1.   Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə dünyanın ömrünün 7000 il olduğu bildirilməkdədir.

Ənəs Malik- dən təxric etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏ YEDDİ GÜNDÜR. Allah Təala buyurdu ki: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə  BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ BOYUNCA SAVAB YAZAR. (Əli B. Hüsaməddin əl-Müttəqi, Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axır zaman, səh. 88)

 

Əmr İbn Yəhya, haqqında İbn Zeydə bildirdik, Allah ondan razı olsun dedi ki:

Allahın Rəsulu (s.ə.v) dedi ki: DÜNYANIN ÖMRÜ AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR.

Uca Allah dedi ki: Həqiqətən sənin Rəbbinin qatında bir gün sizin saydığınız  min il kimidir. 

(Əlkəsfu An mucavəzəti Hazihilumme əl Əlf və Əllimə fi ƏcvibƏti əl-Əsilə, Suyuti, səh. 10)

Əttabərani Əlkəbiyr də dedi ki: Əhməd İbn Ənnadril əsgəri və Cəfər İbn Məhəmmədül Aranıya (və ya uryani də ola bilər) bildirdik (xəbər verdik) ikisi də dedilər ki: Əlvəliyd İbn Əbdül Məlik İbn Sərhul Səhranıya xəbər verdik, Süleyman İbn Ataul Qureyşilhərbi xəbər verdik, Sulləmətu İbn Abdillahil Cəhni haqqında Əmr İbn əbi Şəcəati İbn Rabiil Cəhni haqqında Əddəhhaq İbn Zəmlil Cəhni dedi ki:

Bir yuxu gördüm, onu Rəsulullah (s.ə.v.)-ə izah etdim. Özündəki sözü zikr etdi: Ya Rəsulullah birdən mən səninlə içində yeddi dərəcə olan bir minbərin (kürsünün) üzərindəyəm, sən onun ən yüksək bir dərəcəsindəsən, Peyğəmbər (s.ə.v.) dedi ki: İçində yeddi dərəcə olan minbərə gəlincə, mən onun ən yüksək bir dərəcəsindəyəm, DÜNYA İSƏ YEDDİ MİN İL …

(Əlkəsfu An mucavəzəti Hazihilumme əl Əlf və Əllimə fi ƏcvibƏti əl-Əsilə, Suyuti, səh. 10)

 

Dəqqaq İbn Zeydi Cüheni- dən rəvayət etdilər:

Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v.) -ə izah etdim. Bu yuxuda Peyğəmbər (s.ə.v.) yeddi pilləli bir minbərin ən üst pilləsində idi: O buyurdu ki, YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR.

(Əli B. Hüsaməddin əl-Müttəqi, Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axır zaman, səh. 89)

 

Əhli sünnə alimlərindən Hüsaməddin əl- Muttəqinin əsəri Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır zaman kitabında keçən bu hədislərə görə Peyğəmbərimiz (s.ə.v.) dünyanın ömrünün 7000 il olduğunu bildirməkdədir. Yenə bir çox əhli sünnə alimlərinin əsərlərində məsələn, Muttəqi Həzrətlərinin, Kənzul-Ummal, h. nömrə: 16459-da, Məhəmməd Tahir İbn Əli əl-Hindinin əsəri Təzkirətul-Məvduat, I/223-də, İmam Səhavi, əl-Məqəsidul-Həsənə (Deyləmidən canlı), I/693, h. nömrə: 1243-da, Əl Munavоnin Feyzul-Qadir, III/547; h. nömrə: 4278 (Deyləmidən canlı) da, Bayezid Bistamо Həzrətlərinin Miftahul-Cifr adlı əsərində dünyanın ömrünün 7000 il olduğu mövzusu ilə əlaqədar hədislərə yer verilmişdir. Bu da əhli sünnə alimlərinin ittifaqla bu mövzunu qəbul etdiklərini göstərən çox açıq bir dəlildir.

2.   Yenə böyük hədis alimlərindən və Hənbəli məzhəbinin qurucusu olan İmam Əhməd İbni Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə. Peyğəmbərimiz (s.ə.v.) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bir təqvimin başlanğıc tarixinə diqqət çəkmişdir:

 

Əhməd İbni Hənbəl İləlində nəql etdi. İsmayıl b. Abdülkərim, Abdüssaməddən, O da Vəhbdən rəvayət etdi:

 

 

NYADAN BEŞ N ALTI Z  İL KEÇMİŞR.

li B. saməddin əl-Muttəqi, Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axır zaman, h. 89)

 

