Hörmətli Adnan Oktarın 7 sentyabr, 2013-cü il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah Tövbə surəsi, 48-ci ayədə: “And olsun, onlar əvvəl də (Uhud döyüşündə) fitnə törətmək istəmişdilər və sənin əleyhinə hiylələr qurmuşdular.”–deyir.İndi də, elə müsəlmanlara qarşı həmişə belə pis işlər görürlər, alçaqlıq edirlər, hədələyir, çaqqallıq edirlər. Əfqanıstanda da, Misirdə elə və digər başqa yerlərdə də elədir. Müsəlman məzlum olduqca bu belə olar. Amma zalıma qarşı qoçuluq etmirlər. Məsələn, Suriya, Rusiyaya qarşı heç vaxt qoçuluq etməz. Nə edirsə etsin qoçuluq etməz. Çünki gücündən qorxur. Amma müsəlmana baxır görür ki, fağırdır, dərhal təpəsinə minir və asıb-kəsir. Misirdə də elədir, orada amerikan qüvvəlləri olsa, on min, yüz min nəfər hər nə edirsə etsin, Misir ordusu səsini çıxarmaz.

kurani-kerim