Hz. Məhəmməd (s.ə.v) Allahın “… Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də, yalnız Onadır”.  (Şura Surəsi, 15) ayəsi ilə də, bildirdiyi kimi insanları xəbərdar etməklə vəzifələndirilmiş son Peyğəmbərdir. Peyğəmbərimiz (s.ə.v) bütün digər elçilər kimi insanları doğru yola, Allaha iman etməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa çağırmışdır. Bu dəvəti zamanı, istifadə etdiyi üsullar, mövzuları izah etmək şəkli, üslubu hər müsəlmana nümunə olmaq idi. Hər müsəlman insanları dinə dəvət edərkən Peyğəmbərimiz (s.ə.v) kimi danışmalı və davranmalıdır.

Quranda Peyğəmbərimiz (s.ə.v)-ə özünün insanları xəbərdar etməklə vəzifəli olduğunu ifadə etməsi belə əmr edilmişdir:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf Surəsi, 108)

Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmək üçün əlindən gələni artıqlaması ilə etmiş, insanları xəbərdar etmək üçün səy göstərmişdir. Bir ayədə belə bildirilir:

De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə, onunla sizi və ona (gələcəkdə) yetişəcək olan hər kəsi xəbərdar edib, qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”. (Ənam Surəsi, 19)

Peyğəmbərimiz (s.ə.v) Quranı təbliğ edərkən, müşriklərin atalarından özlərinə miras qalan azğın dinlərini tamamilə dəyişdirmiş və bu səbəblə onların təzyiq və qarşıdurmaları ilə qarşılaşmışdır. Ancaq o, Allahın əmrinə tabe olaraq onların təzyiq və lağ etmələrinə heç bir zaman əhəmiyyət verməmişdir. Allah Peyğəmbərimiz (s.ə.v)-ə ayələrdə belə buyurur:

“Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik” (Hicr Surəsi, 94-95)

Hal-hazırda da, müsəlmanlar, insanların razılıqlarını güdməməli, “kim nə deyər” deyə düşünməməli, Quran əxlaqını insanlara izah etməli, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tabe olaraq qınayanın qınamasından qorxmamalıdırlar. Bu Allahın razı olacağı və cənnəti ilə müjdələdiyi bir əxlaq və təqva əlamətidir. Peyğəmbərimiz (s.ə.v) müsəlmanlara bu sünnəsinə riayət etmələrini belə bildirmişdir:

“Mənim təbliğ etdiklərimi, məni görənlər (şahid olanlar) görməyənlərə təbliğ etsin.”

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v) İNSANLARA ALLAHIN SONSUZ GÜC SAHİBİ OLDUĞUNU İzah etmİşdİr.

İnsanların Allahın gücünü olduğu kimi təqdir edib, Ondan qorxub çəkinərək gözəl əxlaq göstərmələri üçün, Peyğəmbərimiz (s.ə.v) insanlara Allahın gücünün və yaradılışındakı əzəmətinin dəlillərini izah etmiş, onların Allahı sevərək Ondan qorxub çəkinmələrinə səbəb olmuşdur. Quranda peyğəmbərimiz (s.ə.v)-ə Rəbbimizin yaradılışının dəlillərini və gücünü bu ayələrlə izah edilmişdir:

De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud (tanrı) sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?”  De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud (tanrı) dincəldiyiniz gecəni sizə gətirə bilər?  Məgər siz görmürsünüz?” (Qəsəs Surəsi, 71-72)

Hz. Məhəmməd (s.ə.v) axirətə inanmayanlara da, Allahın dünyadakı yaradılış dəlillərini izah etmiş və bütün bunları yaratmağa qadir olan Allahın əlbəttə, axirətdə bunun bənzərlərini də yaratmağa qadir olduğunu

açıqlamışdır. Peyğəmbərimiz (s.əşv) bu əhəmiyyətli həqiqəti qövmünə bildirməsi, ayədə belə xəbər verilmişdir:

De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra  Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir” (Ənkəbut Surəsi, 20)

Peyğəmbərimiz (s.ə.v)-in Allahın hər cür əksiklikdən uzaq olduğunu, heç bir şeyə ehtiyac duymadığını insanlara təbliğ etdiyi ayələrlə göstərib:

De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, (hamını) yedirir, Özünü isə (heç kəs) yedirmir”. De: “Mənə (Allaha) təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma. De: “Əzəmətli əzabından qorxduğum üçün Rəbbimə asi olmaram” (Ənam Surəsi, 14-15)

Allahın yoldaşı, hər hansı bir bənzəri ola bilməyəcəyini və Rəbbimizin hər şeyin tək sahibi olduğu Quranda belə bildirilmişdir:

Hz. Məhəmməd (s.ə.v) Allahın varlığını bildikləri halda, Onun üstün qüdrətini düşünməyən, bundan ötəri Onun böyüklüyünü təqdir edə bilməyən qövmünə, Allahın varlığını və böyüklüyünü təsdiq etdirmişdir və bundan sonra, onları öyüd-nəsihət almağa və qorxub çəkinməyə dəvət etmişdir. Ayələrdə belə buyurulmuşdur:

De: “Əgər bilirsinizsə (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (Muminun Surəsi, 84-89)

Al-Quran

İsmayıl Haqqı Altunbezer. Sülüs lövhə. Qurandan bir ayə: “… Şübhəsiz ki, Allah hər şeyə qadirdir.” (Bəqərə Surəsi, 20)

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Rəd Surəsi, 16)

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v) İNSANLARA TəK DOĞRU YOLUN ALLAHIN YOLU olduğunu bİldİrmİşdİr

İnsanların bir qismi özlərinə yol olaraq azğın, yanlış, batil inanclarla və zərərli fikir və üsullarla dolu yolları seçərlər. Bunların hər biri insanlara dünyada və axirətdə itgidən başqa bir şey gətirməz. Peyğəmbərimiz (s.ə.v) isə insanları ən şərəfli və gözəl olan yola, Allahın yoluna çağırmış, insanların dünyada və axirətdə nicat tapmasına vəsilə olmaq üçün cəhd göstərmişdir.

