ADNAN OKTAR: Ənam surəsini açmısan. “Biz elçiləri”,  Mehdiləri  “yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk” Nə edirmiş gələn Mehdilər, elçilər? “Xəbərdar edib qorxudanlar  və müjdə verənlər”, həm xəbərdar edir, həm cəhənnəmlə təhdid edir, Allahın əzabı ilə təhdid edir və müjdə verir, İslam Birliyini hz. İsa Məsih (ə.s)-ın enişini, xoşbəxtlik və sevincli, bərəkət və bolluğu, zənginliyi, hamısından əhəmiyyətlisi Allahın razılığını, inşaAllah. “İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər” Burada gizli bir sirr var. Quranın gizli bir sirridir. Yaxşı düşünülsə, bir gözəlliklə qarşı-qarşıya olduğumuzu başa düşərsiniz. “İman edib əməllərini islah edənlərin”, yaxşı, səmimi, xalis , həqiqi bir müsəlman olsa, ” heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər ” deyir Allah. Dünya hakimi olarlar. Qəmli olmaq deyil, əksinə, bayram sevinci içində olarlar.   Demək ki, həqiqi müsəlmanlar meydana gələndə mütləq sevinc olar. Demək ki, problem imanın zəifliyindədir, Allaha imanda zəiflikdədir.

 images (5)