Buxaridə, Müslimdə, Əbu Davudda göstərilən səhih bir hədisdə Axırzamandakı  bəzi cahil alimlərin vəziyyəti belə xəbər verilir:
Süveyd ibn Gafelə (r.ə)-dən: AXIRZAMANDA TÖRƏMƏ ÇIXACAQ: BEYİNLƏRİ ÇALIŞMAYACAQ. DANIŞARKƏN ÇOX GÖZƏL DANIŞACAQLAR. QURAN OXUYACAQLAR, LAKİN İMANLARI QIRTLAQLARINDAN AŞAĞIYA KEÇMƏYƏCƏK…. (Buxari, Səhih 3611, 5057, 6930, Müslim, 1066, Əbu Davud 4767, Əhməd min Hənbəl, Müsned 1, 81, 113, 131, 289; Tayalisi, əl-Müsnəd, nr. 1984.)

Peyğəmbərimiz (s.ə.v) bu hədisində Axırzamandakı cahil  alimlərin xüsusiyyətlərini belə ifadə etmişdir:

1. Beyinləri çalışmayacaq, yəni ağıl
ları zəyif olacaq,
2. Danışarkən gözəl danışacaqlar, yəni uzun danış
acaqlar, saatlarla şərhlər edəcəklər amma izah etdikləri həyatlarında və əxlaqlarında əks olunmayacaq. İzah etdikləriylə yaşadıqları arasında uyğunlaşma olmayacaq. Məsələn, Quran ayələriylə möminlərin fədakarlığını izah edəcəklər amma öz rahatlıqlarına çox düşkün olacaqlar. Allah yolunda xidmət etmənin əhəmiyyətini izah edəcəklər, amma ailələriylə, işləriylə məşğul olduqları üçün elmən mübarizə içinə girməyəcəklər. Peyğəmbərimiz (s.ə.v) “İmanları qırtlaqlarından aşağıya keçməyəcək” deyərkən bu kəslərin səmimi bir rəftar içində olmayacaqlarını xəbər vermişdir.

Peyğəmbərimiz (s.ə.v) Axırzamanda Quranı çox yaxşı bilən, saçları təraş edilmiş, başları sarıqlı bəzi kəslərin ortaya çıxacağını da xəbər vermişdir. Ancaq bu kəslər etdikləri izahlar və şərhləriylə dini müdafiə edir kimi görünsələr də danışmaları, etdikləri şərhlər, dinə özlərinə görə əlavə bidətlər və əyri din anlayışları ilə, sanki yayın oxdan çıxması kimi, İslam dinindən uzaq olacaqlar. Bu anlayışlarıyla Qurana və səmimi müsəlmanlara qarşı mübarizə edən bir rəftar içərisində olacaqlar.
“ŞƏRQDƏN BAŞLARI TƏRAŞLI QÖVMLƏR ÇIXACAQ; DİLLƏRİ İLƏ QURANI OXUYACAQLAR (LAKİN) BOĞAZLARINDAN AŞAĞI KEÇMƏYƏCƏK. ONLARI DİNDƏN OXUN YAYDAN ÇIXDIĞI KİMİ ÇIXACAQLAR.”
(Ramuz-ul Ehadis, Hədis No: 6294)

Bu kəslər hz. Mehdi (ə.s)-a qarşı dəccaliyyətin cərgəsində yer alacaqlar, hz. Mehdi (ə.s)-a qarşı mübarizə edəcəklər:
Rəsulullah (s.ə.v): ÜMMƏTİMDƏN BAŞLARI SARIQLI 70 MİN ADAM DƏCCALA TABE OLACAQ.”
(Əbu Bəkir Abdurrazzak b. Hemmam, Abdurrazzak San’ani, Əl Musannəf, XI, səh. 393)
ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM ADAM, DƏCCALA TABE OLACAQLAR.” (İmam Əhməd Min Hənbəl, Müsned, səh. 796)

