Hörmətli Adnan Oktarın 2 dekabr 2012-ci il tarixli söhbətindən Rəhman surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Rəhman surəsi, 54-cü ayədən başlayıram. Şeytandan Allaha sığınıram. “Onlar orada astarları atlazdan olan”, biz atlazların burada fabrikdə yaradıldığını zənn edirik. Atlazları yaradan Allahdır. “Bəs Cənnətdə kim yaradır?” deyir. Dünyada da, axirətdə də yaradan Allahdır. Kiminsə dünyada bir fabrikdə yaratdığını zənn edirlər. Dünyada da Allah yaradar. Bütün paltarları Allah yaradar. “Döşəklərə dirsəklənəcəklər”. Cənnətdə yorulmaq deyə bir şey yoxdur. Bəs döşəyi nə üçün istəyir?. Həyat yoldaşıyla cinsi əlaqədə olmaq, sevişmək, danışmaq və söhbət etmək üçün istəyir. Çünki, döşək həsrəti insana dünyada öyrədilir. Allah döşəyin nə olduğunu bizə dünyada öyrədər. Çünki, yorularıq, döşəyə uzanmaq istəyərik. Sevdiyimiz biri olar, onunla yataqda danışmaq istəyərik. Ən çox xoşumuza gələn bu olar. Əlbəttə ki, o, özünə halaldırsa. “Hər iki bağın meyvələri onlara yaxındır”. Döşəkdə yatdığı vəziyyətdə meyvəni dərə bilir. İndi evlərdə bunu etmək mümkündürmü?. Yox. Cənnətdə mümkündür. Əlini uzatdıqda budaq ona doğru əyilir. Meyvəni dərib yeyər, yenə əlini uzatdıqda orada yenə meyvə əmələ gələr və yenə onu dərib yeyər. Allah: “Meyvələri onlara yaxındır” deyir. Çünki, meyvə ağaclarına baxarıq, amma onların üstünə çıxa bilmərik, sadəcə uzaqdan onlara tamaşa edərik. Cənnətdə belə deyil. Budaqlar şüurludur. Budaq özü sənə yaxınlaşar, meyvədən dərib yeyərsən, doymazsan. Yenə dərib yeyərsən, yenə doymazsan. Dünya meyvəsi kimi deyil. Xeyli ləzzətlidir, göstərdiyi təsir də çox güclüdür. “Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?. Orada baxışlarını yalnız öz ərlərinə çevirmiş qadınlar vardır”. Allah, bir qadının baxışına diqqət çəkir. Bir də həyat yoldaşına, yalnız həyat yoldaşına baxmasına diqqət çəkir. Bütün diqqəti ona yönəlmişdir. Orada bir çox insan var, lakin o israrla yoldaşına baxır. Allah belə yaratmışdır. Qəlbi ona qarşı məhəbbətlə doludur, Allah onu, ona valeh olacaq şəkildə yaratmışdır. Allah: “Baxışın nə qədər gözəl olduğunu, ruhun gücünün nə qədər əhəmiyyətli olduğunu, imanla, sevgiylə baxmağın verəcəyi həzzin nə qədər gözəl olduğunu” göstərir. Bəzi heyvan adamlar vardır ki, seksuallığı heyvanlıq kimi başa düşər. Halbuki, Allah Quranda əvvəlcə gözlə sevişməyin gözəlliyini vurğulayır. Həyat yoldaşı onunla gözüylə sevişir. “Bunlardan əvvəl özlərinə nə bir insan, nə də bir cin toxunmuşdur”. Allah Quranda iffətli olmağın qadınları nə qədər gözəl göstərdiyini vurğulayır. Nə bir insan, nə də bir cin toxunmuşdur. Çünki, iffət öz-özlüyündə dərin təsir oyadan bir şeydir. Allah qorusun, iffətsiz bir qadın insanı cəlb etməz. Yəni müsəlmanı cəlb etməz. İffət, qadını dərin təsir bağışlayan, çox cəlbedici biri edən mühüm bir psixoloji səbəbdir. “Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?”. Allah həmişə söyləyir. “Sanki onlar yaqut və mərcandırlar”. Yəni gözəlliyi ilə diqqət çəkən, parlaq, rəngli, çox xoş görünüşlüdürlər. Geyimlərində yaqut və mərcanın gözəlliyi əks olunmuşdur, amma bu bizim dərk etməyimiz üçün deyilir. Yoxsa, təbiidir ki, yaqutdan, mərcandan daha çox üstündürlər. Allah, Cənnət geyimlərinin, cənnət paltarlarının, cənnət cəvahiratlarının insanlarda bağışlayacağı təsiri izah edir. Yaqut və mərcan çıxar. Məsələn, bəzi ayələrdə incidən bəhs olunur, bəzi yerlərdə isə qızıldan. Cənnət qızılı tamam ayrı bir şeydir, gözoxşayandır, çox valehedicidir. Bu Cənnət qadınlarının paltarlarının, cavahiratlarının gözəlliklərinin valehetmə yönlərinin necə həyəcan verici olduğunun bir izahıdır.

images (2)