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!” –deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq” (Ənam Surəsi, 71)

Peyğəmbərimiz (s.ə.v) hədis-i şəriflərində də, ən doğru yolun Allahın və Rəsulunun yolu olduğunu ifadə etmişdir:

“Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Məhəmmədin yoludur.”

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v) İnsanları şİrkdən çəkİndİrmİşdİr

Peyğəmbərimiz (s.ə.v)-in insanları çəkindirdiyi ən əhəmiyyətli mövzulardan biri şirkdir. Quran ayələrində də göründüyü kimi Hz. Məhəmməd (s.ə.v)  insanlara daim Allahın tək bir İlah olduğunu, Onun xaricində heç bir varlığın heç bir gücə sahib olmadığını söyləmiş və müşriklərə qarşı onları xəbərdar etmişdir. Bir çox ayədə Peyğəmbərimiz (s.ə.v)-ə insanları şirkə qarşı xəbərdar etməsi xəbər verilmişdir. Bu ayələrdən bəziləri belədir:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf Surəsi, 108)

De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”  De: “Mən sizə nə ziyan verməyə, nə də (sizi) doğru yola yönəltməyə qadirəm!” De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm! (Cin Surəsi, 20-22)

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur. Mənə həm də, müsəlmanların birincisi olmaq əmr olunmuşdur”. De: “Rəbbimə qarşı üsyankar olsam, o əzəmətli günün əzabından qorxuram”. De: “Mən dinimi (itaətimi) məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm. Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!” (Zumər Surəsi, 11-15)

“Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?”  De: “Əgər doğru deyirsinizsə, dəlil gətirin”. (Nəml Surəsi, 64)

“Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlil gətirin”.

(Nəml Surəsi, 64)

Qövmünə Allahın tək İlah olduğunu xatırladan Hz. Məhəmməd (s.ə.v) eyni zamanda, Allaha şərik qoşduqlarınız heç bir şeyi yaratmayacaqlarını, kimsəyə zərər verməyə və ya fayda verməyə gücləri çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

De: “Allahdan başqa tanrı saydıqlarınızı (köməyə) çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər”. (İsra Surəsi, 56)

De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya elmdən qalan bir əsər gətirin”. (Əhqaf Surəsi, 4)

De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə və nə də yerdə zərrə qədər olan bir şeyə də sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur. (Səba Surəsi, 22)

De: “Allahdan başqa yalvardığınız şərikləri heç gördünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şəriki mi var?” Yoxsa biz onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatır Surəsi, 40)

İnsanların bir çoxu Allahın varlığını qəbul edir ancaq, Allahın gücünü və böyüklüyünü təqdir edə bilmirlər, Allahdan başqa varlıqların özünə fayda gətirə biləcəyini zənn edərlər, tək dost və köməkçinin Allah olduğunu qavraya bilmirlər. Peyğəmbərimiz (s.ə.v) isə qövmünə bu həqiqətləri izah etmiş və onları şirkdən təmizləməyə çalışmışdır. Ayələrdə belə buyurulur:

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz, Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da, O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül etsinlər!” (Zumər Surəsi, 38)

De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da, sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər. (Əhzab Surəsi, 17)

İnsanın tək dostu və qoruyucusu özünü yaradan Allahdır. Lakin Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəməzlər. Ancaq çətinlik anlarında, çarəsiz olduqlarında, bəzi hadisələrdə bu insanlar özlərinə Allahdan başqa heç kimin kömək edə bilməyəcəyini anlayırlar. Peyğəmbərimiz (s.ə.v) də, insanlara bu həqiqəti xatırlatmışdır. Bir çətinliyə, bir zərərə düşdüyü zaman, insanın, Allahdan başqa heç bir köməkçisi olmadığını söyləmişdir. Bu mövzu ilə əlaqədar olaraq Quranda Peyğəmbərimiz (s.ə.v)-in qövmünə bunu xatırlatdığı bildirilmişdir:

De: “Heç düşünürsünüz ki, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat gəlib çatarsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru deyirsinizsə, çağırın görək.” Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər (Allah) istəsə, Ona (uzaqlaşdırması haqqında) yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız” (Ənam Surəsi, 40-41)

Peyğəmbərimiz (s.ə.v)-in də xatırlatdığı bu həqiqəti unutmayan möminlər bir çətinliklə qarşılaşmadan da, özlərinə tək kömək edə biləcək, onlardan çətinlikləri yox edən gücün Allah olduğunu bilirlər. Quranda belə buyurulur:

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman, sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) şərik qoşursunuz”. (Ənam Surəsi, 63-64)

Mustafa Rakim Əfəndi. 1797. “Allahı tənzih edirəm və Ona həmd edirəm. Ondan başqa ilah yoxdur.” And olsun ən böyükdür və Allahdan başqa qüvvət yoxdur.

Peyğəmbərimiz (s.ə.v) hədisi-şəriflərində də, bütün müsəlmanları şirkə qarşı belə buyurmuşdur:

“Ən böyük günah Allah səni yaratdığı halda Ona şərik qoşmandır.”

 

Peyğəmbərimiz (s.ə.v) bir başqa sözündə isə Allahın şirk xaricindəki bütün günahları bağışlayacağını belə bildirmişdir:

Allah buyurur: “Bir adam bilsə ki, Mən qüdrət sahibiyəm, günahları bağışlayaram. O şirk etmədikcə Mən onu bağışlayaram.”

Peyğəmbərimiz (s.ə.v) xüsusilə gizli şirkin insanlar üçün nə qədər ciddi bir təhlükə olduğunu isə bu sözlər ilə açıqlamışdır:

“Mənə görə sizin üçün dəccaldan daha çox qorxduğum şeyi xəbər verimmi? O, gizli şirkdir ki, bir insanın birinin mövqesinə göstəriş üçün əməl etməsidir.”

“Şirk, ümmətimdə düz yolda, qaranlıq gecədə, qarışqaların gəzməsindən daha gizlidir. Əlaməti, ədalətsizlikdən ötrü məhəbbət və ədalətdən ötrü də buğz etməkdir və Din, Allah üçün sevgi və Allah üçün buğzdan başqa nədir? Allah Təala buyurdu ki: “Əgər siz Allahı sevirsinizsə Mənə tabe olun ki, Allah da sizi sevsin. “

De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.”   (Nəml Surəsi, 65)

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v) QEYB Məlumatının YALNIZ ALLAHA AİD olduğunu açıqlamışdır.