Bir başqa hədisdə isə bu cahil alimlərin özlərinə mənfəət əldə etmək məqsədində olduqları, səmimi olmadıqları belə xəbər verilir:
“İnsanlara elə bir zaman gələcək ki, avam xalq Quran oxuyacaq, ibadət edəcəklər  (lakin) bidət əhlinin işləri ilə məşğul olacaqlar; hiss etmədikləri yerdən Allaha şərik qoşacaqlar. SÖZ VƏ ELMLƏRİ VASİTƏSİYLƏ RUZİ ƏLDƏ EDƏCƏKLƏR, DİNİ ALƏT EDƏRƏK DÜNYALIQ EDƏCƏKLƏR. BUDUR, BİR GÖZÜ KOR DƏCCAL PEYKLƏR BUNLARDIR.”
(Ramuz-ul Ehadis, Hədis No: 6255)

Axırzamanın bir başqa xüsusiyyəti də, insanların cahil alimləri özlərinə öndər etməsidir. Bu kəslərin cahil olduqlarını, səmimiyyətsiz açıqlamalar etdikləri halda bunlara itaət edənlər olacaq:
“ELM, ALİMLƏRİN QALDIRILMASI (VƏFAT ETMƏLƏRİ, ALLAH QATINA ALINMALARI) İLƏ ORTADAN  QALXAR. ORTALIQDA HEÇ BİR ALİM QALMAZ. NƏHAYƏT İNSANLAR CAHİLLƏRİ  RƏHBƏR VƏ ÖNDƏR EDƏRLƏR; MƏSƏLƏLƏRİNİ ONLARA SORUŞARLAR. ONLAR ELMƏ ƏSASLANMADAN XALQA FƏTVA VERƏR; HƏM ÖZÜ AZAR, HƏM DƏ XALQINI AZDIRAR.”

(Buxari, nr. 100, 7307; Müslim, Elm 13 (nr. 2673); Tirmizi, Elm 5 (nr. 2652); Nəsai, əs-Sünənül-Kübra, nr. 5907, İbn Macə, Müqəddimə 8 (nr. 52); Əhməd, əl-Müsnəd, 2/162, 190; Darəmi, əs-Sünən, Müqəddimə 26; İbn Hibban, əs-Səhih, nr. 4571, 6719, 6723. Hədis-i şərif Abdullah b. Ömərdən (r.a) rəvayət edilmişdir.)

İmam Rəbbani həzrətləri isə, müsəlmanlara cahil alimlərin arxasından getməməsi lazım olduğunu nəsihət etmişdir. Onların sözlərini dinləmək zəhər yemək kimi zərərlidir deyə müsəlmanları xəbərdar etmişdir. Bu kəslər Axırzamanda hz. Mehdi (ə.s) gəlməyəcək deyərək sanki insanları fikirlə zəhərləyəcəkdir.

İmam Rəbbani həzrətləri buyurur ki:
DÜNYALIQ ARXASINDA OLAN DİN ADAMLARININ SÖZLƏRİNİ DİNLƏMƏK, KİTABLARINI OXUMAQ ZƏHƏR YEMƏK KİMİ ZƏRƏRLİDİR. PİS DİN ADAMLARININ ZƏRƏRLƏRİ YOLUXUCUDUR. CƏMİYYƏTİ POZAR, MİLLƏTİ PARÇALAYAR. Tarixdə İslam dövlətlərinin başlarına gələn fəlakətlərə həmişə pis din adamları səbəb olmuş. Dövlət adamlarını doğru yoldan bunlar azdırdı. Peyğəmbər əfəndimiz (müsəlmanlar 73 firqəyə bölünəcək. Bunların 72-si Cəhənnəmə gedəcək, tək bir təriqəti Cəhənnəmdən xilas olacaq) buyurdu. Bu 72 pozğun təriqətin rəisləri, həmişə pis din adamları olmuş. Cəhənnəmdən xilas olacaq olan tək firqə isə, Əhli sünnədir. (47.-ci məktub)

