Hörmətli Adnan Oktarın 25 noyabr 2012-ci il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Quranı açdım, 48-ci ayə, Tövbə surəsi. Şeytandan Allaha sığınıram. “Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmışdılar”. Bir qisim insanlar daim fitnəkarlıq və rüsvayçılıq etməyə çalışarlar, birdən durub bir rüsvayçılıq çıxardarlar. Yəni sevgi, sülh və qardaşlıq yaratmazlar. Amma fitnə olduqda, əl-üstü gedərlər. Vuruşma, iki adamın arasını vurmaq, əxlaqsızlıq etmək, oyun oynamaq, tələ qurmaq… Belə insanlar vardır. “Sənin əleyhinə bir sıra işlər görmüşdülər”, yəni tələ kimi oyunlar qurmuşdular. Bunlar Peyğəmbərimiz (s.ə.v)-ə qarşı edilmişdir. Hz. Mehdi (ə.s)-a qarşı da belə şeylər ediləcəkdir. “Sonunda onlar istəmədikləri halda”, yəni hz. Mehdi (ə.s)-ın zühuru ilə hz. İsa Məsih (ə.s)-ın enişini istəmədikləri bir halda, “haqq gəldi”, yəni hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s) gəldi “və Allahın əmri ortaya çıxıb qələbə çaldı”. Bəs Allahın əmri nədir?. Dünya hakimiyyətinin, İslam Birliyinin təmin edilməsidir. “Allahın əmri ortaya çıxıb qələbə çaldı” ayəsinin əbcədi 2025-ci ili verir. Konkret dünya hakimiyyətidir inşaAllah. “Allahın əmri ortaya çıxıb”, yəni görünən hala gəlib, “qələbə çaldı”. Hakim oldu. Digər gücləri təsirsiz hala gətirdi. Tam hz. Mehdi (ə.s)-ı izah edən bir ayədir. Bu həm Peyğəmbərimiz (s.ə.v)-ə işarə edən, həm də tam Axırzamana aid bir ayədir.

Şeytandan Allaha sığınıram. De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik”. Məsələn, Allah zəlzələ ilə əzab verə bilir, müharibələrlə əzab verə bilir, elə deyilmi?. “Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”. Dünyada hər cür zalıma bir yara toxunur. Əlbəttə ki, axirətdə daha da şiddətli yara toxunacaq inşaAllah.

Allah: “Sənə bir uğur nəsib olsa, bu onların vəziyyətini pisləşdirər”  deyir. Nəşə, yaxşılıq, sevinc, gözəllik, hər cür nemət. Gözəl insanlar, gözəl avtomobillər, gözəl evlər, gənclik, sağlamlıq, səhhət hamısı. “Sənə bir müsibət üz verdikdə isə”, məsələn, kafirlərin bir hücumu, bir oyunu, bir tələsi, “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşdük!” deyər”, yəni “uzaqda dayanmışdıq, yaxınlaşmamışdıq” deyər “və sevinə-sevinə çıxıb gedərlər”. Halbuki, cəhənnəmə doğru çıxıb gedir və bundan xəbəri belə yoxdur.

Şeytandan Allaha sığınıram, 51-ci ayə. De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz” , yəni yalnız taleyimizdə olan şey baş verər. Bunu da sevinclə qarşılayarıq, iftixarla qarşılayarıq. Hər nə olursa olsun. Çünki, hamısını edən Allahdır. De: “Allahın bizim üçün yazdığından başqa”, yəni taledən yazılandan başqa, “bizim başımıza heç nə gəlməz”. Taledə olmayan heç bir hadisə yaşanmaz. “O bizim himayədarımızdır və möminlər yalnız Allaha təvəkkül etməlidirlər”. Məsələn, biz burada danışırıq, belə bir söhbət apardıq, bəs bunu niyə etdik?. Taleyimizdə olanı edirik. Amma Allah bizə bunları özümüz istəyərək etdiyimiz hissini verir. Halbuki, hələ anamdan doğulmadan əvvəl mən bu söhbəti aparmışdım, bu qədər. Fateh Sultan Məhəmmədin dövründə də, hz. Musa (ə.s)-ın dövründə dəniz yarılan vaxtda da mən bu söhbəti edirdim. Hz. Adəm (ə.s)-ın palçığı hazırlanarkən mən bu söhbəti etmişdim. Tale məhz belədir inşaAllah.

        “And olsun, onlardan soruşsan: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” deyərlər. De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirdiniz?”. Allah, dinə, yəni imani mövzulara istehza edilməsi məsələsi barəsində belə buyurur: “De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirdiniz?””. Bu böyük bir bəladır, gülməli bir tərəfi yoxdur. Ayənin hökmü budur. Haramdır. Allahdan qorxan bunu etməz. Ölüm anında sən bu lətifəni deyə bilərsənmi?. Deyə bilməzsən. Ölən zaman deyə bilmədiyin şeyi, diri olarkən niyə deyirsən?.

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale