Turizm və mədəniyyət jurnalı olan “Atlas”ın 138-ci nəşrində Nil Sipahinin, ateist bioloq Richard Dawkins ilə etdiyi bir reportaj yer alırdı. Reportajın mövzusu “eqoistlik və genlər” idi.

Bu reportaj “Dawkinsdən Atlasa: Həyatın hekayəsi” başlığı ilə Sipahinin hazırladığı məqalə ilə birlikdə nəşr olundu. Reportaj və məqalə cəmi 20 səhifə idi. Bu səhifələrdə, həyatın genlər arasındakı guya eqoist mübarizə ilə davam edən müddət olduğu qarşıya qoyuldu və insan da azad iradəsi olmayan, genlərinin fəaliyyətinə görə rəqs edən kukla olaraq izah edildi.

Ancaq “Atlas” jurnalının ateizm təbliğatı etibarsızdır. Eqoist gen tezisi, tarix boyunca var olub; taxtadan, daşdan oyma totemlərdə, heykəllərdə yaşadılmış bütpərəst düşüncənin biologiya terminləriylə bəzənmiş müasir versiyasından başqa bir şey deyil. Allah inancına qarşı olan bu təbliğat, insanlara heç bir qüdrəti olmayan şüursuz molekulları ilah etmələri üçün gizli-gizli verilmək istənən təlqinləri ehtiva etməkdədir.

 

Bu yazıda insanları bütpərəst inanca dəvət edən Dawkins və “Atlas”ın elmi yanılmaları cavablandırılır.

Cavabımız iki qisimdən ibarətdir. İlk qisimdə, “Atlas”dakı yazının əsas mövzusunu təşkil edən eqoist gen tezisinin niyə cəfəngiyat olduğu ortaya qoyulmaqda, ikinci qisimdə isə “Atlas” jurnalında ortaya qoyulan digər yanılmalar cavablandırılır.

 

  1. I) Bir mövhumatçı darvinçinin cəfəngiyatı: Eqoist gen tezisi

Eqoist gen tezisi, “Atlas” jurnalında “məşhur elm adamının tezisi” kimi tanıdılır. Ancaq bu tezis gerçəkdə elmi tezis deyil. Hətta tamamilə cəfəngiyatdan ibarətdir. Elmi gerçəklərə baxmayaraq, Dawkinsin bu cəfəngiyatın elm pərdəsi ilə müdafiə etmədəki təkidi də darvinizmə mövhumatçı bağlılığının məhsuludur.

 

Mövhumatçı darvinist: Dawkins

Məşhur ateist olan Dawkins, Oxford universitetində elmi xalqa tanıtma kürsüsünün başçısı vəzifəsini icra edir. Dawkins, dini inanclar əleyhindəki mövhumatçı düşmənliyini hər fürsətdə dilə gətirir. Dinə qarşı mübarizəsində mənimsədiyi saxta elmi silah darvinizmdir. Darvini oxuduqdan sonra ateizmi mənimsəyən1 Dawkins, “Darvin bizə intellektual ateistlər ola bilmə fürsətini verdi, ona minnətdarıq” sözləriylə tanınır.2

Dawkins çalışmalarını “minnətdar” olduğu Darvinin təbii seleksiya və mutasiya nəzəriyyəsini geniş nöqteyi-nəzərindən məşhurlaşdırmağa və beləliklə, ateist dünyagörüşünü yaymağa həsr etmişdir. Dawkinsin təkamül mövzusundakı mövhumatçılığını ortaya qoyan açıq nümunə verək.

 

Mövhumatçı tərəfdarlıq

Dawkinsin eqoist gen tezisinə baxışı, hər hansı elm adamının, öz fərziyyəsinə baxışından çox fərqlidir.

Fərziyyəsini etibarlı etmək üçün çalışan bir elm adamı əvvəlcə fərziyyələrini alternativ fərziyyələr işığında qiymətləndirər, təcrübələr apararaq doğruluğunu test edər. Uzaqgörənlikləri elmi gerçəklərlə uyğunlaşmadığı zaman da fərziyyəsini rədd etməyi ya da dəyişdirməyi gözə alar.

Bu hər elm adamının izlədiyi bir üsul və doğru davranışdır. Halbuki, fərziyyələrini təkrarlana biləcək təcrübələr yoluyla test edərək deyil, başqa yollardan qəbul etdirməyə çalışan elm adamları da vardır. Bu ikinci tip elm adamlarının üsulu tərəfdarlıqdır. Bu şəxslər öz inanc və prinsiplərini qoruma altında tuturlar və fərziyyələrini test etmə kimi narahatlıq duymazlar. Bu səbəbdən tərəfdarlıq yolunu mənimsəmiş olan bir elm adamının etdiyi şeyi elm olaraq təyin etmək çətindir. Bu şəxslər elm adamından çox, elmi terminləri öz inanclarına görə istifadə edən ideoloqlar kimi davranırlar.

Tərəfdarlıq Dawkinsin, “The Extended Phenotype” (Genişləndirilmiş fenotip) adlı kitabının birinci səhifəsində haqqında danışdığı şeydir:

 

“Bu çalışmam, utanmadan bir tərəfdarlıqdır. Heyvan və bitkilərə baxmaq və etdiklərini niyə etdikləriylə maraqlanmaq üçün müəyyən bir üsulu müdafiə etmək istəyirəm. Tərəfdarlığını etdiyim şey, yeni bir nəzəriyyə, təsdiqlənə bilən və ya səhv elan oluna bilən yeni bir fərziyyə ya da uzaqgörənliyi ilə qiymətləndirilə bilinəcək bir model də deyil.”3

 

Tərəfdarlıq üsulunu mənimsəmiş bir elm adamı zehnini əks düşüncələrə və dəlillərə bağlamış deməkdir. Əleyhinə necə dəlil təqdim edilirsə edilsin, bunu bir şəkildə, məsələn hiyləli olduğunu söyləyərək, kənara itələyib rədd edəcək, öz prinsiplərini qatı təkidlə davam etdirəcək.

Necə ki, Dawkins tamamilə belə bağlı zehin yaratmışdır. Digər təkamülçülərin tənqidləriylə uzlaşmadan belə o qədər uzaqdır ki, Darvini müdafiə etmədəki mövhumatçılığına görə qabaqcıl təkamülçü paleontoloq Stephen J. Gould tərəfindən təməldən Darvinçi olaraq adlandırılmışdır.4

 

Nağılbazlıq, söz oyunları, təhrif etmələr və gerçəyə zidd iddialarla elm olmaz

Dawkins illərdir davam etdirdiyi darvinizmi yayma səyində özünü yaxşı elm adamı deyil, yaxşı nağılbaz olaraq yetişdirmiş bir addır. Kitablarında canlıların təbii seleksiya və mutasiya ilə necə təkamülləşmiş ola biləcəyinə dair xəyal gücünə əsaslanan hekayələr boldur, ancaq bunları dəstəkləyə biləcək heç bir elmi dəlil yoxdur. Dawkins, hekayələrini etibarlı etmək üçün göz boyayıcı, amma səhv yerdə istifadə edilmiş bənzətmələr və söz oyunları kimi müxtəlif hiylələrə müraciət etməkdə, “baxın, bu bənzətməyə görə olur, təkamüldə niyə olmasın” kimi elmi olmayan qane edici üsulu istifadə etməkdədir.

Şübhəsiz, Dawkinsin yanaşması elmi nəzəriyyəni etibarlı etmə yanaşmasıyla deyil, fəlsəfi fərziyyəni etibarlı etmə yanaşmasıyla bənzərdir.

Necə ki, Phillip Johnson darvinizmin elmdən kənar yollardan dəstək verilməyə çalışılan bir fəlsəfə olduğunu göstərdiyi çalışmalarında, Dawkinsin kitablarını oxumağın özü üçün bir başlanğıc nöqtəsi olduğunu izah edir.

Nobel mükafatlı fizik Steven Weinbergin sözləri ilə “Darvinizmin ən hörmətli tənqidçisi” olan Johnson, Amerikan Ali məhkəməsinə bağlı çalışmış mütəxəssis hüquqçudur. Karyerası boyunca iddiaların dayaqlarını analiz etmədə mütəxəssisləşmişdir. Johnsonun darvinizm mövzusundakı tənqidləri üçün başlanğıc nöqtəsi Richard Dawkinsin “Kor saatsaz” adlı kitabını oxumaq olmuşdur.5

Johnson kimi bir mütəxəssisin Dawkinsin müraciət etdiyi xəyali hekayələr, hiyləli söz oyunları, məntiq pozuqluqları və göz boyayıcı bənzətmələri yoxlaması çətin olmayıb, bu vəziyyət eyni zamanda darvinizmin içində olduğu böhranın da bir dəlilini meydana gətirmişdir. Beləliklə, Darvinizmin elmdən kənar üsullarla dəstək verilməyə çalışılan bir fəlsəfə olduğunu açıqca görən Johnson, nəşr etdiyi kitablarda darvinistlərin elmi görünüşdə davam etdirdikləri oyunun üstünü təsirli şəkildə açmışdır.

Dawkinsin çalışmalarının elmdən kənar yönləri, təkamülçülər tərəfindən də tənqid olunmuşdur. Məsələn, Harvard universitetindən təkamülçü genetik Richard Lewontin, Dawkinsi “bazarda satan hekayələrində təsdiqlənməmiş iddialara yer verən” yazıçılar arasında saymışdır:

 

“Yetərli dəlilə əsaslanmayan iddialar, elm ədəbiyyatını, xüsusilə, məşhur elm yazıçılığı ədəbiyyatını doldurmaqdadır. Carl Saganın elmin məşhurlaşmasında yer alan ən yaxşı müasir yazıçılar siyahısı, E. O. Wilson, Lewis Tomas və Richard Dawkinsi ehtiva etməkdədir, ki bunların hər biri, bazarda satdıqları hekayələrinin içində, təsdiqlənməmiş və ya gerçəyə zidd iddialara yer vermişlər.”

 

Nobel mükafatlı elm adamı Linus Pauling, elmi, “doğrunu arama səyi” adlandırmışdır. Dawkinsin elm anlayışının bundan nə dərəcə uzaq olduğu ortadadır. Dawkins, elmi, tərəfdarlığını mövhumatca davam etdirdiyi Darvinçi dünya görüşünü yaymada bir təbliğat vasitəsi olaraq görməkdə və istifadə etməkdədir.

 

Cəfəngiyat

“Atlas” jurnalında onlarla səhifə ayrılan “eqoist gen” tezisi əslində cəfəngiyatdan ibarətdir. Əvvəlcə Dawkins, tezisini ortaya qoyduğu “Eqoist gen” adlı kitabında əslində özü-özünü çürütməkdədir!

Dawkins eqoist genin giriş hissəsində bunları yazır:

 

“Biz genlər olaraq bilinən eqoist molekulları qorumaq üçün gözü bağlı olaraq proqramlaşdırılmış, həyatda qalan maşınlar, robot vasitələrik. Bu, məni hələ də heyrət içində buraxan bir gerçəkdir.”6

 

Dawkins, burada insanı bütün davranışları eqoist genləri tərəfindən proqramlaşdırılmış, gözü bağlı bir robot olaraq təsvir edir. Amma kitabının irəliləyən səhifələrində az rast gəlinən dərəcədə aşkar ziddiyyət ortaya qoyur:

 

“Səxavət və fədakarlaşmağı öyrədək, çünki eqoist doğulduq. Heç olmasa, başqa heç bir növün xəyal də edə bilməyəcəyi şəkildə, (eqoist genlərin) planlarını pozmaq üçün bir fürsətə sahibik, buna görə eqoist genlərimizin nəyi hədəflədiyini anlayaq.”7

 

“Biz genlərin inşa etdiyi maşınlarıq… amma dizaynerlərimizə qarşı çıxma gücümüz var. Yer üzündə yalnız biz eqoist köçürmələrin (genlərin) hökmranlığına qarşı üsyan edə bilərik.” (vurğu bizə aiddir)8

 

İnsanı bir robot, bir maşın adlandırıb sonra da robotları üsyana çağıran Dawkins, öz tezisini özü çürüdür: əgər insanlar genlər tərəfindən proqramlaşdırılmış robotdurlarsa, bütün davranışları bu proqramlaşdırmanın bir nəticəsi olmalıdır. Bu səbəbdən üsyan davranışı da bunun bir nəticəsi olmalıdır. Amma eqoist genlər insan bədənindən guya həyatda qalmaq üçün istifadə edirlərsə, bu robotları özlərinə qarşı niyə üsyan etdirmək istəsinlər? Ya da Dawkins, hansı məntiqli səbəbə əsaslanaraq, bir robot olaraq təsvir etdiyi insanların üsyan edə biləcəklərini gözləyir?

