Ötən ay Hörmətli Adnan Oktarın izah etdiyi mövzulardan birini, Hz. Mehdi (ə.s.)-ın üstün əxlaqını və fiziki xüsusiyyətlərini yayımlamışdıq. Bu ay isə, Hz. Mehdi (ə.s.)-ın elmi mübarizəsinin və mübarizə mühitinin xırdalıqlarını hörmətli Adnan Oktarın dəyərli izahlarından topladığımız məlumatlarla yayımlayırıq.

Hz. Mehdi (ə.s.)-ın elmi mübarizəsi

Hz. Mehdi (ə.s.)-ın əbcəd elmini bilməsi

1

Daşköprülüzadə Əhməd Əfəndi “Mevzuatul – Ulum” adlı əsərində (11/246) Hz. Mehdi (ə.s.)-ın cifr (Hərfləri ədədlə qiymətləndirərək  gələcəkdən xəbər vermək.) elminə vəqf olacağını qeyd etmişdi.

“Bəziləri dedilər ki, bu kitabı kamal-i vüqüf axır zamanda hurucu muntazar hz. Mehdi (ə.s.)-ın hurucuna həbs olunmuşdur ki, onlar cifr (əbcəd) elminə vəqf və sirlərinə arif olarlar. Kitab-ı ənbiyada illər öncədən  bu elm gəlib çatmışdır. (Mehdilik və İmamıya, İbrahim Süleymanoğlu, səh. 252)

“Qurandakı əbcədləri biləcəyini bir şərhindəki izahda görürük. Mehdi (ə.s.) Quranın sirlərini, Qurandakı hərf kimi ifadə edilən əbcəd elmini biləcək. Yəni axır zamanda hadisələrə əsaslanaraq  bu elmi insanlara göstərəcək, izah edəcək inşAllah.”

Hz. Mehdi (ə.s.) Nur tələbəsi olmayacaq

Bədiüzzaman- “Hz. Mehdi (ə.s.) Nur tələbəsi olmayacaq” deyir. Bunu Sunqur qardaş da demişdir.  Qılınc Əli Paşa Məscidində mən, Sunqur qardaş, bizim uşaqlar hər kəs oturmuşdular. Biz o vaxtlar sarıqla namaz qılırdıq. Hər kəsin başında sarıq olurdu və bel xəttindən kürəyimizin arasından sallanırdı. Çobanyastığı tarlası kimi məscidin içinə doluşmuşduq. Sunqur  qardaş da oraya ziyarətimizə gəldi. Bədiüzzamanın tələbələrindən, yəni daha məşhur tələbələrindən biri adımı soruşdu, adım “Adnan” dedim. Soyadımı soruşdu “Oktar” dedim. Sonra cibindən dəftər qələm çıxartdı. Bir əbcəd hesabı etdi. Bir neçə rəqəm yazdı, nə isə bir şey yazdı. Sunqur qardaş sonra bir az daha yaxınlaşdı.  Dedim:”Müəllim”  “mən sizdən bir şey soruşacam” – “Mehdi (ə.s.)”  “Nur tələbəsi olacaq?” dedim. Bədiüzzamanın nəql etdiyinə görə “Bədiüzzaman söylədi” dedi “tam fərqli olacaq” dedi. Beləcə bir daha vurğuladı “tam fərqli olacaq” dedi. Mən çox həyəcanlandım.  Dediki, əslində  belə bir şeyi bu tərzdə deməzlər, heç kimə bildirməzlər. Baxın, tam fərqli olacaq. Çünki Bədiüzzaman dərsxanalarda Mehdi (ə.s.) kimi tanıdılırdı. Yəni onun bunu mənə deməsi mənə çox etibar etdiyini bildirirdi. “Tam fərqli olacaq” dedi. Ondan sonra bir daha soruşmadım. Ayıb olar, narahat olar deyə sonradan artıq bu haqda soruşmadım. Amma gərək bir az da sual verərdim. Bunda da bir xeyir vardır. Allah qədərdə (tale) belə nəsib edib. Çox da soruşa bilmədim. “Tam fərqli olacaq” dedi. Yəni Nur tələbəsi olmayacaq.”