Quranda “qeyb” sözü insanların bilmədikləri, görmədikləri gizli olan şeyləri ifadə etmək üçün istifadə edilmişdir. Məsələn, gələcəkdə olacaq hadisələr bizim üçün qeybə aid məlumatlardır. Ancaq, gələcəyə dair bütün məlumatlar hər insanın, hər ölkənin, hər binanın, hər əşyanın gələcəyi hər anıyla Allah qatında məlumdur. Peyğəmbərimiz (səv) qeyb məlumatının yalnız Allaha aid olduğunu insanlara belə şərh etmişdir:

De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf Surəsi, 26)

De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini də bilməzlər”  (Nəml Surəsi, 65)

De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir” (Səba surəsi, 48)

Peyğəmbərimiz (səv)-dən hərdən qeybdən bəzi şeylər soruşulduğunda özü onlara bu cavabı verərdi:

“Bilmirəm. Mən bir qulam; Mövlam nəyi bildirirsə onu bilirəm. Onun bildirmədiyini bilə bilmərəm …”

Ancaq Allahın, Öz qullarından istədiyinə, qeybin xəbərlərindən verdiyi də ayədə bildirilən bir həqiqətdir. Rəbbimiz ayədə bu şəkildə buyurmuşdur:

“O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən O, onların önündə və arxasında gözətçilər qoyur ki, (Cin surəsi, 26-27)

Bir başqa ayyədə isə, Allahın, Öz qullarından istədiyinə qeybin xəbərlərindən verər:

Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik …” (Ali İmran Surəsi, 44)

Necə ki, Allahın, Öz qullarından istədiyi kəsə qeybin xəbərlərindən verər və bu xəbərlərin hər biri Peyğəmbər (səv)-in söylədiyi şəkildə reallaşmışdır.

PEYĞƏMBƏRİMİZ (səv) İNSANLARA Allahın ƏN GİZLİ danışIQLARI Bİldİyİnİ xatırlatmışdır

Bəzi insanlar bir pislik düşündüklərində, ya da, tərəfdarları olan kəslərlə bir pislik planlaşdırdıqlarında, qeybət etdiklərində, nizamlar qurduqlarında, bunları insanlardan gizlində zənn edərlər. Halbuki, Allah hər insanın bütün düşündüklərini, ağlından keçirdiklərini, iki adam arasındakı pıçıldaşmaları, göylərdə və yerdə olan hər şeyi bilir. İnsanın hər an etdiyi hər şeyə şahiddir. Və hər insan gizli-gizli etdiyini və ya, danışdığını sandığı hər şeyin hesabını axirətdə verəcəkdir. Bəlkə, o adam etdiyi mənfi söhbəti unudacaq ancaq Allah insanların unutduqları hər şeyi hesab günündə önlərinə gətirəcək.

Peyğəmbərimiz (səv)-də bu mövzuya diqqət çəkərək insanları verəcəkləri hesab üçün xəbərdar etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”  (Ali İmran Surəsi, 29)

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra Surəsi, 96)

Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini ) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir”  (Ənbiya Surəsi, 109-110)

De: “Siz dininizi Allahamı öyrədirsiniz? ” Halbuki, Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir”  (Hucurat Surəsi, 16)

 


PEYĞƏMBƏRİMİZ (səv) İNSANLARA, qURANIN Allah qatından endİrİldİyİnİ açıqlamışdır

Peyğəmbərimiz (s.ə.v)-in dövründə və sonrakı dövrlərdə də, Quranın haqq kitab olduğunu inkar edənlər olmuşdur və bu kəslər Quranı Peyğəmbərimiz (s.ə.v)-in yazdığını iddia etmişlər. Halbuki, Quranın insan əliylə yazılmadığı çox açıqdır. Allahın sözü olan Quran içində bir çox möcüzəyə, insanların anlamayacağı bənzərsiz bir hikmətə malikdir. Peyğəmbərimiz (s.ə.v) də insanlara bu həqiqəti xatırlatmış və Quranı Allahın göndərdiyini bildirmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

De: “Onu göylərdə və yerdə olan sirləri bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!” (Furqan Surəsi, 6)

De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?”  (Fussilət Surəsi, 52)

Quranı Kərimin ilk orijinal nüsxəsi (Qədr surəsi) Topqapı Sarayının sərgilənməyən arxiv hissəsində var.

Quranın bir insan tərəfindən yazıldığını iddia edənlər, onun sahib olduğu möcüzələrdən, Allahın sonsuz hikmət bəxş edən sözlərindən xəbərsizdirlər. Halbuki, Quran, bir insanın, bütün insanların və cinlərin belə, bir yerə gələrək yaza bilməyəcəkləri bir kitabdır. Hz. Məhəmməd (s.ə.v)-ə bu mövzu ilə əlaqədar olaraq qövmünə bunları bildirməsi əmr edilmişdir:

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr də, ona bənzərini gətirə bilməzlər”. (İsra Surəsi, 88)

Yoxsa: “(Məhəmməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də, siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa (köməyə) çağırın!” (Yunus Surəsi, 38)

Peyğəmbərimiz (s.ə.v) bir başqa hədis-i şəriflərində isə, Quranın, Allahın sözü olduğunu belə ifadə etmişdir:

“Quran Allah azzə və cəllənin kəlamıdır. Elə isə, Quran sahibi Rəbbinin qadağan etdiklərinə əməl edərək ona təzim (hörmət) edin”

“Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.”  (Zumər Surəsi, 1)

 

Əlif. Ləm. Ra. (Bu,) “insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.”   (İbrahim Surəsi, 1)

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v) QURANIN MÜSƏLMANLAR ÜÇÜN BİR MÜJDƏ və hİdayət rəhbərİ olduğunu bİldİrmİşdİr

Peyğəmbərimiz (s.ə.v) Quranın insanları hidayətə çatdırdığını söyləmiş və onlara Quranı rəhbər etmələrini nəsihət etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

De: “Müqəddəs Ruh (Cəbrail) onu, sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl Surəsi, 102)

De: “Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da, Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”. (Səba surəsi, 50)