Görüldüyü kimi, Dawkins bir sıra xəyallarla özünü aldadır. Və eqoist gen tezisi tutarlı məntiq hörgüsü olmayan cəfəngiyatdan ibarətdir.

Bu səbəbdən, Dawkinsin bu (əvvəldən çürük) tezisini izah etdiyi kitabına xərclənən əmək; vaxt, mürəkkəb və kağız ilə bu kitabın on minlərlə nüsxəsinə xərclənən pullar, guya tezisi məşhurlaşdırmağa çalışmış təkamülçü yazıçıların o qədər vaxtı, “Atlas” jurnalı kimi təkamülçü nəşrlərin Londona müxbir göndərmək də daxil olmaq üzrə çəkdiyi o qədər xərc boşunadır.

 

Həyatı genlərə sadələşdirmə yanılması

Dawkins, həyatı genlərə sadələşdirərək izah etməyə çalışır. Bu, həm müasir elmin tapıntılarını əhəmiyyətsiz edən səthi izah, həm də ciddi məntiq pozuqluğudur. Müasir elm həyatın təməlindəki məlumata əsaslanan mürəkkəbliyi ortaya çıxarmaqla həyatın maddəyə sadələşdirilə bilməz olduğunu ortaya qoymuşdur. Məşhur elmi filosof və kimyagər Michael Polanyi bu gerçəyi belə ifadə etmişdir:

 

“Bir DNT molekulu inkişaf etməkdə olan bir hüceyrəyə məlumat nəql edər. Bənzər şəkildə, kitab da məlumat nəql edər. Ancaq məlumatın nəqli kimyəvi və ya fiziki qanunlara görə açıqlana bilməz. Digər bir deyişlə, kitabın çalışması kimyəvi terminlərə sadələşdirilə bilməz.

DNT genetik məlumatın nəqliylə çalışdığı üçün funksiyası da kimya qanunlarıyla açıqlana bilməz. Həyat müddəti döllənmiş bir hüceyrənin DNT-dəki məlumatın köçürülməsi sayəsində inkişafıdır.

Həyat müddətində idarə faktoru olan bu məlumatın köçürülmə şəkli kimyəvi deyil və fiziki də deyil. O halda yaşayan bir sistemin tərifi, parçalarını idarə edən kimyəvi və fiziki qanunları aşmaqdadır.”9

 

Həyatı genlərə sadələşdirmənin məntiq pozuqluğunu Tac Mahalla əlaqədar bir nümunə ilə göstərə bilərik. Necə ki, Tac Mahalı “Tac yer, daş və dəmir yığınıdır” şəklində təsvir etmək, bu abidənin şüurlu tikildiyini və məqsəd, plan, təşkilat və estetika kimi xüsusiyyətlər daşıdığını əhəmiyyətsiz etməkdirsə; həyatı genlərə sadələşdirmək də, həyatın maddənin kənarına uzanan xüsusiyyətlərini əhəmiyyətsiz etməkdir. (Daha çox məlumat üçün baxın. Harun Yəhya, Hüceyrədəki şüur)

Genlərə şüur ətf etmə səyinin bir səbəbi də təkamülçülərin insanı Allahın varlığı və ruh verdiyi gerçəyini qəbul etmək istəməmələridir. Təkamülçülər insan ruhunun varlığını qəbul etmədikləri üçün insanı bir maddə yığınından ibarət görməkdə və insanlara da bunu qəbul etdirməyə çalışırlar.

 

Genləri fərdiləşdirmə yanıltması

Dawkinsin “eqoist gen” anlayışı, heç bir elmi dəyər daşımayan, axmaq bir anlayışdır. Genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə tutuşdurulmuş uzun nuklein turşu nərdivanıdır. Fosfat, şəkər, nuklein turşu; bunların hamısı molekuldur. Yəni DNT də bir molekuldur. Bir molekula fərdiləşdirmə etmək (insan olmayan varlıqlara insan kimi xüsusiyyətlər ətf etmək) axmaqlıqdır. Genləri “eqoistləşdirmək”, onları soylarının davamını “məqsəd edən” varlıqlar olaraq izah etmək, süfrə duzunun ya da su molekulunun eqoist olduğunu izah etməkdən fərqsizdir. “Eqoist süfrə duzu”, “eqoist su molekulu” kimi anlayışlar nə qədər elmidirsə, “eqoist gen” də o qədər elmi anlayışdır.

Qurğuşun əsgərlərə xarakter verən bir nağıl yazarının etdiyi fərdiləşdirmə, anormal qarşılanacaq bir şey deyil. Nəticədə, bunlar həqiqətə dair bir iddia ortaya qoymayan, xəyali qəhrəmanların rol aldığı xəyali hekayələrdir. Amma fərdiləşdirmənin elmdə edilməsi anormal bir vəziyyətdir. Çünki elm həqiqətə dair məlumatlar daşımağı məqsəd edib; Dawkinsin insan xarici varlıqlara, sahib olmadıqları insan kimi xüsusiyyətləri ətf etməsi bu qanuna zidd xüsusiyyətdədir. Dawkinsin bu qanunu ağır dərəcədə pozduğu kitabları elmə də zərərli olmuşdur. Necə ki, Avstraliyalı elm adamı Lucy G. Sullivan, Dawkinsi, “yazdıqlarının saxta elmi nəzəriyyələrin inkişafına gətirib çıxardığı və daha çox ədəbiyyat mövzusu ola biləcək əlaqə sahələrinin elmə girməsinə gətirib çıxardığı” üçün tənqid etmişdir.10

Görüldüyü kimi, eqoist gen tezisinin elmi olaraq heç bir dəyəri yoxdur. Bu tezis əslində, materialistlərin tarixin erkən dövrlərindən bəri izah edilən bir əfsanənin müasir versiyasından ibarətdir. Dawkins insanın guya azad iradəsi olmayan bir molekul yığını olduğu əfsanəsini gen mərkəzli nöqteyi-nəzərindən etdiyi bir bənzətməklə bəzəyib bunun məşhurluğunu artıra bilməyi məqsəd qoymuşdur. Yəni etdiyi şey, eyni köhnə hekayəni yeni örtüklə satmağa çalışmaqdan fərqsizdir.

