Hörmətli Adnan Oktarın 21 noyabr 2012-ci il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. Yusif surəsi, 34-cü ayə. “Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir”. “Rəbbi onun duasını qəbul etdi”. Əbcədi 2031-ci ili verir. Dünya hakimiyyətidir, inşaAllah.

        43-cü ayə. “Padşah dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”. Niyə bu yeddilər var deyir?. Niyə belə hadisələr var deyir?. Yeddilər təkrarlanır. Hicri 1400 yeddinin neçə mislidir?. İki mislidir. Dünya hakimiyyətinin başladığı illərdir. Baxaq görək 2077-ci illərə qədər nələr olacaq, baxıb görəcəyik inşaAllah.

        49-cu ayə. “Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar sıxıb sağacaqlar”. Çox bol yağış yaşacaq. Hazırda dünya bol yağışlı bir dövrə daxil oldu. Əvvəlcə qıtlıq idi.

        48-ci ayə. “Sonra bunun ardınca (güclü quraqlığın yaşanacağı) yeddi çətin il gələcəkdir”, belə ki, 2007-ci ildə iqtisadi böhran başladı. Quran buna da işarə edir. “Saxladığınız az bir miqdar istisna olmaqla, daha əvvəl yığdığınızı yeyib bitirəcək”. Yəni malınız azalacaq. Pulunuzun bir qismini saxlayacaqsınız, mühafizə edəcəksiniz, bildiyiniz kimi pulu saxladıqca iqtisadi böhran daha da güclənir. Hz. Yusif (ə.s) iqtisadi böhran olacağını əvvəlcədən Misir hökumətinə bildirir.

67-ci ayə. Hz. Yaqub (ə.s) belə dedi; “O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin”. Ayrı-ayrı qapılardan girin. “Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm”. Tövratda da eynilə bu cür qeyd olunur. Yunan dilində olan orijinalında dəyişiklik etmişlər. Tövratın orijinalında; “səcdə edərək daxil olun” deyir, eynisidir. Yunan dilindəki tərcüməsində səcdə sözünü silmişlər. Bu çox qəribə bir hadisədir. Yunan dilindəki tərcüməsində silmələri də çox qəribədir. Səcdə sözü silinmişdir. Baxa bilərsiniz, istəyən baxa bilər.

        76-cı ayə. “O (Yusif), qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusif üçün belə bir plan qurduq…”. Allah da məhz hz. Mehdi (ə.s) üçün plan qurdu. Allahın qurduğu planı heç kim poza bilmir. Onsuz da burada Yusif surəsində haqqında danışılan hz. Mehdi (ə.s)-dır. Hz. Mehdi (ə.s)-a işarə vardır, Axırzamana işarə var.

        70-ci ayə. “Yusif onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir su piyaləsi qoydu”. Su piyaləsi dolça bürcü dövrünə işarə edir, inşaAllah.

4

Yusif surəsi, 96-cı ayə: “Müjdəçi gəlib onu (köynəyi) onun üzünə sürən kimi”, yəni hz. Yaqub (ə.s)-ın üzünə sürən kimi; “gözləri (sağalıb) açıldı”. Deməli, hz. Mehdi (ə.s) da İsrail millətini xilas edəcək, onların da gözünə o köynəyi sürəcək inşaAllah. Bütün İslam aləmini xilas edəcək, inşaAllah. O (Yaqub) dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”. “Gözləri (sağalıb) açıldı”. Deməli, hz. Mehdi (ə.s) da sağlamlığa vəsilə olur. Baxın, bu xüsusiyyət hz. İsa (ə.s)-da da var. Bu ayə, hz. İsa (ə.s)-ın hz. Mehdi (ə.s)-a məxsus hər hansı bir əşyaya əlini çəkdiyində həmin əşyanın eyni təsiri göstərəcəyinə işarə edir, inşaAllah. Məsələn, köynəyinin. Çünki, Axırzamana işarə var. Hz. İsa Məsih (ə.s) bilavasitə əliylə məsh çəkir. Məsələn, başı ağrıyan insana əliylə məsh çəkəndə, həmin adamın baş ağrısı keçib gedir. Sifətində dəri xəstəlikləri olur, əlini sürtür keçir. Amma təbiidir ki, hz. İsa Məsih (ə.s)-ın göstərdiyi ən böyük möcüzə ölünü diriltməsidir. “Qum bi iznillah, yəni Allahın izni ilə qalx” deyir. Hz. İsa Məsih (ə.s) adamın məzarının üstündəki o böyük qaya parçasını əliylə bir kənara itələyir, sonra adam da salam verərək qəfildən üstündə kəfəniylə birlikdə çölə çıxır. “Məni çağırdın ey İsa, mən də gəldim” deyir. Öləni üç gün olmuşdur, normal olaraq ölmüşdür. Bildiyin ölüdür, ürəyi dayanmışdır, nəfəs almır. Qəbirə quylayıb üstünü də qaya parçasıyla örtmüşdürlər, qəbiristanlığın qapısında dayanıb “qum bi iznillah; Allahın izni ilə qalx” deyir. Amma həmin an ağlın ixtiyarını almır. Yəni insanlar düşünürək; “yəqin ki, ölməmişdir” deyirlər. Bir insan üç gündən bəri niyə bir məzarın içində dursun?. Ürəyi dayanmışdır, müayinə edilir. O dövrün də həkimləri var, nəbzinə baxırlar. Rəngi ölü insan kimi dümağdır, yəni bildiyin ölüdür. Kəfənlənir, ağzını bağlayırlar, normal bir ölü gəlir maşaAllah.

Allah: “Palçıqdan quş formasında bir şey düzəlt” deyir. Hz. İsa Məsih (ə.s) da yerdən palçıq götürərək, ona əliylə quş forması verir, müəyyən şəklə salır. “Allahın izni ilə üfür” deyir. “Uçub getdiyini görəcəksən” deyir. Amma bu ağlın ixtiyarını almayacaq formada olur. Məsələn, əvvəlcə quşu düzəldir və ona üfürdükdən sonra onu yerə qoyub bir kənara çəkilir, sonra isə quş pırıldayaraq uçub gedir. Amma bu da ağlın ixtiyarını almaz. Çünki, oradan başqa bir quş da uçmuş ola bilər, bu ehtimal da ola bilər. Amma peyğəmbər olduğu üçün, palçıqdan düzəltdiyi quşun uçduğuna inanır. Elə inanır, inşaAllah.

Şeytandan Allaha sığınıram. Yusif surəsi, 105-ci ayə: “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər”. Hal-hazırda da darvinistlər və materialistlər belə edirlər, Allahın dəlillərinin yanından üz çevirib keçirlər. Görməzlikdən gəlirlər.

images