Hörmətli Adnan Oktarın 30 noyabr 2012-ci il tarixli söhbətindən Şuəra surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Şuəra surəsi, 45-ci ayə. “Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu”. Bu darvinizmin oradaca yox olmasını göstərir. İzah edilən budur. Allah yaradılışı göstərir, ani bir yaradılışın necə olduğunu göstərir. O dövrdə də, yəni hz. Musa (ə.s) və Fironun dövründə də darvinizm var idi. Bu ta şumerlərdən miras qalan, o dövrdən miras qalan bir inancdır. Hz. Musa (ə.s) əvvəlcə bunu yox edir. Bu hadisədən dərhal sonra, bax; “dərhal” deyir. Səmimi bir müsəlman haqqı gördüyündə heç gözləməz. Lakin: “Bir qədər də araşdıracağam, təhlil edəcəyəm, ağlıma batmadı” deyən insanlar da vardır. Güclü səmimi bir vicdana sahib biri yerindəcə qərar verər. Bax: “Sehrbazlar dərhal səcdəyə qapandılar” deyir. İnanın ki, bu ən gözəl ifadə formasıdır. Səcdə hərəkətlə edilən ifadə formasıdır. Birbaşa səcdəyə qapandılar.

4

46-cı ayə. “Sehrbazlar dərhal səcdəyə qapandılar”.

47–ci ayə. “Aləmlərin Rəbbinə iman etdik” dedilər”. İnsanlar da eşitsin deyirlər. İnsanlardan gizlətmirlər. İmanı gizlətməyə ehtiyac yoxdur. İmanın insanlar tərəfindən eşidilməsi bir bərəkətdir, bir gözəllikdir. “Aləmlərin Rəbbinə iman etdik”. Çünki, iman edən başqa biri olduqda, belə bir şeyi eşitdiyi vaxt onun da qəlbi rahatlıq tapar, o da şövqlənər. Amma baxın açıqlıq gətirirlər. Aləmlərin Rəbbinə iman etdik deyirlər, amma indi bu kimsələr bu necə imandır deyə düşünürlər. O dövrdə bir çox iman növləri, inanc növləri mövcud idi. İslamdankənar iman növləri var. Bunun üçün, doğru iman növünü vurğulamaq üçün, 48-ci ayədə deyildiyinə görə: “Musanın və Harunun Rəbbinə” deyirlər. Şərh edirlər, açıqlıq gətirirlər. Onda həqiqi iman olduğu aydınlaşır. Çünki, o biri cür olduqda adam öz ağlına görə bir iman növü meydana gətirmiş ola bilər. Amma “Musanın və Harunun Rəbbinə iman etdik” deyəndə, onun izah etdiyi şəriətə görə, o dövrdəki haqq olan şəriətə görə iman etdiyini deyir. Bu mənadadır.

