MÜNAFİQ ŞEYTANİ MARJİNAL QƏRİBƏ MƏXLUQDUR. MÜNAFİQİN MƏNTİQLƏRİYLƏ ŞEYTANINKI TAMAMİLƏ EYNİDİR

Münafiq təbii şeytani məxluqdur, qəribə məxluqdur, çox marjinal məxluqdur. Şeytanın xarakteriylə eynidir. Məsələn, mömin biri işə girər, o da o işə girər, mömini işdən çıxartdırar. Hansısa şəkildə böhtan atar, yəni möminin orada olmasını istəməz. Məsələn, ticarətdə mal aldı, mömin qazanc əldə edəcək, o malın alınmasını əngəlləyər. Küfrə qarışmaz, digər pis insanlara qarışmaz, mömin onu çox narahat edər. Yəni ona mane olar. Və yaxud məktəbdə müvəffəqiyyətli bir şagird, məktəbdən atılması üçün çalışar. Böhtan atar, etibarını zədələməyə çalışar, dərsdəki müvəffəqiyyətlərini əngəlləməyə çalışar. Yəni münafiq manyak kimidir. Məsələn, fərz edək jurnalistdirsə, o qəzetdən çıxarılması üçün çalışar, yazılarının nəşr olunmamasına çalışar. Yazıçıdırsa, kitablarının oxunmaması üçün çalışar, manyak kimidir. Kimi deyil, yəni manyakdır.

 

İNSANLARIN ARASINDA ÇOX SAYDA RUHU OLMAYAN, EYNİLƏ İNSANA BƏNZƏYƏN BİR NÖV ZOMBİ VARLIQLAR VARDIR. ALLAH QURANDA BUNLARA DİQQƏT ÇƏKMİŞDİR