“Atlas” jurnalında eqoist gen tezisi ətrafında ortaya qoyulan digər yanılmalar və bunlara cavablarımız isə aşağıdakı kimidir.

 

  1. II) “Atlas” jurnalında eqoist gen tezisi ətrafında ortaya qoyulan digər yanılmalar
  2. a) Elmi tapıntıları əhəmiyyətsiz edən yanılmalar

Darvinizmin nəzəriyyəyə köməyi olmayan mexanizmləri

“Atlas” jurnalında darvinizmin təsadüfi mutasiya və təbii seleksiya mexanizmlərinə əsaslandığı izah edilir. Ancaq bu mexanizmlər həyatın əsaslandığı mürəkkəbliyi izah etməkdə etibarsızdırlar və bunu təkamülçülər çox yaxşı bilirlər. Mutasiyalar genlərdəki nukleotid düzülməsində meydana gələn dəyişmələrdir. Təkamülçülər bir əsri aşan müddətdir apardıqları saysız təcrübədə canlıları süni yollardan mutasiyaya məruz qoymuş, canlıların mutasiyalarla təkamülləşə biləcəkləri iddialarını isbat etməyə çalışmışlar. Ancaq aparılan heç bir təcrübədə bir canlının başqa bir canlıya təkamülləşdiyinə rast gəlinməmiş, hətta yeni tək bir zülalın da ortaya çıxmadığı görülmüşdür. Mutasiyalarla əlaqədar bu səylər bunu ortaya qoymuşdur: Mutasiyalar bir orqanizmdə təsirli olduqları zaman ona dağıntı və zərər gətirirlər.

Təbii seleksiya da eyni şəkildə canlıları təkamülləşdirici bir mexanizm deyil. Təbii seleksiya, yalnız rəqabət üstünlüyü olmayan gücsüz fərdləri zaman içində çıxarar, ancaq heç bir şəkildə növləri başqa növlərə təkamülləşdirməz.

 

Sənaye kəpənəkləri haqqındakı yanılma

Yazıda sənaye kəpənəkləri ilə əlaqədar klassik təkamülçü yalana da müraciət edilir, elmi adı Biston betularia olan kəpənəklərin sənaye bölgələrdə qara rəng alaraq təkamülləşdiyi qarşıya qoyulur. Halbuki, kəpənəklərdəki bu rəng dəyişimi onları başqa növlərə çevirə biləcək bir “təkamül” mərhələsi meydana gətirmir, kəpənəklərin ilk başda necə ortaya çıxmış ola biləcəklərinə dair heç bir şey söyləmir. Bu kimi rəng dəyişiklikləri, populyasiyanın gen hovuzunda (bir növü meydana gətirən bütün genlərin cəmi) onsuz da mövcud olan genlərin mütənasib olaraq tezliyinin dəyişməsidir. Qara rəngli kəpənəklərin artması kəpənəklərin kəpənək olaraq qaldığı gerçəyini dəyişdirmir. Həm də bu kəpənəklərlə əlaqədar təcrübələrdə kəpənəklərin təbii mühitdə ortaya qoymadıqları bir davranış şəklinin, təcrübəçi elm adamı tərəfindən süni olaraq çıxarıldığı ən az 15 ildir bilinir.

Təcrübələri reallaşdıran H. B. D. Kettlewell təcrübələrinin sübutu olaraq çəkdiyi fotoşəkillərdə kəpənəkləri ağac gövdələrində istirahət edərkən göstərmiş, beləcə onları təcrübənin mövzusu olan təbii seleksiyaya daha irəli dərəcədə məruz göstərmişdir. Ancaq təcrübələri təkrarlayan elm adamları kəpənəklərin ağac gövdələrində istirahət etməsi kimi bir davranışla heç qarşılaşmamış, Kettlewellin nəticələri təkrarlanmamışdır. Həqiqət ortaya çıxdığında bu aydın olmuşdur: Kettlewell, ölü kəpənəkləri ağac gövdələrinə “yapışdırıb” fotoşəkil çəkmişdir.

Amerikalı jurnalist Judith Hooper, darvinist Kettlewellin dürüstlükdən son dərəcə uzaq bu təcrübələrinin mərkəzində, “təhrif edilmiş elm, etibarsız metodologiya və ön mühakiməli düşüncə” yatdığını təsbitini etmişdir.11

(Daha geniş məlumat üçün baxın.)

 

Eukariot hüceyrənin prokariot hüceyrədən təkamülləşdiyi (endosimbiyoz) yanılması

“Atlas” jurnalı yazısında, eukariot və prokariot hüceyrələr izah edilir, sonra da Amerikalı bioloq Lynn Margulisin elm dünyasını eukariot hüceyrənin mitoxondrisinin bakteriyalardan təkamülləşdiyinə inandırdığı yazılır. Ancaq ortada elmi dəlillərə əsaslanan bir inanma deyil, bənzərliklərə dair inkişaf etdirilən xəyali bir ssenari və buna materialist ön fikirlər istiqamətində verilən dəstək vardır.

