O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır. (Təkvir surəsi, 20-21)

Bu həftə, insanlar üçün son peyğəmbər olaraq göndərilən, Allahın ən son Haqq Kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara örnək etdiyi, Allahın dostu, Rəbbimizin Qatında üstün məqamı olan, möminlərin də dostu, ən yaxını və vəlisi peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.v.)-in 1433-cü ildə ad gününü qeyd edirik.

020_005

Hal-hazırda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə örnək götürür, onların rəftar və danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların böyük əksəriyyətinin doğru yolda olmadıqları kimi, rəftar və əxlaq gözəlliyinə də sahib deyildirlər. Bu səbəblə, insanları doğru olana, ən gözəl əxlaq və rəftara meylləndirmək çox zəruri bir məsuliyyətdir. Bir müsəlmanın, rəftarını və əxlaqını nümunə götürdüyü, bənzəmək üçün səy göstərdiyi şəxs, Hz. Məhəmməd (s.ə.v.) olmalıdır. Allah bunu bir ayəsində belə bildirir:

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Bu səbəblə, Hz. Məhəmmədin (s.ə.v.)-in gözəl xüsusiyyətlərini tanımaq, onu nümunə götürmək hər müsəlman üçün bir vəzifədir.

Quran ayələri ilə yanaşı, səhabələrdən köçürülən izahlı nümunələrdə də peyğəmbərimiz (s.ə.v.)-lə bağlı bir çox məlumat var. Peyğəmbərimiz (s.ə.v.)-in ailəsiylə və ətrafındakı möminlərlə olan əlaqəsi, gündəlik həyatından təfərrüatlar, xarici görünüşü, görənləri heyran edən heybəti (hörmətlə birlikdə şiddətli həyəcan hissini verən halı, əzəməti), sevdiyi yeməklər, geyimi və gülüşü kimi bir çox təfərrüat İslam alimləri tərəfindən “şəmail” sözü ilə ifadə edilir. Şəmail sözü “şimal” sözündən törəmişdir. Bu söz “xarakter, xasiyyət, hal, hərəkət, davranış və rəftar” kimi mənaları daşıyır. Şəmail sözü əvvəllər daha geniş mənalar versə də, zamanla xüsusiləşmiş və peyğəmbərimiz (s.ə.v.)- in necə bir həyat yaşadığı ilə bağlı təfərrüatları və fərdi xüsusiyyətlərini ifadə edən bir terminə çevrilmişdir.

Rəbbimizin aləmlərə üstün etdiyi bu seçilmiş qulunun xarakterinə və görünüşünə dair hər bir təfərrüat  eyni zamanda onun üstün əxlaqından da xəbər verir. Peyğəmbərimiz (s.ə.v.)- in şəmailindən bəhs edilən bu yazı silsiləsinin hazırlanmasındakı məqsəd isə müxtəlif mənbələrdəki məlumatlar əsasında onun gözəl xüsusiyyətlərini araşdırıb həyatından nəsihətamiz örnəklər verməkdir.

 

1-ci hissə

Peyğəmbərimiz (s.ə.v.)- də təcəlli edən yaradılış gözəllikləri

Peyğəmbərimiz (s.ə.v.)-in səhabələri, bu müqəddəs insanın xarici görünüşünün gözəlliyi, görənləri heyran edən heybətindən nuruna və duruşundan gülüşünə qədər Allahın onda təcəlli etdirdiyi müxtəlif gözəlliklər haqqında bir çox yazı nümunələri hazırlamışdırlar. Say etibarilə çox olan səhabələr bu gözəlliklər haqqında bir çox fərqli təfərrüatlar vermiş, peyğəmbərimiz (s.ə.v.)- lə eyni dövrdə yaşamamış olan müsəlmanlara Allahın rəsulunu bir çox yönü ilə tanıtmışdırlar. Bəzi səhabələr onu ümumi xüsusiyyətləri ilə təsvir edərkən, digərləri uzun və geniş izahlar vermişdirlər. Bu izahlardan bəziləri bu şəkildədir:

 

Peyğəmbərimiz (s.ə.v.)- in xarici görünüşü və gözəlliyi

Səhabələri peyğəmbərimiz (s.ə.v.)- in gözəlliyini belə izah edirdilər:

“Allahın elçisi səlləllahu əleyhi və səlləm çox yaraşıqlı və cazibədar idi. Mübarək üzü on dörd gecəlik bütöv ay kimi parlayırdı… Burnu çox gözəl idi… Gur saqqallı, iri gözlü, düz yanaqlı idi. Ağzı geniş, dişləri inci kimi parlaq idi… Boyu sanki bir gümüş sütunu idi… İki çiyninin arası geniş, çiyinləri böyük idi… ” 66

Ənəs İbn Malik (r.ə.) nəql edir:

“Rəsulullahın boyu nə çox uzun, nə də çox qısa idi. Bədəni də, nə düm ağ, nə də tünd əsmər idi. Saçları isə nə düz, nə də buruq idi. Qırx yaşında, Allah Təala onu peyğəmbər olaraq göndərdi. Peyğəmbər olduqdan sonra, Məkkədə 10 il, Mədinədə də 10 il qaldı və 60 yaşında vəfat etdi. Bu fani həyatla vidalaşdıqda, saçında və saqqalında heç 20 dənə ağ tük yox idi.” 67

“Rəsulullah (s.ə.v.) ağ, gözəl və mötədil ( mülayim) idi.”68

 

Ənəs İbn Malik (r.ə) nəql edir:

“Peyğəmbərimiz (s.ə.v.) orta boylu idi, uzun da deyildi, qısa da deyildi, xoş bir görünüşü vardı. Saçı isə nə buruq, nə də düz idi. Mübarək (İlahi xeyirin olduğu şey, bərəkətlənmiş, çoxalmış, xeyirli, uğurlu) üzünün rəngi isə nurani ağ idi.” 69

 

Bəra İbn Azıb (r.ə) nəql edir:

” Rəsullullahdan daha gözəl birini görmədim. Çiyinlərinə çatan saçları var idi. İki çiyninin arası geniş idi. Boyu isə nə qısa idi, nə də uzun idi…”70

 

Hz. Əlinin nəvələrindən İbrahim İbn Məhəmməd (r.ə) rəvayət edir:

“Babam Hz. Əli peyğəmbərimiz (s.ə.v.)- dən danışarkən onu belə təsvir edirdi: Peyğəmbərimiz (s.ə.v.), nə çox uzun, nə də qısa idi. O yaşadığı qövmün orta boylusu idi. Saçları, nə buruq, nə də düz idi, yüngül dalğalı idi. Mübarək üzünün rəngi qırmızıya çalan ağ rəngdə idi, gözləri qara, kiprikləri sıx və uzun, çiyinləri geniş idi… O, insanların ən comərdi, ən doğru sözlüsü, ən yumşaq xasiyyətlisi və ən mehribanı idi. Onu görənlər heybəti qarşısında çox şiddətli həyəcanlanırdılar, üstün xüsusiyyətlərini bilərək onunla söhbət edənlər isə onu hər şeydən çox sevirdilər. Onun üstünlüklərini və gözəlliklərini tanıtmağa çalışan bir şəxs: Mən, nə ondan əvvəl, nə də ondan sonra, onun kimi birini görmədim, deməklə, onu tanıtmaqda acizliyini etiraf edirdi. Allahın salat (dua, peyğəmbərimiz (s.ə.v.)-ə edilən dua, istiğfar, rəhmət, namaz) və salamı onun üzərinə olsun.” 71

