Peyğəmbərimiz (s.ə.v)-dən  rəvayət edilən səhih hədislərdə axır zamanda zühur edəcək olan hz. Mehdi (ə.s.)-ın həm fiziki xüsusiyyətləri, həm də zühurundan əvvəl və sonra baş verəcək olan əhəmiyyətli hadisələr çox təfərrüatlı bir şəkildə bildirilmişdir. Bütün bu dəlillər hz. Mehdi (ə.s.)-ın mütləq bir şəxs olaraq zühur edəcəyini göstərərək, onun mənəvi şəkildə bir şəxs olaraq gələcəyini iddia edənlərə cavab verir. Həmçinin ustad risalələrində təxminən 70 dəfə, müxtəlif yerlərdə hz. Mehdi (ə.s.)-ın  “bir şəxs, bir zat” yəni yaşayan bir adam olacağını vurğulayaraq risalələrində əsla Mehdi olmayacağına da cavab vermişdir. Yəni, hz. Mehdi (ə.s.) bir mənəvi şəxsiyyət olacaq deyil, məhz bir şəxs olacaq. Risaləi Nurları özünə bir proqram (öndər, əsas hesab edən) edərək insanların imanının xilas olmasına vəsilə olacaq.

Birincisi : Fənn və fəlsəfənin tasallutu ilə (təsiriylə) və maddiyyun və tabbiyyun taunu (materializm və darvinizm idealogiyasının) bəşər içinə intişar etməsiylə (yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və materializm, darvinizm və ateizm fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. ….Hər halda o vəzifəni ondan əvvəl bir tayfa (bir qrup) bir yöndə yerinə yetirəcək . O şəxs, o tayfanın uzun təqdiqatları nəticəsində yazdıqları əsərləri özünə hazır olunmuş bir proqram edəcək, onun ilə o birinci vəzifəni tam yerinə yetirmiş olacaq. (Emirdağ Lahikası-1, səh. 231-233.)

1. Hz. Mehdi (ə.s.)-ın zühur tarixinin Bədiüzzamanın yaşadığı hicri əsrə uyğun gəlməməsi :

İlk növbədə Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi (ə.s.)-ın zühur tarixi ilə əlaqədar olaraq hicri 1400 –cü il tarixini vermişdir. Ustad Bədiüzzaman Həzrətləri isə Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s.) üçün verdiyi bu tarixdən yüz il əvvəl yaşamış və vəzifəsini yerinə yetirmiş bir mücəddiddir. Həmçinin, özü də hz. Mehdi (ə.s.)-ın özündən yüz il sonra zühur edəcəyini dəfələrlə demişdir.

İnsanlar 1400 –cü ildə hz. Mehdi (ə.s.)-ın yanında toplanacaqlar. (Risaletül Huruc-ül Mehdi, səh. 108)

Bu hədislərlə bağlı şərhlər edən böyük İslam alimləri də hz. Mehdi (ə.s.)-ın zühur tarixi olaraq hicri 1400-cü ili vermişlər.

 

Məsələn, Bədiüzzaman Səid Nursi Həzrətləri hz. Mehdi (ə.s)-ın özündən 100 il sonra yəni hicri 1400-cü ildə zühur edəcəyini belə ifadə etmişdir:

Gələcək zamanda, 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ əsrlərinə yaxın bir vaxtda olacağını zənn etmişlər. (Sözler, səh. 318)

İndi xatırladım ki, əgər şəddəli “lamlar” və “mimlər” iki dəfə sayılsa BUNDAN BİR ƏSR SONRA ZÜLMƏTİ DAĞIDACAQ OLAN ŞƏXSLƏR HƏZRƏTİ MEHDİ (Ə.S.)-IN ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) OLA BİLƏR. (Şüalar, səh. 605)

O zamanda elə fövqəladə hakim cərəyanlar var ki, hər şeyi öz hesabı ilə fikirləşdiyi üçün, HƏQİQİ GÖZLƏNİLİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK OLAN O ŞƏXSİ BELƏ həmin vaxtda gözləyirdilər... (Kastamonu Lahikası, səh. 57)

2. Bədiüzzaman tərəfindən, hz. Mehdi (ə.s.)-ın  yerinə yetirəcəyi üç böyük vəzifəsinin hicri 1400-cü ilə kimi heç bir mücəddid tərəfindən cəm şəkildə yerinə yetirilməyəcəyi bildirilmişdir.