        49–cu ayə. “(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz?”. Bütün diktatorluqlarda xalqın inancını dövlət müəyyənləşdirir. Rəsmi bir ideologiya olar və xalqı bu ideologiyanı mənimsəməyə məcbur edərlər. Xalq nəyə inanacağını dövlətdən öyrənər. Dövlət israrla həqiqət budur deyər. Xalqın öz səmimi inancı dövlət üçün əhəmiyyətli deyil. Dəccal rejimlərində belədir, zor işlətmə vardır. “Bizim dediyimiz kimi inanacaqsınız” deyər. Məsələn, faşizmdə də belədir, ikinci bir inanc yoxdur. Adam: “Doğru inanc budur” deyir. “Qəbul etməsəm nə olar” dediyi təqdirdə, “öldürərəm” deyir. Kommunizmdə necədir?. Zor işlətmə vardır. Kommunizm ikinci bir inanc forması qəbul etməz. Baxın: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz?” dedi. Ancaq mənim izin verdiyim qədər, mənim istiqamətləndirdiyim qədər iman edə bilərsiniz deyir. “Şübhəsiz, o, sizə sehr öyrədən böyüyünüzdür”. Dəccal rejimləri daim müsəlmanlarla mübarizə apardığı bir halda, Dəccal da belə əxlaqsız və alçaq üsullara əl atır. Belə alçaldıcı üsullar tapar. Məhz, sehrbaz, dəli, fırıldaqçı, saxtakar, cinsi mənfəətləri olan biri kimi alçaldıcı, xalqın gözündə əhəmiyyətli olan psixoloji müharibə üsullarından istifadə edər. Bu alçaq da orada bunun bənzərini edir. Bax: “Həqiqət budur ki,” deyir. Bu söz, doğru bir şey söyləyirmiş kimi, dediyində bir həqiqət payı varmış kimi xalqı aldatmaq məqsədiylə yalanı həqiqət kimi göstərməyə əhəmiyyət verdiyini göstərir. Yalan olduğunu hiss etməmələri üçün: “Həqiqət budur ki,” deyir. Çünki, yalançıdır və yalançı olduğu başa düşülməsin deyə başlanğıcda bəzi təlqinlər verir. “Şübhəsiz, o, sizə sehr öyrədən böyüyünüzdür”. Sizin azmağınızın səbəbi: O sizə sehri öyrətdi, siz də sehri öyrənməklə səhvliyə yol verdiniz. Bu ifadə: “Sizin günahınız ikinci dərəcəli, onun günahı isə birinci dərəcəlidir” deməkdir. Məsələn, müsəlmanlar arasında da: “İşlərin əsl başçısı odur” deyərlər. “O başçını əzsən, o biriləri onsuz da düzələr” deyərlər. Müsəlmanlarla aparılan mübarizə həmişə belə olmuşdur. “Tezliklə biləcəksiniz”. Bax, dərhal təhdid etməyə başlayır. Dəccal rejimlərinin ən geniş yayılmış metodu təhdiddir. Alçaqcasına təhdid edərlər, “bunu edəcəyik, onu edəcəyik” deyərlər. “Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək”, tam dəlisov bir ifadədir. Yəni bir ideologiyadan ötrü adamların əlini və ayağını çarpaz kəsdirir. Eləcə də, arxasınca; “və sizin hamınızı asacağam” deyir. Bir də arxasınca edam edəcəyəm deyir. Allah burada dəccal rejimlərindəki işgəncə və zorakılığın dərəcəsini göstərir. Dəccal rejimləri öz ideologiyalarına inanmayan, öz inanclarını qəbul etməyən insanlara şiddətli işgəncələr, çox qəddar işgəncələr verir və onları qətlə yetirirlər. Allah burada dəccal rejimlərinin necə olduğunu izah edir.

        50-ci ayə. “Onlar da: “Zərər yox” dedilər”. Mərdcəsinə cavab qaytardılar. Bizə heç bir təsir göstərmədi dedilər. Bu, müsəlmanların işlətdiyi dəccal rejimlərinə çox böyük bir zərbə endirən ifadə şəklidir. “Zərər yox”. Adam xeyli təbliğat aparır, qorxuda biləcəyini zənn edir. Onlar artıq, onların qorxudan iflic olduqlarını, onlara çox diqqət çəkici sözlər deyib onları yerlə-yeksan etdiklərini zənn etdikləri bir halda, onlardan “zərər yox” sözünü eşidirlər. Onlarla istehza edirlər. “Zərər yox” deyirlər. Elə bil, “nə eləyirsən elə” deyən kimi. “Çünki, biz həqiqətən Rəbbimizə qayıdacağıq”. Onsuz da bizi şəhid etdiyin vaxt, Biz Rəbbimizin yanına qayıdacağıq. Onsuz da sən bizə zərər vermiş olmursan deyirlər. Əbəs yerə çalışırsan, deyirlər. “Zərər yox” deyirlər. Elə dedikdə də adamın bir gücü qalmır. Yəni zərbə endirmək üçün gücü qalmır.