İmam Rəbbani həzrətləri bir başqa sözündə isə Axırzamanda, bəzi saxta cahil din adamlarının hz. Mehdi (ə.s)-a düşməncə rəftar göstərəcəklərini söyləmişdir:
Gələcəyi vəd edilən Mehdi dinin tervicini (dəyərini artırmağı), sünnənin ihyasını (yenidən canlandırmasını) arzu etdiyi (istədiyi) zaman; bidət əhli ilə əməli adət edən, hüsnü zənni ilə dini qarışdıran (dinin əslində, özündə olmayan şeyləri, dinin əmri olduğunu zənn edən bəzi insanlar) heyrətlə belə deyəcək: BU KİMSƏ (YƏNİ MEHDİ) DİNİMİZİ QALDIRMAQ VƏ ŞƏRİƏTİMİZİ ARADAN QALDIRMAQ (MƏHV ETMƏK) İSTƏYİR. (Məktubatı Rəbbani, 1/535)

İmam Rəbbani Həzrətləri  bir qisim cahil  din adamlarının xüsusiyyətlərini belə izah etmişdir:

1. Bidət (xurafat) əhli ilə əməli adət edən: Yəni dinin özündə olmayan, dinə sonradan daxil edilmiş bəzi batil inanclara görə davranan.
2. Hüsnü zənni ilə dini qarışdıran: Dinin özündə olmayan şeyləri dinin əmri olduğunu zənn edən.
3. Bu kəslərin ən çox gündəmə gətirdikləri iddia isə, hz. Mehdi (ə.s)-ın dinlərini ortadan qaldırmaq istədiyi olacaq. Yəni hz. Mehdi (ə.s) onların batil dinlərinə, bidatlarına görə deyil Qurana görə, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə görə davranacaq.

Muhyiddin Ərəbi Həzrətləri də hz. Mehdi (ə.s) dövründə dinin Peyğəmbərimiz (s.ə.v)-in dövründəki kimi saf halında yaşanacağını söyləmiş, hz. Mehdi (ə.s)-a ən çox müxalif edən kəslərin isə bəzi cahil sözdə din adamları olacağını belə xəbər vermişdir:
Onun (hz. Mehdi (ə.s)-ın) dövründə din tamamilə pisliklərdən, xurafatlardan təmizlənmiş olaraq əvvəlki mahiyyətini qazanacaqdır. VERƏCƏYİ BİR ÇOX HÖKMLƏR ÜLƏMA MƏZHƏBLƏRİNİ MÜXALİF EDƏCƏKDİR. BUNDAN ÖTƏRİ ONDAN UZAQ DAYANACAQLAR. Çünki zənlərinə görə Allah, imamlarından sonra bir müctəhid qoymadığını qəbul edəcəkdirlər… (Muhyiddin Ərəbi, “Futuhat-El Mekkiye”, 66. bab,  3-cü cild, səh. 327 – 328)

Muhyiddin Ərəbi həzrətlərinin şərhlərinə görə; Hz. Mehdi (ə.s)-ın elmi çox güclü olacaq, onun dövründəki cahil alimlər onun elminin gücü və təsiri qarşısında tamamilə təsirsiz hala gələcəklər. Hz. Mehdi (ə.s)-a qarşı çıxmalarının ən əhəmiyyətli səbəblərindən biri isə, xalq arasında bir imtiyazlarının qalmayacaq olmasıdır. Hz. Mehdi (ə.s)-a qarşı hirsləri o qədər şiddətli olacaq ki, az qala onun şəhid edilməsinə fətva verməyə cəhd etmək istəyəcəklər amma hz. Mehdi (ə.s)-ın elmi çox güclü olduğu üçün buna cəsarət edə bilməyəcəklər:
… Mehdi, dini Peyğəmbər (s.ə.v)-in zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən məzhəbləri qaldıracaq. Xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. ONUN DÜŞMƏNLƏRİ İCTİHAD ALİMLƏRİNİN TƏQLİD EDƏNLƏRİ OLACAQ. Çünki onlar Mehdinin məzhəb imamlarının tərsinə hökm etdiyini gördüklərində, bundan XOŞLANMAYACAQLAR, LAKİN QARŞI DA GƏLƏ BİLMƏYƏCƏKLƏR … Onun qılıncı (elmi, mənəvi gücü) qələmidir. Qılıncından (elmindən) qorxduqları üçün istər-istəməz hakimiyyətinə boyun əyəcəklər.


