Hörmətli Adnan Oktarın 2 dekabr 2012-ci il tarixli söhbətindən Şura surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Şura surəsi, 24-cü ayə. Şeytandan Allaha sığınıram. “Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” deyirlər?”. Daim insanlarda haqq dinlərə qarşı yaranan şübhə məhz budur. Skeptizm insanların çatışmayan, yanlış cəhətidir. Məsələn, xurafatçılar çox skeptikdirlər. Hər şeydən, müsəlmanlardan şübhələnərlər. Məsələn, “bu MKİ agentidir”, “bu filan yerin agentidir”, “bu bunu edir”, “icmamıza bu məqsədlə gəldi” və s. deyər. Heç xeyirə yozmaz. Həmişə belə zibil, həmişə belə biabırçı düşüncəyə sahib olar, həmişə şübhə içində olar. Arvadından şübhələnər, uşağından şübhələnər. Qonşudan şübhələnər. Məsələn, bublik satıcısı, qapısının ağzında bublik satan bublik satıcısından belə şübhələnər. Yəni ağılsızlıq dərəcəsində bir şübhə anlayışına sahibdir. Küfrün bu xüsusiyyətinə diqqət çəkmişdir. “Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” deyirlər?”. Halbuki Peyğəmbərimiz (s.ə.v) son dərəcə dürüst, ömrü boyu heç yalan danışmamış bir insandır. “Əgər Allah istəsə, sənin də qəlbinə möhür vurar”. Bu böyük bir təhdiddir. Allah: “Peyğəmbərin belə qəlbinə möhür vuraram” deyir. Peyğəmbərimiz (s.ə.v) belə o mövqedə, o vəziyyətdə olmasına baxmayaraq, zəmanət altında deyil. Allah istədiyi təqdirdə sonradan zəmanət verir. “İstəsəm qəlbinə indicə möhür vuraram” deyir. “Allah batili silib yox edər”. Mən yox edərəm deyir. Sən yox edə bilməzsən. Allah yox edər. Hz. Mehdi (ə.s) yox etdi zənn edəcəklər, amma yox edən Allahdır. Allah hz. Mehdi (ə.s)-ı, batilin silib yox edilməsində vəsilə edir. Onsuz da ayədə: “Allah batili silib yox edər” deyir. Bu ayənin əbcədi 2014-cü ildir. Allah hz. Mehdi (ə.s) ilə bu qələbəni verəcək inşaAllah. “Və öz sözləriylə”, Quranın hökmüylə, ayələrlə, “haqqı haqq olaraq möhkəmlədər (gerçəkləşdirər)”. Onda gücləndirər, möhkəm hala gətirər. Yox edilə bilməz, sarsılmaz hala gətirər. Məsələn, biz danışdıqca, izah etdikcə güc artır. Kitab payladıqca artır, təbliğ etdikcə artır, möhkəmlənmə olur. Yoxsa sən iki gün, bir həftə izah etsən, möhkəmlənməz. Möhkəmlənmə olması üçün daimi bir izahat, daimi bir dəstək lazımdır. Məsələn, bir dəfə də pərçimləyərsən, bir dəfə də pərçimləyərsən, bir dəfə də pərçimləyərsən. “Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir”. Yəni həm küfr əhlinin, həm də müsəlmanların nə düşündüyünü bilir. Bilirsinizmi niyə?. Çünki, Özü yaradır. Allah heç öz yaratdığı şeyi bilməzmi?. Öz yaratdığı şeyi bilir. “Qullarının tövbəsini qəbul edən”, belə ki, Allah tövbələri sevər. Allah “tövbə edin” deyir. Tövbə, mömin üçün rahatlıqdır. “Tövbə edin”. Çünki, tövbə edənin qəlbində rahatlıq olar, Allaha olan sevgisi artar. Səhv etdiyi üçün üstündəki o günahkarlıq duyğusundan bir qədər xilas olar. “Günahları bağışlayan”, məsələn, adam bir dəfə pislik edir, bir daha müsəlman ola bilməyəcəyini düşünür. “Bir