ADNAN OKTAR: Ənbiya surəsində105-ci ayə. Şeytandan Allaha sığınıram.

“Biz zikrdən sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki,” Tövratdan sonra. Zəburda da: ” şübhəsiz ,yer üzünə  Mənim əməlisaleh qullarım varis olacaqlar.” 2051 verir əbcədi. Baxın, “Şübhəsiz” deyir Allah. Şübhəsiz  nə deməkdir? Mütləq olacaq. “yer üzünə” dünyaya “saleh qullarım”  səmimi olan qullarım “varis olacaq.” Mehdi (ə.s.) və tələbələri “deyə yazdıq.” Baxın, bir  əbcədi var, 2051 verir. Amma harada yazdğını ifadə edir Allah. “And olsun, Biz zikrdən sonra Zəburda da” deyir. O zaman biz nə edəcəyik? Allah bizə iki yer bildirmişdir. Bir zikr -Tövrat, iki- Zəbur. O zaman demək ki, Tövrat və Zəbur bizim vaxtımıza qədər qalacaq və doğru olan qisimləri də qalacaqdır. Demək ki, Tövrat və Zəbur tamamilə pozulmayacaq, tamamilə təhrif olmayacaq. Doğru olan qisimləri qalacaqdır. Doğru olan qisimləri hansı qisimləriymiş? Məhəmməd Mehdi (ə.s.) ilə əlaqədar olan qisimlər və digər yerlər. Bəzi başqa yerlər də var, doğru olan bir çox yeri var. Pozulan yerləri də var, pozulmayan yerləri də var. Amma, baxın, pozulmayan yerlərinə Allah diqqət çəkir. “And olsun” and içir, çünki, Allah and içir. “Biz zikrdən sonra Zəburda da yazmışdıq ki ,şübhəsiz , yer üzünə  Mənim əməlisaleh qullarım varis olacaqlar..” O zaman biz nə edirik? Tövratı və Zəburu açıb baxırıq. Bir də baxırıq ki, Tövratda Mehdi (ə.s.) çox əhatəli təsvir edilir. Şiloh adı ilə, Kral Məsih adı ilə və  Tövratda yenə Mehdi (ə.s.)-ın bir çox  ləqəbli vardır, gözəl ləqəbləri vardır. Bu adlarla xatırlandığını görürük. Üzünün gözəlliyi, üslubu, rəftarı, gedişatı, nə vaxt çıxacağı, cismi, o dövrdə iqtisadi böhran olacağı, insanların dinsizliyə yönəldiyi vaxt çıxacağı, göydə əlamətlərin meydana çıxacağı; Mehdi (ə.s.)-ın çıxış zamanında. Qan axacağına, hərc-mərclik mühitində, anarxiyanın yayıldığı mühitdə çıxacağı, dünyanı dinsizliyin əhatə edəcəyi və Mehdi (ə.s.)-ın da gəlib dünyaya ədaləti bərpa edəcəyi, iqtisadi böhranın , qanın , terrorun, anarxiyanın dayanacağı, dünyaya haqq dinin hakim olacağı Tövratda çox açıq izah edilir, təfərrüatlarını izah edir. Quranın xəbərinə biz də uyğun gələrək açdıq baxdıq Tövratda və bu həqiqəti kitab halına gətirdik. “Mehdi (ə.s.) İbrahim (ə.s.) nəsilindəndir” deyə kitab halına gətirdik. 105-ci ayə idi oxuduğum ayə, Ənbiya surəsi. “Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır .” İbadət edənlər üçün” ,baxın, bu mövzuda Allah indi bizə Quranda bildirir.  “Bildiriş vardır.” Dünya hakimiyyətini yenə Nur surəsinin 55-ci  və Ənbiya surəsinin  105-ci ayəsində də görürük. Və bir çox ayədə açıq-açıq bəyan edildiyini görürük. Dünyanın qurtuluşu, hidayət, Allaha yaxınlaşmaq, Haqq din hamısını Allah Qurandan öyrənə biləcəyimizi bizə deyir, amma yalnız Qurandan və Rəsulullah (s.ə.v)-in bizə Quranı təfsir etdiyi şəkildə. Yenə 107-ci ayədə Cənab Allah:  Şeytandan Allaha sığınaram. “Biz səni aləmlər üçün yalnız bir rəhmət olaraq göndərdik.”  Aləmlər, nədir aləmlər? Cin aləmi, insan aləmi, bütün dünyadakı varlıqlar, hamısı üçün “bir rəhmət olaraq göndərdik.” Bunun əbcədi də hicri 1431-ci ili verir. Miladi də 2010 tarixini verir. Bax, “Biz səni aləmlər üçün yalnız bir rəhmət olaraq göndərdik”. Quranın hər yeri belə möcüzələrlə doludur.

images (5)