Tabarani Evsadında və Əbu Naim Əbu Səid-ül Hudridən təhric etdi. Dedi ki, Rəsulullah (s.ə.v) belə buyurdu: “Əhli Beytimdən biri (Mehdi (ə.s)) çıxar və sünnətlərimi söyləyər.” Peyğəmbərimiz (s.ə.v)-in sünnətləri nədir? Quran. “Allah ona yağış endirər.”  Yəni onun hörməti xatirinə, onun bərəkətiylə yağış yağdırar.  Axırzamanda yağışlar az yağacaq. Allah əvvəl yağışları dayandırdı, yağışın dayanmasının necə olacağını insanlara göstərdi, sonra Mehdi (ə.s)-ın hörməti xatirinə yağışları yağdırmağa başlatdı. Yəni Rəsulullah (s.ə.v) bizə, Türkiyədə olacaq bərəkətin haradan qaynaqlandığını söyləyir. “Yer üzü bərəkətini çıxarar.” Yəni hal-hazırda Türkiyədəki bərəkət, zənginlik, fərahlıq Mehdi (ə.s)-ın bərəkətidir. İslam aləmindəki zənginlik də Mehdi (ə.s)-ın bərəkətidir. Daha əvvəl zülm, anarxiya, terror və çəkişmə ilə dolu olan dünya, gözəlliklə və ədalətlə, hüzurla dolar və yeddi il dünyada hökm sürər. Mehdi (ə.s) yeddi il dünyanın lideri olaraq bu ümmətə hökm edər və Beytül-Makdisə (Qüdsə) gedər. Yəni Mehdi (ə.s)-ın yaşayacağı yerlərdən biri də, Beytül- Makdis.

 

“Əhli-beytimdən biri çıxıb insanlar Haqqa dönənə qədər mübarizə etmədikcə qiyamət qopmaz.” İnsan Haqqa dönənə qədər. Haqq nədir? Qurandır. Peyğəmbərimiz (s.ə.v): “Ondan (Mehdi (ə.s)-dan) əvvəl qiyamət qopmaz.” deyir. Mehdi (ə.s)-ın böyük əlamətlərin ilkidir. Mən soruşdum ki: “Onun hökmü nə qədər davam edər?” Buyurdu: “Beş və iki il”, yəni yeddi il. Fəthullah: “Nə var bu yeddidə?” deyir. Peyğəmbərimiz (s.ə.v) isə: “Hər şey yeddidədir. Qurtuluş da, məhkumiyyət də yeddidədir.” deyir. Mehdi (ə.s) ilə əlaqəlidir. Hz. Yusuf (ə.s)-da da yeddi kiliddir, Quranda ona diqqət çəkilmişdir. Mehdi (ə.s)-ın həyatında da  yeddilər hakimdir. Peyğəmbərimiz (s.ə.v)-in belə (beş və iki) vurğulaması da çox mənalıdır. “Beş”, 1950-ci illərə işarə edir. “İki” də, dolça (bürcü) dövrünə, yəni fevral ayına  işarə edir. Çünki Bədiüzzaman dəccaliyyətin 1950-ci illərdə yıxılacağını demişdir. Bədiüzzaman üç əbcəd çıxardır, üçü də 1956-cı ili göstərir. Dəccaliyyətin çöküşünün başlanğıc illəri olduğunu deyir.

 

“Mehdi (ə.s) Şam dağlarından bir dağın içindəki Tövrata dair kitabları çıxarar.” Bu yaxında original 1900 illik Tövrat tapıldı. Suriyada tapılmışdır. Şamdan Türkiyəyə daxil olmuş. Peyğəmbərimiz (s.ə.v) bunun Mehdi (ə.s) dövründə olacağını bildirmiş. Baxın, bu da böyük bir möcüzədir. “Və yəhudilərdən bir camaat onun (Mehdi) əlində müsəlman olar.”. Adamlar mənə deyirlər ki; “Yəhudilərlə niyə görüşürsən?” Mən, Mehdi tələbəsi olduğuma görə, Mehdi (ə.s)-ın etdiyini etmək iqtidarındayam.