daha normal insan ola bimərəm, normal sevgini yaşaya bilmərəm, dost ola bimərəm, vəfalı ola bilmərəm, gözəl əxlaqlı ola bilmərəm” deyə düşünür. Bəs Allah nə deyir?. Allah: “Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan” deyir. Allah pis əməllərə sərhəd qoyubmu?. Qoymayıb. Allah: “Hər cür pis əməli bağışlayaram” deyir, yəni tövbə etdikdən sonra. “Sizin nə etdiyinizi bilən Odur”. Bax, bu çox mənalıdır. “Sizin nə etdiyinizi mən bilirəm” deyir. “Onu da Mən yaratmışam” deyir. “Məni bağışlamaz” deyir. Onsuz da onu yaradan da Allahdır. Allah: “Tövbə etdiyin təqdirdə, onu da bağışlayacağını” söyləyir. Tövbəni ilham edən də Allahdır. Əlbəttə ki, burada bir sirr var. “O, iman edib”, bax belə, insanlarda əvvəlcə nəyə ehtiyac varmış?. Fiqhə mi ehtiyac varmış?. Nəyə ehtiyacı varmış?. İmana ehtiyac vardır. Biz nədən bəhs edirik?. İmandan bəhs edirik. Quran möcüzələrini izah edirik. Canlılardakı möcüzələri izah edirik, darvinizmin etibarsızlığını izah edirik. Təcili surətdə lazım olan şey nədir?. İmandır. Tutaq ki, iman etdi, bəs bu yetərlidirmi?. Bax, Allah arxasınca nə deyir!. Allah: “Yaxşı əməllər edənlərə”, belə ki, O: “Səmimi olmalısınız” deyir. Madam ki, iman etdin, onda səmimi iman etmiş olmalısan. “Səmimi əməllər edənlərə”, belə ki, səmimi işlər görənlərə “cavab verər”. Allah onları qəbul edər. Onlarla əlaqəyə keçər. Onların tələbini, onların dualarını qəbul edər “və Öz lütfünü onlara artırar”. Məsələn, sağlamlıq verdisə artırır, səhhət verdisə artırır, mal verdisə artırır, təsir etmə qabiliyyəti verdisə artırır, güc verdisə artırır. Allah: “Kafirlər üçün isə şiddətli bir əzab hazırlanmışdır” deyir. Müsəlman elə də əzaba düçar olmaz. Kafirlər isə çox şiddətli əzaba düçar olar. Allah Quranda əzabın növlərini izah edir. Müsəlman bunları yalnız öyrənir və yalnız uzaqdan görər. Məsələn, bəzən qəddar adamlar olur, əxlaqsız adamlar olur. Məsələn, dövlət ona bir cəza verir. Biz heç bir mərhələsini görmürük, elə deyilmi?. Bizə yalnız onun barəsindəki məlumat gəlib çatır. Adamın cəza çəkdiyinə, etdiyi əməlin qarşılığını aldığına dair bir məlumat gəlib çatır. Amma biz nə o mühiti, nə də onun çəkdiyi şeyi görürük, heç bir məlumatımız olmur. Allah Quranda da əzabdan bəhs edir. Bizə yalnız əzab barəsindəki məlumat gəlib çatır və onu uzaqdan görərik. Buna görə də Allahın tətbiq etdiyi əzabla əlaqədar qisim, əslində çox şiddətlidir. Kafirlərə, zalımlara, mərhəmətsizlərə, qəddarlara qarşı tətbiq etdiyi şey çox şiddətlidir. Çəkdikləri əzab da çox şiddətlidir. Lakin, müsəlman bunu bilmir. Yalnız onun razı qaldığını bilir. Allahın intiqam almasından qaynaqlanan razılığı bilir. Kafir əzabı yaşayaraq, onun yaşatdığı bütün sıxıntı və narahatlığın nə olduğunu bilir. Mömin bu mövzuda yalnız məlumat sahibidir. Həmd etmək baxımından, onun verdiyi sevinc baxımından hadisənin gözəlliyini anlayar. Allahın intiqam almasından ötrü müsəlmanın içində bir rahatlıq meydana gələr.