Peyğəmbərimiz (s.ə.v)-in bir hədis-i şəriflərində Quranın qurtuluşa aparan bir rəhbər olduğu belə açıqlanır:

“Kim ki Quranı önə alarsa Quran onu cənnətə aparar. Kim də arxasına buraxsa onu da cəhənnəmə sürükləyər”

 


PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HESAB GÜNÜ Kİmsəyə başqasının günahının YÜKLƏNMƏYƏCƏYİNİ bİldİrmİşdİr

Cahiliyyə cəmiyyətlərində məşhur olan azğın inanclardan biri də, bir şəxsin digərinin günahını üstünə alması düşünmələridir. Məsələn, yoldaşlarından biri, digərinin ibadət etməsinə maneə törətməyə çalışar və onlara “günahın mənim boynuma” deyərlər. Bu adam əlbəttə ki, bir ibadətə mane olduğu üçün günah qazanar, ancaq qarşısındakı adam da, bu ibadəti yerinə yetirməzsə günah edər. Yəni heç kim ondan bu günahı öz boynuna götürə bilməz. Hesab günündə hər kəs yalnız öz etdiyindən cavabdeh olacaq. Heç kim başqalarının günahları barəsində sorğu-sual olunmayacaq. Allah Hz. Məhəmməd (s.ə.v)-ə bu mövzunun izahını belə bildirmişdir:

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam? ” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə, dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir. (Ənam surəsi / 164)

Peyğəmbərimiz (s.ə.v) “Kimsə kimsənin günahını çəkməz” sözləriylə də xalq arasındakı bu batil inanca bir aydınlıq gətirmişdir.

 

 cennet_gibi


PEYĞƏMBƏRİMİZ (S.Ə.V) qövmünə Onlardan əvvəlkİlərİN başlarına gələnlərİ İzah edərək İBRƏT almalarını nəsİhət etmİşdİr

Tarix boyunca Allaha, dinə və Allahın elçilərinə qarşı gələn kəslər həmişə bir bəla ilə yox olmuşlar, hətta, arxalarında tək bir iz qalmayacaq şəkildə qeyb olmuşlar. Bu kəslərin sonluğu bütün insanlar üçün bir ibrət olmalı, Allahın qəzəblənməsindən qorxub çəkinərək Allaha yönəlməlidirlər.

De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”. (Nəml Surəsi, 69)

De: “Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu”. (Ənam Surəsi, 11)

 1276143912_1275996759_cennet

“… Elçisinə itaət edin. Ey Əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir …” (Əhzab Surəsi, 33)

De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu (Allaha) şərik qoşanlar idi”. (Rum Surəsi, 42)

Peyğəmbər (s.ə.v)  yuxarıda göstərilən ayələrdəki sözlərində isə, “Ey qövmüm düşünün. Sizdən əvvəlki ümmətlər, bu etdiyiniz şeylərə görə həlak oldu. Peyğəmbərlərinə qarşı ixtilafları səbəbi ilə və kitablarının bəzisini bəzisinə qarışdırmaları səbəbi ilə.” deyərək ətrafındakıları keçmişdəkilərin başlarına gələnlərlə xəbərdar etmişdir.

 


İNSANLARA ÖLÜMÜ xatırlatmışdır

Axirətin varlığına inanmayan və ya şübhə ilə yanaşan insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Ölümlə birlikdə hər şeylərini itirəcəklərini düşündüklərinə görə və dünyaya böyük bir ehtirasla bağlı olduqları üçün, ölümü qətiliklə düşünməzlər. Halbuki, hər insan Allahın özü üçün taleyində bəlli olan vaxtda öləcək və bundan əsla bir qaçış yolu tapa bilməyəcək. Peyğəmbərimiz (s.ə.v) də, bu insanlara ölümdən qaçışın özlərinə bir fayda verməyəcəyini açıqlamış və onların ölümdən sonrakı həqiqi həyatlarını düşünmələrini təmin etməyə çalışmışdır.

“Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara (müxtəlif cür) izah etdik ki, bəlkə (küfrdən) əl çəkələr “(Əhqaf Surəsi, 27)

De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, (bu) qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq (əcəliniz çatana qədər) çox az bir müddət ərzində gün-güzəran görəcəksiniz”. (Əhzab Surəsi, 16)”

De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz”. (Səba surəsi, 30)

Peyğəmbərimiz (s.ə.v) ölümün düşünülməsini də tövsiyə etmiş və belə demişdir:

“Ölümü ən çox yada salan və ölüm onlara çatmamışdan əvvəl onun üçün ən yaxşı hazırlığı edənlər,  ağıllı onlardır.”

Allah qiyamətin saatını Özündən başqa kimsənin bilməyəcəyini bildirmişdir:

“Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də o Saat lap yaxınlaşmışdır”  (Əhzab Surəsi 63)

Allahın ayədə bildirdiyi kimi, qiyamət saatı Allahın diləməsi xaricində kimsə tərəfindən bilinə bilməz. Ancaq Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə və Quranda olan işarələrə istinad edərək əsrlik dövr olaraq qiyamətin hansı dövrdə ola biləcəyinə dair təxmin edilə bilər. Məsələn, “İman edən heç kimin qalmadığı, azğınlığın hakim olduğu bir dövrdə qiyamət qopa bilər” deyilir. Necə ki, böyük Əhli Sünnə alimi Berzenci Həzrətləri və Suyuti Həzrətləri Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə istinadən, ümmətin ömrünün hicri 1500-cü ili keçməyəcəyini yəni 1600-cü ilə çatmayacağını söyləyirlər. Bədiüzzaman Səid Nursi Həzrətləri də, yenə hədislərdəki məlumatlara görə, müsəlmanların hicri 1506-cı il ərəfəsinə qədər Allahın haqq üzərində qalibanə olaraq davam edəcəklərini, hicri 1545-ci il (Miladi 2120) tarixində isə qiyamətin qopması təxmin edilir. (Doğrusunu Allah bilir.) (Mövzuyla əlaqədar ətraflı məlumat üçün baxın. www.hazretimehdi.com)

 