Hz. Mehdi (ə.s.) və tələbələri Risaləyi Nur Külliyyatının həqiqi sahibləridir

“Səid Nursi deyir ki: “Risaləyi Nur Külliyyatının, yəni bu əsərlərin həqiqi sahibi olacaq” deyir. Deyir ki, ” Cənab-ı Allah bu əsərləri, mənə ilhamla yazdırdı”. Amma “Mehdi (ə.s.) və tələbələri Risaləyi Nur Külliyyatının həqiqi sahibləridir” . Deyir ki, “O, “Risaləyi Nur Külliyyatının dərinliklərini izah edəcək.” “O həqiqi mənada sahib çıxacaq” deyir. Mehdi (ə.s.)-ın zühurundan sonra bu Risaləyi Nur Külliyyatı dünyada  çox məşhur olacaq. İndi o qədər bilinmir. Hal-hazırda o qədər də tanınmır. Məsələn, bu “Şüalar” adlı əsər. Səid Nursinin çox məşhur, əhəmiyyətli bir əsəridir. Dünyanın bir çox yerində qadağan edilmişdir. Məsələn, Rusiyada da qadağandır hal-hazırda. Bir çox yerdə qadağandır. Lakin Mehdi (ə.s.) dövründə ən çox oxunan əsərlərdən biri olacaq. Səid Nursi “Hz. Mehdi (ə.s.) şəxsən sahibidir” deyir. “Əsl sahibidir” deyir.”

Hz. Mehdi (ə.s.)-ın mübarizə mühiti və zühuru

Hz. Mehdi (ə.s.)-ın göz önündə olması

Peyğəmbər Əfəndimiz (s.ə.v.) “İnsanlardan gizlənəcək. “Hz. Musa (ə.s.)-a bənzər” deyir. Çünki risk və təhlükə, ölüm təhdidi altında olacağı üçün Mehdi (ə.s.) gizlənəcək. Yəni gizli olacaq. İki dənə qeybi olacaq və gözlərdən gizlənəcək. Peyğəmbərimiz (s.ə.v.)-dən soruşurlar “Hz. Musa (ə.s.)-a hansı yöndən oxşayır?” deyirlər, “gizlənməsi ilə” deyir və “qorxu yönü ilə”. Yəni “ətraf çox qorxulu olacaq, o da ona qarşı tədbirli olub gizlənəcək” deyir. Bir çox hədisdə bu şəkildə ifadə edilmişdir.”

 5

Hz. Mehdi (ə.s.)-ın sıxıntı və çətinliklərlə qarşılaşması

” Mehdi həbsə girəcək,  təhqirə məruz qalacaq,  böhtana uğrayacaq, cəmiyyət tərəfindən təzyiqlər görəcək. Alimlərin, alim kimi tanınan adamların təzyiqinə məruz qalacaq. İmam Rəbbani Məktubatında və Peyğəmbərimiz (s.ə.v.)-dən gələn hədisdə ondan sonra, “əhli sünnəyəm” , “aliməm” deyən bir alimin, İstanbulda yaşayan bir adamın böhtanına məruz qalacaq. Həmin şəxs iddia edəcək ki, “Mehdi (ə.s.) çıxdığı vaxt İstanbuldakı, yəni Mədinədəki  alim”, guya alim olan o alim, saxtakar alimdir “Mehdi (ə.s.) üçün,  bu bizim dinimizi yox etdi deyəcək” deyir.  Və  “Bu adam azğındır” deyir, yəni “dinsizdir deyəcəklər” deyir. Peyğəmbərimiz (s.ə.v) deyir ki: “Mədinədəki alim Mehdi (ə.s.) da, onu təsirsiz hala gətirəcək”. Mehdi (ə.s.) olduqca çox təzyiq və çətinliklərlə qarşılaşacaq. Və “dəccalın adamları onu izləyəcək” deyir. “Dəccalın silahlı adamları onu Mehdi (ə.s.)-ı  izləyər” deyir. Hətta “Mehdi (ə.s.)-a işgəncə edərlər” deyir. Hətta  bir rəvayətdə də deyilir ki, “Mehdi (ə.s.) işgəncəyə məruz qalar, kürəyi döyülə-döyülə getdikcə genişlənər”  Yəni “Ona hücum edildikcə, mətbuatda, televiziyada, hər yerdə hücum edildikcə şöhrəti və şanı yayılacaq”. Yəni “Əleyhinə olan hər fəaliyyət onun şan-şöhrətini yayacaq. Hücumlar onun lehinə olacaq”. Yəni o mənada deyil, işgəncə edildikcə, üstünə gəldikcə, böhtan atıldıqca, təhqir edildikcə şöhrət və şanı yayılacaq. Hər kəs onu tanıyacaq, gücünü, əzmini və qərarlarını da insanlar görəcəklər  inşAllah.”

