Kompüter proqramçıları bal arılarından nümunə götürür 2
interkoloni1İnternet mühitində ticarətin getdikcə artması özü ilə bəzi əhəmiyyətli problemləri də gətirir. Müştərilərin ticarət davranışları çox vaxt gözləniləndən uzaq və bir-birlərindən tamamilə fərqli ola bilir. Bu vəziyyətin ortaya çıxardığı dəyişkən nəqliyyat isə online satış edən internet serverləri üzərində ani yüklənmə meydana gətirir (Server: resursları istifadəçilər tərəfindən istifadə olunan şəbəkədəki kompüter və ya xüsusiləşdirilmiş kompüter). Məhz bu yüklənmələri nizamlayacaq texnologiyalar inkişaf etdirmək üçün Oksford Universiteti və Georgia Texnologiya İnstitutunun mütəxəssisləri birlikdə çalışırlar. Tədqiqatçılar bu işlərdə trafiki (informasiyanın həcmi) aktiv bir şəkildə onsuz da təşkil olunmuş bir birliyi nümunə götürürlər. İnternet serverlərini nəqliyyatın sıx olduğu anlarda rahatlıq təmin edəcək texnologiyalarda “bal arısı koloniyalarının” davranışları təqlid edilir.

 

İnternetdə reallaşdırılan səhmlərin alqı-satqısında, alış və ya hərraclarda müştərilərin birdən yığılması server işlədən firmalar üçün
interkoloni2böyük çətinlik meydana gətirir. Gəlirlərini maksimuma çıxarmaq üçün bağlı olduqları kompüterlərə anbaan nəzarət edib, sürətli müdaxilələrlə dəyişən tələb səviyyələrinə uyğunlaşma göstərə biləcək halda tutmalıdırlar. Ancaq bir kompüterə eyni vaxtda yalnız tək bir şəbəkə proqramı yükləmək mümkün olduğu üçün bir çatışmazlıq meydana gətirir. Bu proqramları dəfələrlə dəyişdirmək kompüterin özünü yenidən nizamlaması üçün lazımlı olan 5-7 dəqiqəlik müddət ərzində kəsilmə, yəni zərər meydana gətirir.

 

Arıların gördüyü işdə də bənzər bir problem nəzərə çarpır. Çiçək qrupları keyfiyyət baxımından dəyişkənlik göstərir. Buna görə də nektar toplama nisbətini maksimuma çıxarmağa istiqamətli hərəkət edən bir koloniyada hər bir çiçək qrupuna neçə arının göndəriləcəyi bu arıların orada nə qədər vaxt keçirəcəkləri kimi qərarların problem meydana gətirəcəyi düşünülə bilər. Ancaq arıların son dərəcə səmərəli iş sistemi sayəsində belə bir problem yaşanmadan işlər asanlıqla həll edilir.

 

Bir şandakı arıların beşdə biri nektar toplayan işçi arılardan ibarətdir. Bunların vəzifəsi çiçək qrupları ilə pətək arasında marşrut təyin etmək və mümkün qədər çox miqdarda nektar yığa bilməkdir. Bunlar pətəyə qayıtdıqları zaman yüklərini pətəyə nəzarət edən və yemləri tədarük edən arılardan birinə təhvil verirlər. Nektarı qəbul edən arılar da bunları pətək gözcüklərinə yerləşdirirlər. Nektar daşıyıcı arı yoldaşlarının olduğu çiçək qruplarının özünün tapdığı çiçək qruplarına nisbətlə nə qədər məhsuldar olduğunu öyrənmək üçün yenə şandakı yoldaşlarından istifadə edir. Belə görünür ki, arı şana gəldiyində yükünü təhvil verə biləcəyi, məşğul olmayan bir arı tapmaq üçün keçən müddətə baxır. Əgər bu gözləmə müddəti çox uzun çəkərsə, elə isə nektar toplayıcı arı bunu öz çiçək qrupunun yüksək keyfiyyətdə olmadığını, digər arıların çoxunun da müvəffəqiyyətli axtarışlar reallaşdırdığını bir işarə olaraq alır. Ancaq əgər nektarını özündən təhvil alacaq çox sayda arıyla qarşılaşsa, yükünün yaxşı keyfiyyətdə olması ehtimalı artır.

 

Göründüyü kimi bu məlumatı istifadə edən arı çiçək qrupunun daha çox zəhmətə dəyər olub olmadığına qərar verir. Əgər bu zəhmətə dəyərsə, digərlərinin özünü təqib etməsi üçün məşhur rəqsini edir. Bu rəqsin uzunluğu bir çiçək qrupunun nə qədər gəlirli ola biləcəyinə işarə edir.