 

Hz. Həsən (r.ə.) nəql edir:

“Rəsulullah, yaradılışdan heybətli və möhtəşəm idi. Mübarək üzü, bütöv ayın parlaqlığı kimi nur saçırdı. Orta boyludan uzun, incə uzundan qısa idi. Saçları buruq ilə düz arası idi, əgər saçı özündən ikiyə ayrılsaydı, onları başının iki yanına salırdı. Saçları uzandıqda qulağına qədər çatırdı, bəzən daha uzun olurdu. Peyğəmbərimiz (s.ə.v.)- in rəngi, əzhərul-ləvn (çox ağ və parlaq rəng) idi, yəni nurani ağ idi. Alnı açıq idi. Qaşları aypara kimi, gur və bir-birinə yaxın idi.

Boyu, saf mərmərdən hazırlanmış heykəllərin boyu kimi gümüş aydınlığında idi. Bədəninin bütün üzvləri bir-biri ilə uyğun olub yaraşıqlı bir quruluşa sahib idi…” 72

 

Əbu Hüreyrə (r.ə.) nəql edir:

“Həzrəti peyğəmbər (s.ə.v.), gümüş kimi nurlu ağ idi, saçları da yüngül dalğalı idi.”73

“Peyğəmbərimiz (s.ə.v.) ağ-bənövşəyiyə çalan qarışıq rəngdə idi. Gözləri qara, kiprikləri sıx və uzun idi.” 74

 

“Allah rəsulunun alnı geniş olub aypara qaşlı idi, qaşları gur idi. İki qaşının arası açıq olub, xalis bir gümüş kimi idi. Gözləri çox gözəl, göz bəbəkləri qapqara idi. Kiprikləri bir-birinə keçəcək şəkildə gur idi… Gülərkən dişləri çaxan şimşək kimi parıldayırdı. İki dodağı da bənzərsiz şəkildə gözəl idi… Saqqalı gur idi. Boyu çox gözəl idi, nə uzun, nə qısa idi. Boyunun günəş və külək görən hissəsi qızılla aşqarlanmış gümüş dolça kimi gümüş ağlığında və qızıl qırmızılığında olub, parlaq idi… Sinəsi geniş idi, sinəsinin düzlüyü aynanı, ağlığı da ayı xatırladırdı… Çiyinləri geniş idi… Qol və bazuları iri idi. Ovucları ipəkdən daha yumşaq idi.”75

Peyğəmbərimiz (s.ə.v.)- in hicrət səfəri əsnasında çadırını ziyarət etdiyi Ümmü Mabəd adlı comərdliyi, iffəti və cəsarəti ilə tanınan biri, peyğəmbərimiz (s.ə.v.)-i tanımamışdır. Ancaq peyğəmbərimiz (s.ə.v.) haqqında danışılanlardan tanıyan ərinə onu belə təsvir etmişdir:

“Aydın üzlü və yaraşıqlı idi, zəif və incə də deyildi. Gözlərinin qarası və ağı bir-birindən yaxşı ayrılmışdı. Saçı, kiprik və bığları gur idi. Səsi qalın idi. Susduğu zaman təmkinli (ciddilik, həlim və heybətli), danışdığı zaman da heybətli idi. Uzaqdan baxdıqda insanların ən gözəli və ən sevimlisi kimi görünürdü, yaxından baxdıqda da şirin və xoş bir görünüşü vardı. Çox şirin danışırdı. Orta boylu idi, ona baxan bir şəxs, nə qısa, nə də uzun olduğunu hiss edirdi. Üç adamın arasında ən gözəl görünəni və nur üzlü olanı idi. Yoldaşları, ətrafına toplanaraq həmişə onu dinləyirdilər, buyurduğu zaman da dərhal buyruğunu yerinə yetirirdilər. Nitqi geniş və gözəl idi.” 76

Onu görənlərin təsvirlərindən də göründüyü kimi, peyğəmbərimiz (s.ə.v.) fövqəladə yaraşıqlı, görənlərin nəfəsini kəsəcək qədər gözəl üzlü və gözəl əndamlı idi. Atletik və olduqca təsirli bir görkəmi vardı və çox qüvvətli idi.

 

66-Böyük hədis külliyatı, Cəmul-fəvaid min Camiil-usul və Məcmaiz-zəvaid, İmam Məhəmməd İbn Məhəmməd İbn Süleyman ər-Rudani, 5-ci cild, İz nəşriyyat, səh. 31

67-  Sünen-i Tirmizi tərcüməsi, tərcümə edən: Osman Ağıllı Mollamehmetoğlu, Yunus Əmrə Nəşriyyat, İstanbul, 4-cü cild, səh. 201

68- Hz. Əbu Tufeyl (r.ə),G. Əhməd Ziyaüddin, Ramuz əl hədis, 1-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 519/1

69- ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmaili Şərifə, 2-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 7-8

70- Sünən-i Tirmizi tərcüməsi, tərcümə edən: Osman Ağıllı Mollamehmetoğlu, Yunus Əmrə nəşriyyat, İstanbul, 4-cü cild, səh. 210

71-  ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmaili Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 18-19

72- ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 18-22-23

73- ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 28-29

74- Hz. Əli (r.ə.), g. Əhməd Ziyaüddin, Ramuz əl hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, səh. 519/4

75- Huccətül İslam İmam Qəzəli, İhyau Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 820

76- İbni Sad, Tabakat, I, 230-231; Tabərani, əl-Mucəmil-Kəbir, IV, 49, nu:3605, VII, 105, nu:6510; Hakim, əl-Müstədrək, III, 9-10; Bəyhaki, Dəlailin-Nübüvvə, I, 276-284; İbn-Asakir, tarixi Mədinəti Duməşk, III, 314-336, Prof. Dr. Ali Yardım, peyğəmbərimizin Şəmaili, Damla nəşriyyat, 3 nəşr, İstanbul, 1998, səh. 48

 

 

 

2-ci hissə

Peyğəmbərimiz (s.ə.v.)-in şəmaili

Osmanlı dövrünün məşhur alimlərindən olan Əhməd Cevdet Paşa peyğəmbərimiz (s.ə.v.)- in haqqında danışılan xüsusiyyətlərini bir xülasə halına gətirmişdir. Bu xülasəsi Qisas-ı Ənbiya adlı əsərinin IV  hissəsində, “Bəzi Əvsaf-ı Səniyyə-i Məhəmmədiyyə” başlığı altında verilmişdir:

“… Mübarək cismi gözəl, həmişə üzvü mütənasib (aralarında müntəzəm bir uyğunluq olan), əndamı çox gözəl, alnı, sinəsi, iki çiyinlərinin arası və ovucları geniş, boyu uzun, məvzun (yaraşıqlı), gümüş kimi  incə və zərif, çiyinləri, bazuları, baldırları iri və qalın, biləkləri və barmaqları uzun, əlləri və barmaqları qalın idi. Mübarək dərisi isə ipəkdən yumşaq idi.