Qİyamət vaxtının YALNIZ ALLAHA AİD olduğunu açıqlamışdır

İnsanları maraqlandıran mövzulardan biri də, qiyamət saatının nə vaxt gələcəyidir. Halbuki, Allah qiyamətin saatını Özündən başqa kimsənin bilməyəcəyini bildirmiş və hz. Məhəmmədə (s.ə.v) bu mövzuda ona soruşulan suallara belə cavab verməsini əmr etmişdir:

“Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır” (Əhzab Surəsi 63)

De: “Mən sizə vəd olunmuş (əzabın) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm”  (Cin surəsi, 25)

Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini ) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm” (Ənbiya Surəsi, 109)


Cəhənnəmə düşənlərİN SONSUZA QƏDƏR orada qalacağını bİldİrmİşdİr

Cahiliyyə cəmiyyətlərində məşhur olan batil inanclardan biri cəhənnəmdə müəyyən bir müddət qalıb çıxılacağıdır. Halbuki. Allah cəhənnəm əzabının bəzi kəslər üçün, sonsuza qədər çəkəcəyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) də, Allahın əmrinə uyğun olaraq, bir müddət Cəhənnəmdə qalınacağını iddia edənlərə Allahın diləməsi xaricində insanların bəzilərinin cəhənnəmdə sonsuza qədər qalacaqlarını xəbər vermişdir:

“Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr, məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!” (Bəqərə Surəsi, 80-82)      

 

                               cehennem                             

 

“Binasını Allah qorxusu və (Onun) razılığı üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan, uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.”  (Tövbə Surəsi, 109)

 

Peyğəmbərimiz (s.ə.v) bir sözündə cənnət və cəhənnəmdəki həyat ilə əlaqədar olaraq bunları açıqlamışdır:

“Cənnətliklər Cənnətdə, Cəhənnəmliklər də Cəhənnəmdə olduqları zaman ölüm gətirilər. Cənnətlə cəhənnəmin arasına qoyulub orada aqibəti bəlli olar. Sonra bir münadi nida edər: “Ey əhli cənnət! Artıq əbədiyyət var, ölüm yox! Cənnətliklərin sevinci bununla daha da artar. Cəhənnəmliklərin də hüznü artar”


ALLAHI ƏN GÖZƏL ADLARI İLƏ ANMAMIZI SÖYLƏMİŞDİR

Daha əvvəl də ifadə edildiyi kimi Peyğəmbərimiz (s.ə.v) təbliğ edərkən, bir şeyi açıqlayarkən, dua edərkən Allahı təsbeh edər, Onu ən gözəl adları ilə ucaldardı. Peyğəmbərimizin (s.ə.v) insanları da bu gözəl rəftara dəvət etməsi bu şəkildə əmr edilmişdir:

De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız hər halda, ən gözəl adlar Ona məxsusdur”.  Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut” (İsra Surəsi, 110-111)

 


Peyğəmbərlər arasında ayrı-seçkilik etməməyi xatırlatmışdır

Peyğəmbərimiz (s.ə.v) Allahın əmrinə uyğun olaraq, Allahın göndərdiyi peyğəmbərlər arasında heç bir fərq qoymamağımızı bildirmiş və bir hədis-i şərifində “Peyğəmbərlərin birini digərindən üstün tutmayın” deyə buyurmuşdur. Peyğəmbərlərimizin hamısı Allahın sevdiyi, dost etdiyi, güvəndiyi, cənnəti ilə müjdələdiyi mübarək, müqəddəs, təqva sahibi olan şəxslərdir. Bütün peyğəmbərlər Allahın dinini insanlara təbliğ etmişlər, əlləri çatan hər kəsi hz. Məhəmməd (s.ə.v) kimi Allahın yoluna çağırmışlar. Bu Peyğəmbərimiz (s.ə.v) -in bizə bildirdiyi çox əhəmiyyətli bir mövqe və inancdır. Quranda isə bu mövzu belə bildirilmişdir:

“Biz, Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər” (Ənbiya Surəsi, 73)

De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və Peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!” (Ali İmran Surəsi, 84)

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, öz Rəbbi tərəfindən Peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə Surəsi, 136)

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v) İnsanları gözəl əxlaqa çağırmışdır

Kitab boyunca da, izah edildiyi kimi Peyğəmbərimiz (s.ə.v) bütün aləmlərə nümunə bir əxlaqa sahib idi və insanları da gözəl əxlaqlı olmağa çağırmış, onlara Allahın razı olacağı əxlaqın və davranışların necə olduğunu açıqlamışdır. Quranda Peyğəmbərimiz (s.ə.v)-ə gözəl əxlaqla əlaqədar insanlara xatırlatması əmr edilən bəzi ayələr vardır:

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-buluğa çatana qədər, xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız” (Ənam Surəsi, 151-152)

De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf Surəsi, 33)

Peyğəmbərimiz (s.ə.v)-in gözəl əxlaqı tövsiyə etdiyi hədis-i şəriflərindən bəziləri isə belədir:

“Rəbbim mənə doqquz şey əmr etdi: Gizli halda da, aşkar halda da, Allahdan qorxmağımı, hirs və razılıq halında da ədalətli söz xatırlamağı, yoxsulluqda da, zənginlikdə də qənaət etməyimi, məndən ayrılana da rəhm (dostluq) etməyimi, mənə zülm edəni bağışlamağımı, susmağımın təfəkkür olmasını, danışmağımın zikr olmasını, baxışımın ibrət olmasını, doğru və gözəl olanı əmr etməyimi. “

“Sənə zülm edəni bağışla. Səndən küsənə get, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə.”

“Harada olursan ol, Allah rizası üçün pisliyin arxasından yaxşılıq et, bu pisliyi yox edər. İnsanlarla gözəl əxlaqla rəftar et.”

“İnsanlarla gözəl əxlaqla rəftar et.”

Peyğəmbərimiz (s.ə.v) Yəmənə göndərdiyi elçilərinə bunları tövsiyə etmişdir:

“Sirkə balı pozduğu kimi, pis xasiyyət də yaxşı əməli yox edər.”

“Möminin şərəfi dini, zadəganlığı gözəl əxlaqı, insaniyyəti də ağlıdır.”