 

Hz. Mehdi (ə.s.) xəlifənin olmadığı bir dövrdə çıxacaq

 

ADNAN OKTAR: Hz. Mehdi (ə.s.) gəlmədən əvvəl, xəlifəlik xüsusilə Allah tərəfindən aradan qaldırılır. Çünki xəlifə varkən, Mehdi (ə.s.) gəlmiş olsa, mən Mehdiyəm deyən biri onsuz da olmayacaq. Yəni bir başqa insanı lider elan etmək mümkün deyil. Çünki müsəlmanların onsuz da lideri var. Lider varkən, lider icad etmək Buxaridə də, Müslimdə də haramdır. Aydın şəkildə ifadə edilmişdir. Elə bir şey olmaz. Ona görə Allah, xilafəti yığışdırmışdır. Hz. Xızır (ə.s.) şəxsən bunda vəzifələnmişdir. Hz. Mehdi (ə.s.)-ın vəzifə alması üçün, Mehdi (ə.s.)-a təhvil verilmişdir. Xilafət alınmışdır və Hz. Mehdi (ə.s.)-a, mənən təhvil verilmişdir. Və hal-hazırda xilafət vəzifəsi  Mehdi (ə.s.)-ın üzərindədir. Yəni, heç vaxt xilafət o mənada aradan qaldırılmaz. Mənəvi olaraq qalxmaz, yəni, xilafət dövrü qurtardığı vaxt Mehdi (ə.s.)-a təhvil verilmişdir. Məsələn, Nakşibəndi təriqəti Əli Heydər Əfəndiyə qədər davam etdi. İmam-ı Rəbbani qolu çox məşhur bir qoldur. Əli Heydər Əfəndi xilafəti dayandırdı. Yəni xəlifə təyin etmədi. Niyə təyin etmədi? Çünki xilafəti  Mehdi (ə.s.)-a təqdim etdi. Xilafət, hz. Xızır (ə.s.)-dan da Mehdi (ə.s.)-a təqdim edilmişdir. Müsəlmanların xəlifəliyi inşAllah. Yəni mənəvi xəlifəlik ondadır inşAllah.

 

TARKAN YAVAŞ: Bütün böyük alimlər, siz daha yaxşı bilərsiniz inşAllah, hamısı Mehdi (ə.s.)-a təhvil verir.

 

ADNAN OKTAR: Təbii ki, yəni bütün 12 böyük təriqət də daxil olmaqla hamısı tək-tək xilafəti hicri 1400 il əvvəlindən Mehdi (ə.s.)-a təslim etdilər. Yəni bütün Nakşibəndi təriqətləri, bütün qadiri, Şazəli, Mevləvi təriqətləri, hamısı belədir. Mehdi (ə.s.)-ın ixtiyarında olduğu üçün, heç biri hal-hazırda xəlifə təyin etmir.

 

Hz. Mehdi (ə.s.)-ın iki dəfə qeybi

 

“Peyğəmbərimiz (s.ə.v.) onu hz. Yusuf (ə.s.)-a bənzədir. Mehdi (ə.s.) bütün Peyğəmbərlərin xülasəsidir. Bütün Peyğəmbərlərin xülasəsi, yəni özüdür. Peyğəmbərimiz (s.ə.v.) “Hər Peyğəmbərə bənzəyər” deyir. Eyyub (ə.s.)-a da, hz. İbrahim (ə.s.)-a da, mənə də bənzəyər” deyir.  “Hz. Yusuf (ə.s.)-a hansı yönlərdən oxşayır, Ya Rəsulullah (s.ə.v.)?” dedilər: “Zindana düşməsi ilə bənzəyər” deyir. Amma hz. Yusuf (ə.s.) kimi də gözəldir. Yəni hz. Yusuf (ə.s.)-ın başına gələnlər də Mehdi (ə.s.)-ın başına gələcəkdir. Buna işarə edilir. Onsuz da Quranda Yusuf hekayəsi eyni zamanda Mehdi (ə.s.)-ı izah edir. Məsələn, Kəhf Surəsi başdan sona qədər Mehdiyyəti izah edir. Surəyə diqqətlə baxılsa əbcədlərinə çatana qədər tamamilə Mehdiyyətə hakimdir. Hətta Peyğəmbərimiz (s.ə.v.) deyir: “Dəccalla qarşılaşdığınız vaxt Kəhf Surəsini oxuyun” deyir. Bu nə deməkdir? “Mehdiyyət onun içindədir” deyir. Olduqca çox hədis vardır. Baxın dəccalla qarşılaşdığınızda Kəhf Surəsini oxuyun. Peyğəmbərimiz (s.ə.v.) “Dəccaliyyətə qarşı döyüşün, mübarizənin sirlərini və Mehdiyyəti Kəhf Surəsinin içində tapacaqsınız” deyir.

