Hörmətli Adnan Oktarın 29 noyabr 2012-ci il tarixli söhbətindən Yasin surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Yasin surəsi, 78-ci ayə. Şeytandan Allaha sığınıram. Allah: “Öz yaradılışını unudaraq” deyir. İnsan əvvəlcə bir öz yaradılışını araşdırar. Molekulyar quruluşunu, vakuolları, mitoxondriləri, ribosomları hər şeyi bir araşdırar. Amma Allahın nə dediyinə bir bax; “öz yaradılışını unudaraq”, yəni öz yaradılışını araşdırmayaraq, cahil kimi araşdırmadan, “bizə bir məsəl çəkdi. O dedi: “Çürüyüb sıradan çıxdığı halda”, yəni molekulyar quruluşu çürüyüb, korlanıb, dağıldığı halda, “bu sümükləri kim dirildə bilər?”. Kim onlara həyat verə bilər? “De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir””. Allah bunu bir dəfə etmişdirmi?. O: “Bir dəfə də edəcəyəm” deyir. Edə bilməyən heç edə bilməz. Bir dəfə edibdirsə edə bilər, onsuz da etdiyini açıq-aydın görürsən. Əllə tutub, gözlə görürsən. Beş duyğu orqanınla hiss edirsən. Sən bunu necə inkar edə bilərsən?. Məsələn, sən bir yerdə olsan, hər hansı bir varlıq aləmində yaşasan və Allah da sənə desə ki: “Mən səni yenidən yaradacağam, yer üzünə endirəcəyəm. Ata-ananı vəsilə edib səni yaradacağam” desə, “bu necə olacaq?” deyəcəkdir. İnana bilməyəcəkdir. Bax olmuşdur. Olduqdan sonra artıq nəyini soruşursan?. Amma Allah niyə soruşduğunu söyləyir. O: “Öz yaradılışını unutdu” deyir. Allah: “Öz yaradılışını araşdırmadı, beynini işlətmədi” deyir. “De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O hər bir şeyi yarada bilir””. Allah: “Təkcə bunu deyil, Mən hər bir şeyi yarada bilirəm” deyir.

        “Göyləri və yeri yaradan, onların bənzərini yaratmağa qadir deyilmi?”. Səmanı, dünyanı yaratdı, hələ də yaratmaqda davam edir; “Yenə yarada bilər?” deyə soruşurlar. Bu nə deməkdir?. İndi biz bu təsbehin hazırlandığı yerə getsək və mən; “sən yenə bu təsbehdən düzəldə bilərsənmi?” desəm və bu nə qədər məntiqli bir şey olsa, o da o qədər məntiqli olar. Çünki, bir dəfə oldusa yenə olar. Neçə dəfə olmalıdır?. Allah:“Bir şeyi istədiyi zaman Onun əmri ona ancaq: “Ol!” deməsidir, o da dərhal olar” deyir. Təkamülə, ona-buna ehtiyac olmaz.

quran