Birincisi : Fənn və fəlsəfənin tasallutu ilə (təsiriylə) və maddiyyun və tabbiyyun taunu (materializm və darvinizm idealogiyasının) bəşər içinə intişar etməsiylə (yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və materializm, darvinizm və ateizm fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. İmanlıları dəlalətdən qorumaq vəzifəsi çox zaman tələb etdiyindən, həzrəti Mehdinin o vəzifəsini şəxsən özü görməyə nə vaxtı, nə də ortadakı vəziyyət imkan verməyəcək. Bu zaman gərək bütün işini ata və ancaq bununla məşğul ola. Həm də Allahın əmrlərini, yəni haqq-ədaləti bərqərar etmək, yaradılış həqiqətlərini üzə çıxartmaq, yaymaq onun çox vaxtını aparacaq.

Hər halda o vəzifəni ondan əvvəl bir tayfa (bir qrup) bir yöndə yerinə yetirəcək . O şəxs, o tayfanın uzun təqdiqatları nəticəsində yazdıqları əsərləri özünə hazır olunmuş bir proqram edəcək, onun ilə o birinci vəzifəni tam yerinə yetirmiş olacaq.

 Bu vəzifənin istinad etdiyi (söykəndiyi) qüvvət və mənəvi ordu, tələbələrinin ixlaslı, sədaqətli və təsanüd (birlik halında olmalarına) sifətlərinə tam sahib olmalarına görədir. Nə qədər də az olsalar, mənəvi cəhətdən bir ordu qədər qüvvətli və qiymətlidirlər.  

İkinci vəzifəsi: Məhəmməd (s.ə.v)-in şəriətini, İslamiyyəti canlandırmaqdır. İslam aləminin vəhdətini (birliyini) dayaq nöqtəsi bilib, buna istinad edərək, bəşəriyyəti maddi və mənəvi təhlükələrdən və Allahın qəzəbindən qurtarmaqdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün, xidmətçiləri, milyonlarla xidmət edən əsgərlər, ordular lazımdır. 

Üçüncü vəzifəsi: Zəmanədə çevrilişlərin olması ilə, Quran hökmlərinin zədələnilməsiylə və Məhəmməd (s.ə.v)-in şəriətinin qanunları bir dərəcə aşağı düşməsiylə o şəxs, bütün imanlıların mənəvi köməkləriylə, islam birliyinin sayəsində  və bütün din elm xadimlərinin, övliyanın, xüsusilə ali beytin nəslindən hər əsrdə gəlmiş qüvvətli olan milyonlarla fədakar seyidlərin iştirakı ilə o çox böyük vəzifəni yerinə yetirməyə çalışar. (Emirdağ Lahikası-1, səh.231-233.)

Hz. Mehdi (ə.s.)-ın şəxsən özünün həyatda ikən yerinə yetirəcəyi bu üç vəzifəni birdən nə Bədiüzzaman həzrətləri, nə də ona qədər gələn mücəddidlər edə bilməmişlər. Bu vəzifələrdən ancaq birini, bir istiqamətdə həyata keçirmiş olsalar da üçünü birdən, toplu halda yalnız hz. Mehdi (ə.s.) yerinə yetirəcək, buna görə də ustadın hz. Mehdi (ə.s.) olması mümkün deyil.

3. Hz. Mehdi (ə.s.)-ın varlığına işarə edən və Peyğəmbərimiz (s.ə.v) tərəfindən ifadə edilən 200-ə qədər axırzaman əlamətləri, gəlib-keçmiş heç bir mücəddid üzərində CƏM HALDA zühur etməmişdir.