Əlbəttə, aramızda insanlar arasında ruh sahibi olmayan zombi varlıqlar vardır, yəni ölü. Allah Quranda ölü olduqlarını söyləyir. Müasir sözlə zombi. Ruhu olmayan, insana bənzəyən, eynilə insana bənzəyən varlıqdırlar, amma normalda heyvandır. Yəni danışır, sual soruşur, cavab verir. İnternet də görürsünüz “mal” deyirik, “mal sürüsü” deyirik. Bunların əksər hissəsi zombidir, bu insanlar ölüdürlər. Sevgini bilmir, mərhəməti bilmir, şəfqəti bilmir, Allah qorxusunu bilmir, gözəllikdən xəbəri yoxdur, tam olaraq heyvandır. Yalnız nifrətə görə kodlaşdırılmışdır. Şeytanın çox rahat istifadə edə biləcəyi kütlədirlər. Bunlar xüsusi yaradılır. Allah “bunları xüsusi yaratdım” deyir, “daha kainat yaradılmadan mən bunları yaratdım” deyir. Və “cəhənnəmi də bunlarla doldurdum” deyir, Allah “bu, mənim sözümdür, sözümü yerinə yetirəcəyəm” deyir. Məhz münafiqlər də bu qrupun içindədirlər. Münafiq-küfr bu qrupun içindədir. İnsanlar təəccüblə deyirlər “bu onsuz da kafirdirsə niyə belədir…” Mən sirrini üstübağlı izah edirəm. Mən bu qədər izah edə bilərəm. “Ölü adam” deyirəm, daha nə deyim? Buna baxmayaraq adam anlamırsa, mən artıq ondan da şübhə edərəm. Adam ölüdür, ölü, bildiyin ölü, amma hərəkət edir. Danışır, yeyir, içir və s. Gerçək halını bilsə, adam qorxacaq. Çünki yeriyən ölü insanları çox qorxudar. Allah qorxmamaları üçün açıq məlumat vermir. Axirətdə anlayacaqlar. Məhz bunların yeri cəhənnəm olur. Cəhənnəm bunlarla dolur. Mömin də qorxacaq, bu hala gəlməkdən qorxur. Mömin onların mövqeyinə gəlməkdən qorxur. Allahın lütfü olaraq, ürəyini Allah qorxusu əhatə edir. Bu, əslində möminlərə faydalı bir şeydir. Cəhənnəmin kafirlərlə dolması möminlərin ayıq və açıq olmasını təmin edən hadisədir. Cənnətin qiymətini bilmələrini təmin edir. Məsələn, adam deyir ki “cənnətdə bezmərikmi?” Adama hər istədiyində cəhənnəm görünür, adam orada necə bezsin? Elə bir şeydə bezəcək vəziyyət olarmı? Həm də çox gözəl bir yerdir. Daima Allahın təcəllisini görür, gözəl sözlər eşidir. Ucsuz-bucaqsız imkan var, katrilyonlarca imkan var. Üfüq açıqdır, nə istəyirsənsə olur. Amma mənfilik yoxdur. Ona görə bu dünyanın gözəl istiqaməti mübarizə və cəhd burada mümkündür. Səbir burada mümkündür, orada səbir yoxdur, cənnətdə səbir yoxdur. Məsələn, səbir burada böyük imtahandır, böyük nemətdir. Məsələn, cəhd, orada cihad yoxdur, cəhd etmək yoxdur. Təbliğ yoxdur, bir insanı razı salmağa çalışmaq və s. yoxdur. Olmayanlar qədər çoxdurki. Məsələn, zəkat vermirsən, sədəqə vermək yoxdur, namaz yox, oruc yox, həcc yox yəni demək olar ki, heç bir ibadət yoxdur. Hətta Allah-Təala cənnətdə gənc dəliqanlı şəklində təcəlli edir. “Salam Əleykum, ey cənnət xalqı” deyir, “Mən Allaham” deyir. Hər kəs səcdəyə qapanır “dərhal qalxın” deyir, “burada namaz yoxdur, ibadət yoxdur” deyir, “artıq bitdi” deyir. “Çünki ibadətlərinizi etdiniz, sizə Mənim qənaətim gəldi, ona görə cənnətə saldım. Bir daha burada namaz olmaz” deyir. Yəni “sonsuza qədər burada namaz olmayacaq” deyir. Möminlər də Allah xəbərdar etdiyi üçün bir daha səcdəyə qapanmırlar.

 

CƏNNƏTDƏKİ ƏN GÖZƏL VARLIQ ƏN GÖZƏL NEMƏT ALLAHIN ZATININ TƏCƏLLİSİDİR

Allah “Əsla səcdəyə qapanmayın.” deyir. “İndi Mənim üzümü seyr edəcəksiniz.” deyir. Üzünü, camalını seyr etmək ibadətdir. Yəni insanlar həzdən özünü itirir, Allah o qədər gözəl təcəlli edir. Cənnətdəki ən gözəl varlıq Allahın təcəllisidir. Amma zatı deyil bax, təcəllisidir. Çünki səcdəyə qapananda Allahı görə bilmirlər. Allah dərhal başınızı “qaldırın” deyir. “Siz Məni seyr edin” deyir. “Camalımı seyr edin” deyir. Küfrdə bunu əcaib bir şey olaraq gördükləri üçün cadu ehtimalının daha çox üstündə dayanırlar. Ləyaqətsizliyə davam edirlər. Allah yenə onlara orada da əxlaqsızlıq etməyə icazə verir. Bir-birlərini qovurlar, cəhənnəmdə baş-göz yarırlar. Rüsvayçılıq çıxarırlar. Allah istəsə, hamısını istəsə, buxar edər. Allah etmir. Onsuz da ruhi xəstədirlər. İki dəqiqədən bir Allaha “bizi öldür” deyirlər. Allah “yox” deyir. “Öldürməyəcəyəm, yaşayacaqsınız.” deyir. Amma bunlar zombidirlər, ölüdürlər. Mömin bu mövqeyə gəlməkdən Allaha sığınacaq. Ən çəkinəcəyi şey budur.

