Hörmətli Adnan Oktarın 22 aprel 2013-cü ildəki söhbətindən Zuxruf surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınaram. “Şübhəsiz” deyir, Allah. İsa Məsih (ə.s) üçün. “Şüphəsiz o” İsa Məsih ibni Məryəm, “qiyamət-saatı üçün” qiyamət vaxtı üçün “bir əlamətdir. Elə isə ondan yana heç bir şübhəyə qapılmayın.” Əmin olun deyir, Allah, qəti deyir, “qiyamət üçün bir əlamətdir” deyir, hz. İsa Məsih (ə.s). Baxın, bir də arxasından nə deyir Allah? “Elə isə ondan yana heç bir şübhəyə qapılmayın və Mənə iman edin. Doğru yol budur.”

“Şeytan” yəni dəccal “sizi Allahın yolundan saxlamasın. Həqiqətən o sizin üçün açıqca bir düşməndir.”

“İsa” Məsih İbni Məryəm “açıq-aydın dəlillərlə gələndə” Allahın hökmləriylə gələndə, “dedi ki: “Mən sizə bir hikmətlə gəldim və haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq içində.” Demək ixtilafa düşür insanlar. Quranın hökmü də, ixtilafa düşülən səhv bilinən şeyləri düzəldir. Yoxsa Quranın hökmü gəlir, Allah onu bəyənmir bir daha dəyişdirir. Bəyənmir bir daha dəyişdirir. Belə bir şey yox. Hökm gəldiyində, tamamdır. Adamlar zənn edir ki, Allah hökmü göndərir sonra bəyənmir, başqa bir hökm göndərir. Elə bir şey yoxdur. Allahın hökmü niyə qalxsın? Hamısı etibarlı. Quranda etibarlı olmayan heç bir hökm yoxdur. Bu inanılası kimi deyil, bu necə bir cəsarətdir belə? Keçmiş şəriətlərdə unudulan hökmləri” deyir, Allah yenidən xatırladaram və yaxud daha xeyirlisini göndərərəm deyir, Allah. Ayənin şərhi bu. O dövrdə olan döyüşlərdə də Allah, davamlı üsul göstərir, belə edin, belə edin. Çünki çox vəhşi adamlar. Mərhəmətsiz və qəddarlar. Gecə basqınları edirlər, müsəlmanları qılıncdan keçirirlər. Allah, onlara qarşı nə etmələri lazım olduğunu Peyğəmbər (s.ə.v)-ə bildirir. Peyğəmbərimiz (s.ə.v), ya özü qərar verəcək, ya Allah bildirəcək. Özü qərar verdiyini də, Allah bildirər amma bir də vəhylə bildirmə var. Vəhylə bildirdiyində, könlü daha rahat olur. Çünki vəhy dəqiqdir. Nə edim görəsən deyə düşünür məsələn, Peyğəmbərimiz (s.ə.v) səhər, ayə enir, belə edəcəksən deyir, onu edir. Oradakı ayə, o döyüşə aiddir. Adam, hər yerdə bunu mən tətbiq edəcəyəm deyir. O oraya aid bir mövzudur. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına aid hökmlər var. Sırf Peyğəmbər (s.ə.v)-in xanımlarına aid. Qardaşım,  Allah deyir ki, baxın, “siz ayrısınız” deyir, Peyğəmbər (s.ə.v) xanımlarına, “siz digər müsəlman xanımlar kimi deyilsiniz” deyir. “Onların hökmü ayrı” deyir. Adam deyir ki “yox deyir, “mənə görə eyni, heç bir fərq yox” deyir, hətta daha da üstünlük gətirməyə çalışır və yaxud “eyni hökm ona da tətbiq olunması lazımdır” deyir. Allah “hökmləri ayrı” deyir, onlar “yox” deyir, hökmləri eyni” deyir. Allah ayrı dedisə ayrıdır. Müsəlman xanımlar üçün, “daha azad ola bilərsiniz” deyir Allah, daha rahatsınız. Amma peyğəmbər xanımları üçün, “pərdə arxasından danışacaqsınız” deyir Allah. Adam nə edir? Bütün xanımları pərdə arxasından danışdırır. Elə bir şey yoxdur. Niyə Allahın hökmünü dəyişdirirsən?

Kuran