“Cumhuriyet Bilim Teknik” jurnalının 1 mart 2003-cü il tarixli sayında “DNT ikili sarnalının 50 illik macərası” başlıqlı bir yazı yayımlandı. “Newsweek” jurnalından tərcümə edilən bir məqaləyə əsaslanan xəbərdə DNT molekulunun 1953-cü ildə reallaşan kəşfi və genetik araşdırmaların sonrakı illərdəki gedişatından bəhs edilirdi. Genetik araşdırmalar darvinist dünyagörüşü ilə şərh olunur və bunların insanın uydurma təkamülünə dəlil təşkil etdiyi irəli sürülürdü. Halbuki, bu iddiaların tək məqsədi elmi tapıntıları təhrif edərək darvinizm təbliğatı etmək idi. Bu yazıda CBT-də yer alan iddiaların əsassızlığı gözlər önünə səriləcək.

CBT-dəki xəbərdə insanla şimpanze arasındakı genetik bənzərlik 98.8% olaraq göstərilir. Bu iddiası ilə CBT ötən il yayımlanan və insanla şimpanze arasındakı genetik qohumluq tezisinə böyük zərbə vuran bir araşdırmanı tamamilə gözardı edir.

CNN-nin veb səhifəsində 25 sentyabr 2002-ci il tarixində yayımlanan “Humans, chimps more different than thought” (İnsanlar, şimpanzelər düşünüldüyündən daha fərqlidir) başlıqlı yazıda bu araşdırmanın nəticələri belə xəbər verilmişdir:

Aparılan yeni genetik araşdırmaya görə, insanlar və şimpanzelər arasında bir zamanlar inanıldığından daha çox fərqlilik var.

Bioloqlar uzun müddət şimpanzelərin və insanların genlərinin 98.5% bənzər olduğunu müdafiə etdilər. Ancaq Kaliforniya Texnologiya İnstitutundan bir bioloq, bu həftə nəşr olunan çalışmada, genləri müqayisə etmək üçün istifadə edilən yeni bir üsulun insanlar və meymunlar arasındakı genetik bənzərliyin yalnız 95% nisbətində olduğunu göstərdiyini açıqladı.

Bu araşdırma insan DNT zəncirindəki 3 milyard əsas cütündən 780.000-ni şimpanzelərinki ilə müqayisə edən kompüter proqramına əsaslanırdı. Daha əvvəlki araşdırmaçıların tapdıqlarından daha çox bir-birinə bənzəməyən hissə tapıldı və DNT əsaslarının ən az 3.9% nisbətində fərqli olduğu nəticəsinə gəlindi.

Bu vəziyyət onu növlər arasında təxminən 5% nisbətində genetik fərqlilik olduğu nəticəsinə apardı…” (1)

 

Göründüyü kimi, CBT jurnalı müasir elmi ədəbiyyatlardakı etibarlı məlumatlardan deyil, öz darvinist ön mühakimələrinə yaxın köhnə məlumatlardan istifadə edir.

Digər tərəfdən ifadə etmək lazımdır ki, canlılar arasında genetik bənzərlik olması təkamülə dəlil deyil. Çünki genetik bənzərlik, “ortaq əcdaddan təkamülləşmə”nin deyil, “ortaq dizayn”ın məhsulu olaraq da şərh oluna bilər.

“Ortaq əcdaddan təkamülləşmə” tezisinin ciddi qəbul olunması üçün təkamülçülər canlıların DNT-sindəki məlumatın təkamül prosesində necə və hansı mexanizmlə ortaya çıxdığını göstərməlidirlər. Bu isə mümkün deyil.