4

        “Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar”, yəni Allah: “İqtisadi çətinlik olmasaydı həddi aşardılar” deyir. Həqiqətən Avropada yaşanan iqtisadi rahatlıq dövrlərində bütün gənclər həddini aşmışdı. Küçələrdə böyük bir rüsvayçılıq törətmişdilər. İqtisadi böhran dövrlərində isə daim dindar olmuş, özlərinə gəlmiş, daha ağıllı hərəkət etməyə başlamışlar. Bunun üçün dünyanın hər yerində, daim bir iqtisadi çətinlik yaşanar. Bütün dövrlərdə heç vaxt dünyada iqtisadi bir rahatlıq olmamışdır. İqtisadi rahatlıq təkcə hz. Süleyman (ə.s)-ın və hz. Zülqərneynin dövründə yaşanmışdır. Bundan başqa, həm Fironun dövründə, həm də Nəmrudun dövrü də daxil olmaqla bütün dövrlərdə xalq daim bir çətinlik içində yaşamışdır. Allaha qayıtsınlar deyə, Allah bunu xüsusi olaraq edir. Bolluq dövründə insanların çoxunda həm təşəxxüs, həm təkəbbür, həm də eqoizm meydana gəlir. Yoxsulluq dövründə isə təvazö, şəfqət, Allaha yaxınlıq, mehribanlıq, cüzi bir şeydən ötrü belə xoşbəxt olma mühiti yaranır. Adam varlı olur, qarşısına kiloyla qızıl gətirirlər, amma xoşbəxt olmur. Amma kasıb bir adama çox xırda bir gümüş, kiçik bir şey, kiçik bir hədiyyə verəndə, elə bil, dünya onun olur. Nisbi olduğu üçün çox zövq alır. Ancaq insanlar cənnətdə zənginliyə qatlaşa biləcək ruha sahib ola bilirlər. Ümumiyyətlə insanlar cənnətdə zənginliyə qatlaşa bilirlər. Orada onun yetkinliyini rahat yaşaya bilirlər. Dünyadakı zənginliyə qatlaşa bilmirlər.

4

Allah yenə Şura surəsinin 29-cu ayəsində yaradılışdan bəhs edir. Şeytandan Allaha sığınıram. “Göylərin və yerin yaradılması”, bax həmişə yaradılışdan bəhs edilir. Allah: “Əvvəlcə bu məsələni həll edin” deyir. Quran: “İnsanlara əvvəlcə bunu izah edin. Bu iman zəifliyini aradan qaldırın. Sonra fiqhə keçin” deyir. Məhz, buranı ört, oranı ört, ədəbli geyin və s. sözlər deyirlər. Bəs ədəblisənmi?. Ədəb nədir bilirsənmi?. Sevgi anlayışın necədir?. Gözlərində sevgi vardırmı?. Danışığında, üzündə sevgi vardırmı?. Sən əvvəlcə özünü düzəlt və səhv yerdən başlayırsan. Əvvəlcə iman həqiqətlərindən başla. İmanını gücləndir. Onsuz da güclü imanda sevgi olar. Səndə sevgi yoxdur. “Göylərin və yerin yaradılması”, nə etməliyik?. Göy; astronomiya. Yer, yerin yaradılması; yerdə aparılan hər cür tədqiqatlar. “Göylərin və yerin yaradılması ilə onlarda hər canlıdan törədib yayması”, hər canlı, zoologiya, botanika, biologiya, hamısı; “Onun ayələrindəndir”. Yəni Allah: “Quran ayəsi kimi bir ayədir” deyir. “Ayələrindəndir”. Allahın ayələridir, dəlilləridir. Yəni onları araşdırın, oxuyun, təhlil edin. Quran ayələrini necə oxuyuruqsa, bu ayələri də eləcə oxumalıyıq. Bunları da araşdırmalıyıq. Allah: “Ayədir” deyir. “O Allahın ayələrindəndir və O, istədiyi