Tezisi qısaca izah etsək, təkamülçülər, eukariot hüceyrələrin prokariot hüceyrələrdən təkamülləşdiyini iddia edirlər. (Eukariot hüceyrələr bitki və heyvanları meydana gətirərkən, prokariot hüceyrələr tək hüceyrəli bakteriyalarla məhduddur.) Eukariot hüceyrə, prokariot hüceyrədə olmayan bir nüvədir və hüceyrə üçün lazım olan enerji istehsalını təmin etməklə vəzifəli mitoxondri kimi pərdə ilə örtülmüş mürəkkəb orqanellərə malikdir. Təkamülçülər eukariotları prokariotlardan ayıran bu strukturların mənşəyinin, erkən prokariotların ortaq və parazit həyatı olduğunu fərz edirlər. Nağıla görə bir bakteriya bir başqa bakteriyanı udmuş, amma bir təhər udulan bakteriya həzm edilmədən kompleks orqanellərə, ev hüceyrə isə bu orqanelləri saxlayan eukariot hüceyrəyə çevrilmişdir. Ancaq belə bir ssenari lehində heç bir elmi müşahidə bilinmir. Amerikalı bioloq L. R. Croft bu mövzuda aşağıdakı şərhi etmişdir:

 

“Bir bakteriyanın başqa bir bakteriyanı udması heç bir şəkildə müşahidə edilməmiş ikən, belə bir iddia etmək heç bir şəkildə elmi deyil. Qaldı ki, xloroplast, ribozom, mitoxondri, lizozom kimi orqanellər hüceyrə xaricinə alınaraq bir-birlərindən ayrıldıqlarında yaşaya bilmirlər.”12

 

Lewin və Lenski isə, bu tezisin bir hekayə olduğunu etiraf edərək elmi dayaq yerinə xəyal gücünə əsaslandığını qəbul ediblər:

 

“Bakteriyalarda virusların və plazmodilərin birlikdə həyatı haqqında bir neçə ümumi və xüsusi ifadələr söylədik… (Bu canlılarla əlaqədar) şeylərin necə meydana gəldiyi haqqındakı bu ifadələrin əksəriyyəti mikrobiyal elə-belə hekayələrdən ibarətdir. Digər bir çox təkamüllü faktda olduğu kimi, hadisələrin təklif edilən yollardan reallaşdığını rəsmi olaraq göstərməyin bir yolu tapılmır.”13

 

İnsan beyni haqqındakı yanılma

İnsanın guya təkamülünə ətf edilən fosillər araşdırıldığında və təkamülçü ön fikirlərə görə yaradılan xəyali şəcərəsinə baxıldıqda, Homo erectus fosilləriylə əlaqədar bir gerçək diqqəti çəkir. Homo erectusun guya təkamüllü atası H. Habilisin beyin həcmi 650 cc qədər ikən H. erectusunku 900 ilə 1100 cc arasındadır. Belə böyük bir artımın təkamül nəzəriyyəsinin əsaslandığı təsadüfi mutasiyalarla reallaşdığına inanmaq təkamülçülər üçün belə çətindir.

Məşhur bioloq Jean Rostand isə zaman nə qədər uzun olursa olsun, insan beyninin təkamüllə ortaya çıxdığı ssenarisinə özünü inandıra bilmədiyini belə ifadə etmişdir:

 

“Xeyr, qəti olaraq, özümü inandıra bilmirəm. Belə irsi səhvlərin təbii seleksiya ilə əməkdaşlıq içində olsa belə; uzun zamanların təkamülə həyat üzərində işdə dəstək verəcəyi üstünlüklərlə belə; strukturca səxavəti və gözəllikləriylə, təəccüblü uyğunlaşmalarıyla bütün dünyanı tikdiyinə inanmıram… özümü göz, qulaq və insan beyninin bu şəkildə ortaya çıxdığına inandıra bilmirəm.”14

 

“Atlas” jurnalındakı reportajda Nil Sipahi Dawkinsin “Beynin geoloji müddət içində çox qısa müddətdə böyüməsinin, kompüter texnologiyasının inkişafıyla müqayisə edilə biləcək bir hadisə olduğuna işarə etdiyini” yazır. Dawkins kompüter texnologiyası bənzətməsiylə, fərz edilən mürəkkəblik artımını göstərməyi məqsəd qoymaqla birlikdə, müdafiə etdiyi təkamülçü görüşlərin nə qədər ağılsız olduğunu da göstərir. Aydındır ki, kompüterlərin təsadüfi zərbələrlə daha inkişaf etmiş texnologiyalara sahib kompüterlərə çevrilə bilməyəcəyi kimi, beyində yaranacaq mutasiyalar da onu daha mürəkkəb əməliyyat həcminə sahib bir beyinə çevirməyəcək.

Kompüterdəki texnologiya artımının izahı şüurlu dizayndır. Eyni şəkildə H. erectusun beyninin mənşəyinin şərhi, şüurlu dizayn, yəni ilk ortaya çıxdığı andan etibarən bu xüsusiyyətlərə sahib olduğu Allah tərəfindən yaradılandır. (Beyin həcminin yanında digər skelet vari müqayisələr də, H. erectusun insan, guya atası olaraq göstərilən fosillərin isə soyu tükənmiş meymun növləri olduğunu göstərir).

 

Tovuzquşunun quyruğunun xəyali təkamülü

Dawkinslə edilən reportajda erkək tovuzquşunun göz oxşayan rənglərdəki və qüsursuz simmetrik naxışlara sahib olan quyruğunun təkamüllə ortaya çıxdığı iddia edilir. Halbuki, burada oxuculardan çox əhəmiyyətli bir gerçək gizlədiliir: Cinsi seçmə nəzəriyyəsi, nəzəriyyə ilə ziddiyyət təşkil edən faktların bir uçqun kimi böyüməsi qarşısında müflisləşmişdir. Belə ki, nəzəriyyənin çöküşü təkamülçülər tərəfindən təşkil edilən simpoziumlarda da açıqca elan edilir.

Qısaca, cinsi seleksiya cinsli törəyən canlılarda, bir cinsiyyətdə, ümumiyyətlə də, erkəklərdə daha çox cütləşib daha çox bala sahibi olmağı təmin edən fiziki xüsusiyyətlərin digər cinsiyyət tərəfindən seçilməsini ifadə edir. Darvin “Növlərin mənşəyi” adlı kitabında cinsi seleksiya ilə əlaqədar bu fərziyyəni etmişdir:

 

“…Dişi quşların öz gözəllik standartlarına görə ən xoş səsli və gözəl görünüşlü erkək quşları minlərlə nəsil boyunca seçmələri nəticəsində diqqətə çarpan bir təsir ortaya çıxaracağından şübhə etmək üçün heç bir yaxşı səbəb görə bilmirəm.”15

 

Darvinin bu spekulyativ düşüncəsinin qarşısında hər hansı bir maneə görə bilməməsi, dövrünün primitiv elm imkanları səbəbindən idi. Bununla yanaşı, Darvin tovuzquşu tükündəki naxışların bu fərziyyəni saldığı çətinliyi də anlayırdı. Belə gözəl naxışların məqsədsiz və kor təsadüflərə, ya da belə üstün estetik seçim etməsi gözlənilməyəcək bir quşun seçiminə əsaslandırılaraq açıqlanmış sayılmayacağını bu sözləriylə açıqlayırdı:

 

“Bir tovuzquşunun quyruğundakı tükün görünüşü, nə vaxt baxsam, məni xəstə edir.”16

 

Ancaq elmdə yaşanan inkişaflar Darvinin görə bilmədiyi səbəbin var olduğunu; ən əhəmiyyətlisi bu səbəbin təkamül nəzəriyyəsi üçün əhəmiyyətli çətinlik olduğunu ortaya çıxarmışdır.

