Hörmətli Adnan Oktarın yeni açıqlamaları (8 dekabr 2012, 12:30)

Əmirəl-Möminin hz. Əli (ə.s), Rəsulullah (s.ə.v)-dən belə nəql edir: “İbadətlərin ən üstünü Mehdi (ə.s)-ın zühurunu gözləməkdir.” Yəni Peyğəmbər (s.ə.v) İslam birliyini, müsəlmanların birliyini, başlarına bir lider keçməsini söyləyir.

 

İmamı Sadiq (ə.s) belə buyurmuşdur: “Kim, biz Əhli Beytin vəlayətiylə qurtuluşu gözləyər bir halda ölsə, Qaimin (Mehdi (ə.s-ın)) ordusunda iştirak edən bir kimsə kimi olar.”

Yəni insan Mehdi (ə.s)-a tələbə olma niyyətiylə ölərsə, canını Allaha təslim etsə Mehdi (ə.s)-ın ordusunda iştirak edən kimsə kimi eyni savabı alar. Niyyət etmək çox əhəmiyyətlidir. Mehdi (ə.s)-ı axtarmaq, Mehdi (ə.s)-ı sevmək, onun yaşadığını bilirsə, ona təslim olub və ona canı könüldən bir sevgi hiss edərək  ruhunda yaşamalıdır. Peyğəmbərimiz (s.ə.v) belə olsa eyni Mehdi (ə.s) ordusunda ömür boyu mübarizə etmiş kimi savab qazanar deyir

 

Hz. Mehdi (ə.s)-ın zühurundan əvvəlki dövrdə Hz. Rəsulullah (s.ə.v)-dən soruşurdularki: Hz. Mehdi (ə.s)-ın varlığının nə kimi bir faydası olacaq? Yəni gizli, ortada yoxdur. Görə bilmirsən. Varlığının nə kimi bir faydası olar? Rəsulullah (s.ə.v) belə buyurur:

 

“Məni peyğəmbər olaraq göndərən Allaha and içərəm ki insanlar, qeyb dövründə, Mehdi (ə.s)-ı görə bilmədikləri dövrdə buludların arxasında qalan Günəşdən faydalandıqları kimi ondan (Hz. Mehdi (ə.s)-dan)  faydalanarlar.” Yəni Günəş çıxır, işıqlı olur. Amma günəşi görə bilmirlər. Buludun arxasında gizlənir. Amma ortalıq  yenə də işıqlı olur. O işıqlı olmağın səbəbi Mehdi (ə.s)-dır. Yəni görməsən belə o işıqdan  istifadə edirsən, deyir. Amma çıxdığında peyğəmbərimiz (s.ə.v) onsuz da görərsən, deyir.

 

“İmam Sadiq (ə.s)-dan İmam Zeynul- Abidin (ə.s)  belə buyurduğu nəql edilmişdir: “Axırzamanda əgər İmam Mehdi (ə.s) olmazsa Allaha (haqqıyla) ibadət edilməz.” Yəni dəccal hər yeri örtər –deyir. Mehdi (ə.s) haqqıyla ibadətə vəsilə olacaq.

sqr05eft0