1. SOYU (NƏSƏBİ)

2. GÖZƏL OLMASI

3. BURNU GÖZƏLDİR

4. ALNI AÇIQ VƏ GENİŞDİR

5. ALNINDA BİR XAL VARDIR

6. ALNINDA BİR İZ (YARA İZİ) VARDIR

7. HZ. MEHDİ (Ə.S.)-IN ALNINDA AZ NƏZƏRƏ ÇARPAN İZ VARDIR

8. GÖZLƏRİ ÇƏKİK FORMADADIR

9. YANAĞINDA XAL VARDIR

10. HZ. MEHDİ (Ə.S)-IN YANAĞINDAKI XAL, HZ. MUSA (Ə.S.)-IN YANAĞINDAKI XALA BƏNZƏYİR

11. DİŞLƏRİ PARLAQDIR

12. QAŞLARI OX KİMİDİR

13. HZ. MEHDİ (Ə.S)-IN İKİ QAŞI ARASINDA KİÇİK BİR ÇUXUR VARDIR

14. HZ. MEHDİ (Ə.S.)-IN DƏRİSİ PARLAQDIR

15. SAÇI QARADIR

16. HZ. MEHDİ (Ə.S)-IN SAÇLARI GÖZƏLLİYİ İLƏ DİQQƏT ÇƏKƏCƏK

17. SAQQALI SIXDIR

18. HZ. MEHDİ (Ə.S) İNSANLAR ARASINA GÖZƏL SİMALI BİRİ OLARAQ GƏLƏCƏKDİR

19. HZ. MEHDİ (Ə.S) GÖRÜNÜŞÜ İLƏ İSRAİLLİLƏRƏ BƏNZƏYƏCƏK

20. DƏRİSİNİN RƏNGİ QIRMIZIYA ÇALAN AĞDIR

21. ƏNDAMI

22. BOYU

23. BƏDƏNİ GENİŞDİR

24. BUDLARI GENİŞDİR

25. QARNI GENİŞDİR 

26.YAŞI

27. HZ. MEHDİ (Ə.S.)-IN YAŞI ÇOX OLANDA DA GƏNC BİR İNSAN GÖRÜNÜŞÜNDƏ OLACAQ

28. HZ. MEHDİ (Ə.S.)  YAŞLI OLANDA DA ÜZÜ CAVAN GÖRÜNƏCƏK

29. SAĞ BALDIRINDA QARA BİR İZ (XAL) VARDIR 

30. KÜRƏYİNDƏ YARPAQ ŞƏKLİNDƏ BİR XAL VARDIR

31. ÇİYNİNDƏ PEYĞƏMBƏRLİK MÖHÜRÜ (XAL)VARDIR

32. YERİŞİ

33. DANIŞIĞI

34. HEYBƏTLİ (ZƏHMLİ) BİR ŞƏXSDİR

35. MEHDİ (Ə.S)-IN BƏDƏNİ VƏ SƏSİ ÇOX GÜCLÜ OLACAQ, EYNİ ZAMANDA DA SÖZLƏRİ VƏ DANIŞIĞI İLƏ DÜNYA SƏVİYYƏSİNDƏ ÇOX BÖYÜK TƏSİR OYADACAQ

36. FİTNƏLƏRİN ÇOXALMASI

37. QURANDAN UZAQLAŞDIRAN FİTNƏLƏR

38. FİTNƏLƏRİN HƏR TƏRƏFƏ YAYILMASI

39. HARAMLARIN HALAL SAYILMASI

40. İRAN-İRAQ MÜHARİBƏSİ

41. ƏFQANISTANIN İŞĞALI

 

42. FİRAT ÇAYININ KƏSİLMƏSİ

 