Kamal-i etidal üzrə başı böyük, aypara qaşlı, kiçik burunlu, oval üzlü idi. Kiprikləri uzun, gözləri qara və gözəl, iki qaşının arası açıq, lakin qaşları bir-birinə yaxın idi.

O Nəbiyy-i Müctəba (seçilmiş, qiymətli peyğəmbər), əzhərülləvn (rəngi nurlu, parlaq) idi, yəni nə ağ, nə də qara əsmər, ikisinin qarışığı və gül kimi qırmızıya mail (bənzər) ağ və nurani, aydın idi, mübarək üzündə nur parlayırdı. Dişləri, inci kimi əbdar (parlaq) və təbdar ( parlaq) idi. Sanki ön dişlərindən nur saçırdı, gülərkən, fəm-i səadəti (səadətli ağızı), bir lətif (mülayim, yumşaq, nəzakətli, gözəl) şimşək kimi ziyalar (işıqlar) saçırdı…

Aləm-i bəqaya (geridə qalanların dünyasına) rihlət (köçmək, ölmək) buyurulduqda saçı, saqqalı hələ təzə ağarmağa başlamışdı, başında bir az və saqqalında iyirmiyə qədər ağ saç var idi.

Həvassı (duyğuları) fövqəladə kavi (möhkəm, qüvvətli) idi. Çox uzaqdan eşidir və heç kimin görə bilməyəcəyi məsafədən görürdü. Ən mükəmməl və müstəsna surətdə yaradılmış bir bədən-i məsud (xoşbəxt bədəni) və mübarək idi… Qəflətən görən bir şəxs də onu sevirdi, onunla ülfət və musahabət (söhbətlər) edən bir şəxs, ona könüldən aşiq və mühib olurdu. Əhl-i fəzlə (kərəm, elm sahibi), dərəcələrinə görə ehtiram (hörmət) edirdi. Qohumuna da çox ikram edərdi. Lakin (ancaq) onları, özlərindən üstün (daha fəzilətli, daha layiq, daha yaxşı) olanlara təqdim etməzdi.

Xidmətçiləri ilə çox xoş rəftar edirdi. Özü nə yesə və nə geysə, onlara da onu yedirir və onu geydirirdi.

Düzgün (comərd, əliaçıq, hər kəsə yaxşılıq etmək istəyən) və kərim (hər şeyin yaxşısı, faydalısı), şəfik (şəfqətli, əsirgəyən, mərhəmətli) və rəhim (rəhmət edici, bağışlayan), şəci (qəhrəman, igid) və həlim (yumşaq xasiyyətli, xoş rəftar edən) idi. Əhd-i vədində (söz verməkdə) sabit, qəvlində (sözündə) sadiq idi. Xülasə, hüsn-i əxlaqca (əxlaq gözəlliyi) və ağıl-ı zəkavətcə (iti anlayışı olan ağıl) cümlə (bütün, tam) nasa (insanlara) faiq (üstün, üstündə) və hər cür mədh-ü sənaya (tərifə) layiq idi.

Yeməkdə, geyməkdə qədər-i zərurət (yoxsulluq dərəcəsində) ilə kifayətlənmə (kifayətlənir) və ziyadəsindən (çoxundan) iba edirdi (çəkinirdi)77

 

Peyğəmbərimiz (s.ə.v.)- in nübuvvət (peyğəmbərlik) möhürü

Allah, Hz. Məhəmməd (s.ə.v.)- i aləmlərdən üstün etmiş və onun “peyğəmbərlərin sonuncusu” (Əhzab surəsi, 40) olduğunu bildirmişdir. Ondan sonra heç bir peyğəmbər göndərilməyəcək və Quran insanlara hidayət rəhbəri olaraq göndərilən ən son kitabdır. Allah, peyğəmbərimiz (s.ə.v.)- in bu bənzərsiz xüsusiyyətini onun mübarək bədənində bir izlə təcəlli etdirmişdir.

İslami mənbələrdə və rəvayətlərdə peyğəmbərimiz (s.ə.v.)- in kürək sümükləri arasında olan bu işarəyə “peyğəmbərlik möhürü” adı verilir. Peyğəmbərimiz (s.ə.v.)- in möhürünə bənzər peyğəmbərlik işarələrinin digər peyğəmbərlərdə də olduğu, ancaq peyğəmbərimiz (s.ə.v.)- inkinin daha fərqli olduğu əl-Müstədrək tərəfindən Vəhb İbn Münəbbih (r.ə.) belə nəql etmişdir:

“… Allah elə bir peyğəmbər göndərməmişdir ki, onun sağ əlində peyğəmbərlik möhürü (şamətün-nübuvvə) olmamış olsun. Ancaq bizim peyğəmbərimiz Məhəmməd Əleyhissalam istisnadır. Çünki onun peyğəmbərlik möhürü (sağ əlində deyil) kürək sümükləri arasındadır. Peyğəmbərimiz (s.ə.v)- dən bunu soruşduqda: “Kürək sümüklərim arasında olan bu möhür, məndən əvvəlki peyğəmbərlərin möhürü kimidir…” demişdir. 78

 

Cabir İbn Səmurə (r.ə.) nəql edir:

“Mən Rəsulullahın kürək sümükləri arasında olan peyğəmbərlik möhürünü gördüm. O, göyərçin yumurtası böyüklüyündə qırmızımtıl və yumru idi.” 79

 

Hz. Əlinin nəvələrindən İbrahim İbn Məhəmməd (r.ə.) nəql edir:

“Babam Hz. Əli, peyğəmbərimiz (s.ə.v.)- in xüsusiyyətlərindən danışarkən, rəsulullahın hilyəsi (gözəl sifətlər, bəzək, zinət, cövhər, gözəl üz, surət, görünüş) haqqındakı hədisi zikr edir və:

“Kürək sümükləri arasında peyğəmbərlik möhürü vardı. Və o, peyğəmbərlərin sonuncusudur” deyirdi. 80

 

Əbu Nadrə (r.ə.) nəql edir:

“Səhabələrdən Əbu Səid əl-Hudriyədən rəsulullahın peyğəmbərlik möhürünün necə bir şey olduğunu soruşdum. Mübarək kürəklərində gül tumurcuğu kimi bir ət parçası olduğunu söylədi.” 81

“İki kürəyi arasında peyğəmbərlik möhürü vardı. Bu möhür sağ çiyninə daha yaxın idi.”82

 

Məhəmməd İbn Müsenna, Məhəmməd İbn Həzm, Şöbə Simak (r.ə.)-dən:

“Cabir İbn-i Səmurənin belə dediyini eşitdim: Rəsulullah (s.ə.v.)-in kürəyində möhür gördüm: göyərçin yumurtası kimi idi.” 83

 

77- Əhməd Cevdet Paşa, Kısas-ı Ənbiya, IV. hissə, Qənaət Mətbəəsi, İstanbul 1331, səh. 364-365

78- Tirmizinin Şəmail adlı kitabının tərcüməsindən, Prof. Dr. Əli Yardım, peyğəmbərimiz (s.ə.v.)- in Şəmaili, Damla nəşriyyat, 3 nəşr, İstanbul, 1998, səh. 73

79- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 36

80- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 38

81- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 42

82- Huccətül İslam İmam Qəzəli, İhyau Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 820

83- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1. cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 36

 

3-cü hissə

Peyğəmbərimiz (s.ə.v.)- in saç, saqqal və geyim tərzi

 Peyğəmbərimiz (s.ə.v.)- in saçı

Peyğəmbərimiz (s.ə.v.)-in saçının uzunluğu ilə bağlı müxtəlif təsvirlər vardır.  Təsvirlər arasında isə fərqlilik olması təbiidir, çünki bu məlumatları hazırlayanlar peyğəmbərimiz (s.ə.v.)- i müxtəlif zamanlarda gördükləri üçün saçının uzunluğu da fərqli olmuş ola bilər. Ancaq bu təsvirlərdən ümumi şəkildə aydın olur ki, peyğəmbərimiz (s.ə.v.) saçını ən qısa qulağı xəttində, ən çox isə çiyinlərinə qədər uzatmışdır.