4

        51-ci ayə. “Həqiqətən, biz, iman edənlərin ilki olduğumuza görə Rəbbimizin bizim günahlarımızı bağışlayacağını umuruq”. Quran ilk iman edənlərdən olmağın məqbul olduğunu göstərir. Nə dediklərinə bir baxın. Onlar: “Biz iman edənlərin ilki olduğumuzdan…” deyirlər. Hz. Mehdi (ə.s)-dan daha üstündürlər. Sonradan gələnlərdən daha üstündürlər. Çünki, onlar ən məşəqqətli, ən çətin dövrlərdə yaşadılar. Məsələn, səhabələr daha üstündür. Tabiinlərdən daha üstündürlər. Çünki, ən şiddətli əziyyəti onlar çəkirlər. Onlar təbəi-tabiindən daha aşağı mövqedədirlər. Tabiinlər daha yuxarı mövqedədirlər. Çilənin dərəcəsinə görə axirət savabı və insanların imani dəyəri artar. Baxın: “Doğrusu biz iman edənlərin ilki olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik”. Baxın əmin deyillər, müsəlman kimi danışırlar, “ümid edirik” deyirlər. Amma təbiidir ki, ilk müsəlmanlardan olmağın qazandırdığı savab çox olduğu üçün, bundan ötrü ümidləri daha da artır inşaAllah.

        52-ci ayə. “Musaya: “Qullarımla birlikdə gecə yola çıx”. Gecə nə edər?. Örtər. Görmə səviyyəsi azalar. Hərəkəti, yeriyişi görmə imkanı olmaz. Gecələr bir örtükdür, müsəlmanlar üçün qoruyucu bir örtükdür. O cür əməliyyatlarda, o cür fəaliyyətlərdə gecə vaxtı hiss edilmək çox çətindir. “”Çünki siz təqib olunacaqsınız” deyə vəhy etdik”. Deməli, müsəlman xalis bir müsəlman olanda, dava adamı olduqda nə baş verir?. Təqib edilir. Təqib olunmaq müsəlmanlığın əlamətidir. Bədiüzzaman ömrü boyu təqib edildimi?. Təqib edildi. Hz. Musa (ə.s) təqib edildimi?. Təqib edildi. Peyğəmbərimiz (s.ə.v) təqib edildimi?. Təqib edildi. Bütün peyğəmbərləri təqib etmişlər. Hz. Mehdi (ə.s)-ı da təqib edəcəklər. Bu onsuz da hədisdə də var. “Dəccalın silahlı adamları onu təqib edər” deyir. Dəccalın silahlı adamları hz. Mehdi (ə.s)-ı təqib edər deyir. “Və ona işgəncə verərlər” deyir. İşgəncə verdiklərində; “hər dəfə sənin dəccal olduğunu daha yaxşı dərk etdim deyər” deyir.

        53-cü ayə. “Firon şəhərlərə əsgər toplayanlar göndərdi”.

        54-cü ayə. “O dedi: “Bunlar kiçik bir dəstədir”. Adətən dəccal rejimlərində xalis, səmimi müsəlmanlar azlıq təşkil edir. Dəccal rejimlərindəki mehdi camaatı həmişə kiçik bir birlikdən ibarət olar.

        55-ci ayə. “Onlar bizə qarşı böyük bir nifrət bəsləyirlər”.

        56-cı ayə. “Biz isə ayıq-sayıq bir camaatıq”. Ayıq-sayıq olduqlarını zənn edirlər. Müsəlmanların ayıq-sayıq olmadığını zənn edirlər. Dəccaliyyətdə daim özündən razılıq əlaməti hakimdir. Xalqa həmişə yuxarıdan aşağı baxarlar.

        57-ci ayə. “Biz onları (Firon və qövmünü) bağlardan və çeşmələrdən çıxartdıq”. Allah elə bir metod tətbiq edir ki, onlar artıq o yerlərdə yaşaya bilmirlər. Onların başlarını elə bəlalara salır ki, o yerlərdən çıxmaq məcburiyyətində qalırlar. Yəni kef, zövq, əyləncə içində yaşaya bilmirlər. Məcburən qeyri-sabitlik içində yaşayırlar.

        58-ci ayə. “Xəzinələrdən və gözəl yerlərdən də qovduq”. Artıq xəzinənin də bir mənası qalmır. Çünki, başları bəlaya girdiyi üçün nə xəzinənin, nə də gözəl yerlərin bir mənası qalır. Çünki, bəla hər yeri bürümüşdür.