O dedi ki: “Həmin şəxsin bilmədiyi gizli bir vəziyyətə bələd olduğu üçün özünə “Mehdi” deyilmişdir.” Kimsənin bilmədiyi gizli vəziyyət nədir? İslam Birliyi. Belə ki, Allah onu, İslam Birliyi formalaşana qədər vəzifələndirmiş. Mütləq onu edir. Çünki onun (hz.Mehdi (ə.s)-ın) İslam Brliyini quracağını kimsə bilmir, gizlidir. Əgər bilsələr ən başında dayandırarlar. Ruhunda bu məlumat ona kodlaşdırılmışdır. Mehdi (ə.s) davamlı o istiqamətdə vəzifə yerinə yetirir. Onu əldə edənə qədər vəzifəsinə davam edər. Adının (Mehdi adının) verilmə səbəblərindən biri də budur. Hidayətə çatdırdığı üçün, vəsilə olduğu üçün Mehdi adını verərlər.

 

Peyğəmbərimiz (s.ə.v), Allah Təalanın “Onlar üçün dünyada zillət var” ayəsi haqqında dedi ki: “Onların dünyadakı zilləti, Mehdinin çıxıb Konstantinopolu (Romanı) fəth edib Rumları məğlub etməsidir.” Yəni islamı bütün Avropaya hakim etməsi, darvinizmi-materializmi yıxmasıdır. Məhz onların zilləti (darvinizmi, materializmi yerlə bir etməsi) bu olacaq, deyir. Təbii ki bu, onu zillət kimi qəbul edən birliyə aiddir.

 

 

Təfsir əl-Qumu, hədis

 

İbrahim surəsi, 5-ci ayə

 

“Biz Musanı möcüzələrimizlə göndərib ona: “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”- dedik. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.”

Biz Musanı möcüzələrimizlə göndərib ona: “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”- dedik.  Dedi ki: “Allahın günləri üçdür. Bir Qaim Mehdi (ə.s)-ın günüdür. Hz. Musa (ə.s) Mehdi (ə.s)-a: “Allahın hüzuru (fərahlığı) üzərində olsun” deyir. Hz. Musada Mehdi (ə.s) sevgisinə bax. Peyğəmbərlər minlərlə il əvvəlindən Mehdi (ə.s)-ı müjdələmiş. Hz. Musa (ə.s) Allaha yalvarır ki: “Ya rəbbim məni Mehdi (ə.s) et”. Üç dəfə yalvarır. Allah: “Sənin vəzifən peyğəmbərlikdir.” deyir.

 

 

Allamə Məhəmməd Baqir əl-Məclisi:

 

“Allahın Rəsulu (s.ə.v) belə buyurdu: “Cənnət onunla (Mehdi (ə.s) ilə) görüşən üçündür.” Yəni kim Mehdi (ə.s)-la görüşsə, onun üçün cənnət var, inşaAllah. “Yenə cənnət Mehdi (ə.s)-ı sevən və Mehdi (ə.s)-a inanan üçündür.” (Vasa əl-Şiə, Dəri 7, səh: 327, hədis 1)

 

İmam Əli bin Musa əl Rıda (ə.s) dedi ki: “Hz. Mehdi (ə.s) çıxdığında (zühur etdiyində) dünya Rəbbinin ilahi işıqlığı ilə işıqlanacaq.” Yəni bütün dünya işıqlanacaq, nurlanacaq. “Və insanlıq içərisində ədalət tərəzisi heç kimin başqa bir adama əziyyət verməyərək Allah tərəfindən nizamlanacaq.”  Yəni olduqca çox mükəmməl ədalət olacaq və O ədalət tərəzisini də Allah yaradacaq. (Bihar-ül Envar, Dəri 52, səh: 321, Kamal əl-Din)

 

İmam Məhəmməd ibn əl Mis (ə.s) dedi ki: “Hz Mehdi (ə.s)-ın hökm etdiyi müddət ağıl insanlar arasında elə paylanacaq ki,” Ağıl Allah tərəfindən verilən şeydir. “evində oturan (dini təhsil almamış) bir qadın Allahın Kitabından, Allahın Rəsulunun sünnəsindən hökm verəcək.” Yəni evində oturan, heç bir təhsili olmayan qadın dəyərli, doğru hökm verəcək. “Mehdi (ə.s)-ı dinləyəcəklər” deyir. “Elə bir alim olacaqlar ki”  Bax, Rəsulullah (s.ə.v) bu günləri 1400 il bundan əvvəl sanki gözüylə görmüş, olduğu kimi izah edir.