 

Ənəs İbn Malik (r.ə.) nəql edir:

“Həzrəti peyğəmbər (s.ə.v.)- in saçları, qulaqlarının orta xəttinə qədər uzanmışdı.” 84

 

Həzrəti Aişə (r.ə.) nəql edir:

“Rəsulullahın mübarək saçları, qulaqları ilə çiyinləri arasında idi. Allahın səlat və salamı üzərinə olsun.” 85

 

Bəra İbn Azib (r.ə.) nəql edir:

“Peyğəmbərimiz (s.ə.v.) orta boylu idi. Çiyinləri də geniş idi. Saçları isə qulaqlarına qədər çatırdı.” 86

 

Əbu Talibin qızı ümmü Hani (r.ə.) nəql edir:

“Rəsulullah Məkkəyə gəldikdə evimizə təşrif buyurmuşdu. Onun mübarək saçı dörd bölüklü (hörgülü) idi.” 87

 

Peyğəmbərimiz (s.ə.v.)-in saç və saqqal baxımı

Peyğəmbərimiz (s.ə.v.) təmizliyə çox diqqət etdiyi üçün saç və saqqal baxımına da xüsusi diqqət yetirirdi. Bəzi mənbələrdə onun yanında daim daraq, güzgü, misvaq (diş təmizləməkdə istifadə olunan əşya), qayçı, sürmə kimi əşyalar saxladığı bildirilir.88  Peyğəmbərimiz (s.ə.v.) səhabələrinə də eyni tövsiyələri etmiş və “Kim saç saxlayırsa, onun baxımına diqqət yetirsin”89  şəklində buyurmuşdur. Peyğəmbərimiz (s.ə.v.)- in saç və saqqalı ilə bağlı digər yazılar aşağıdakılardır:

 

Hz. Ədda İbn Xalid (r.ə.)- dən:

“Mübarək saqqalı çox gözəl idi.”90

 

Hz. Aişə (r.ə.) nəql edir:

“Rəsul-i Əkrəm (sas)… saçlarını darayıb yağladıqda…” 91

 

Simaq İbn Hərb (r.ə.) nəql edir:

“Cabir İbn Səmurədən eşitdim. Ona, həzrəti peyğəmbər (s.ə.v.)- in saçlarının ağarma vəziyyəti soruşulmuşdu. O da: Mübarək başını yağladığı zaman saçlarının ağı gözə görünmür, lakin başına yağ sürtmədiyində ağları görünürdü” dedi.92

Peyğəmbərimiz (s.ə.v.) xarici görünüşü və təmizliyi ilə möminlərə gözəl bir nümunə olmuşdur. Bir rəvayətdə peyğəmbərimiz (s.ə.v.)- in bu mövzuda dediyi kəlmələr belə ifadə olunur:

“Bir gün peyğəmbər (s.ə.v.) səhabələrinin yanına çıxacağı vaxt küpdəki suya baxaraq sarığını və saqqalını düzəltdi və belə dedi: “Allah qardaşlarının yanına gedərkən qulunun qardaşları üçün bəzənməsini sevir .”93

 

Peyğəmbərimiz (s.ə.v.)- in geyim tərzi

Peyğəmbərimiz (s.ə.v.)- in geyimi haqqında da səhabələr bir çox nümunələr vermişdirlər. Bununla yanaşı, peyğəmbərimiz (s.ə.v.)- in möminlərə necə geyinmələri  ilə bağlı tövsiyələri də onun bu mövzuya  nə qədər əhəmiyyət verdiyini göstərir. Məsələn, peyğəmbərimiz (s.ə.v.) hədislərində belə buyurmuşdur:

“Allah gözəldir, gözəlliyi sevir, gözəl geyinmək qürür deyil, qürur (məzhər olduğun neməti özündən bilib) haqqı rədd etmək, xalqı əksik  görməkdir.” 94

“Allah gözəldir, gözəli sevir və quluna verdiyi nemətin əsərini üzərində görməkdən xoşu gəlir.” 95

Peyğəmbərimiz (s.ə.v.)-in nəvəsi Hz. Həsən, onun geyim haqqındakı fikrini belə ifadə etmişdir:

“Peyğəmbərimiz (s.ə.v.) bizə  əlimizdə olanın ən yaxşısını geyməyimizi və tapa bildiyimiz ən xoş qoxuları sürtməyimizi əmr edirdi.” 96

 

Bu mövzuda peyğəmbərimiz (s.ə.v.)- in başqa bir hədisi də bu şəkildədir:

“Ey möminlər! Ürəyiniz istəyən kimi yeyin, için, geyinin və Allah yolunda xərcləyin. Ancaq, israf və qürur etməyin.” 97

Peyğəmbərimiz (s.ə.v.) səhabələrindən biri xarici görünüşünə fikir vermədikdə və ya baxımsız olduqda onu da dərhal xəbərdar edirdi. Bu mövzuya aid bir rəvayəti Əbül Həvas (r.ə.) atasından belə nəql edir:

Üzərimdə adi bir paltar olduğu halda Rəsulullah əleyhissalatu vəssalamın yanına gəlmişdim. Mənə:

“Sənin malın yoxdurmu?” deyə soruşdu.

“Bəli var” cavabıma:

“Hansı növ maldan?” sualını yönəltdi.

“Hər növ maldan Allah mənə vermişdir” dedikdə:

“Elə isə Allah Təala sənə bir mal verdiyi zaman Allahın verdiyi bu nemətin əsəri və fəziləti sənin üzərində görülməlidir” buyurdu. 98

 

Buna bənzər bir başqa rəvayəti isə Hz. Cabir (r.ə.) belə nəql edir:

Rəsulullah əleyhissalatu vəssalam, minik heyvanlarımıza baxan bir adamımızı gördü. Üzərində köhnəlmiş iki parçalı geyim vardı.

“Onun bu köhnələrdən başqa geyimi yoxdurmu?” deyə buyurdu. “Bəli var” dedim. “Paltar torbasında iki geyimi var. Mən onları geydirmişdim.”

