuna dair bir ifadə yoxdur. Lakin Əhzab surəsinin 59-cu ayəsində çarşabın adı açıq, konkret və heç inkar edilə bilməz şəkildə çəkilmişdir. Bu bir qisim qardaşlarımızın nəfsinə ağır gəldiyi üçün, onlar bunu anlamazlıqdan gəlirlər. Ceylan sultan sizdən bu ayəni oxumağınızı xahiş edək.

CEYLAN ÖZBUDAK: Şeytandan Allaha sığınıram. “Ey Nəbi! (Peyğəmbər!) Zövcələrinə, qızlarına və möminlərin qadınlarına (mömin qadınlara) de ki, çarşabları ilə örtünsünlər. Bu, onların (cariyə olmadıqlarının, azad və iffətli qadın olduqlarının) bilinməsi və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir” (Əhzab surəsi, 59).

        ADNAN OKTAR: İndi burada bu hökmün verilmə səbəbi (səbəbi nüzul) və çarşabın tərifi var. O hissəni də oxu.

CEYLAN ÖZBUDAK: Səbəbi-i nüzul: “Mədinədəki fasiqlər və münafiqlər qadınlara söz ataraq onlara əziyyət verirdilər. Müsəlman qadınları hansı səbəbə görə narahat edirsiniz? deyildiyi zaman isə, “biz bu hərəkəti yalnız kölə qadınlara qarşı edirik” deyirdilər. Allah bu ayəni azad, iffətli qadınların digər qadınlardan ayırd edilmələri üçün endirdi.

Ayədə keçən çarşab təsvirləri: “Çadra kimi başdan ayağa qədər örtən üst paltarın adıdır. Təpədən dırnağa qədər örtən geyimdir. Qadınların geyindikləri hər cür paltar və başqa şeylərdir. Osmanlıların son dövrlərdə yaşamış təfsirçilərindən Vehbi Əfəndi, Nur surəsinin 31-ci ayəsini təfsir edərkən belə deyir: “Xatınlar zinətlərini örtmək üçün çarşab geyinməlidirlər və bunun vacib olduğu bu ayədən də açıq şəkildə başa düşülür”.

        ADNAN OKTAR: Çarşabın nə olduğunu öyrənmək üçün lüğətə də baxa bilərsiniz, hər bir yerə baxa bilərsiniz. Burada da: “Çarşab kimi başdan ayağa örtən üst paltara verilən ad” deyilir. Haradan haraya qədər?. Düz başından ayağa qədər. Bütün bədəni örtür. Vəziyyətə görə dəyişir. Məsələn, vəhşi adamların olduğu, qadınları narahat edən bir mühitdə, hətta yeri gəldikdə Əfqanistanda xanımların örtdükləri “pərəncə” belə geymək lazımdır. Bunun öhdəsindən pərəncə gələr. Bir qisim adamlara etibar yoxdur. Çox təhlükəli bir mühit var. Bir çox yerdə vəziyyət belədir. Üzünü, hər yerini örtməlidir. Hətta rübənd də örtər. Pərəncə çox yaxşı metoddur. Başqa cür qoruya bilməz. Ayənin izah etmək istədiyi məna budur. Yoxsa, hər hansı bir şəkildə hicab yoxdur. Vəziyyətə görə dəyişir. Əgər müsəlman qadın risk altındadırsa, iffətindən şübhə ediləcək bir mühit varsa, söz atılırsa, narahat edilirsə çarşabla örtünər. Qadın vəziyyətə görə daha tez-tez çarşabdan istifadə edə bilər. Yəni özünü heç bəlli etməyəcək hala gətirə bilər. Çünki, məqsəd oradakı adamın təcavüzkarlığının qarşısını almaq və müsəlman olduğunun bilinməsidir. Allah: “Bunun üçün lazım olan budur” deyir. Başa düşülməyəcək kimi deyil.

qurani-kərim