 

İNSANLARIN BİR QİSMİ İSLAMI QƏBUL ETDİKDƏ KÜFRÜ TAM BURAXMIR. KÜFRDƏN GƏLƏN ÇİRKİN YÜKLƏRİ TAMAMİLƏ BURAXMAQ LAZIMDIR

Əlbəttə, insanlar küfrü buraxmır, yəni İslamı qəbul etdikdə o bəzən küfrdən gələn çirkin vəsaitlərlə birlikdə o mübarək sahəyə yük maşını kimi girir. Halbuki, yük maşınında o yükləri, o çirkləri endirməlidir, pis şeyləri, qaranlıq şeyləri endirməlidir. Onları da İslamın içinə salır. Məsələn, çirkab, dedi-qodu, həsəd, qısqanclıq, kin, söz atma, nalayiqlik, əhval-ruhiyyənin tez pozulması səmimiyyətsizlik, bunlar hamısı küfrdən gələn şeylərdir. Məsələn, bir çox insan cahil cəmiyyətdə üzündə maska ilə gəzər, səmimi deyil. Ondan müdafiə mexanizmi olaraq istifadə edər. Məsələn, qızlar özlərini sadəlövh göstərərlər. Məsələn, ağılsız kimi göstərərlər, səmimi olmazlar. Amma İslama gəlir, adam yenə də ağılsız və sadəlövlük havasındadır. Halbuki, artıq sən şüurlanmısan. Sən artıq ağılla, Quranla düşünürsən. Mən gənclərdə də görürəm, küfrdə sadəlövh, özünü avam kimi göstərir. Müsəlman olur yenə avamlıq havasındadır. Olarmı? Sən artıq şüurlanmısan. Allahın ruhunu daşıyırsan. Ağlını başına almalıdır. Kinliliyi, duyğusallığı olduğu kimi qalır, intiqamçılığı olduğu kimi qalır, küsəyənliyi olduğu kimi qalır. Kompleksləri olduğu kimi qalır. Olarmı? Sən iman əhli olmusan. Onların hamısı pak olacaq. Bir sən, bir Allah tərtəmiz ruhun, o qədər. O qədər pisliyi niyə gətirirsən? Yük maşınına yükləmiş ev daşıyırmış kimi. Bəzi şəxslər var ki, pis, murdar şeyləri cındır, kisə bunlar itməsin deyə onları da aparmağa çalışır. Axı sən yeni evə köçürsən, pisliyi niyə gətirirsən? Və ehtiyacın da yoxdur. Yeni evində onsuz da hər şey var, hər cür gözəllik var. O cındırları gətirmə, o pislikləri gətirmə. Bir qismi o pisliklə ömür boyu yaşayır, belə olmaz. Onu müsəlmanlığın içinə salmayacaqlar.

 

TƏVƏKKÜL MÖMİNİN VAZ KEÇİLMƏZ XÜSUSİYYƏTİDİR

Məsələn, təvəkkülsüzlük, cahil cəmiyyətdə bir şey eşidən kimi dərhal çaxnaşma, hücum tərzində dəhşətə qapılır, biri bir şey söyləyir, göyərir, biri bir şey söyləyir, əli-ayağı boşalır, unuda bilmir, yata bilmir və yaxud təhlükəylə qarşılaşır ağlı gedir. Təvəkkül et, bu qədərdə yaradılmış şeydir. Qədərin xaricində bir şey olmayacağına görə başın rahat olsun. Təvəkkül etməmək ən böyük lüksü əldən qaçırmaq deməkdir. Yəni ağıllı hərəkət deyil. Təvəkkül ən güclü sinir dərmanından, antidepressantdan daha təsirlidir. Təvəkkül, heç bir antidepressantın göstərməyəcəyi müsbət təsiri göstərər. Onun üçün Quranda Allah həmişə təvəkkülün üstündə dayanır. Yəni möminin vaz keçilməz xüsusiyyəti təvəkküldür.