Hucurat surəsi, 10-cu ayə

 

“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!.”

 

Məsələn, Suriya, İraq, Pakistan ilə aramız necə düzələr? Birləşdikdən sonra.  Deməli, müsəlmanlar birləşməlidirlər. Aralarında bir pozuqluq varsa o aradakı pozuqluq aradan qaldırılıb, düzəldilməlidir. Bax Allah: “arasını düzəldin” deyir.  Yəni barışdırın. Qırıqlıq varsa, inciklik varsa, əlaqə qırıqlığı varsa onu düzəltmək, birləşdirmək lazımdır, bu zaman qardaş kimi olarsan.

 

 Ənfal surəsi, 46-cı ayə

 

“Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə çəkişməyin, yoxsa  zəifləyər və gücdən düşərsiniz. Səbir edin. Şübhəsiz Allah səbir edənlərlədir.”

“Allaha və Rəsuluna itaət edin.” Necə itaət etməliyik? Qurana uymalıyıq. Qurana uyduğumuzda İslam Birliyinin fərz olduğunu görərik. “bir-birinizlə çəkişməyin” Yəni məzhəblərə, camaatlara ayrılıb bir-birinizlə didişməyin, bir-birinizin əleyhinə danışmayın, bir-birinizi sevin. Müsəlman əsla firqələrə ayrılmaz. Allah : “gücünüz gedər.” deyir. Bölünsən gücün gedər. Birləşsən, İslam Birliyi olsa, Allahın izni ilə müdhiş bir gücə qovuşarsan.

“Səbir edin.” Yəni ruhdan düşməyin, iradəli olun, ağlınızı işlədin, səbirli, müqavimətli, qərarlı olun. “Şübhəsiz Allah, səbir edənlərlə bərabərdir.” Allah: “Əgər səbir etsəniz, ittifaq etmədə qərarlı olsanız, Mən sizi müvəffəqiyyətli edərəm.” deyir. Allahın səbir edənlərlə birlikdə olması nə deməkdir? İslam Birliyi olması, dünya hakimiyyəti deməkdir. Nur surəsi 55-ci ayəni reallaşdırması deməkdir.

 

Səff surəsi, 4-cü ayə

 

“Şübhəsiz ki, Allah bir-birlərinə birləşmiş bir bina kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.”

Deməli necə olmalıyıq? Birləşməliyik, parçalanmamalıyıq. Hal-hazırda müsəlman aləmi parça-parçadır. Partiyalar var, dərnəklər var. Bir-birlərinə qarşıdırlar. Halbuki Allah nə deyir?  “Onun yolunda” yəni Quran yolunda, Allah yolunda hər hansı bir yolda deyil. Bu bir şərtdir. “bir-birlərinə birləşmiş bir bina kimi” Müsəlmanlar bir mənzil, bina kimi, dəmir-beton kimi birləşmələdirlər.  “səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.”

 

 Ali imran surəsi, 103-cü ayə

 

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və O, sizi ondan xilas etdi.  Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə açıqlayır ki, bəlkə doğru yola gələsiniz.”

“Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” Yəni Qurana möhkəm sarılın. “Parçalanmayın” Bir olun. Ancaq indi, müsəlman aləmi dağılıb parçalanırlar. “Allahın sizə olan nemətini xatırlayın”  Müsəlman nemətlər üzərində düşünməlidir. “Siz odlu bir uçurumun lap kənarında idiniz.” Müsəlman aləmi, sünni-şiə bir çox yerdə bir-birlərinə düşmən kimildirlər. Döyüşürlər. Bir qisim camaat bir-birinə düşmən kimidir. “O, sizi ondan xilas etdi.” Bu tezliklə olacaq. İnsanlar arasındakı soyuqluq mehdiyyətin vəsiləsiylə bitəcək, qəlblər uzlaşacaq, inşaAllah. “O, sizi ondan xilas etdi.”

İslam Birliyinin qurulmasının  səhəri günündə bir də baxacağıq ki, hamımız qardaşıq. Səhər qalxdığımızda bütün islam aləminin qardaş olduğunu anlayacağıq. İslam Birliyi elan edildiyində bütün ümmət qardaşlar olaraq səhərləyəcəklər, inşaAllah. “Siz odlu bir uçurumun lap kənarında idiniz.” Yəni Allah mehdiyyət vəsiləsiylə sizi anarxiyanın, terrorun, döyüşlərin içindəykən və bunu yaşayarkən, yaxud yaşamaq üzrəykən oradan qurtardı. Yəni böyük Armagedondan, böyük döyüşlərdən, böyük  fəlakətlərdən  və Allahdan gələcək böyük bəlalardan, böyük zəlzələlərdən qurtardı, inşaAllah. “bəlkə doğru yola gələsiniz”

Hidayətə çatmaq nə deməkdir? Mehdi deməkdir. Mehdi demək, hidayətə çatan, hidayətə vəsilə olan demək. Mehdiyyət vəsiləsiylə ümmətin hamısı hidayətə çatacaq, inşaAllah.. ” Allah Öz ayələrini sizə beləcə açıqlayır.” Nə gözəl açıqlayır nə gözəl anlayırıq, maşaAllah.

 

Şura surəsi, 13-cü ayə

 

“(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!”

 

Yəni dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın! Dinə dəstək olun. Ancaq hal-hazırda din bir çox yerdə yıxılıb, parçalanıb. Allah: “Dinə hər istiqamətdən dəstək olun, yıxılmasına icazə verməyin, yıxılıbsa da ayağa qaldırın və onda ayrılığa düşməyin.” deyir. Yəni camaatlara, məzhəblərə, qruplara ayrılıb bir-birinizlə məşğul olmayın. Bir-birinizlə döyüşməyin. Bir-birinizdən nifrət etməyin. “Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi.”  Yəni Allah, hər üç din mənsublarına; müsəlman. xristian, yəhudi din mənsublarına da bu hökmü qanuni etdim, deyir.

“Sənin dəvət etdiyin” Yəni İslam Birliyi, müsəlmanların birləşməsi, birlik, bir yerdə olmaq, “müşrikləri” xurafat dəstəsinə “ağır gəldi.” Xurafatçılar bunların heç birini istəmirlər. Elə deyilmi? Nə Mehdi (ə.s)-dan xoşlanırlar, nə İsa Məsihdən xoşlanırlar, nə İslam Birliyindən xoşlanırlar. “Ağır gəldi.” Yəni eqoizmlərinə, hökmranlıqlarına, mənfəətlərinə, qürurlarına, böyüklük hisslərinə ağır gəlir. Bir çoxu ən byük, ən güclü mənəm deyir. “Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər.” Kimi seçər? Mehdi (ə.s)-ı, İsa Məsihi seçər, Mehdi (ə.s) tələbələrini, İsa (ə.s) tələbələrini seçər. “və tövbə edib Ona tərəf qayıdan kimsəni də” Yəni səmimidirsə, içdən yönəldisə, Allah onu hidayətə çatdırar. Mehdisini, Quranı vəsilə edərək hidayətə çatdırar, inşaAllah.

 munafikmustagniyeti_clip_image001