Kəhf surəsi, 65-ci ayə

“Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledün elmi) qullarımızdan birinə rast gəldilər.”

“Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz” Bax, Allah rəhmətiylə təcəlli edir. Məsələn, İnsanlar Xızır (ə.s)-ı sərt bir insan kimi tanıyırlar, amma bax, Allah ayədə hz. Xızır (ə.s)-dan mərhəmət bəxş etdiyi biri olduğundan bəhs edir. “və elm öyrətdiyimiz (ledün elmi)” Xüsusi bir elmdir. Allah öyrətmişdir, o da o elmi mənimsəmişdir. “qullarımızdan birinə rast gəldilər.”  Bunun da əbcəd hesabı 2010-cu il tarixini verir. “qullarımızdan birinə”, yəni Allahın ledün elmini öyrətdiyi bir çox qul vardır, onlardan biri də bu şəxsdir.

 

 

Kəhf surəsi, 84-cü ayə

 

“Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.

 

“Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik” 2017-ci il tarixini verir. İki dünya hakimiyyətindən biridir. Çünki iqtidarlar var, amma sağlam deyil. Müvəqqəti olur. Sağlam iqtidarda sistem tam fərqlidir, yəni tərəddüd olmur. “və hər şeyin yolunu ona öyrətdik.”  Allah hər şeydən; siyasətdən də, hərbdən də, sənətdən də, elmdən də, estetikadan da, hər şeydən xüsusi bir güc verib. Çünki dünya hakimiyyətində hər şeyə ehtiyac vardır. Pula da, dəstəyə də, təqdimata da, sürətə də ehtiyac vardır. Hər şeyə ehtiyac vardır. Ona görə Allah; “və hər şeyin yolunu ona öyrətdik.”  deyir.

 

 

Kəhf surəsi, 85-86-cı ayə

 

  “O, yola çıxdı. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”

 

“Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn!”  Quranda davamlı olaraq ikiliyə diqqət çəkilir. Burada da çox qəribə bir izahat var. Zülqərneyn, yəcüc və məcüc davamlı olaraq ikilik vardır. Mehdiyyətdə həmişə ikilik vardır. Məsələn, yəcüc və məcüc ikidirlər, Mehdi ikisinə də qarşıdır, inşaAllah. Məsələn, həm dəccala, həm Süfyana qarşıdır. Ayəyə görə həm cin, həm şeytan düşməni vardır. Həm zahir, həm batini elmə sahib olduğu üçün Zülqərneyndir.  “Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”  Hansını seçdi? Təbii ki, gözəlliyi, yaxşı rəftarı.

 

 

Kəhf surəsi, 87-ci ayə

 

O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir!

O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq.” öldürəcəyik demir, “cəzalandıracağıq.” deyir. Yalnız  haqsızlıq edəni cəzalandıracağıq. Mehdi necə edər? Mehdi (ə.s) da zülmə qarşıdır.  “Sonra Rəbbinə qaytarılacaqdır”, yəni Allah bəlasını verər. “O da ona ağır bir əzab verəcəkdir!”

Zülqərneyn: “Axirətdə cəzasını tapsın, mən cəzalandırmaram, yəni öldürmərəm.” deyir.

 

Kəhf surəsi, 93

 

 “Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.”

“İki dağ arasına gəlib çatdıqda”  Yenə iki. “onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.” Yəni xarici bir dil anlamayan. Cənub-şərqdə orada bir Səddi Zülqərneyn meydana gəlir. Orada bir yəcüc, məcüc üsyanı vardır.  PKK Cənub-şərqdə bir yəcüc, məcüc çıxışıdır. Dövlətin orada tikdirdiyi polis bölmələri, müdafiə sistemləri Səddi Zülqərneyndir. Heç bir sözü başa düşməyən bir qövm meydana gətirməyə cəhd etməyin səbəbi də, PKK-nın istədiyi kimi Türk dilini bilməyən, başqa dilləri bilməyən insanlar meydana gətirib onları da millətimizdən qoparıb, mədəniyyət səviyyəsini də məhdudlaşdırıb yalnız kommunist düşüncəni mənimsəyən olmalarını  məqsəd qoyurlar. Bu səhv düşüncədir.

images (5)