 

Nahc əl-Balağ adlı əsər: “Hz. Mehdi (ə.s) özünü ağıl geyimiylə təchiz etdi” Allahın izniylə “Ağla uyğunluğun bütün qaydalarıyla Quranı əlində tutdu.” Yəni Quranı ən mükəmməl şəkildə təfsir edəcək. “qavradı və özünü Qurana həsr etdi” deyir. “Onun arzusu, istəyi və axtardığı itkin əşya, ağıldır.”   Allahdan o itkin əşyanı, yəni mükəmməl ağılı istəyər, Allah tərəfindən də ona mükəmməl ağıl verilər. Müsəlman ağılın ən yaxşısını əldə etmək üçün Allahdan onu istəməli və itkin əşya olaraq onu axtarmalıdır.

 

“O, Allahın hüccətinin varisidir.” Hüccətullah buradan meydana gəlmiş. Mehdi (ə.s)-ın adıdır. Mehdi (ə.s)-a qaim deyilmişdir. Çünki böyük bir zənginik quracaq və hər kəs, bütün dünya zəngin olacaq.

 

İnananların şahzadəsi Peyğəmbərimiz (s.ə.v) deyir ki; “Dinin ustadı” Mehdi (ə.s)-a dinin ustadı deyir. “Mehdi özüylə birlikdə olan bağlılarıyla səfər edər.” Yəni öz tələbələriylə birlikdə bir yerə gedərkən tək getməz, konvoy halında toplu halda gedərlər. “Tələbələri onun ətrafında payız buludları kimi toplanarlar.” deyir.

Əl Neman Əl Qaiba Süleyman ibn Ayparaya Cəfər bin Məhəmməd, ona o da atasından, o da böyük atasından, o da Hüseyn ibn Əlidən köçürmüşdür: Bir adam Rəsulullah (s.ə.v)-in yanına gəlib belə dedi: “İnananların şahzadəsi bizə Mehdi (ə.s)-ı izah et.” Baxın, hər görən Mehdi (ə.s)-ı soruşur. İnanların şahzadəsi dedi ki: “Nəsillər gəlib yox olduğunda” Nəsillər gələcək, yox olacaq. “inananlar azaldığında” Darvinist-materialistlər, ateistlər dünyaya hakim olduğunda, dinsizlik məşhur olduğunda. “yaxşıların tamaşaçısı və dinin dəstəkçiləri getdiyində”  o dövr gələcək ki, yaxşıları izləyən olmaz. “Və dinin dəstəkçiləri getdiyində” Alimlər vəfat etdiyində. Bədiüzzaman vəfat edər, Süleyman Helmi Tunahan vəfat edər, Şeyx Əsəd Əfəndi vəfat edər… “o Mehdi (ə.s) orada olacaq.” Yəni zühur edəcək. Demək olar ki, böyük alimlər həqiqətən  hamısı gedib (vəfat edib). Çox az sayda həqiqi alim qalıb.

 

 Peyğəmbərimiz (s.ə.v): “O Mehdi ə.s), hər çətin işi özü üçün asanlaşdırıldığı adamdır.” deyir. Məsələn, Allaın izni ilə Mehdi (ə.s) üçün darvinizmi yıxmaq çox asan olacaq. Kommunizm, PKK asanlıqla yıxılacaq və İslam Birliyi asanlıqla qurulacaq. “Bədirin 313 mücahidinə bərabər olan şagirdləri  (tələbələri)” “Dünyanın uzaq yerlərindən gəlib onun ətrafında toplanarlar.” Oradan – buradan hər yerdən gələrlər, deyir. Bununla əlaqədar bir ayə; şeytandan Allaha sığınıram, “…Hər harada olsanız, Allah sizləri bir araya gətirəcək. Həqiqətən, Allah hər şeyə qadirdir!.” (Bəqərə surəsi, 148). “Dünyada bu qədər adam onun üçün bir araya gəldiyi zaman hökmü ortaya çıxacaq. Uca Allah ondan razı olana qədər o, Allahın düşmənlərini məğlub etməyə davam edər.” Yəni Allah yetər deyənə qədər,  Allahın düşmənlərini, Allaha qarşı olanları, Allaha inanmayanları məğlub etməyə davam edər. “Soruşdum: Allahın ondan razı olduğunu necə bilə bilərik? Dedi ki; Allah Mehdi (ə.s)-ın ürəyinə mərhəmət hissi verər.” Yəni hər yerə mərhəmət və sevgi hakim olar. Zülm qalmaz və o zaman anlayarsınız, deyir.

