Əbu Səid əl-Hudri,  Peyğəmbər (s.ə.v)-dən nəql etmişdir : Axır zamanda dövrün hakimləri tərəfindən xalqıma bənzəri heç görülməmiş dəhşətli zülmlərin tətbiqi elə şiddətli olacaq ki, dünya onlara dar gələcək, yer üzü ədalətsizlik və zülmlə dolub daşacaq, dindar xalqların heç bir sığınacağı qalmayacaq. Elə bu zamanda Uca Allah mənim nəslimdən birini çıxardacaq, əvvəldən ədalətsizlik və zülmlə dolduğu kimi, yer üzünü ədalət və bərabərlik ilə dolduracaq. Dünya sevinəcək, ilahi nemət yer üzünə enəcək və bir neçə il boyunca bu dövrdə yaşayanlar “ kaş ki, ölənlər də bu həyatda olub bu yaşananları görərdilər.” deyəcəklər.

[Yenabiül Məvəddə, səh. 448; Əl-Burhan fi Əlamət-i Axır Zaman, Bölüm 2; Muntakhabul ATHAR, səh. 149]

A0070