“Elə isə çağır onu, bunları geyinsin” deyə əmr etdi. (çağırdım, əmr-i Nəbəvini söylədim.), o da onları geyindi. Geri qayıdanda, Rəsulullah əleyhissalatu vəssalam:

“Niyə bu yeniləri geymirdi? Bu daha xoş deyilmi?” deyə buyurdu.99

 

Peyğəmbərimiz (s.ə.v.)- in geyim tərzi ilə bağlı səhabələrin verdiyi məlumatlardan bəziləri isə bunlardır:

İbni Abbas (r.ə.) nəql edir:

“Mən Rəsulullah əleyhissalatu vəssalam üzərində onun ən gözəl paltarını gördüm.” 100

 

Ümmü Sələmə (r.ə.) nəql edir:

“Peyğəmbərimiz (s.ə.v.)- in ən çox sevdiyi paltar köynək (kamis) idi .” 101

 

Səhabələrdən olan Qürrə (r.ə.) nəql edir:

“Mən, beyət etmək üçün Müzeynə qəbiləsindən bir qrup insanla birlikdə Rəsulullahın hüzuruna gəldim. Peyğəmbərimiz (s.ə.v.)- in köynəyinin yaxası düyməsiz olduğundan…” 102

 

Ənəs İbn Malik (r.ə.) nəql edir:

“Peyğəmbərimiz (s.ə.v.), geydiyi paltarlar içərisində, Hibərə-i Yəmənini çox sevirdi ” (Hibərə, Yəməndə toxunan, pambıqdan hazırlanan, qırmızı çubuqlu yaşıl bir parçadır. “Alaca” adlanan naxışlı parçalar üçün istifadə edilən bir təbirdir. Bu da parçanın sadə deyil, naxışlı olduğunu və bir neçə rəngdə hazırlandığını göstərir.) 103

Əl-Bəra İbn Azib (r.ə.) nəql edir:

“Qırmızı naxışlı paltarın, peyğəmbərimiz (s.ə.v.) qədər başqa birinə yaraşdığını görmədim. Bu paltarla Rəsulullah (s.ə.v.)-i gördükdə, mübarək saçları çiyinlərinə dəyəcək qədər sallanmışdı.” 104

 

Səmurə İbn Cündüb (r.ə.) rəvayət edir:

Həzrəti Peyğəmbər (s.ə.v.): “Ağ paltar geyinin. Çünki o, olduqca təmiz və xoşdur” buyurmuşdur”.105

 

Hz. Aişə (r.ə.) nəql edir:

“Rəsulullah bir səhər vaxtı, əynində qara yundan toxunmuş bir izar (futa, sinədən aşağı örtülən paltar) olduğu halda, evindən bayıra çıxmışdı.”106

 

Peyğəmbərimiz (s.ə.v.)- in çöl paltarları

Əşas İbn Süleyn (r.ə.) nəql edir:

“Mənə bibim nəql edib. Ona da əmisi danışıb. Bibimin əmisi demişdi ki: Bir gün Mədinə küçələrində izarımı sürüyərək gedirdim. Birdən arxamdan bir səs eşitdim: “İzarını yuxarı qaldır. Çünki izarın yerdə sürünməməsi onun daha təmiz qalmasına səbəb olur” deyirdi. Arxama dönüb baxdıqda bu sözləri söyləyənin Rəsulullah olduğunu gördüm.” 107

 

Sələmə İbn Əl-Əkva (r.ə.)-dən:

“Hz. Osman, uzunluğu qıçlarının yarısına qədər çatan bir izar geyir və yoldaşımın (sahibi), yəni Rəsulullah (s.ə.v.)-in izarları da eynilə belə idi” deyirdi.108

 

84- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 49

85- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 50

86- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 50

87- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 51

88- Əli əl-Qari, Cəmul-Vəsail fi Şərhiş – Şəmail, İstanbul, səh. 96-97

89- Əbu Davud, Sünən, IV, 74, nu:4062

90- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 519/16

91- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 58

92- İbn Adiyyə əl-Kamil; Huccetül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 3-cü cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 679

93- İbn Adiyyə əl-Kamil; Hüccətül İslam İmam Qəzəli, Əhyau Ulumid-din, 3-cü cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 679

94- Qutub-i Sittə, Müxtəsəri tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 7-ci cild, Akçaр nəşrləri, Ankara, səh. 208

95- Qutub-i Sittə, Müxtəsəri tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 7-ci cild, Akçaр nəşrləri, Ankara, səh. 208

96- Buxari, ət-Tarihul-Kəbir, I, 382, nu:1222

97- Buxari, əl-Camius-Sahih, VII, 33; İbn Macə, Sünən, II, 1192, nu:3605

98- Nəsai, Zinət 83, (8, 196), Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)- in Şəmaili, Damla nəşriyyat, 3-cü nəşr, İstanbul, 1998, səh. 119

99- Muvatta, Libas 1, (2, 910); Qutub-i Sittə, Müxtəsəri tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 15-ci cild, Akçaр nəşrləri, Ankara, səh. 64-65

100- Əbu Davud., Libas 8, (4037); Qutub-i Sittə, Müxtəsəri tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 15-ci cild, Akçaр nəşrləri, Ankara, səh. 69

101- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 85

102- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 88

103- Sünən-i Tirmizi tərcüməsi, tərcümə edən: Osman Zeki Mollamehmetoрlu, Yunus Əmrə nəşriyyat, İstanbul, 3-cü cild, səh. 283

104- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 94

105- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 98

106- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 99

107- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 154

108- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 155

 

4. Hissə

Ənəs İbn Malik (r.ə.) nəql edir:

“Peyğəmbərimiz (s.ə.v.)-in Möhr-i Şərifləri (şərəfli, mübarək möhür) gümüşdən hazırlanmışdı. Qaşı isə həbəş daşından idi”.

Rəsulullah xarici dövlət başçılarına məktub yazmaq istəyərkən, bir möhür üzük hazırlanmasını buyurdu.

“Peyğəmbərimiz (s.ə.v.)- in barmağındakı üzüyün parıltısı hələ də gözümün qarşısındadır”.

 

Peyğəmbərimiz (s.ə.v.)-in Möhür-i Şəriflərinin qaşına, üç sətir şəklində, “Məhəmməd Rəsulullah” ibarəsi yazılmışdı. Birinci sətirdə “Məhəmməd”, ikinci sətirdə “Rəsul”, üçüncü sətirdə də “Allah” sözləri yazılmışdı. 109

 

Peyğəmbərimiz (s.ə.v.)– in yerişi

 

Əbu Hüreyrə (r.ə.) nəql edir:

“Mən Rəsulullahdan daha gözəl birini görmədim, sanki günəş onun mübarək üzündə əks olunmuşdu. Peyğəmbərimiz (s.ə.v.)- dən daha sürətli yeriyən birini də görmədim. Biz arxasınca gedərkən, geri qalmamaq üçün böyük səy göstərirdik.110

Hz. Əlinin nəvələrindən İbrahim İbn Məhəmməd (r.ə), “Babam Hz. Əli, Rəsulullahı tanıdarkən belə deyirdi: “Rəsulullah yeriyərkən, sanki yoxuşdan aşağı enən kimi, ayaqlarını sərt qaldırırdı”111 deyərək, peyğəmbərimiz (s.ə.v.)- in rahat bir yerişi olduğunu ifadə etmişdir.