43. GÜNƏŞDƏN BİR ƏLAMƏTİN MEYDANA ÇIXMASI

44. KOMETANIN DOĞULMASI

45. KƏBƏ BASQINI VƏ KƏBƏDƏ QAN AXIDILMASI

46. SİSTEMLƏRİN DƏYİŞMƏSİ

47. MÜSƏLMANLARIN TƏZYİQ GÖRMƏSİ

48. TOZLU – TÜSTÜLÜ BİR FİTNƏ

49. GENİŞ QIRĞINLAR (ÇAXNAŞMALAR, QARŞIDURMALAR)

50. HZ. MEHDİ (Ə.S)-DAN ÜMİDLƏRİN KƏSİLMƏSİ

51. KASIBLIĞIN VƏ ACLIĞIN ARTMASI

52. İQTİSADİ VƏZİYYƏTİN PİSLƏŞMƏSİ

53. ŞAM VƏ MİSİR MƏLİKLƏRİNİN (PREZİDENTLƏRİNİN) ÖLDÜRÜLMƏSİ

54. MİSİRİN ƏSİR DÜŞMƏSİ

55. MƏHƏLLƏ ARALARINDA DÖYÜŞLƏR

56. ALLAHIN AÇIQ ŞƏKİLDƏ İNKAR EDİLMƏSİ

57. DÖYÜŞLƏR VƏ ANARXİYA

58. KÖHNƏ İORDANİYA KRALI ABDULLAHIN ÖLDÜRÜLMƏSİ

59. DÖRDÜNCÜ SÜLH VƏ ƏRƏB-İSRAİL SÜLHÜ

60. BİR ORDUNUN İTMƏSİ

61. İRAQLILARIN PULUNUN QALMAMASI

62. BÖYÜK ŞƏHƏRLƏRİN YOX OLMASI, DÖYÜŞLƏR VƏ FƏLAKƏTLƏR

63. XARAB OLMUŞ YERLƏRİN ABALAŞDIRILMASI, ABADLIQ EDİLMİŞ YERLƏRİN MƏHV OLMASI

64. ZƏLZƏLƏLƏRİN ÇOXALMASI

65. CİNAYƏTLƏRİN ARTMASI

66. İNSANLARIN LİDERLƏRİNİ ÖLDÜRMƏSİ

 

67. HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞINDAN ƏVVƏL BÖYÜK BİR HADİSƏNİN MEYDANA GƏLMƏSİ

 

68. ƏXLAQİ ÇÖKÜŞ

 

69. MÜSƏLMANLARLA YƏHUDİLƏRİN DÖYÜŞMƏSİ

 

70. İKİ RAMAZANDA GÜNƏŞ TUTULMASI

 

71. AXIR ZAMANDAKI İNSANLAR ARASINDAKI SEVGİSİZLİK

 

72. HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏN BİRİ DƏ, İNSANLARIN DOĞRU YOLDAN AYRILIB PİS YOLA DÜŞMƏLƏRİDİR

 

73. HZ. MEHDİ (Ə.S.)-IN İSTANBULA GƏLİŞİNİ İNSANLARA XƏBƏR VERƏN BÖYÜK ƏLAMƏT

 

74. FIRAT ÇAYININ SUYUNUN KƏSİLMƏSİNİN ARDINDAN HÜCUMA KEÇƏN PKK TERRORU HZ. MEHDİ (Ə.S.)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR

 

75. AYIN YARILMASI

 

76. İNSANIN ÖZ QARDAŞINI ÖLDÜRMƏSİ

 

77. İRAQIN ÜÇƏ BÖLÜNMƏSİ

 

78. ŞAM, İRAQ, ƏRƏBİSTANDA QARIŞIQLIQ

 

79. ŞAMDA FİTNƏLƏR

 

80. İRAQ XALQININ ŞAMA, ŞİMALA QAÇMASI

 

81. İRAQIN YENİDƏN QURULMASI

 

82. İSRAİL-FƏLƏSTİN SÜLH GÖRÜŞMƏLƏRİ

 

83. İRAQ VƏ ŞAMA EMBARQO

 

84. ANARXİYA VƏ QARIŞIQLIQLARIN BAŞ VERMƏSİ

 

85. ALLAHDAN BAŞQA İLAHLARA SİTAYİŞ EDİLMƏSİ

 

86. MATERİALİST FƏLSƏFƏNİN YAYILMASINA İŞARƏ

 

87. SÜLHÜN, BARIŞIN ORTADAN QALXMASI

 

88. QİYAMLARIN OLMASI

 

89. İNSANLARIN BİR-BİRİNDƏN QAÇMASI

 

90. DÜNYANI ÇAXNAŞMALAR VƏ QARIŞIQLIQLARIN BÜRÜMƏSİ

 

91. BÖYÜK HADİSƏLƏRİN VƏ HEYRƏT VERİCİ ŞEYLƏRİN MEYDANA GƏLMƏSİ

 

92. BƏZİ MÜSƏLMANLARIN VƏZİYYƏTİ

 

93. İSLAM DÜNYASININ MÖVCUD MÖVQEYİ

 

94. MÜSƏLMANLARIN BİR-BİRLƏRİ İLƏ DÖYÜŞMƏLƏRİ

 

95. MÜSƏLMANLARIN MƏRUZ QALDIQLARI ŞİDDƏTLİ BƏLALAR

 

96. GÜNAHSIZ İNSANLARIN ÖLDÜRÜLMƏSİ

 

97. GÜNAHSIZ UŞAQLARIN ÖLDÜRÜLMƏSİ

 