Peyğəmbərimiz (s.ə.v)-in, dünyanın ömrünün 7000 il olduğuna, Peyğəmbərimiz (s.ə.v)-ə qədər keçən zamanın 5600 il olduğunu bildirdiyi bu tarixləri müəyyən bir təqvimə görə qiymətləndirmək lazımdır. Ancaq bu tarixlər qətiliklə insanlıq tarixinin başlanğıcı olan hz. Adəm (ə.s.)-ın dünyaya endirilmə tarixi olaraq qiymətləndirilməməlidir. İndiki vaxtda necə Peyğəmbərimiz (s.ə.v)-in Məkkədən Mədinəyə hicrəti hicri təqvimin başlanğıcı, hz. İsanın doğumu miladi təqvimin başlanğıcı olaraq qəbul edilib tarixi hesablamalar bu tarixlərin əvvəli və sonrası olaraq edilirsə, Peyğəmbərimiz (s.ə.v)- dən rəvayət edilən bu 7000 illik vaxt da onun dövründə milad olaraq qəbul edilən bir hadisəyə görə verilmiş ola bilər. Peyğəmbərlər tarixi boyunca meydana gələn, məsələn, hz. İbrahim (ə.s.) ya da hz. Nuh (ə.s.)-ın doğumu, hz. İbrahim (ə.s.)-a peyğəmbərlik vəzifəsinin verilməsi və ya hz. İbrahim (ə.s)-ın bir yerdən digər yerə hicrəti ya da hz. Nuh (ə.s.)-ın gəmiyə minib tufanın başlaması ya da tufanın sona çatması ya da başqa peyğəmbərlərin həyatlarında reallaşmış  bir çox oxşar əhəmiyyətli hadisənin tarixini işarə edə bilər. Burada əhəmiyyətli olan, Peyğəmbərimiz (s.ə.v)-in sözü gedən bu təqvimin başlanğıcı üzərindən bir hesab edərək dünyanın ömrünün bu təqvimə görə 7000 il olduğunu söyləməsi və özünə qədər də bu başlanğıcdan etibarən 5600 il keçdiyini dəqiq bir şəkildə bildirməsidir.

 

Böyük əhli Sünnə alimi Bərzənci Həzrətləri ümmətin ömrünün Hicri 1500-cü ili keçməyəcəyini ifadə etmişdir. (Doğrusunu Allah bilər.)

 

 

 

BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ  İLİ KEÇMƏYƏCƏK…

(Qiyamət əlamətləri, Mədinəli Allamə Məhəmməd İbn Rəsul əl-Hüseyni əl-Bərzənci, Pambıq nəşriyyat, İstanbul, 2002, səh. 299)

 Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə dayanaraq Suyuti Həzrətlərinin etdiyi şərhdə də ümmətin ömrünün hicri 1500-cü illəri keçməyəcəyi ifadə edilməkdədir:

 

“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500-CÜ İLİ ÇOX KEÇMƏYƏCƏK.”

(Suyuti, əl-Kəşfi an Mücavəzəti Hazihil Ümməti əl-Əlfu, əl-havi lil Fətavi, Suyuti. 2/248, təfsiri Ruhul Bəyan. Bursəvi. (Ərəbcə) 4/262, Əhməd İbn Hənbəl, Kitabul-İlel, səh. 89.)

Ümmətin ömrü ayrıdır dünyanın ömrü isə ayrıdır. Son 1000 ilin ən böyük mücəddidi Səid Nursi Həzrətləri müsəlmanların Allahın əmri gələnə qədər haqq üzərində olacaqlarını və 1506-cı illərə qədər qalibanə olaraq davam edəcəyini 1545-ci il tarixində isə qiyamət qopması olacağını (Doğrusunu Allah bilər) ifadə etməkdədir:

“Ümmətimdən bir taifə Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq.”

“Ümmətimdən bir taifə..” fiqrəsinin (hissəsinin) mövqesi cifrisi (cifir hesabına görə olan nəticə, ədəd dəyəri) 1542 (2117) edərək nəhayəti davamına (varlığının sonuna) işarə edər. “Haqq üzərində olacaq.” şəddə sayılar) fiqrəsi belə, mövqesi cifrisi 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə, sonra da 1542 (2117) qədər, gizli və məğlubiyyət içində vəzifəi tənviriyəsinə (işıqlandırma vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edər. “Allahın əmri gələnə qədər” (şəddə sayılar) fiqrəsi belə, məqamı cifrisi 1545 (2120), kafirin başında QİYAMƏT QOPMASINA işarə edər.

                                  (Kastamonu Lahikası, səh. 33)

 

Həm əhli sünnə alimlərindən Bərzənci və İmam Suyuti Həzrətlərinin həm də Ustadın Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislər əsasında etdikləri şərhlərə görə ümmətin ömrünün hicri 1500-cü illəri keçməyəcəyi aydın olmuşdur.

 A0029

... Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi , 47)