Təkamülçülər DNT-dəki nükleotid düzülüşünün təsadüfi mutasiyalarla meydana gəldiyini irəli sürürlər. Halbuki, təsadüfi mutasiyalar təsirli olduqları zaman daim zərərli və dağıdıcı olarlar. Genlərdə son dərəcə xüsusi dizaynla düzülmüş nükleotidlər orqanizmlə əlaqədar bütün struktur və fizioloji məlumatları saxlayır. Bu düzülüşdə meydana gələn ən kiçik bir yer dəyişmə və ya azalma asanlıqla ölümcül nəticələr doğura bilir. Bu qədər həssas bir düzülüşün ölümcül risklər ortaya qoyan və tamamilə təsadüflərə əsaslanan mutasiyaların orqanizmin DNT-nə məlumat əlavə edərək onu başqa növlərə təkamülləşdirməsi mümkün deyil. Necə ki təkamülçülərin nəzəriyyələrini sübut etmək üçün laboratoriyada mutasiyaya məruz buraxdığı bütün embrionlar şikəst və ya ölü doğulmuşdur.

Genetika elmi meymun DNT-dən insan DNT-nə çevrilmənin baş verməsinin qeyri-mümkün olduğunu bu şəkildə göstərmişkən genetik qohumluq iddialarını davam etdirmək ancaq darvinizmin kor-koranə dəstəklənildiyinin göstəricisi ola bilər.

DNT-dəki dizayn və məlumat saxlama tutumu araşdırıldıqda genetik qohumluq iddiasının əsassızlığı daha da diqqətə çarpır. DNT molekulunu meydana gətirən ikili sarmalın genişliyi millimetrin yalnız beş milyonda biri qədərdir. Hər hüceyrədə təxminən 2 m boyunda DNT var. İnsan bədənindəki bir DNT molekulu 1 milyon ensiklopediya səhifəsinə sığa biləcək qədər çox məlumat saxlaya bilir.

Bu dizayn məlumat saxlama tutumu baxımından müasir texnologiyada istifadə edilən mikroçiplərdən dəfələrlə üstün bir davranış ortaya qoyur. Bu vəziyyət DNT-də mükəmməl bir mühəndislik dizaynı olduğunu ortaya qoyur. Belə bir dizaynın təsadüflərlə ortaya çıxması qeyri-mümkündür. Halbuki, təkamülçülər tamamilə, ağıl və elmdən kənar bir rəftarla bu iddianı kor-koranə davam etdirirlər.

CBT-də həm də insanla digər bəzi primatlar arasındakı uydurma qohumluq əlaqələri də qeyd edilmişdir. Genetik analizlərdən danışılaraq insanın şimpanzedən 4-6; qorilladan 6-8; oranqutandan isə 12-16 milyon il əvvəl guya təkamül prosesində ayrıldığı irəli sürülür.

CBT-də insanla digər primatlar arasında ortaya qoyulan təkamül xarakterli ayrılma tarixləri də elmi bir dəlilə əsaslanmır. Təkamülçülər bütün canlıların təkamüllə ortaya çıxdıqlarını bir doqma olaraq mənimsədiklərindən hər cür bənzərliyi təkamül nəzəriyyəsi çərçivəsində qiymətləndirirlər. Halbuki, yanılırlar.

Əvvəla genetik qohumluq iddialarındakı tarixləndirmə üsulları əsaslı deyil. Çünki bu analizlərdə genetik qanun olaraq mənimsənən bir vəziyyətin əslində təkamülçülərin mənimsədiyi şəkildə olmadığı ortaya çıxmışdır.

Mitoxondrial DNT analizi olaraq bilinən bu üsulda təkamülçülər mDNA-nın yalnız ana vasitəsi ilə köçürüldüyünü fərz edir. Halbuki, ötən il bu qəbulun səhv olduğunu göstərən bir hadisə yaşanmış və danimarkalı bir xəstənin mDNA-sının 90% nisbətində atasından köçürüldüyü təyin olunmuşdur. Məşhur ingilis elm jurnalı “New Scientist”in internet saytında bu mövzu belə şərh edilir:

 

“Təkamül bioloqları növlərin bir-birindən ayrılmasını mitoxondrial DNT düzülüşlərindəki fərqliliklərdən yola çıxaraq tarixləndirirdilər. Mitoxondrial DNT-nin çox nadir olsa da, atadan köçürülməsi bu çalışmaların əksəriyyətini etibarsız etməyə yetərli olacaq” . (2)

 