98. İNSANLARIN SƏBƏBSİZ YERƏ ÖLDÜRÜLMƏSİ

99. HƏR YERDƏ QARIŞIQLIĞA SƏBƏB OLAN FİTNƏLƏR

100. QURAQLIQ

101. KASIBLIQ VƏ ACLIQ

102. TİCARƏTİN VƏ YOLLARIN KƏSİLMƏSİ

103. QAZANCIN AZALMASI

104. MİLLİ SƏRVƏTLƏRİN ZƏNGİNLƏR ARASINDA BÖLÜŞÜLMƏSİ

105. EVLƏRİN MƏZAR OLMASI

106. YER ÇÖKMƏLƏRİ

107. KÜLƏK VƏ QASIRĞALAR

108. ŞİDDƏTLİ BİR YAĞIŞIN YAĞMASI

109. İLDIRIMLARIN ÇOXALMASI

110. HƏR YERƏ ÇATAN BİR FİTNƏ

111. QURANIN LAZIMLI ŞƏKİLDƏ DÜŞÜNÜLMƏMƏSİ

112. AZƏRBAYCANIN İŞĞALI

113. MÜSƏLMANLARIN MÜSƏLMAN OLMAYANLARA DİQQƏT ETMƏSİ

114. İSLAM ƏXLAQINDAN UZAQLAŞDIRAN TƏBLİĞATÇILAR

115. İKİÜZLÜ VƏ SAXTAKAR DİN ADAMLARI

116. SİYASƏT ADAMLARINDAKI DEGENERASİYA

117. “YAXŞILIĞI ƏMR ETMƏ, PİSLİKDƏN ÇƏKİNDİRMƏ” İBADƏTİNİN TƏRK EDİLMƏSİ

118. MARUFLA (YAXŞILIĞIN, DÜZGÜNLÜYÜN) MÜNKƏRİN (PİSLİYİN) BİR-BİRİYLƏ QARIŞDIRILMASI

119. MƏSCİDLƏRİN BAŞQA MƏQSƏDLƏRLƏ İSTİFADƏ EDİLMƏSİ

120. YAXIN ADAMLARIN (QOHUMLARIN), İNSANI PİSLİYƏ TƏŞVİQ ETMƏSİ

121. ƏSL (HƏQİQİ) MÖMİNLƏRİN SAYCA ÇOX AZ OLMASI

122. MƏSCİDLƏRİN MÜXTƏLİF MƏQSƏDLƏRLƏ İSTİFADƏ EDİLMƏSİ

123. QURANIN MƏNFƏƏT ÜÇÜN OXUNMASI

124. ULDUZ FALINA İNANILMASI VƏ QƏDƏRİN (TALEYİN) YALANLANMASI

125. HƏCCİN ALLAHIN RAZILIĞI XARİCİNDƏKİ MƏQSƏDLƏRLƏ ZİYARƏT EDİLMƏSİ

126. İNSANLARIN EQOİST EHTİRASLARINA ƏHƏMİYYƏT VERMƏLƏRİ

127. İCTİMAİ POZULMA

128. XAİNƏ ETİBAR EDİLMƏSİ, DÜZGÜN İNSANLARIN XAİN SAYILMASI

129. ETİBARLI İNSANLARIN AZALMASI

130. ƏMANƏT ƏHLİNİN AZALMASI

131. ZƏKATIN TƏRK EDİLMƏSİ

132. NAMAZ İBADƏTİNİN TƏRK EDİLMƏSİ

133. YALANÇI ŞAHİDLİK VƏ BÖHTANIN YAYILMASI

134. ÜSTÜNLÜYÜN TƏQVADA DEYİL ZƏNGİNLİKDƏ AXTARILMASI

135. HEYVANLARA İNSANLARDAN ÇOX DƏYƏR VERİLMƏSİ

136. MƏHSUL ARTIMI

137. AİLƏVİ ƏLAQƏLƏRİN POZULMASI

138. İNSANİ ƏLAQƏLƏRİN POZULMASI

139. İNSANLAR ARASINDA SEVGİ VƏ HÖRMƏTİN AZALMASI

140. AİLƏ QURULMASININ ZƏİFLƏMƏSİ

141. DÜNYA EHTİRASININ ARTMASI

142. SAXTAKARLIQ VƏ RÜŞVƏTİN ARTMASI

143. RİYAKARLIQ VƏ NÜMAYİŞİN HAKİM OLMASI

144. ZİNANIN ARTMASI

145. KOBUD SÖZ VƏ KÜFRÜN YAYILMASI

146. HOMOSEKSUALLIĞIN YAYILMASI

147. EPİDEMİYA XƏSTƏLİKLƏRİNİN ARTMASI

148. ANİ ÖLÜMLƏRİN ÇOXALMASI

149. DEDİ-QODU VƏ LAĞ EDİLMƏLƏRİN ARTMASI

150. İNTİHAR HADİSƏLƏRİNİN ARTMASI