 

Hz. Mehdi (ə.s.)ın darvinizmi, materializmi yıxıb İstanbulu mənən fəth etməsi

 

Səid Nursi  “Mehdi (ə.s.) mədəni fəaliyyət göstərəcək. “Allahı xatırlayaraq, təkbirlərlə İslamı izah edər” deyir. “Mehdi (ə.s.) yatan adamı oyandırmaz, qan axıtmaz”  Bax, yatan adam yatmasına davam edir. “Əl vurmayın”, “yatsın” deyir. “Qan axıtmaz, insanların burnu da qanamaz” deyir. “Yalnız Allahı xatırlayaraq qalaları yuyar” deyir. Qalalar nədir? Küfr qalaları  darvinizm, materializm, ateist axınlarıdır. “Onlara qarşı elmi, mədəni fəaliyyət göstərəcək ” deyir. Bu səbəbdən İstanbulu mənən fəth edəcək inşAllah.”

Hz. Mehdi (ə.s.)-ın bayrağı

“Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in bayrağı, yəni bu Topqapıdakı bayraqdır inşAllah. Sonrakı dövrdə İslamın, müsəlmanların, Türk-İslam Birliyinin meydana gəldiyi dövrdə inşAllah Topqapıda yığıncaq ediləcək. İlk mərasim Ayasofyadadır inşAllah. Mehdi (ə.s.)-ın  sağ əlində Peyğəmbərimiz (s.ə.v.)-in bayrağı olacaq. Peyğəmbərimiz (s.ə.v.)-in köynəyini geyəcək, mübarək üstündə olacaq,  Yəni paltarın üstünə onu geyəcək. Peyğəmbərimiz (s.a.v. )-in qılıncını işlədəcək. Onsuz da “Peyğəmbərimiz (s.ə.v.)-ə bənzəyir” deyir. “nə baxımdan oxşardırlar?” deyildiyində “Peyğəmbərimiz (s.ə.v.)-in qılıncını daşıması baxımından bənzəyər” deyir. Bir bənzəməsi də odur. Həm əxlaq baxımından bənzəyir, həm qılıncını gəzdirməsi baxımından.  Beyət ediləcək yəni, bütün müsəlman aləminin lideri olduğu qəbul ediləcək. O gün xilas günü yəni, qurtuluş günüdür. Həmin gün  İslam aləmi yenilənəcək. Yer yerindən oynayacaq. O günləri gördüyünüzdə xatırlayarsınız. inşAllah.”

Hədislərdə yalnız Hz. Mehdi (ə.s.) çox dəqiq şəkildə təsvir edilib

” Mehdi (ə.s.)-da  o qədər çox təfərrüat var ki.. Məsələn, hz. İsa (ə.s.) da bildirilir, amma hz. İsa (ə.s.)-ın təfərüatları azdır. Məsələn, dəccalın da azdır. Dəccal, Kahtani az ifadə edilmişdir. Məsələn, topal bir insandan bəhs edilir. Yalnız topal olduğundan ifadə edilib bəhs edilir. yalnız bu qədər. Mehdi (ə.s.)-a qarşı topal bir insan sipərdən atılır. Məsələn, axır zamanda bir Kənanə var. Yalnız adı verilmiş, bax başqa bir məlumat verilməmiş. Kahtani haqqında da heç bir məlumat yoxdur. Mehdi (ə.s.)-a yardım edən bir sarışın köməkçisi var. Onun haqqında da çox qısa bir məlumat vardır. Amma Mehdi (ə.s.)-da onu anlayan üçün  genişdir. Çox təfərrüatlıdır.”