Tovuzquşu tükü üzərində apardığı detallı çalışmalarla tanınan elm adamı Stuart Burgessdir. İngiltərədəki Bristol universitetində maşın mühəndisliyi fakültəsində mühəndislik dizaynı dosenti olan Burgess tovuzquşu tükündəki dizaynı təəccüblü şəkildə ortaya qoymuş, bu dizaynın heç bir şəkildə təkamülçülərin cinsi seçmə nəzəriyyəsiylə açıqlana bilməyəcəyi nəticəsinə gəlmişdir.

 

Məməlilərin sürünənlərdən təkamülləşdiyinin fosil qeydləriylə isbat edildiyi yanılması

Nil Sipahinin yazısında, “məməlilərin qulağında səsi təşkil edən üç sümüyün (çəkic, zindan və üzəngi) birbaşa sürünənlərdəki çənə sümüyü oynağını meydana gətirən üç sümükdən təkamülləşdiyinin fosillər sayəsində isbat edildiyi” iddia edilir.

Hörmətli Sipahi, fərziyyə ilə isbatı bir-birinə qarışdırır. Təkamülçü paleontoloq Roger Lewin, qabaqcıl paleontoloqdur və məşhur “Science” jurnalında, məməlilərə xəyali keçid haqqında “ilk məməliyə necə keçildiyi hələ də sirdir17 şərhini etmişdir. Qısacası, ortada bir isbat deyil, fosil qeydinə baxmayaraq, izah edilən doqmatiq hekayələr vardır.

 

Dawkinsin nağılları

Sipahinin Dawkinsin kitablarından hazırladığı yazıda, bal arısı, qarışqa, qunduz, fil kimi canlıların yanında gen hovuzu, silahlanma yarışı və növlərin başqa bir növdən asılı olub onlardan hiyləli üsullarla faydalandıqları vəziyyətlər, (çiçəklərin polenlərini yaymaq üçün dişi bal arısı kimi görünüb iy verdiyi nümunədəki kimi) ya da ortaqlıq edən növlər (qarışqa ilə akasiya ağacı kimi) haqqında təkamül nağıllarına müraciət edilir. Və bu nağılların heç biri “necə təkamülləşdi?” sualına cavab ola biləcək bir şey ehtiva etməməkdə, yəni elmi izah meydana gətirir. Bunlar yalnız təkamülü ən başdan bir doqma olaraq qəbul etmiş olan Dawkins və “Atlas”ın öz ön mühakimələri istiqamətində etdiyi qəbul etmədir sadəcə.

 

  1. b) Söz oyunları və səhv bənzətmələr yoluyla yanıltmalar

Televizor antenası bənzətməsinin səhvi

Dawkins, orqanizmlərin kiçik dəyişikliklərin təcrübəsi yoluyla təkamülləşdiyini iddia etməkdə və bu iddiasını belə bir bənzətmə ilə şərh etməyə çalışır:

 

“Orqanizmlər çox kompleks və narın quruluşa sahib maşınlardır. Kompleks bir maşını alıb içində böyük diametrli, təsadüfi dəyişiklik etdikdə, o maşının iş ehtimalı necə düşərsə, bu vəziyyət canlılar üçün də keçərdliri. Digər yandan, kiçik dəyişiklik etdikdə maşının daha yaxşı çalışması da mümkündür. Məsələn, televizordakı təsvir pisdirsə, antenanı bir tərəfə doğru yavaşca itələyərsiniz. Doğru istiqamətdə itələmə ehtimalınız əlli faizdir. Yəni kiçik oynamalarla daha yaxşı təsviri əldə etmək mümkündür. Lakin təsadüfi bir şəkildə antenanı tamamilə, başqa bir mövqeyə gətirsəniz, televizorda böyük ehtimalla heç təsvir qalmayacaq.”

 

Əvvəlcə bu bənzətmə orqanizmlərin təsadüfi müddətdə ortaya çıxdığına dair bir şey söyləmir. Bir antenanın az-az hərəkət etdirilməsi, televizorun necə ortaya çıxdığına dair heç bir izah yaratmır. Həm də Dawkinsin göstərməsi lazım olan şey, kiçik dəyişiklik ilə televizorun zərər görməməyi deyil, bu kimi dəyişikliklərlə televizorun bir kompüterə, ya da bir təyyarəyə necə çevrilə biləcəyidir. Həm də hər mərhələdə görünüşə nəzarət edən bir insanın edəcəyi kimi şüurlu müdaxilələrlə deyil, bunun təsadüflərlə reallaşa biləcəyini göstərmək məcburiyyətindədir.

Digər yandan, Dawkinsin televizorun içindən bir parça deyil, antenanı seçməsinə diqqət yetirmək lazımdır. Televizor kompleks maşındır, ancaq antena bu kompleks maşının funksionallığı üzərində təsirli ola biləcək bir parça deyil. Antena sağa da çevrilsə, sola da çevrilsə özünün, ya da televizorun digər parçalarının işləməsində qəza yaratmayacaq. Ancaq aydındır ki, təsadüfi müddətdə meydana gələcək dəyişikliklər, televizorun yalnız antenasıyla məhdud qalmayacaq, digər bütün parçalarına da təsir edəcək.