Hz. Yezid İbni Mirsad (r.ə.) isə belə demişdir:

“Yerişi təmkinli, lakin sürətli idi. Yanındakılar ona çata bilmirdi.” 112

 

Hz. Əbu Atabə (r.ə.)-dən

“Yeriyərkən qüvvətli addımlarla yeriyirdi.” 113

“… Yeriyərkən, ayaqlarını yerdən bir az qaldırıb önünə yüngül əyilərək yeriyirdi. Ayaqlarını səs çıxarıb toz qaldıracaq şəkildə yerə sərt vurmazdı, addımlarını uzun və ardıcıl atmaqla birlikdə səssiz və sürətli yeririrdi. Yeriyərkən, sanki meylli və kələ-kötür bir yerdən enirdi. Bir tərəfə çevrilib baxdıqda, bütün bədəni ilə birlikdə çevrilirdi. Təsadüfi sağa-sola baxmazdı. Yeriyərkən daha çox yerə baxırdı. Çox vaxt göz ucu ilə baxırdı. Səhabələri ilə birlikdə gedərkən, onları önə keçirir, özü arxada gedirdi. Yolda qarşılaşdığı insanlara, onlardan əvvəl salam verirdi.” 114

Həmişə hərəkətləri mötədil olardı. Bir yerə əzimətində (yola çıxmaq, getmək) tələsik,sağa və sola meyl etməyib, kamal-i vəkar (ciddi) ilə düz yolla gedir, lakin sürət (sürətli) və sühulət (asanlıqla) ilə yeriyirdi. Belə ki, sanki yeriyən kimi görünür, lakin yanında gedənlər, sürətlə yeridikləri halda geri qalırdılar.” 115

 

Peyğəmbərimiz (s.ə.v.)- in oturuş tərzi

 

Kayle binti Məhrəmə (r.ə.) nəql edir:

“Rəsulullah (s.ə.v.)-in sonsuz bir mahviyət (təvazökarlıq) içində oturduğunu görərkən, heybətindən bədənim titrəməyə başladı.” 116

 

Cabir İbn Səmurə (r.ə.):

“Mən peyğəmbərimiz (s.ə.v.)-i sol tərəfinə qoyulmuş bir yastığa söykənmiş vəziyyətdə gördüm.”117

 

Peyğəmbərimiz (s.ə.v.)– in danışıq üslubu

Peyğəmbərimiz (s.ə.v.) təsiredici üslubu, hikmətli və kəskin xitabıyla tanınan bir insan idi. Onun təbliği insanlar üzərində çox böyük bir təsir yaradır, söhbətindən hər kəs çox böyük zövq alırdı. Səhabələrdən nəql olunan müxtəlif rəvayətlər də onun bu xüsusiyyətini ortaya qoyur. Bu mövzuda nəql olunan bəzi rəvayətlər aşağıdakılardır:

 

Allahın elçisi insanların ən bəliğ (bəlağətli insan, məramını tamamilə, nöqsansız və gözəl sözlərlə izah etməyə müqtədir olan. Kafi dərəcədə olan.), ən düz danışanı və ən şirin sözlüsü idi (ağzından bal axırdı)! O, belə deyirdi: “Mən ərəbin ən fasihiyəm (səhvsiz olaraq söyləyən, açıq və gözəl danışan).” 118

 

Hz. Aişə (r.ə.), Rəsulullah (s.ə.v.)- in danışığını belə təsvir edir:

“O, sizlərin danışdığınız kimi sözləri tez-tez və ard-arda söyləməzdi, sözləri az idi, amma dəyərli idi. Halbuki siz cümlələri bir-birinə əlavə edib dayanırsınız.” 119

“Allah rəsulu çox yığcam (qısa, lakin mənalı) danışırdı. Belə danışıq üslubunu ona Allah qatından Cəbrayıl gətirmişdi. Qısa cümlələr içində bütün fikirlərini ifadə edirdi. Yığcam, qısa cümlələr söyləyirdi, sözlərində artıq və ya əksik bir şey olmazdı. Sözləri bir ahəng içində bir-birini izləyir, cümlələr arasında fasilə verirdi və beləcə dinləyənləri sözlərini əzbərləyirdilər. Səsi gur və şirin idi. Lazım olduqda danışırdı, pis sözlər deməzdi. Hiddətli və hiddətsiz anlarında (nəfsi üçün deyil, Allahın razılığı üçün) həmişə haqqı söyləyirdi.”120

“Gözəl söz söyləməyənlərdən üz çevirirdi. Xoşlamadığı, çirkin saydığı bir sözü danışmaq məcburiyyətində qaldıqda onu kinayə yoluyla ifadə edirdi. 121

Özü susduqda hüzurundakılar danışırdı. Onun yanında mübahisə edilməzdi.122

 

Olduqca gülərüz idi və səhabələrinə hər zaman gülümsəyirdi, onların danışdıqlarını bəyənir, diqqətlə dinləyir, özünü onlardan biri sayırdı. 123

 

Hz. Aişə (r.ə.) nəql edir:

“Mübarək kəlamları seçmə idi. Hər eşidən onu anlayırdı.”124

 

Hz. Əbu Ümamədən (r.ə.):

“İnsanların ən gülərüzü və ən mehribanı idi.”125

 

Hz. Ənəs (r.ə.) bunu bildirmişdir:

“Peyğəmbərimiz (s.ə.v.) qövmünün ən zarafatcılı idi.”126                          

Peyğəmbərimiz (s.ə.v.)- in gözəl ətiri

Peyğəmbərimiz (s.ə.v.) təmizliyə çox əhəmiyyət verirdi. Özü xoş ətirli, tərtəmiz idi, müsəlmanlara da təmizliyi tövsiyə edirdi. Səhabələrdən nəql etdiyi rəvayətlərdə peyğəmbərimiz (s.ə.v.)- in bu gözəl xüsusiyyəti haqqında məumat var. Bunlardan bəziləri bu şəkildədir:

Ənəs İbn Malik (r.ə.) belə ifadə etmişdir:

“Rəsulullah Mədinə küçələrinin birindən keçərkən onun müşk kimi ətiri dərhal sezildiyinə görə, insanlar o yoldan Həzrəti peyğəmbər (s.ə.v.)- in keçdiyini söyləyirdilər. Biz peyğəmbərimiz (s.ə.v.)- in gəlişini ətrinin gözəlliyindən anlayırdıq.” 127

İbn-i Əbi Adi, Humeyd, Ənəs (r.ə.)-dən:

Rəsulullah (s.ə.v.)- in əlindən daha yumşaq olan nə bir yun parçasına, nə də bir ipəyə toxunmadım. Rəsulullah (s.ə.v.)-in ətirindən daha gözəl bir ətri də duymadım. 128

Muaz İbn Hişam (r.ə.), atasından, Katadə, Ənəsdən belə rəvayət etmişdir:

“Rəsulullah (s.ə.v.) gözəl qoxusu ilə tanınırdı. Rəsulullah (s.ə.v.) gözəl idi.  Ətiri də xoş idi. Bununla birlikdə ətiri sevirdi.” 129