 


PEYĞƏMBƏRİMİZ (S.Ə.V) İNSANLARI Qürurlanmamaları ÜÇÜN xəbərdar etmİşdİr

Peyğəmbərimiz (s.ə.v) qürurun və lovğalığın pis bir əxlaqi xüsusiyyət olduğunu və qürurlu insanların cəhənnəm sakini ola biləcəklərini bildirmişdir. Onları bu böyük təhlükəyə qarşı da xəbərdar etmişdir. Peyğəmbərimiz (s.ə.v) hər vəziyyətdə təvazökar, mehriban, şəfqətli rəftarı ilə insanlara ən gözəl nümunə olmuşdur. Peyğəmbərimiz (s.ə.v)-in qürur haqqındakı xəbərdarlıqlarından bəziləri belədir:

“Allah Təala Həzrətləri gözəldir, gözəlliyi sevər. Qürur isə haqqın tapdanması, insanların təhqir edilməsi, xor görülməsidir.”

“İnsan özünü xalqdan böyük görüb uzaqlaşarsa zalımlar arasına yazılar və onların başına gələn müsibətə düçar olar.”

Peyğəmbərimiz (s.ə.v) ataları və ailələri ilə öyünən və bundan ötəri qürurlanan insanları da xəbərdar etmiş və belə demişdir:

“İnsanlar ya cəhənnəm kömüründən başqa bir şey olmayan ölmüş əcdadlarıyla öyünməkdən imtina etməli, yaxud da Allah qatında, burnuyla pislik yuvarlayan May böcəyindən daha adi bir dərəcəyə düşərlər. Allah Təala Həzrətləri sizdən cahillik dövründəki qürurunuzu təmizlədi. Artıq o, müttəqi bir mömin və ya bədbəxt bir facirdir. İnsanların hamısı Hz. Adəmin övladlarıdır.  Adəm isə torpaqdan yaradılmışdır. “

Peyğəmbərimiz (s.ə.v) səhabələrinə hər zaman gözəl geyinmələrini, baxımlı və xoş görünmələrini tövsiyə etmişdir. Ancaq eyni zamanda, onlara, geyimlərinə və ya gözəlliklərinə görə qürurlanan insanın dünyada və axirətdə alçalacağını da xatırlatmış, hər şərtdə təvazökar olmalarını söyləmişdir. Bu sözlərindən biri belədir:

“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir”  (Səba Surəsi, 28)

“Bir adam nəfsinin xoşuna gələn bir paltar içində saçlarını səliqəyə salmış halda gedərkən qürurlanmış və birdən yerə batmışdır. Qiyamətə qədər də orada əzab çəkəcək”

 

PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN İnfaq (Allah yolunda xərclənən nemət) mövzusundakı ŞƏRHLƏRİ

İnfaq etmək, bir insanın malını və canını Allahın yolunda, Allahın razı olacağı şəkildə xərcləməsidir. Ətrafındakılar infaq ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-ə bəzi suallar vermiş və o da, onlara infaqın necə olacağını açıqlamış, onları infaq etmək üçün həvəsləndirmişdir. Quranda Peyğəmbərimiz (s.ə.v)-ə infaq mövzusunda bildirilən ayələr belədir:

“Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”  (Bəqərə Surəsi, 215)

“… Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz …”  (Bəqərə Surəsi, 219)

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, istədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39)

“Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin mükafatını artırar. Allah (hər şeyi) Əhatə edəndir, biləndir. (Bəqərə Surəsi, 261)

 

Peyğəmbərimiz (s.ə.v)-in Müsəlmanları xəsislikdən çəkindirən, onlara comərdliklə sərf etmələrini xatırladan sözlərindən bəziləri belədir:

“Zülmdən qaçın. Çünki, zülm qiyamət günü qaranlıqlar içində olacaq. Xəsislikdən də qaçının, çünki, xəsislik sizdən əvvəlkiləri həlak etmiş, onları bir-birlərinin qanlarını tökməyə, haramlarını halal etməyə sövq etmişdir.”

“Kasıbları sevin və onlara yaxın olun. Siz onları sevsəniz, Allah da sizi sevər. Siz onlara yaxın olsanız, Allah da sizə yaxın olar. Siz onları geydirsəniz, Allah da sizi geyindirər. Siz onları yedizdirsəniz, Allah da sizi yedizdirər. Siz comərd olun ki , Allah Təala da sizə qarşı comərd olsun. “


HZ.MƏHƏMMƏD (s.ə.v) Cİnlərİn DƏ PEYĞƏMBƏRİ İDİ

Quranın 72-ci surəsi olan Cin surəsində Allah, cinlərin də hz. Məhəmməd (s.ə.v)-in təbliğini və Quranı dinlədiklərini və bəzilərinin müsəlman olaraq Peyğəmbərimiz (s.ə.v)-ə tabe olduqlarını bildirir. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:

De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona inandıq və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq” (Cin surəsi, 1-2)

Allah yenə Cin surəsində müsəlman olan cinlərin belə dediklərini bildirmişdir:

“Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman, ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz. Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) çıxanlar da. Müsəlman olanlar doğru yol tutanlardır” (Cin surəsi-13-14)

Bu cinlər, onların, bir qisminin Allaha qarşı yalan danışaraq, batil inanclara inandığını bildirirlər. Cinlərin daha əvvəl inandıqları bu batil dinin xüsusiyyəti Cin surəsində belə açıqlanır:

“Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz (yalanlar) danışır. Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar” (Cin surəsi, 3-5)

Bir başqa ayyədə isə, Peyğəmbərimiz (s.ə.v) ibadət üçün qalxdığında, cinlərin ətrafında çoxalıb, sıxlaşdıqları bildirilir.

“Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar” (Cin surəsi, 19)

“Sən xatırlat! Çünki, xatırlatmaq möminlərə fayda verir. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zəriyət Surəsi, 55-56)

Ayələrdən də göründüyü kimi hz. Muhamməd (s.ə.v) bütün insanlara və bütün cinlərə Peyğəmbər olaraq göndərilmişdir. Qurani Kərim də həm insanlar, həm də cinlər üçün bir yol göstəricidir.

 

“Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə (imana, haqqa) çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah, insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız”  (Ənfal Surəsi, 24)

“Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O, sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”    (Hədid Surəsi, 28)

 

 

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v)-İN İNKAR EDƏNLƏRƏ XəbərdarlıqlarI.