        59-cu ayə. “Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik”, yəni Firon və Dəccala məxsus məkanlara İsrail oğullarını varis etdik. Onların olacaq. Axırzamandakı İsrail oğulları kimdir?. Hz. Mehdi (ə.s) və tələbələridir. Hz. Mehdi (ə.s) hz. İsrail (ə.s)-ın nəslindəndir. Onsuz da Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) üçün bir hədisində: “Görünüşü də İsrail oğullarının görünüşündədir” deyir. Ondan artıq hədis var. İsrail oğulları görünüşündədir. Onların tipik bir görünüşü vardır. Kəllə və bədən quruluşu, əda, rəftar, heybətlilik, avarlıq baxımından özlərinə məxsus xüsusiyyətləri vardır. Nəzərdə tutulan budur.

        59-cu ayə. “Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik”. Məhz bu varislik Axırzamanda olacaq. Firon və dəccalın hakim olduğu hər yerə hz. Mehdi (ə.s) və tələbələri hakim olacaq.

60-cı ayə. “Günəş doğan vaxtı (Firon və əsgərləri) onları izləməyə başladılar”, yəni, deməli, hz. Mehdi (ə.s)-ın günəşi doğularkən, dəccaliyyət də azmış olacaq. Buna işarə edir.

        61-ci ayə. “İki dəstə bir-birini görüncə Musanın adamları: “Biz yaxalanacağıq!” dedilər”. Deməli, dəccaliyyət elə hücumlar edəcək ki, müsəlmanlar: “Bizim işimiz bitdi, artıq məhv olduq. Hər halda qurtulma imkanımız yoxdur. Adamlar bu dəfə bizi məhv edəcək” deyəcək. Deməli, bu kimi hadisələr yaşanacaq. Quran buna işarə edir. Necə ki, hz. Mehdi (ə.s)-ın tələbələri çox böyük əziyyətlərlə, böyük hadisələrlə qarşılaşacaq. Onların arasından bu fikirdə olanlar çıxacaq və onlar: “Biz bu dəfə məhv olduq, bizim işimiz bitdi. Artıq bu hadisədən qurtulma imkanımız yoxdur. Bu dəfə həqiqətən qaçmağa bir yerimiz qalmadı. Artıq tərpənəcək halımız qalmadı” deyəcək. Bəs hz. Mehdi (ə.s) nə deyəcək?. O: “Əsla” deyəcək. Hz. Musa (ə.s) kimi: “Rəbbim bizimlə birlikdədir” deyəcək.

4

        62-ci ayə. “(Musa:) “Xeyr” dedi”. Əvvəla məsələni uzatmadan bəri başdan onların fikrini rədd edir. Baxın demaqoqluq etmir, uzun-uzadı çıxışlar etmir. Qısa və konkret şəkildə “xeyr” deyir. Bu nə deməkdir?. Bu adamların uzun müddət sərf edərək hazırladıqları bütün fitnəni təkcə bir sözlə, belə ki, “xeyr” deməklə yox etməkdir. Şeytandan Allaha sığınıram. “Həqiqətən Rəbbim”, belə ki, hər şeyi Allahla əlaqələndirir. Mən edəcəyəm demir. “Rəbbim mənimlə bərabərdir” deyir. Allah hər yerdədir deyir. Mənimlə bərabərdir. Mənə yol göstərəcəkdir. Nə edəcəyimi mənə göstərəcəkdir. Çünki, bir şey edərkən Allah həmin an insana onu necə edəcəyini ilham edər, qurtulma imkanı çox çətin olsa, hətta ən çətin vəziyyətdə olsa belə Allah həmin anda ona necə qurtulacağını hiss etdirər. Diqqət yetirilsə, Allahın o ilhamı hiss olunar. Yəni Allahın ilham etməsini gözləmək lazımdır. Məsələn, çox çətin vəziyyətdə qalsan, ətrafın hər tərəfdən mühasirəyə alınsa belə, Allah orada sənə mütləq yol göstərər. Sənə ilham edər. Amma Allaha güvənsən. Allaha güvənməsən, deməli, onsuz da bəlanın içindəsən. Əgər güvənsən, şəhid olmaq da daxil, sənə bir yol göstərər. Çünki, şəhid olmaq da bir yoldur, qazilik də bir yoldur, qurtuluş da bir yoldur.