 

“Mehdi İsrailoğullarına bənzəyər. Xəzinələr çıxarar, dinsizliyin şəhərlərini fəth edər.” (Gaybet Kitabı, Allame Məhəmməd Mis Əl Məclisi, səh. 140)

 

Cabir ibn Abdullah Ansari dedi ki: “İraqa azuqə yaxud pulun çatmadığı (qıtlıq) zaman yaxındır.” Yəni İraqın pulu qurtaracaq. Oraya gətirilən mal, ərzaqlar da dayanacaq. Bilirsiniz ki, embarqo tətbiq etdilər. Pulu da qaldırıldı. Bax, Peyğəmbərimiz (s.ə.v) də bunun eynisini söyləmiş. “Bu kimin əliylə olacaq? deyə  səhabə sual verir.” Peyğəmbərimiz (s.ə.v) dedi; “Ərəb olmayanların əliylə”. Yəni Amerikanın əliylə.

 “Məhsulun Suriya xalqına çatmayacağı günlər yaxındır.”  Bu dəfə Suriya üçün söyləyir. Hal-hazırda orada da embarqo var. Amma burada; “Hasatyada məhsulun” deyir. Oranın pulu qalxmadı.  Hədisdə, orada yalnız embarqo olacağı keçir. Səhabələr Peyğəmbərimiz (s.ə.v)-dən soruşduqlarında: “Bu kimin əliylə olacaq?”  Peyğəmbərimiz (s.ə.v): “Romalıların əliylə  deyə cavab verdi. Yəni Amerikalıların əliylə. Bu dövrün Roması Amerikalılardır.

 

Hz. Əli kərəmallahu vəchə belə buyurdu: “Mehdi camaatı Axırzamanda gələcək. Onlar payız buludları kimidirlər.” Buluda bənzətməsi çox mənalıdır. Yəni tələbələri  müxtəlif qəbilələrdən çıxacaq; bəzisi Alban, bəzisi  Boşnak, bəzisi Türk, bəzisi Laz, bəzisi  Kürd  və sayları doqquz olacaq. Burada A9-a işarə var. Hz. Əli (r.ə)-dən Mehdi (ə.s) -ı soruşduqlarında, əliylə doqquz işarəsi edirdi. “Allaha and olsun ki, mən hz. Əli (r.ə), onların əmiri olan Mehdini, onun adını və gedəcəkləri yeri tanıyıram, bilirəm.”  Sonra hz. Əli ayağa qalxmış və üç dəfə: “Baqir, Baqir, Baqir!  Mehdi (ə.s) mənim nəsilimdəndir.” demiş. “Hədisləri yaracaq.” Yəni hədisləri açıb şərh edəcək, anlayacağınız hala gətirəcək. Mehdi (ə.s)-ın xüsusiyyəti Baqirdir. Eyni zamanda Mehdi (ə.s)-ın adlarından biridir. Hədisləri, ayələri açan, şərh edən, elmləri yaran, elmləri inkişaf etdirən mənasını verir.

 

Zoharda Tövrat. Hz. Musanın əsası ilə dənizi yarması kimi, kral Məsihin də elm dənizini yaracağı izah edilir. Bax, hz. Musa (ə.s), Mehdinin elm dənizini yaracağını, yəni hədislərin, Tövratın, Quranın incə hikmətlərini ortaya çıxaracağını 3000 il bundan əvvəl söyləmiş. Misirdən çıxışı əsnasında Musa (ə.s) əsasıyla dənizi ikiyə ayırmışdı. Mehdi (ə.s) əliylə hikmət dənizini yarıb açacaq demiş. Mehdi (ə.s) ayələri, hədisləri şərh edib, oradakı hikmətləri ortaya çıxarar. Tövrat təfsirçiləri, indiki yəhudi alimlər, Zoharın Tövratdakı dərin məlumatını, Tövrat şərhlərini həll edə bilmirlər. Onu (Tövratı) Kral Məsihin həll edəcəyini və aydın olacaq hala gətirəcəyini söyləyirlər. Tövratdakı şərh də o istiqamətdədir. Son qurtuluşun Kral Məsih ilə Mehdi (ə.s) reallaşması əsnasında bu əsa qələm olacaq. Mehdi (ə.s)-ın əsası qələmdən olacaq. Və bu dərin sirlərin yazılı olaraq gözlər önünə sərilməsiylə hikmət dənizi açılacaq və bunun sayəsində bütün insanlar Allaha imanı anlayacaq. Yəni darvinizmin, materializmin etibarsızlığını, dinin həqiqətlərini, iman həqiqətlərini, Quran möcüzələrini izah edəcək, Qurandakı şifrələri, sirləri açıqlayacaq. Bu səbəbdən hikmət dənizini yarmış olacaq.

BeFunky_Islamic_Wallpaper_Quran_001-1366x768