Quranı və hz.Muhamməd (s.ə.v)-in Peyğəmbərliyini inkar edənlər, Peyğəmbərimiz (s.ə.v)-ə bir çox çətinlik törətmişlər, onun təbliğ fəaliyyətlərinə maneə törətməyə, hətta onu şəhid etməyə, həbs etməyə sürgün etməyə çalışmışlar. Ancaq, Peyğəmbərimiz (s.ə.v) hər dəfə onlara Allahın gücünü, varlığını, özünün haqq bir elçi və Quranın da haqq kitab olduğunu izah etmiş, onları axirət əzabıyla xəbərdar edib qorxutmuşdur. Lakin Peyğəmbərimiz (s.ə.v) fəthdən sonra belə, kafirlərə bir təzyiq etməmiş, heç kimi zorla dinə çevirməyə çalışmayıb, hər kəsə öz inancında azad olduğunu açıqlamışdır.

Bu mövzudakı bəzi Quran ayələri belədir:

“Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə, sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”. (Yunus Surəsi, 41)

De: “Mənə, belə vəhy olunur ki, sizin İlahınız Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?” Əgər onlar üz döndərsələr, de: “(Mən bu dini) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. Sözsüz ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir. Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu (dünyada) faydalanmağınız üçündür”. (Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya Surəsi, 108-112)

De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”. (Ənam Surəsi, 135)

“Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır”  (Casiyə Surəsi, 19)

 


Peyğəmbərimiz (s.ə.v) İNKARÇILARLA YERSİZ Mübahİsələrə gİrməmİşdİr

Peyğəmbərimiz (s.ə.v) Allahın varlığını, Quranı və özünün peyğəmbərliyini inkar edənlərə qarşı çox səbirli və anlayış göstərmiş, heç bir zaman təzyiqdən istifadə etməmişdir. Hətta onların arasında ədalətlə davranmış və onlar ilə yersiz mübahisələrə girməyəcəyini ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in Allahın əmrinə tabe olaraq söylədiyi bu ayələr Quranda belə bildirilir:

“Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. (Şura Surəsi, 15)


İNKARÇILARI TÖVBƏ ETMƏYƏ ÇAĞIRMIŞDIR

Allah sonsuz mərhəmətli, şəfqətli və bağışlayıcı olandır. Allah, Quranda hər qulunun tövbəsini qəbul edəcəyi, bir insan küfrü imtina etdiyi təqdirdə günahlarını bağışlayacağını müjdələmişdir. Peyğəmbərimiz (s.ə.v) də, inkar edənlərə Allahın bu müjdəsini çatdırmışdır:

“Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər” (Ənfal Surəsi, 38)

Peyğəmbərimiz (s.ə.v) hədisi-şəriflərində də, insanlara, hər zaman tövbə edə biləcəklərini belə xatırlatmışdır:

“Tövbə qapısı açıqdır, Günəş qərbdən doğulana qədər bağlanmaz.”

“Buna görə də, sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. (Şura Surəsi, 15)

 


İNKAR edənLƏRƏ mütləq MƏĞLUBİYYƏTƏ uğrayacaqlarını bİldİrmİşdİr.

Peyğəmbərimiz (s.ə.v)-in hər sözündə və hər rəftarında Allaha olan etibarını, təslimiyyət və bağlılığını görmək mümkündür. Peyğəmbərimiz (s.ə.v)-ə çətin zamanlarda belə, Allahın mütləq kömək edəcəyindən, möminlərin qalib gələcəyindən və inkar edənlərin ziyana düşəcəklərindən əmin olmuşdur. Ona, Quranda söyləməsi əmr edilən bu ayələr də bunun bir nümunəsidir:

“Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali İmran Surəsi, 12)

Peyğəmbərimiz (s.ə.v) bir hədisi-şərifində isə belə buyurmuşdur:

“Sizə vəd edilən mütləq yerinə yetəcəkdir. Siz Allahı aciz buraxa bilməzsiniz.”

 


İNKAR EDƏNLƏRƏ axİrətİn varlığını xatırladaraq onlarA xəbərdarLIQ etmİşdİr

İnkar edənlərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri, axirətin varlığına inanmamalarıdır. Peyğəmbərimiz (s.ə.v)-in dövründə də, inkar edən şəxslər axirətdə insanların təkrar diriləcəklərinə inanmamışlar. Peyğəmbərimiz (s.ə.v) isə, onların iddialarına ən hikmətli və köklü şəkildə cavab vermişdir. Quranda, Peyğəmbərimiz (s.ə.v)-ə bu hikmətli ayələri söyləməyi əmr edilmişdir:

Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?”  De: “İstər daş olun, istər dəmir, və ya (özünüzü) ürəyinizdə nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” (İsra Surəsi, 49-51)

“Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı (dirildiləcəklər)?” De: “Bəli özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”. (Saffat Surəsi, 16-18)

Peyğəmbərimiz (s.ə.v) bəlkə bu insanlar inkarlarından dönər və iman edərlər deyə, onlara axirətin dünya həyatından daha xeyirli və üstün olduğunu xatırlatmışdır. Onun bu sözlərindən bəziləri belədir:

“Ey insanlar! Dünya nəğd verilən bir mülkdür. Yaxşı olan da, pis olan da ondan nəsibini alar. Axirət isə, sadiq olan vəddir. Artıq Qədr olan Məlik hökm edər. Haqq yerini tapar. Batil isə zay olar. Ey insanlar, axirət övladı olun, dünya uşağı olmayın. Çünki, övlad anaya tabedir. (Yəni dünya uşağı olsanız, dünya kimi məhv olmağa layiq olarsınız.) Allahdan qorxaraq gözəl əməllər edin. Bilin ki, əməlləriniz sizinlə üzləşəcəkdir və yenə sizlər mütləq Allaha qovuşacaqsınız. Kim zərrə qədər xeyir iş görərsə onun əvəzini görəcək və kim də zərrə qədər şər iş görərsə onun əvəzini görəcək. “

“Siz də Ondan başqa istədiyinizə ibadət edin”.  De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”        (Zumər Surəsi, 15)

“Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”  (Ali İmran Surəsi, 116)

 


İNKAR EDƏNLƏRƏ Cəhənnəmİn varlığını xatırladaraq xəbərdarlıq etmİşdİr

Allahın elçilərinin ən əhəmiyyətli vəzifələrindən biri, insanları xəbərdar etmək və onları Allahın əzabı və cəhənnəmi ilə qorxutmaqdır.  Rəsullar, beləcə, insanların qorxmalarına, gözəl əxlaq göstərmələrinə və bəzilərinin axirətdə, cənnətdə yaşamalarına vəsilə olurlar. Peyğəmbərimiz (s.ə.v) də insanları, cəhənnəm əzabı ilə xəbərdar etmiş və onları pisliklərdən, küfrdən və dinsizlikdən qorumağa çalışmışdır. Peyğəmbərimiz (s.ə.v)-in cəhənnəm ilə xəbərdar edib qorxutması bəzi ayələrdə belə bildirilir:

“Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda, sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? (Bu,) Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!” (Həcc Surəsi, 72)

“Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”. (Cin Surəsi, 23)

Peyğəmbərimiz (s.ə.v) cəhənnəmi uzaq görənlərə, cəhənnəmdəki əzabı təfsilatı ilə ilə təsvir etmiş, Quranda bildirildiyi kimi, inkar edənlərin cəhənnəmdəki vəziyyətlərini, əzabdan xilas olmaq üçün necə yalvaracaqlarını izah etmiş və insanların cəhənnəmdən qorxmalarına vəsilə olmaq üçün səy göstərmişdir.

Bir hədisində Peyğəmbərimiz (s.ə.v) axirət günü ilə əlaqədar olaraq belə buyurmuşdur:

Dünya, arxasını dönmüş gedir, axirət isə, yönəlmiş gəlir. Bunlardan hər ikisinin də özünə xas övladları var. Sizlər, axirətin övladları olun. Əsla, dünyanın övladları olmayın. Çünki, bu gün əməl var hesab yoxdur, sabah isə hesab var əməl yoxdur. “

 


Peyğəmbərİmİz (s.ə.v) İnkar edənlərə qarşı QƏTİ VƏ ƏMİN bİr üslub SƏRGİLƏMİŞ və onlara TABE OLMAYACAĞINI bİldİrmİşdİr

Peyğəmbərimiz (s.ə.v), o dövrdəki inkarçıların, çoxluq və güc olaraq daha üstün kimi görünmələrinə baxmayaraq, onların rəftarlarına və təhdidlərinə əhəmiyyət verməmiş, Quranı böyük bir qətiyyətlə insanlara izah etmiş və doğru yoldan əsla dönməyəcəyini açıqca və qəti olaraq ifadə etmişdir. Dözümlülük və səbir möminlərə aid əhəmiyyətli bir xüsusiyyətdir və hər müsəlman Peyğəmbərimiz (s.ə.v)-in dözümlülüyünü və əzmini nümunə götürməlidir. Bu mövzuyla əlaqədar bəzi ayələr belədir:

De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”.  De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda, mən, (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”. De: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə, onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız (əzab) mənlik deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”. (Ənam Surəsi, 56-57)

De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun Surəsi, 1-6)

De: “Ey qövmüm! Əlinizdən gələni edin mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki…”                     (Zumər Surəsi, 39)

 


PEYĞƏMBƏRİMİZ (s.ə.v) Kİtab Əhlİnə Şəfqət və mərhəmət İLƏ yaxınlaşmışdır

Peyğəmbərimiz (s.ə.v) Kitab əhlini, Allaha şirk qoşmadan iman etməyə və Quran əxlaqını yaşamağa dəvət etmiş, ancaq, onlardan özünə itaət etməyənlərə qarşı da, çox yumşaq və ədalətli davranmışdır. Kitab əhlini ibadətlərində sərbəst buraxmış, hər cür adətlərinin tətbiqlərinə icazə vermiş, öz əhlinə də onlara ədalətlə davranmalarını buyurmuşdur. Bu mövzuda Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən biri belədir:

 

“Kim bir qeyri-müsəlmanlara əziyyət etsə mən ondan şikayətçiyəm. Mən kimdən (bu dünyada) şikayətçi olsam, qiyamət günündə də şikayətçi olaram.”  

Hz. Peyğəmbər (s.ə.v)-in və onu izləyənlərin, müxtəlif xristian, yəhudi və digər dini qruplarla əldə etdiyi razılaşma mətnləri bu gün bir sənəd olaraq qorunur. Məsələn, Peyğəmbərimiz (s.ə.v) xristian olan İbn Harris b. Kab və dindaşları üçün hazırlatdığı razılaşma mətnində: “Şərqdə və Qərbdə yaşayan bütün Xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nəsraniyyət dini üzrə yaşayanlardan heç kim məcburən İslama gətirilməz. Xristianlardan biri, hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər” maddələrini yazdırdıqdan sonra: “Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin” (Ənkəbut surəsi, 46) ayəsini oxumuşdur.

Quranda Peyğəmbərimiz (s.ə.v)-ə Əhli Kitaba qarşı göstərilməsi lazım olan davranışı qövmünə belə şərh etmişdir:

De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!” (Bəqərə Surəsi, 139)


Kİtab əhlİnİ ALLAHA şərİk qoşmaQdan İman etməyə çağırmışdır

Peyğəmbərimiz (s.ə.v) Kitab Əhlini dinə çağırarkən, onlara, Allaha şirk qoşmamalarını söyləmiş və onları müsəlmanlarla ortaq bir nöqtəyə gəlməyi dəvət etmişdir:

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran Surəsi, 64)

De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”. (Maidə Surəsi, 77)

Hz.Məhəmməd (s.ə.v) hz. Muaz (r.ə)-ı Yəmənə göndərmiş və gedərkən ona Kitab Əhlinə əvvəlcə yalnız Allaha ibadət etməyə çağırmasını söyləmişdir:

“Sən Əhli Kitab bir qövmə gedirsən. Onları dəvət edəcəyin ilk şey Allaha ibadət olsun.”

“Şübhəsiz ki, bu  aləmlərin Rəbbindən nazil edilmişdir” (Şuəra Surəsi, 192)