151. DAXİLİ ÇAXNAŞMALARIN, DÖYÜŞLƏRİN, İXTİLAFLARIN ARTMASI

152. GƏNCLƏRİN DİN ƏXLAQINDAN UZAQLAŞMASI

153. ŞƏHƏRLƏŞMƏDƏ ARTIM

154. ZAMANIN QISALMASI

155. YÜKSƏK BİNALARIN TİKİLMƏSİ

156. BAZARLARIN YAXINLAŞMASI

157. ADAMIN QAMÇISININ UCUYLA DANIŞMASI

158. ADAMA ÖZ SƏSİNİN DANIŞMASI

159. SƏMADAN BİR ƏLİN GÖRÜNMƏSİ (UZADILMASI)

160. SƏHRALARIN YAŞILLAŞDIRILMASI

161. ÖMÜRLƏRİN UZANMASI

162. HAQQ DİNİN VƏ QURAN ƏXLAQININ TƏRK EDİLMƏSİ

163. SAXTA PEYĞƏMBƏRLƏRİN ORTAYA ÇIXIŞI

164. ŞƏRQ TƏRƏFİDƏN BİR ALOVUN GÖRÜNMƏSİ

165. BÖYÜK BİR İQTİSADİ BÖHRANIN OLMASI

166. HZ. MEHDİ (Ə.S)-IN PALTARLARI DA, DƏRİSİ DƏ PARLAQ OLACAQ

167. ÇİNDƏ YAŞANAN ZƏLZƏLƏ VƏ SEL KİMİ FƏLAKƏTLƏR  AXIR ZAMAN ƏLAMƏTLƏRİNDƏNDİR

168. HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏ AZĞIN SİSTEMLƏR YIXILACAQ

169. RƏSULULLAH (S.Ə.V), HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏ ATOM BOMBASININ İSTİFADƏ EDİLƏCƏYİNİ 1400 İL ƏVVƏL BİLDİRMİŞDİR

170. HZ. MEHDİ (Ə.S.) DÖVRÜNDƏ KORLAR YAXŞILAŞACAQ, XƏSTƏLƏR ŞƏFA TAPACAQ, UZUN ÖMÜRLÜLÜK YAYILACAQ

171. HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏ HƏM DÜNYANIN QURULUŞU HAQQINDA, HƏM KAİNAT HAQQINDA MƏLUMATLAR ƏLDƏ EDİLƏCƏK

172. HZ. MEHDİ (Ə.S) XALQIN, ARTIQ ÖZLƏRİNİ İDARƏ EDƏ BİLƏCƏK  BİR KƏSİN TAPILA BİLMƏYƏCƏYİ BİR DÖVRDƏ ZÜHUR EDƏCƏK

173. HZ. MEHDİ (Ə.S) ZÜHUR ETDİYİNDƏ ƏKSƏR İNSANLAR NAMAZ QILMAYACAQ, İSLAMDA ŞƏRABIN HARAM BUYRULDUĞUNDAN BELƏ XƏBƏRSİZ OLACAQLAR

174. QURAQLIĞIN ARDINDAN YAĞIŞLARIN ÇOXLAMASI HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR

175. HZ. MEHDİ (Ə.S)-IN SEVƏNLƏRİ DÜNYANIN MÜXTƏLİF YERLƏRİNDƏKİ TELEVİZİYA VƏ RADİO YAYINLARI YOLU İLƏ ONUN SÖHBƏTLƏRİNİ EŞİDƏCƏKLƏR, TƏYYARƏ İLƏ YA DA DİGƏR SÜRƏTLİ VASİTƏLƏRLƏ ÇOX QISA BİR MÜDDƏT İÇƏRİSİNDƏ HZ. MEHDİ (Ə.S.)-IN  YANINA GƏLƏCƏKLƏR

176. HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ DÜNYANIN İSTƏNİLƏN YERİNDƏ İNTERNET VASİTƏSİYLƏ BİR NEÇƏ DƏQİQƏ İÇİNDƏ ÜNSİYYƏT QURA BİLƏCƏKLƏR

177. HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ ÖLÜ HEYVAN VƏ BİTKİ QALIQLARINI CANLI OLANLARLA MÜQAYİSƏ EDƏRƏK İNSANLARA GÖSTƏRƏCƏKLƏR, BU ŞƏKİLDƏ ALLAHIN İZNİ İLƏ DARVİNİZMİ VƏ MATERİALİZMİ TƏSİRSİZ HALA GƏTİRƏCƏKLƏR