Televizorun içindəki elektronik dövrələr isə televizordakı başqa sistemlərə bağlıdır və bunlarda yaranacaq təsadüfi dəyişikliklər televizoru dağıdacaq. Necə ki, radiasiya və mutasiya mütəxəssisi olan Ceyms F. Crow bu vəziyyəti belə ifadə etmişdir:

 

“Bir televizorun dövrələrində yaranacaq bir təsadüfi dəyişikliyin görünüşü inkişaf etdirməyəcəyi kimi, həyatı meydana gətirən və yüksək səviyyədə inteqrasiya olmuş kimyəvi əməliyyatlar sistemində meydana gələcək bir dəyişikliyin də həyata zərər verəcəyi qətidir.”

 

Dawkinsin təhrif etməsi ortadadır: Televizordakı təsviri inkişaf etdirmək istəyən bir insan, içindəki dövrələrlə oynamağı deyil, antenanı düzəltməyi şüurlu olaraq seçər və antenanı idarəli şəkildə nizamlayar. Təsadüfi dəyişikliklər isə televiziyanın hər yerində meydana gələ bilər və şüurdan məhrum olduqları üçün təüviri dəyişdirmək kimi bir məqsəd daşımazlar.

Əgər Dawkins televizor nümunəsində təkid edirsə, ona televizoru çölə atmasını və 20 il sonra yanına gedib texnoloji olaraq inkişaf edib-etmədiyinə nəzarət etməsini tövsiyə edirik. Bu təcrübəni etdiyi təqdirdə, kor təsadüflərin canlıları inkişaf etdirib-etdirməyəcəyini daha həqiqi yanaşma ilə qiymətləndirmiş olacaq.

 

Zürafə boyunun, guya təkamülü haqqındakı təhrif etmə

Dawkins zürafənin boyunun təkamüllə uzanması ssenarisini qələmə aldığı hissədə, kiçik bir dəyişiklik ilə zürafənin boyundakı yeddi onurğanın böyüyə biləcəyini, bu kimi özü kiçik, amma təsiri böyük dəyişikliklərin zürafəyə zərər vermədən boyunu uzada biləcəyini iddia edir.

Əvvəla zürafə boyunun yalnız onurğalardan meydana gəlmədiyini, boğaz, əzələlər, sinirlər və damarlar kimi başqa bir çox kompleks quruluşun bir struktur olduğunu xatırlatmaqda fayda vardır. Bir zürafənin onurğalarının təsadüfi olaraq uzanması yetərli olmayacaq, eyni anda bu strukturlarda da uyğun şəkildə dəyişməsini koordinasiya edəcək çox sayda təsadüfi mutasiya DNT-nin doğru bölgəsində, doğru sırada ortaya çıxmalıdır. Əks halda onurğalardakı ani uzanma, sistemi çökdürəcək, zürafənin ölümü ilə nəticələnəcək. Aydındır ki, belə koordinasiyalı mutasiyaların reallaşması mümkün deyil.

Digər tərəfdən Dawkins məqsədsiz, şüursuz və kor müddət olaraq müdafiə etdiyi təkamül nağılına dayaq axtararkən şüurlu səbəblərdən dəstək təhrifini bu nümunədə də ortaya qoyur. Bunu isə “inkişaf edən embrionda yalnız bir şey dəyişdirərək boyu dörd qatına çıxara bilərsiniz” şəklindəki ifadəsində, təlqin vasitəsilə reallaşdırar. Dawkins, mövzunu bu şəkildə ifadə etməklə, dəlil göstərmə məcburiyyətindən özünü sıyırmağa çalışır.

Normalda, Dawkinsin yuxarıda qeyri-mümkünlüyünü açıqladığımız ssenarinin hansı mutasiyalarla hansı sırada reallaşa biləcəyini açıqlaması, bu şərhini laboratoriya təcrübələrində əldə edilmiş dəlillərlə dəstəkləməsi lazımdır.

Ancaq “çıxara bilərsiniz” deməklə, kor təsadüflərə əsaslanan mutasiyaların etdiyini fərz etdiyi bir işin aktyorunu bir anda dəyişdirməkdə, özünü mutasiyalara dəlil göstərmə zəruriliyindən sıyırmışdır.

Çünki bu sözün həmsöhbəti, insanlar, yəni şüurlu səbəblərdir. Bir insanın bu sözlərin daşıdığı anlama etiraz edəcəyi bir vəziyyət yoxdur, çünki gen mühəndisliyi yoluyla belə bir şeyin olması mümkündür. Gələcəkdə bəlkə həqiqətən, insanlar embrionlara müdaxilələrlə canlıların boyunlarını uzada biləcəklər. Amma bunu bacarsalar, bu vəziyyət şüurlu dəyişikliklər sayəsində olacaq.

Dawkins, “çıxara bilərsiniz” şəklində bir söz oyunuyla ssenarisi üzərində ediləcək kritik araşdırmanı ləğv edir. Əgər zürafənin boyundakı kompleksliyi, boyundakı orqanların bir-birinə asılılığını detallarıyla izah edəcək və “belə strukturlardan meydana gələn boyun, təsadüfi mutasiyalarla uzana bilər” desə, dinləyici təbii olaraq “necə?” deyə soruşacaq və bir cavab ala bilmədiyini görəndə bu ssenariyə qane olmayacaq.

Ancaq Dawkins, mövzunu sadələşdirib, qarşı tərəfin sual soruşmayacağı şəkildə bir söz oyunu etmə üsuluyla da dəlil göstərmə zəruriliyindən özünü sıyırır.

Bir bənzətmə etsək, dəniz kənarında oynayan uşaqlara, bir qalanın qumda özbaşına ortaya çıxa biləcəyini iddia edən bir şəxs, külək və dalğaların bu tikintini necə ortaya çıxara biləcəyini açıqlamalıdır. Əgər bunun mərhələlərini ortaya qoya bilməz və uşaqlara “məsələn, kiçik mərhələlərlə bu qum təpəciyini dəyişdirə bilər və bir qalaya çevirə bilərsiniz” desə, hiylə etmiş sayılacaq. Dawkinsin etməyə çalışdığı da tam belədir.

 

Bir başqa cəfəngiyat: Mem hekayəsi

Mem anlayışı Dawkinsin çıxardığı bir anlayışdır. Dawkins bunu, təkrarlanıla bilən hər cür düşüncə və davranış şəkillərini təsvir etmədə istifadə edir. Yazıdan nümunə versək, bir memin ifadə şəkli sözlər, musiqi, obrazlar, geyim tərzi, əl və ya üz jestləri ola bilər. Dawkins özünün sürətini çıxara bilən və yayıla bilən fikir və mimika kimi memlərlə əlaqədar bir cəfəngiyat qarşıya qoymaqda və bunları insandan-insana yayılaraq basqın və hakim olmaq istəyən “fikir virusları” adlandırır. Dawkins memlərə əsaslanan bir Darvinçi nəzəriyyə inkişaf etdirilə biləcəyinə ümid edir.

