Hörmətli Adnan Oktarın 24 may 2013-ci il tarixli söhbətindən Ələq surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə, Şeytandan Allaha sığınıram. “Yaradan Rəbbinin adı ilə oxu!” (Ələq surəsi, 1). Bu ayədə oxumağın əhəmiyyətinə diqqət çəkilir. “Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir” (Ələq surəsi, 3). “O, qələmlə (yazmağı) öyrətdi” (Ələq surəsi, 4). Yəni, Axırzamanda qələm sənətini yaxşı bilənlər, qələm hakim olur. “İnsana bilmədiklərini öyrətdi”. (Ələq surəsi, 5), məsələn, darvinizmin etibarsızlığını öyrəndik, insanlar bir çox şeyi elmlə öyrəndilər.

“Xeyr, İnsan, doğrudan da, həddini aşır” (Ələq surəsi, 6).Bax insan həddini aşır. “Xeyr, İnsan, doğrudan da, həddini aşır”. Dəccaliyyətə yönəlir. Darvinist, materialist düşüncə içərisində olub, anarxiya və terrorla həddini aşırlar. “Özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə” (Ələq surəsi, 7),“mən üstün insanam”-deyir. “Müstağniyəm, üstün irqin nümayəndəsiyəm”deyir. Yəni “modern insanam”-deyir. “Mən elmin və texnologiyanın ən yüksək səviyyəsinə çatdım”-deyir. “Əxlaqi cəhətdən də çox yaxşıyam”-deyir. Özünü müstağni görür. Ayədə hər halda xatırladığım dərəcədə “İnn-əl insana ləyətka”-deyilir. Bu Darvinin ölüm tarixini verir. Bax “Özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə”, bu ayə Darvinin ölüm tarixini verir. Yəni, bilmirəm yəqin ki, düşünən ibrət alar. “Axı son dönüşün Rəbbinədir” (Ələq surəsi, 8), “Gördünmü o kəsi ki, mane olur” (Ələq surəsi, 9). Bax, Suriyada və digər bir çox islam ölkəsində bu hal vardır. “Bir bəndəyə namaz qıldığı zaman?” (Ələq surəsi, 10). Demək ki, tahiranə dəccal müsəlmanlara hücum edəcəkdir. Ayə də buna işarə edir. Bax: -“Bir bəndəyə namaz qıldığı zaman?”, yəni namaz əhlinə tahiranə hücum edəcəyinə işarə edir. “Söylə görək, əgər o bəndə doğru yoldadırsa” (Ələq surəsi, 11). Qurana tabedirsə, yəni Fatihə surəsində bildirilən “ihdinəs siratəl müstəqim” Quran yolu üzərində isə “yaxud Allahdan qorxmağı əmr edirsə” (Ələq surəsi, 12). Bu ayə xüsusilə mehdiyyətə işarə edir. O biri ayələr dəccala, bu isə mehdiyyətə işarə edir. Allah davamlı olaraq “gördünmü o kəsi ki”-deyir, yəni “təqvanı əmr edib, islamı da təbliğ edənləri gördünmü” deyir. “Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?” (Ələq surəsi, 13), yəni Allahı inkar edir, islamı və Quranı öyrənməkdən üz döndərirsə, “Məgər o bilmir ki, Allah görür?”-deyir (Ələq surəsi, 14). “Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq” (Ələq surəsi, 15), yəni “kəkilindən tutub sürükləyəcəyik” deyir. “Yalançı, günahkar kəkilindən” (Ələq surəsi, 16). “Qoy öz dəstəsini, yəni Allah qrupunu, yoldaşlarını, qısaca kim varsa “çağırsın”-deyir(Ələq surəsi, 17). “Biz də əzab mələklərini çağıracağıq” (Ələq surəsi, 18). “Xeyr, sən ona qulaq asma! Səcdə et və Allaha yaxınlaş!” (Ələq surəsi, 19), yəni Allah “dəccaliyyətə boyun əymə”-deyir. Ələq surəsi on doqquz ayədən ibarətdir, bu ayə isə xüsusilə dəccaliyyətə işarə edir.

1