“Cismi nazif (təmiz), qoxusu lətif (xoş) idi. Ətir vursa da, vurmasa da, bədənindən hər zaman xoş qoxu gəlirdi. Bir şəxs onunla musafaha (əl görüşmək, qucaqlaşmaq, söhbətini, yoldaşlığını, sevgisini göstərmək) etsə, bütün günü onun rayiha-i tayyibəsini (təmiz qoxusunu) duyurdu və mübarək əliylə bir uşağın başını məsh etsə, rayiha-i tayyibəsiylə (təmiz qoxusuyla) o uşaq, sair (digər) uşaqlar arasında dərhal seçilirdi.”130

109- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 114-117

110- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 157

111- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 158

112- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 541/1

113- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 541/2

114- Tirmizinin Şəmail adlı kitabının tərcüməsindən; Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)- in Şəmaili, Damla nəşriyyat, 3-cü Nəşr, İstanbul, 1998, səh. 66-67

115- Əhməd Cevdet Paşa, Qisas-ı Ənbiya, IV Hissə, Qənaət mətbəəsi, İstanbul 1331, səh. 364-365; Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)-in şəmaili, Damla nəşriyyat, 3-cü  nəşr, İstanbul, 1998, səh. 51

116- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 160

117- Ət-Tirmizi İmam Əbu İsa Məhəmməd, Şəmail-i Şərifə, 1-ci cild, Aypara nəşrləri, Ankara, 1976, səh. 163

118- Tabərani, Hakim; Huccətül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 800,

119- Əl Fevaid, Huccetül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 800

120- Əbu Davud, Huccetül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 800

121- Buxari, Hucceül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 800

122- Tirmizi; Huccetül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 800

123- Tirmizi; Huccetül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 800

124- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 521/4

125- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 545/4

126- g. Əhməd Ziyaiddin, RamuzƏl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 545/5

127- İbn Sad Tabakat, I, 398-399; Mecmenik Zevaid, VIII, 282; əl-Metalibül-Aliye, IV , 25; Behcetül Mehafil, II, 254; Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)- in Şəmaili, Damla nəşriyyat, 3-cü  nəşr, İstanbul, 1998, səh. 280

128- Buxari, 1/503; Müslim, 2/257; İbn-i Kəsr, peyğəmbərimiz (s.ə.v.)- in Şəmaili, möcüzələri, Polad nəşriyyat, səh. 46

129- İbn-i Kəsr, Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)-in Şəmaili, Damla nəşriyyat, 3-cü nəşr, İstanbul, 1998, səh. 51

130- Əhməd Cevdet Paşa, Qisas-ı Ənbiya, IV hissə, Qənaət mətbəəsi, İstanbul 1331, səh. 364-365

5-ci hissə

Peyğəmbərimiz (s.ə.v.)- in sevdiyi yeməklər

“Çox isti yeməyi sevməzdi.” 131

“Ən çox xoşladığı yemək ət idi.”132

“Balqabağı çox xoşlayırdı.” 133

“Ovlanan quş ətlərini yeyirdi .”134

“Xurmalardan Əcvə xurmasını xoşlayırdı.” 135

 

Hz. Aişə (r.ə.) peyğəmbərimiz (s.ə.v.)- in sevdiyi yeməklərlə bağlı bunları söyləmişdir:

“Şirni və balı xoşlayırdı.” 136

“Həzrəti peyğəmbər (s.ə.v.)-in yediyi yeməklərin bir qismi bunlardır: Qoyunun ön qolu və kürək əti, kotlet, kabab, toyuq, ət şorbası, süddə isladılmış çörək, balqabaq, zeytun yağı, qovun, halva, bal, xurma, ənbər balığı…” 137

Hz. Aişə (r.ə.) əlavə olaraq bunları bildirmişdir:

“Qovun, qarpızı yaş xurma ilə yeyirdi.”138

 

Hz. Cabir (r.ə.)- dən:

“Təzə xurma və qovunu çox yeyirdi və ‘bunlar gözəl meyvədir’ deyirdi.” 139

“Heç vaxt hər hansı bir yeməyi tənqid etməmişdir. Xoşuna gəlsə yeyər, gəlməsə yeməzdi. Xoşlamadıqda da bir başqasına pisləməzdi .” 140

Peyğəmbərimiz (s.ə.v.)- in sevdiyi bəzi yeməklər üçün söylədiyi sözlərdən bəziləri isə belədir:

“Ətin ən gözəl yeri kürək ətidir.” 141

“Sirkə yeməyə çox gözəl əlavədir.” 142

“Göbələk qüdrət halvasıdır.”143

“Sinaməki və sənnut (kərə yağının dərisinə qoyulan bal) yeyin. Çünki bu iki şeydə samdan (ölümdən) başqa hər xəstəliyə şübhəsiz şəfa vardır.”144

“Zeytun yağını yeyin və istifadə edin. Çünki bu yağ mübarəkdir.”145

 

Peyğəmbərimiz (s.ə.v.)- in xoşladığı içkilər

Hz. Aişə (r.ə.) bildirir:

“Şərbətlərin içində şirin və soyuq olanını xoşlayırdı  .” 146

“Peyğəmbərimiz (s.ə.v.) bal şərbəti, xurma və kişmiş şirəsi kimi içkiləri sevirdi.” 147

“Peyğəmbərimiz (s.ə.v.)- in ən çox sevdiyi içki soyuq şirin şərbətlər idi.” 148

Şərbətlərin içində ən çox bal şərbətini sevirdi. 149

İçkilərdən ən çox südü xoşlayırdı. 150

Peyğəmbərimiz (s.ə.v.) süd üçün belə buyurmuşdur:

“Allah bir kimsəyə yemək yedirdiyi zaman o kimsə, ‘Rəbbim, bizə bu yeməyi bərəkətli et və bizə bundan xeyirli ruzi ver’ deyə dua etsin. Allah bir kimsəyə bir miqdar süd içirdiyi zaman da o kimsə, ‘Rəbbim bizə bu südü bərəkətli et və bizə daha çox süd ver’ deyə dua etsin. Çünki yeməyin və içkinin yerini tutan süddən başqa bir şeyi bilmirəm.”151

 

Peyğəmbərimiz (s.ə.v.)- in su üçün söylədikləri

Peyğəmbərimiz (s.ə.v.) xüsusilə səfər vaxtı səhabələrinə su paylatdırırdı. Məsələn, bir səfəri əsnasında, bir yerdə dayanmış və yanındakılardan su istəmişdir. Əlini və üzünü yuduqdan sonra, sudan içmiş və yanındakı səhabələrinə də “Siz də üzünüzə, boynunuza bir az su vurun ” 152 demişdir.

Rəsulullah (s.ə.v.) su içdikdən sonra belə dua etmişdir:

“Rəhməti ilə suyu şirin olaraq yaradan, acı və duzlu yaratmayan Allaha həmd olsun.”153

Rəsulullah (s.ə.v.) bir başqa sözündə isə su üçün belə buyurmuşdur:

“Allah suyu təmizləyici olaraq yaratdı. Dadını, rəngini və ya qoxusunu dəyişdirən maddələrdən başqa heç bir şey onu çirkləndirməz.”154

 

Nəticə

Peyğəmbərimiz (s.ə.v.), Allahın “… Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur…(Əhzab surəsi, 40) ayəsi ilə bildirdiyi kimi insanlar üçün son peyğəmbər olaraq göndərilən, Allahın ən son Haqq Kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara örnək etdiyi, Allahın dostu, Rəbbimizin Qatında üstün məqamı olan, möminlərin də dostu, ən yaxını və vəlisidir.