178. HZ. MEHDİ (Ə.S.) ROMANI MƏNƏVİ OLARAQ FƏTH EDƏCƏK, VATİKANDA BÖYÜK BİR ZƏLZƏLƏ OLACAQ

179. HZ. MEHDİ (Ə.S.) DÖVRÜNDƏKİ GÖRÜNTÜLÜ ÜNSİYYƏT SİSTEMLƏRİ

180. HZ. MEHDİ (Ə.S.) CƏMİYYƏTDƏ ŞİRKİN ÇOX HAKİM OLDUĞU BİR DÖVRDƏ ZÜHUR EDƏCƏK

181. HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ OLAN GƏNCLƏRİN BİR QİSMİ GÖRDÜKLƏRİ ZÜLM VƏ TƏZYİQ ÜZÜNDƏN DƏCCALIN FİTNƏSİNƏ QAPILAN AİLƏLƏRİNDƏN QOPUB-AYRILACAQDIRLAR

182. HZ. MEHDİ (Ə.S), İNSANLARIN BİR-BİRLƏRİYLƏ YOLA GETMƏDİKLƏRİ VƏ SAVAŞDIQLARI BİR DÖVRDƏ ORTAYA ÇIXACAQ

183. HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNDAN ƏVVƏL CƏMİYYƏTDƏ NARKOTİKLƏ VƏ CİNAYƏTLƏRLƏ BAĞLI ÖLÜMLƏR ÇOXALACAQ

184. HZ. MEHDİ (Ə.S)-IN DOĞUMU EVDƏ OLACAQ

185. HƏDİSLƏRDƏ İFADƏ EDİLƏN ”GÖYDƏN DAŞIN VƏ ONA BƏNZƏR ŞEYLƏRİN YAĞMASI”, İNDİKİ ZAMANDA DÜNYANIN BİR ÇOX YERİNİ HƏDƏF ALAN BOMBARDMANLARLA REALLAŞIR

186. TƏKAMÜL İLƏ MEYMUNDAN MEYDANA GƏLDİKLƏRİNƏ İNANAN BƏZİ İNSANLAR, MEYMUN VƏ DONUZ XARAKTERİNDƏ VƏ GÖRÜNÜŞÜNDƏ OLACAQLAR

187. AXIR ZAMANDA İNSANLARIN SURƏTLƏRİNDƏ (SİMALARINDA, GÖRÜNÜŞÜNDƏ) POZULMA VƏ ÇİRKİNLƏŞMƏ OLACAQ

188. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) AXIR ZAMANDA FƏLƏSTİNDƏ ZÜLM YAŞANACAĞINI XƏBƏR VERMİŞDİR

189. MEHDİNİN BİR ƏLAMƏTİ DƏ, ”SUBAY OLMASIDIR

190. HZ. MEHDİ (Ə.S), ATƏŞİN ƏN ALÇAQ TƏBƏQƏSİNƏ DÜŞƏCƏKLƏRİ BİLDİRİLƏN MÜNAFİQLƏR İLƏ MÜBARİZƏ APARACAQ

191. AXIR ZAMANA AİD  TEXNOLOJİ İŞARƏLƏR

YAĞIŞ BOMBASI

SÜD İSTEHSALINDA ARTIM

YERALTI XƏZİNƏLƏR

TORLA BALIQ OVÇULUĞU     

ÖMÜRLƏRİN UZANMASI

GÜNƏŞ OCAQLARININ KƏŞFİ

DUMAN BULUDLARI

 

4. Hz. İsa (ə.s.) nüzul edəcək və hz. Mehdi (ə.s)-ın imamlığı altında onun arxasında namaz qılacaq

 

Hz. Mehdi, möminlərlə birlikdə Beyt-ül Müqəddəsdə səhər namazı qılarkən o ərəfədə nüzul edən İsa (ə.s)-ı təqdim edəcək və hz. İsa əllərini onun çiyinlərinə qoyaraq, “Namazın qaməti sənin üçün gətirilmişdir, buna görədə namazı sən qıldır” deyəcək və nəhayət hz. Mehdi, hz. İsa (ə.s)-a və möminlərə imamlıq edib namazı qıldıracaq. (Kitab ul Burhan Fi Əlamət-il Mehdiyy il Axir Zaman, səh. 79; Ölüm-Qıyamet-Axiret ve Axir zaman Əlamətləri, səh. 438)