Digər tərəfdən CBT-də verilən tarixlər də tutarlı deyil. Məşhur “Science” jurnalında “Yeni fosillər molekulyar baxımdan suallar ortaya çıxardı” (New Fossils Raise Molecular Questions) başlığı ilə verilən bir məqalədə Orrorin tugensisArdipithecus ramidus kadabba adlı fosillərin molekulyar təkamül ağacında insana verilən tarixlə ziddiyyət təşkil etdiyindən bəhs edilir. Yazıda genetik analizlərə əsaslanan təkamülçülərin iddia etdiyi insan-şimpanze ayrılmasının əsasən 5-7 milyon il əvvəl reallaşdığını müdafiə etdikləri ifadə edilir. Halbuki, hər iki fosilin yaşının təxminən 6 milyon hesablanması təkamülçü paleontoloq və təkamülçü genetikçilər arasında müzakirə mövzusudur. Paleontoloqlar bu vəziyyətdə iddia edilən ayrılmanın daha erkən reallaşmalı olduğunu müdafiə edir. Bir başqa fosil Sahelanthropus tchadensis fosili tapıldıqdan sonra paleontoloqlarla genetikçilər arasındakı fikir ayrılığı daha da dərinləşmişdir. 2001-ci ildə tapılan bu fosilin 7 milyon il yaşında olmasını şərh edən məşhur təkamülçü paleontoloq Donald Johanson iddia edilən ayrılmanın 10 milyon il əvvəl reallaşmış ola biləcəyini ifadə etmişdir. (3)

Göründüyü kimi təkamül prosesində insanın şimpanze ilə ayrılması iddiasına dair nə bir dəlil nə də tutarlı bir tarixləndirmə vardır.

Digər tərəfdən genetik analizlərdə meyar olaraq qəbul edilən canlılarla birlikdə tarixlərdə də əhəmiyyətli fərqlər ortaya çıxır. Məsələn, insan-şimpanze ayrılmasını tarixləndirmək üçün balina və dırnaqlı heyvanlara aid DNT-lərdən istifadə edən Ulfur Arnason iddia edilən insan-şimpanze ayrılmasının 10.5-13.5 milyon il əvvəl reallaşmalı olduğunu irəli sürür. Bu tarixlər digər genetik analizlərin iddia etdiyindən ən az 6 milyon il daha qədimdir. (4)

Son olaraq ifadə etmək lazımdır ki, genetik bənzərlik heç bir şəkildə təkamülə dəlil deyil. Canlıların genlərində bənzərlik olması bunların təməldə eyni bioloji strukturlara sahib olmasından qaynaqlanır. Məsələn, insanın ağcaqanad, soxulcan və ya balina ilə də arasında genetik bənzərlik vardır. Əlbəttə, bu vəziyyət insanın bu canlılardan təkamülləşdiyini göstərməz. Bu vəziyyət əslində ortaq dizaynı göstərir. Məsələn, avtomobil hissələri eyni məqsədlə hazırlandıqları üçün əsasən bənzərdirlər. Bu vəziyyət avtomobillərin təsadüfən bir-birlərindən təkamülləşdiklərini göstərməz.

 

Nəticə:

CBT-nin insanın guya təkamülü ilə əlaqədar ortaya qoyduğu iddialar heç bir elmi məna ifadə etmir. Bunlar yalnız genetik məlumatların təkamülçü ön mühakimələrlə şərh olunmasını göstərir. Əslində insan və şimpanze ayrı-ayrı yaradılmış iki canlıdır. CBT-yə elmi həqiqətləri qəbul edərək darvinizm təbliğatı etməkdən imtina etməsini tövsiyə edirik.

 

1- http://www.cnn.com/2002/TECH/science/09/24/humans.chimps.ap/index.html

2- “Mitochondria can be inherited from both parents” , 23 avqust 2002: http://www.newscientist.com/news/news.jsp?id=ns99992716

3- http://www.sfgate.com/cgi-bin/article.cgi?f=/c/a/2002/07/11/MN205986.DTL&type=science

4- “New Fossils Raise Molecular Questions”, Ann Gibbons, Science, cild 295, say 5558, 15 fevral 2002, səh. 1217.