vaxt onların hamısını toplamağa qadirdir”. İstədiyi vaxt. Nə qədərini deyir?. “Hamısını” deyir. Hamısını, nə varsa. Hər canlını, hamısını, toplamağa qadirdir. Toplayıb meydana çıxarandır. “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu da bağışlayır”. Allah qorusun, onda müsəlmanlar ən çox nəyə diqqət yetirməlidir?. Halala və harama diqqət yetirməlidir. Onlar Allahı çox sevməli, Allahı çox zikr etməli, qəlbi daim Allah ilə birlikdə olmalıdır. Bu nə gətirər?. Burada bir sirr var. Allah: “Rahatlıq taparsınız, kifayət qədər rahat olarsınız” deyir. Allah: “Məni çox sevsəniz, Məndən qorxsanız, Qurana itaət etsəniz, səmimi olsanız, ağlınız və qəlbiniz daim Mənim yanımda olsa, həmişə dua etsəniz” (dua etmək hər şeyi Allahdan istəmək deməkdir), “tövbə etsəniz, Allaha həmd etsəniz, Allahın böyüklüyünü dilə gətirsəniz” (yəni Allahu Əkbər desəniz), “Məni tənzih etsəniz”, SübhənAllah, yəni “ey Rəbbim sən əskik və nöqsan sifətlərdən münəzzəhsən, mükəmməlsən deyib Məni ucaltsanız”, “var gücünüzlə mənim şənimi təqdir etməyə səy göstərsəniz, sizə heç bir müsibət üz verməz” deyir. O: “Rahatlığa qovuşarsınız” deyir. Burada bir sirr var. “Allah günahların çoxunu da bağışlayır” deyir. Yəni Allah: “Etdiklərinizə baxmayaraq, etdiklərinizə görə başınıza müsibətlərin gəlməsi lazım olduğuna baxmayaraq, çoxunu bağışlayıram” deyir. “Yoxsa əslində etdiyiniz əməllər müqabilində həmişə müsibət yağdırardım” deyir. Allah: “Yəni qarşılığında müsibət üz verməsi lazım gələn bir iş görməyinizə baxmayaraq, çoxunu bağışlayıram” deyir. O: “Yoxsa etdiyiniz əməllərə görə, əslində daim müsibətlər verərəm” deyir. Allah: “Etdiyiniz hər şeyə, hər səmimiyyətsiz hərəkətinizə, hər səhv hərəkətinizə, hər üsyankar hərəkətinizə, hər xoşagəlməz, anormal, Qurana uyğun olmayan hərəkətinizə görə sizə çoxlu cəzalar; fəlakət, müsibət verərəm. Amma çoxundan imtina edirəm” deyir. Allah: “O qalanlar da, yerdə qalan hissədəndir” deyir. Yəni çoxundan imtina etdiyindən sonra yerdə qalan hissədir. “Bundan ötrü sizə müsibət üz verdi” deyir. “Əllərinizlə qazandığınız günahlar üzündəndir” deyir. “Siz yer üzündə (Allahı) aciz qoya bilməzsiniz”, yəni istədiyiniz qədər darvinizmi, materializmi, kommunizmi izah edin, Suriyada, orada burada dəccal rejimləri qurun və s. şeylər edin. “Sizin Allahdan başqa nə bir vəliniz, nə də bir köməkçiniz vardır”. Allah: “İstəsən də, istəməsən də belədir” deyir. “Sizin Allahdan başqa nə bir vəliniz, nə də bir köməkçiniz vardır”. Nə Karl Marks səni xilas edə bilər, nə Darvin, nə bu, nə o, nə də şeytan. Yalnız Allah. Allah: “Başqa heç bir vəliniz yoxdur” deyir. O: “Nə də bir köməkçiniz var” deyir. Allah: “Sizə hakimlik edən yalnız Mənəm” deyir.

1391583660_qurani_kerim_00001