Hörmətli Adnan Oktarın 14 iyul 2013-ci il tarixli söhbətindən hz. Mehdi (ə.s) və tələbələrinə işarə edən ayə izahları.

DİDƏM ÜRER: Şeytandan Allaha sığınıram. Ənam surəsi, 89-cu ayədə belə deyilir: “Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik”.

ADNAN OKTAR: Yəni hz. Mehdi (ə.s) və tələbələri nəzərdə tutulur.

“Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə “camaata” həvalə edərik”.

Allah hz. Mehdi (ə.s)-ın tələbələrinə həvalə edir. Ənam surəsi, 89 və Maidə surəsi, 54-cü ayədə buna işarə edilir. Didəm müəllimim, onu da oxu!

DİDƏM ÜRER: Şeytandan Allaha sığınıram. “Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər”. (Maidə surəsi, 54)

ADNAN OKTAR: Ayəyə diqqət edirsənmi? Xırdalıqlara diqqət yetirin. Mehdiyyətlə əlaqədar olan nüanslar burada çox aydın görünür. Allah onları sevir. Bax, ən çox sevdiyidir, onlar da Allaha sevgiylə bağlıdırlar. Təməlində sevgi var, sevgi hakimiyyəti var. Diqqət edirsinizmi? Mehdi (ə.s)-ın camaatının əsas xüsusiyyəti sevgidir. Allah onları sevir, onlar da Allahı sevirlər. Allah Mehdi (ə.s)-ın camaatına işarə edərək birinci təyin edici xüsusiyyət olaraq sevgini bildirmişdir. “Möminlərə qarşı mülayim”. Bəs hansı möminlərə? Bütün dünyadakı möminlərə qarşı mülayimdir və camaat ayrı-seçkiliyi etmir. “Möminlərə qarşı mülayim”, yənimömin “Allah birdir, Məhəmməd onun elçisidir” deyən kəslərin ardınca gedər və onlara qarşı təvazökar və şəfqətli olar. Eqoistlik etməzlər. Demək ki, qatı dinçilərin və müşriklərin bir qismi eqoistlik edəcək, təkəbbürlənəcəklər, azğınlaşacaqlar, nəhayət firona çevriləcəklər. Amma Mehdi (ə.s)-ın tələbələri bütün müsəlmanlara qarşı təvazökar və mehriban olacaq, həmçinin Mursiyə qarşı da sevgi dolu olacaqlar. Möminlər istər  islami cihad tərəfdarları, istərsə də teroristlər olsun, bir sözlə hamısına qarşı şəfqətli olarlar. “Kafirlərə qarşı isə”, bax, təcavüzkar deyil, güclü olacaqlar. Bəs hansı cəhətdən güclü olacaqlar? Maddi, mənəvi, elmi və mədəniyyət cəhətdən güclü olacaqlar. “Və qürurlu”, olacaqlar. Bəs möminlərə qarşı qürurlu olacaqlarmı? Xeyr! möminlərə qarşı deyil,  inanmayanlara qarşı qürurlu olacaqlar. “Allah yolunda cəhd edən”, Mehdi (ə.s)-ın tələbələrinin əsas vəzifəsi onsuz da cəhd etmək olacaq və onlar davamlı səy göstərəcəklər. Bax, Allah çox mühüm fərqləndirici bir xüsusiyyəti deyir. “Tənə edənin tənəsindən qorxmayan” demək ki, tənə vuranlar möminlərin böyük hissəsini iflic edəcəklər. Onların arasını vuracaqlar. Tənə edənin tənəsindən hərəkət etməyə taqətləri qalmayacaq. Amma Mehdi (ə.s)-ın tələbələri tənə edənin tənəsindən qorxmayacaq, əksinə şövqlə və ruh yüksəkliyi ilə hərəkət edəcəklər. Çünki ən çox tənəyə məruz qalan, məhz Mehdi (ə.s)-ın camaatı olacaqdır. 313 adamın xaricində hamı tənə vurur. 313 nəfərdən ibarət olan, Mehdi (ə.s) camaatına tənə vurmayan yoxdur. Lakin, davam edirlər. Maidə surəsi, 54-cü ayə birbaşa olaraq Mehdi (ə.s)-ın tələbələrinə uyğun edir və ayənin sonunacan mehdilik təfərrüatlı olaraq, təsvir edilir, inşaAllah.

DİDƏM ÜRER: Məhəmməd (s.ə.v) deyir ki; “Qaim (Mehdi (ə.s)) zühur etdiyində, belə deyəcək; “Biz uca Allahın kitabındakı bir ayə ilə vəd etdiyi insanlarıq”.

Həcc surəsi, 41-ci ayədə belə deyilir; Şeytandan Allaha sığınıram. “Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir”.

ADNAN OKTAR: Baxın, Allah əvvəlcə “hökmranlıq verəcəyik” deyir. Sonra isə “hökmranlıq verəcəyik” deyir. Yer üzündə hz. Mehdi (ə.s)-dan başqa hökmranlıq sahibi olan heç kim yoxdur. Müjdələnən təkcə odur. Yəni, hz. Mehdi (ə.s)-dan başqa yer üzündə məskunlaşıb hökmranlıq sahibi olan heç kim yoxdur. Amma bax, Allah “birinci xüsusiyyətləri – namaz qılarlar” deyir. “İkinci – zəkat verərlər, üçüncü – yaxşı işlər görməyi əmr edərlər”, təbliğ edərlər. “Dördüncü – pis işlər görməyi qadağan edərlər. “Qatı dinçiliyi, müşrikliyi, sevgisizliyi və zalımlığı qadağan edərlər. “Bütün işlərin aqibəti Allaha aiddir”. Allah Həcc surəsi, 41-ci ayədə; “hamısı mənə aiddir və mən edərəm” deyir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində; “Qaim Məhəmməd Mehdi (ə.s) zühur etdiyində belə deyəcək”-deyir. “Biz uca Allahın kitabındakı bir ayə ilə vəd etdiyi insanlarıq”. Yəni, hz. Mehdi (ə.s) “ayə bizə işarə edir” deyəcəkdir. Həcc surəsi 41, Maidə surəsi 54 və Ənam surəsi, 89-cu ayələrin açıq-aşkar şəkildə hz. Mehdi (ə.s)-a işarə etdiyi görünür. Nur surəsi, 55-ci ayədə isə mehdiyyət və onun dünya hakimiyyəti izah edilir.

kurani-kerim