        63-cü ayə. “Biz Musaya: “Əsanla dənizə vur!” deyə vəhy etdik”. Peyğəmbərlərdə həmişə əsa olmuşdur. Mən də bundan ötrü həmişə Şeyx Nazim hocamıza əsa göndərirəm. O da Axırzamanda hz. Yaqub (ə.s), hz. İsrail (ə.s) kimidir maşaAllah. “Əsanla dənizə vur deyə vəhy etdik”. Şeyx Nazim hocam da daim dəniz sahilində gəzər. Bildiyiniz kimi, hər gün dənizə baş çəkir. Dənizi çox sevir. ““Əsanla dənizə vur!” deyə vəhy etdik. Dəniz dərhal yarıldı”, dərhal deyil, yəni bir neçə saniyə mənasında deyil. Bəlkə on beş dəqiqə, bəlkə də yarım saat davam etmişdir, amma dərhal demək saniyə, salisə ərzində baş vermiş demək deyildir. Yəni su çəkildi, su tamamilə çəkildi, “hər biri nəhəng bir dağ kimi oldu”. Dənizin suyun nəhəng dalğalar halında hərəkət edir. Sunami da belədir. Dənizdə 6-7 metr hündürlüyündə dalğa olar, dənizin o biri tərəfinin suyu tamamilə çəkilər. Yəni su çəkiləndə yerdə balıqlar filan görünər. Daşlar, qum, bunların hamısı görünər, bir sözlə, dənizin altında nə varsa görünər. Amma dəniz sonuna qədər çəkildiyi yerdə böyük bir həcmdəki su kütləsinə çevrilir. 7 metr, 8 metr, 15 metr hündürlüyə qədər ucalır. Amma təbiidir ki, sonra yığılmış bu su kütləsi, bu dəfə də boşalmış yay kimi geri qayıdır. Müsəlmanlar keçərkən gərilir, dəccal ordusu keçərkən isə boşalır və su geriyə qayıdır. “Madam ki, onlar keçmişdir, deməli, biz də rahatlıqla keçərik” deyə zənnə qapılırlar. Dəccal axmaqlığı, ağılsızlığı hakimdir. İnsan düşünməzmi heç?. Məlumdur ki, dəniz yarıldığı kimi, yenidən əvvəlki vəziyyətinə də qayıdar. Allah nə qədər axmaq olduqlarını da göstərir. Nə qədər risk etməkdən çəkinmədiklərini və nə qədər sarsaq olduqlarını da göstərir. Amma təbiidir ki, Allah onlara sarsaqlıqlarını baha başa gətirir.

        64-cü ayə. “O birilərini də ora yaxınlaşdırdıq”. Allah: “Onlar yaxınlaşmadı, Mən yaxınlaşdırdım, Dəccal ordusunu oraya yaxınlaşdıran Mənəm” deyir. Allah: “Yaxınlaşdırdıq” deyir.

        65-ci ayə. “Musa və onunla birlikdə olanların hamısını xilas etdik”. Çünki, onlar artıq qarşı tərəfə keçmişdilər.

        66-cı ayə. “O birilərini isə suya qərq etdik”. Əlbəttə ki, su böyük bir sürətlə gəlir. Bu Misir papiruslarında qeyd olunmuşdur. “Bu şiddətli hadisə yəhudi alimi sehrbaz etdi” deyir. “Şahzadəmizi zadəgan mövqelərindən çıxartdı. Dənizin ortasında onları fəlakət bürüdü” deyir. “Həmçinin bu acınacaqlı fəlakət hamısını bürüdü” deyir. Misir tarixində bu cür yazılar daş üzərinə yazılmır. Fəlakətli hadisələr yazılmır. Ancaq zəfərləri yazırlar. Onun üçün bunlar yalnız papiruslara yazılır. Bu kağızlara, bunlara yazılır. Hz. Musa (ə.s)-ı izah edərkən də: “Bu sehrbaz qadınlara təsir bağışlama sənətini də çox yaxşı bilir” deyir. Deməli, bu kimsə mübarək dədəmizdir maşaAllah.

quran3