 

İngiltərədəki Oksford Universitetindən Sunil Nakrani ilə ABŞ-ın Atlanta şəhərindəki Georgia Texnologiya İnstitutundan Craig Tovey arıların strategiyasını internet serverlərinin problemlərinə uyğunlaşdırdılar. Bu uyğunlaşdırmada hər bir server nektar toplayıcı arı; müştəri tələbi də çiçək qrupu rolunu öz üzərinə götürdü. Dr. Nakrani və Dr. Tovey beləliklə, internet serverləri “pətəkləri” üçün bir “bal arısı” alqoritmi inkişaf etdirdilər. (Alqoritm — qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığıdır.)

 

Bir server arıların rəqslə reallaşdırdığı işi bir reklam hazırlayaraq və reklamı şandakı digər serverlərə göndərərək edir. Bu reklamın müddəti o serverin müştərilərinin əhəmiyyətini və gəlir vermə dərəcəsini əks etdirir. Digər serverlər reklamı oxuyub arı rəqsindəki təlimatları izləyən işçi arılar kimi davranır: Reklamı və öz təcrübələrini qiymətləndirməyə qataraq o an xidmət etdikləri müştərilərdən, reklamı göndərən serverin xidmət etməkdə olduğu müştərilərinə keçid edib etməmə mövzusunda qərar verirlər.

 

Dr. Nakrani və Dr. Tovey inkişaf etdirdikləri bal arısı alqoritmini bir çox internet ev sahibliyi provayder (internet host providers) tərəfindən hal-hazırda istifadə edilən və “acgöz” alqoritm olaraq adlandırılan alqoritmlə müqayisə etdilər. Tamahkar alqoritm geriyə meyillidir; zamanı bərabər dilimlərə bölər və bir əvvəlki dilimdə ən qazanclı tənzimləmənin nə olduğunu təsbit edərək yeni dilimdə serverləri müştərilərə ona görə təsis edər. Nəqliyyatın son dərəcə dəyişən olduğu anlarda bal arısı alqoritmi acgöz alqoritmdən 20% daha yaxşı performans ortaya qoydu. Bəlkə yaxın bir gələcəkdə bal arısı loqarifmi ilə işləyən serverlər yayılacaq və internet üçün “interkoloniya” terminini istifadə etmək daha uyğun olacaq.

 

Elm adamları tərəfindən həyata keçirilən bu fəaliyyət təbiətdə nə qədər ağıllı həllərin olduğunu uyğun bir bənzətmə ilə göstərir.

İnternet serverlərindəki problemlə arı koloniyası tərəfindən həll olunan problem hardasa bir-birinə oxşardır. Belə ki, bal arısı koloniyası modelinin uyğunlaşdırılmasıyla həyata keçirilən fəaliyyət nəticəsində əldə edilən müvəffəqiyyət bunun bir göstəricisidir. Yaxşı bəs arıların kompüter proqramçılarına təqdim etdiyi bu həllin təməli haradan gəlir? Kompüter proqramçıları bunu arı davranışlarından nümunə götürdüyü halda arıların belə bir imkanı yoxdur. Çünki kompüter proqramçılarının arıları təqlid etməsi mühakiməyə əsaslanan, şüurlu bir düşünmə prosesinin məhsulu olduğu halda arıların belə bir düşünmə qabiliyyəti yoxdur. Problemin həll edilməsi əvvəlcə problemin fərqində olmağı, problemi ortaya çıxaran faktorları analiz etməyi, bunların problem miqyasına və bir-birlərinə təsirini düşünüb ortaya çıxarmağı və nəhayət buna alternativ proqramlar üzərində qərar verərək problemə müdaxilə edilməsi kimi mərhələləri tələb edir.

 

Əlbəttə təxminən 20.000 ilə 50.000 fərddən meydana gələn bir arı koloniyasında belə bir problem həll etmə müddəti reallaşmış ola bilməz.
Normalda qarışıqlıq və ayrılıq içində olacağı hesab edilən bu qədər çox sayda canlının ortaq bir qərar almışcasına ən məhsuldar nektar toplama strategiyalarını tətbiq edərək enerji qənaətinin təmin edilməsinin tək bir ağıllı izahı ola bilər. Arı koloniyasındakı problemin təyini və həlli üstün ağıl sahibi bir Yaradıcının əsəridir. Heç şübhəsiz arı koloniyasını var edən və onları bir yerdə tutan göylərin, yerin və ikisi arasındakı hər şeyin Yaradıcısı olan Uca Allahdır. Arı koloniyasındakı strategiya da Allahın arılara vəhy etməsinin nəticəsidir. Allah bunu Nəhl surəsində belə bildirir:

 

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

 

1- “Bu yazıdaki tefekkürler, bilim yazarı Kate Ravilious’un The Economist dergisinde yayınlanan makalesini dayanak almaktadır.
Referans: Kate Ravilious, “Honey bees and internet optimisation,” The Economist, 15 Nisan 2004
2- “The Internest” The Economist, 17 Nisan 2004,