 

İmamları saleh bir insan olan hz. Mehdi olduğu halda, Beyt-ül Makdisə sığınarlar. Orada imamları onlara səhər namazını qıldırmaq üçün önə keçər, bu anda bir də görərlər ki, Məryəm oğlu İsa səhər vaxtında enmişdir. hz Mehdi, hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa onun çiyinlərinə əlini qoyar və ona deyər ki, “Keç önə namazı qıldır. Çünki qamət (fərz namazı qıldırmaq üçün oxunan azan, namaza başlama işarəsi) sənin üçün gətirilmişdir.”… (Ebu Rafidən rəvayət edilmiştir; İmam Şarani, Ölüm, Qıyamət, Axirət ve Axir Zaman Əlametleri, Bədir Yayınevi, səh. 495-496)

 

Hz.Bədiüzzaman dövründə də, ondan əvvəlki əsrlərdə yaşayan mücəddidlərin dövrlərində də hz. İsa (ə.s)-ın nüzul etdiyinə dair bir əlamət reallaşmamışdır. Çünki hz. İsa (ə.s) nüzul etdiyində Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə və buna aid Risaləi Nur Külliyyatında Ustad Həzrətlərinin də ifadə etdiyi kimi bütün xristianları haqq din olan İslama dəvət edəcək və xristianların İslam dininə keçmələrinə vəsilə olacaq.

 

Peyğəmbərimiz (s.ə.v)-in mövzu ilə əlaqədar hədislərindən bəziləri belədir:

 

“Hz. İsa qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edər, sonra vəfat edər.” (Kitab-ul Burhan Fi Əlaməti-il Mehdiyy-il Axir zaman, səh. 92)
Hz. İsa, Məhəmməd ümmətinə peyğəmbər olaraq deyil, Məhəmmədin şəriətini, sünnəsini (İslamiyyətin əsaslarını) tətbiq etmək üçün gələcəkdir”. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 68)

 

Ustad isə Məktubatda bu mövzunu belə açıqlamışdır:

 

“Axırzamanda Həzrəti İsa (ə.s) gələcək, Məhəmməd (S.Ə.V) şəriətinə əməl edəcək”

Bu hədisin sirri budur :

Axırzamanda təbiət fəlsəfəsinin verdiyi cərəyanı inkarçı hərəkat və Allahı inkara qarşı, İsəvilik dini xurafatlardan təmizlənərək İslamiyyətə inqilab edəcəyi (keçəcəyi) bir ərəfədə, İsəviliyin mənəvi şəxsiyyəti səmavi vəhyinin qılıncı ilə o böyük dinsizliyin mənəviyatını (strukturunu, sistemini, fikrini) məhv edəcək. Beləliklə də, hz. İsa (ə.s), İsəviliyin mənəvi şəxsiyyətini təmsil edərək, dinsizliyin mənəvi şəxsiyyətini təmsil edən Dəccalı məğlub edər. Yəni  Allahı inkar etmə fikrini yox edəcək.” (Mektubat, səh. 6)           

 

Yuxarıda saydığımız bütün bu şərtlər hicri 1400-cü ilə qədər yaşamış olan heç bir mücəddid dövründə zühur etməmişdir. Müsəlmanlar arasında bir birlik təmin edilməmiş, din əxlaqı Dünya üzərində hakim olmamış, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi bidətlərdən təmizlənmiş olaraq əvvəlki (Peyğəmbərimizin dövründəki halına) tam halıyla tətbiq olunmağa başlanmamışdır. Türk İslam birliyi hələ qurulmamış, müsəlmanlar əmin-amanlığa, güvənə, barış və bolluq mühitinə qovuşmamışlar. Hz. Mehdi (ə.s)-ın zamanında yaşanacaq olan bolluq və zənginlik heç bir şəkildə reallaşmamışdır. Xristianlar hələ batil təslis (Allahı üçlük olaraq qəbul etmə) inanclarından imtina etməmişlər və İslam şəriətinə tabe olmamışlar. Hz. İsa (ə.s) nüzul edib hz. Mehdi (ə.s)-ın arxasında namaz qılmamış və dəccaliyyət tam olaraq təsirsiz hala gəlməmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi və hz. Mehdi  (ə.s)-ın zühurunu göstərən digər yüzlərlə əlamət də toplu olaraq hicri 1400-cü ilə qədər reallaşmamışdır.

2ue4nro1