Allah, “Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.” (Muzzəmmil surəsi, 5) ayəsiylə də bildirdiyi kimi son peyğəmbər olan hz. Məhəmməd (s.ə.v.)-ə böyük məsuliyyət vermişdir. Peyğəmbərimiz (s.ə.v.) isə Allaha olan güclü imanı ilə, Allahın özünə verdiyi məsuliyyəti ən gözəl şəkildə yerinə yetirmiş, insanları Allahın yoluna, hidayətə dəvət etmiş və bütün inananların yol göstəricisi və işıqlandırıcısı olmuşdur.

Peyğəmbərimiz (s.ə.v.)- i görməsək də, Quran ayələrindən və hədislərdən onun gözəl rəftarını, söhbətlərini, göstərdiyi gözəl əxlaqı tanıya bilər, ona bənzəmək, axirətdə onunla yaxın bir dost ola bilmək üçün əlimizdən gələn qədər səy göstərə bilərik. Hal-hazırda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə örnək götürür, onların rəftar və danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların böyük əksəriyyəti doğru yolda olmadığı kimi, rəftar və əxlaqi gözəlliyə də sahib deyildirlər. Bu səbəblə, insanları doğru olana, ən gözəl əxlaq və rəftara meylləndirmək çox əhəmiyyətli bir məsuliyyətdir. Bir müsəlmanın, rəftarını və əxlaqını nümunə götürdüyü, bənzəmək üçün səy göstərdiyi şəxs hz. Məhəmməd (s.ə.v.) olmalıdır. Allah bu həqiqəti bir ayəsində belə bildirir: .”

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21). Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v.) kimi digər peyğəmbərlər də, Allahın möminlər üçün örnək etdiyi, Allahın razı olduğu kəslərdir. Allah, Yusuf surəsində belə bildirir:

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir, iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusuf surəsi, 111)

Bu məqalənin hazırlanma məqsədi də peyğəmbərimiz (s.ə.v.)- i bir çox yönüylə tanıtmaq, onun əxlaqını nümunə götürən insanlardan ibarət olan bir birliyin nə qədər üstün xüsusiyyətlərə və gözəlliklərə sahib olacağını göstərərək, insanları peyğəmbərimiz (s.ə.v.)- in əxlaqına yönəltməkdir. Peyğəmbərimiz (s.ə.v.)- in “Sizə iki şey əmanət edirəm. Bunlara əməl etdiyiniz müddətcə əsla yolunuzu azmayacaqsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi” hədisində də bildirdiyi kimi, müsəlmanların ən əhəmiyyətli iki yol göstəricisi Quran və Peyğəmbərimiz (s.ə.v.)- in sünnəsidir. Peyğəmbərimiz (s.ə.v.) həm gözəl əxlaqı ilə insanlara nümunə olmuş, həm də insanları gözəl əxlaqlı olmağa çağırmışdır. “Möminin mizanında ən ağır gələn şey gözəl əxlaqdır. Şübhəsiz ki, Allah Təala sözü və əməli çirkin olan və həyasızcasına danışan kimsəyə nifrət edir” buyuran Peyğəmbərimiz (s.ə.v.), bir sözündə də “Ruhumu qüdrət altında tutan Allaha and içirəm ki, cənnətə yalnız gözəl əxlaq sahibləri girər” demişdir.

Peyğəmbərimiz (s.ə.v.)- in izi ilə gedən müsəlmanların da, həm bütün insanlığa gözəl əxlaqları və xasiyyətləri ilə nümunə olmaları, həm də şifahi və yazılı olaraq onları gözəl əxlaqa dəvət etmələri lazımdır.

131- Bəyhaki, Huccetül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 802

132- Əbbuşeyx, Huccetül İslam İmam Qazəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 803

133- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 552/7

134- Huccetül İslam İmam Qəzəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 803

135- Əbuşşeyx, Huccetül İslam İmam Qazəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 803

136- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2. cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 552/11

137- Əbu Davud, III, 496-497, nu: 3840; Nəsai, VII, 207-209; Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)- in Şəmaili, Damla nəşriyyat, 3-cü nəşr, İstanbul, 1998, səh. 219

138- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 552/5

139- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 549/1

140- Huccətül İslam İmam Qazəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 804

141- Haydar Hatipoрlu, Sünən-i İbni Macə tərcüməsi və Şərhi, Qəhrəman nəşrləri, 9-cu cild İstanbul 1983, səh. 62

142- Haydar Hatipoрlu, Sünən-i İbni Macə tərcüməsi və Şərhi , Qəhrəman nəşrləri, 9-cu cild, İstanbul 1983, səh. 70

143- Haydar Hatipoрlu, Sünən-i İbni Macə tərcüməsi və Şərhi, Qəhrəman nəşrləri, 9-cu cild, İstanbul 1983, səh. 209

144- Haydar Hatipoрlu, Sünən-i İbni Macə tərcüməsi və Şərhi, Qəhrəman nəşrləri, 9-cu cild, İstanbul 1983, səh. 213

145- Haydar Hatipoрlu, Sünən-i İbni Macə tərcüməsi və Şərhi, Qəhrəman nəşrləri, 9-cu cild, İstanbul 1983, səh. 73

146- g. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 521/15

147- Arızatul Ahzəvi Şərhi Sünənit Tirmizi, VIII, 89-90, Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)- in Şəmaili, Damla nəşriyyat, 3-cü nəşr, İstanbul, 1998, səh. 255,

148- Prof. Dr. Ali Yardım, peyğəmbərimiz (s.ə.v.)- in şəmaili, Damla nəşriyyat, 3-cü nəşr, İstanbul, 1998, səh. 261

149- G. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə nəşriyyat, İstanbul, 1997, 521/17

150- G. Əhməd Ziyaiddin, Ramuz Əl Hədis, 2-ci dəri, Qönçə nəşriyyat, İstanbul, 1997, 521/18

151- Haydar Hatipoрlu, Sünən-i İbni Macə tərcüməsi və Şərhi, Qəhrəman nəşrləri, 9-cu cild, İstanbul 1983, səh. 75

152- Konyalı Məmməd Vəhbi, Tam Mətini Düzgün-i Buxari, 4-cü cild, Üçdal nəşriyyat, İstanbul 1993, səh. 64-65

153- İmam Qazəli, İhyau Ulumid-din, 2-ci cild, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 16

154- İmam Qazəli, İhyau Ulumid-din, 1-ci cild, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 295

155- Huccətül İslam İmam Qazəli, İhyası Ulumid-din, 2-ci cild, tərcümə: Dr. Sıtkı Güllə, Hüzur nəşriyyat, İstanbul 1998, səh. 795-796

156- İmam Məhəmməd İbn Məhəmməd İbn Süleyman ər-Rudani, Böyük hədis külliyatı, Cəmul-fəvaid min Camiil-usul və Məcmaiz-zəvaid, cild 5, İz nəşriyyat, səh. 33