ONUN AÇIQ  DÜŞMƏNLƏRİ FUKAHA (ŞƏRİƏT ALİMİ) OLACAQ. ÇÜNKİ XALQ ARASINDA BİR İMTİYAZLARI QALMAYACAQ. HƏTTA ƏHKAM  (HÖKM, ƏMR, QANUN) XÜSUSUNDA  ELMLƏRİ  DƏ AZALACAQ. Hz.Mehdi (ə.s) –ın gəlişiylə alimlərin hökmlərindəki anlaşılmazlıqları da aradan qaldırılacaq .. ƏGƏR ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI ŞƏRİƏT ALİMLƏRİ ONUN ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin Cənabı-Haqq, onu kərəmiylə və qılınc ilə təmizləyəcək, onlar da ona itaət edəcəklər. Çünki xalq arasında imtiyazları qalmayacaq, hətta ehkam (hökmlər) barəsində elmləri də azalacaq. Mehdinin gəlişi ilə alimlərin hökmlərindəki ixtilaflar da aradan qaldırılacaq. Ondan həm qorxacaqlar, həm də bir şeylər umacaqlar. QƏLBƏN ONDAN NİFRƏT EDƏCƏKLƏR. LAKİN BUNA BAXMAYARAQ İSTƏR İSTƏMƏZ HÖKMÜNÜ QƏBUL EDƏCƏKLƏR.

(Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, 186-187)

Peyğəmbərimiz (s.ə.v) bir hədisində isə, Axırzamanda bir qisim cahil alimlərin İslam aləminə böyük zərər verəcəyini belə ifadə etmişdir:
Ümmətim, pis alimlər, cahil abidlərdən ötrü həlak olar.
[Darəmi]

Peyğəmbər əfəndimiz (s.ə.v) qiyamət əlamətlərindən biri olaraq elmin ortadan qalxıb cəhalətin yerləşəcəyini söyləmişdir:
Allah Təala elmi sizə lütf buyurduqdan sonra (yaddaşınızdan) zorla çəkib almaz. Lakin alimləri, elmləri ilə birlikdə cəmiyyət içindən alar, ruhlarını əsir edər. Artıq, quru cahil bir zümrə qalar. Xalq bunlardan dini ehtiyaclarını soruşarlar, onlar da (ayə, hədis güdmədən) öz düşüncə və arzularına görə fətva verib, həm özləri, həm də başqalarını azdırarlar. (Buxari Təcrid-i Sarih: 2174)
Qiyamətdə bir din adamı Cəhənnəmə atılar. Tanışları ona, “Sən dünyada dinin əmrlərini bildirirdin. Nə üçün bu əzaba düşdün?” deyərlər. O da, “İnsanlara, günahdır, etməyin” deyər, özüm edərdim. “Edin” dediklərimi də etməzdim. Bunun cəzasını çəkirəm “deyər. [Buxari]


Bədiüzzaman Səid Nursi Həzrətləri də, ənaniyyəti güclü, imanı zəif, materialist görüşlərə batmış bir qisim cahil din alimlərinin hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi mövzusunda mübarizə edəcəklərini xəbər vermişdir. Bədiüzzaman “eqoist olan” sözləri ilə bu kəslərin ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən və sanki öz nəfsini bütləşdirən kəslər olduqlarına diqqət çəkmişdir (Allahı tənzih edirik). “İmanı zəif” sözləriylə isə, bu dünyagörüşlərinin, din alimlərinin Allah inanclarının zəif olmasından, dinə qarşı da şübhəli olmalarından, dini bir peşə, yaxud etibar vəsiləsi olaraq görmələrindən qaynaqlandığını ifadə etmişdir.
Qiyamət əlamətlərindən və Axırzaman hadisələrindən və bəzi əməllərin fəzilət və savablarından bəhs edən hədisi-şəriflərdə gözəl şəkildə anlaşılmadığından, ağıllarına güvənən bir qisim əhli- elm (elm sahibi, onların bir qisminə zəif  demişlər. İmanı zəif və eqoist olan bir qisim də (ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər də (Allahı tənzih edirik)), inkara qədər getmişdilər.” (Sözlər, səh. 355)

98