Ancaq bu mem tezisinin heç bir elmi açıqlaması yoxdur. Çünki bu tezis, varlığı hər kəs tərəfindən bilinən fikir və davranış köçürmələrinə “mem” etiketinin yapışdırılmasıyla məhdud, heç bir yeni məlumat qazancı meydana gətirməyən bir tezisdir. Necə ki, bilinən təkamül müdafiəçisi olan Jerry Coyne, mem tezisinin “elmdən kənar” olduğunu və memlərin yalnız “köhnə və ənənəvi fikirlərdən ibarət olan dəbdəbəli, amma saxta qablaşdırmadan” ibarət olduğu şərhini etmişdir.18

 

Eqoist gen: Bütpərəst inancdır

Eqoist gen tezisi, heç bir şüuru olmayan varlıqlara eqoistlik, ağıl, mühakimə, planlama kimi anlayışlar ətf etməklə açıqca bütpərəst olan inancdır. Dawkinsin “Atlas”da yer verilən bu sözləri, bütpərəstliyin, zehnində necə kök salmış olduğunun və mühakiməsində meydana gətirdiyi təxribatın təəccüblü rentgenini meydana gətirir:

 

“Əgər təkamüllü müddətlərlə əlaqədar suallarda doğru cavabı almaq istəyirsinizsə, “Bir gen olsaydım, necə davranardım”, “içində olduğum bədəni necə idarə edə bilərdim”, “bu kuklanın iplərini necə çəkərdim”, ya da “bu bədənin ayaqlardan, qollardan və ya dilindən həyatda qalmaq üçün necə istifadə edərdim” kimi suallar soruşmalısınız.”

 

Bu sualların elm adamı sifətini daşıyan bir adamdan gəlməsi və bu adamın mötəbər bir universitetdə elmi insanlara tanıtma kimi bir vəzifə icra etməsi olduqca düşündürücüdür. Çünki belə bir düşüncə şəkli, bütpərəst bir inancın elmi görünüşdə yayılmağa çalışılmasından başqa bir şey deyil.

Bir gen olsaydım, içində olduğum bədəni necə idarə edərdim” deyə düşünmək; ağacdan totem heykəllər oyub bunların qarşısında diz çöküb ayinlər edən ibtidai qövmlərin düşüncəsindən fərqsizdir. Necə ki, taxta totemlərin yağış yağdırma, çayırlara camış sürüləri yayma, ya da xəstəlikləri qəbilələrdən uzaqlaşdırma kimi gücləri yoxdursa, genlərin də içində olduqları bədəni kukla kimi görüb daha yaxşı idarə etmək üçün düşünmə gücü yoxdur.

Dawkinsin özünü şüursuz molekulların yerinə qoyub bəzi düşüncələr inkişaf etdirməyə çalışması; bir qızıl dərili cadugərin, “bir taxta totem olsaydım, necə davranardım”, “təbiəti necə idarə edə bilərdim, heyvan sürülərini çayırlara necə göndərərdim, xəstəlikləri necə uzaqlaşdırardım” “təbiətin tarazlıqlarını necə dəyişdirər, necə yağış yağdırardım”, ya da “bu qəbilənin totemi olaraq həyatda qala bilmək üçün mənə olan inanclarının davamını necə təmin edərdim” kimi suallar soruşması kimidir.

Dawkinsin və onu izləyən bütün ateistlərin bu cadugərdən tək fərqi, taxtaya deyil molekullara, yəni “gen toteminə” tapınmalarıdır. Əlbəttə, nə taxtanın, nə də genlərin belə gücləri yoxdur. Bunları da kainatdakı hər şeylə birlikdə hər şeyi yaratmış olan Allah birdir, heç bir şəriki yoxdur. Allah İxlas surəsində belə buyurur:

 

“De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas surəsi, 1-4)

 

Nəticə:

Görüldüyü kimi, “Atlas” jurnalında təbliğatı edilən eqoist gen tezisi elmdən kənar cəfəngiyatdan ibarətdir.

Ateist fəlsəfənin elmdən dəstək alma dövrü bağlanmışdır. Ateizm hüceyrənin sadə bir jele yığını, variasiyaların isə sonsuza qədər davam etdiyinin zənn edildiyi bir dövrün batil inancıdır. Həyatın mürəkkəbliyi haqqındakı detalların ortaya çıxmasına qədər, ateistlərin həyatın guya özbaşına ortaya çıxdığı və növlərin bir-birlərindən təkamülləşərək var olduğu şəklindəki fərziyyələrini davam etdirmələrinə elmi çətinlik yaradan bir vəziyyət mövcud olmamışdır.

Ancaq bu portret xüsusilə, 1960-cı illərdən sonra əks istiqamətdə və çox sürətli dəyişiklik müddətinə girmişdir. Müasir elm bu dövrdə həyatın məlumata əsaslanan mürəkkəbliyini işıqlandırıb ortaya çıxarmış, ateist fərziyyələr bunlar qarşısında artıq müdafiə oluna bilməz olmuşdur. Və darvinizmlə qane olmayan ateistlərin sayı gedərək artmaqdadır. Bunun yaxın zamandakı təəccüblü nümunəsi ateizmin dünya səviyyəsindəki müdafiəçilərindən biri olan fəlsəfə professoru Antony Flewin ateizmi tərk edib, şüurlu dizaynı qəbul etdiyini açıqlaması olmuşdur. Flewin bu inanc dəyişikliyində tək səbəb elmi dəlillərdir:

 

“Bioloqların DNT araşdırmaları, həyat üçün lazımi tənzimləmələrin demək olar inanılmaz olan mürəkkəbliyini ortaya qoyaraq, həyatın təməlində şüur olduğunu göstərdi.”19

 

“Artıq törəyə bilən o ilk hüceyrənin naturalist təkamülə əsaslanan bir açıqlamasını meydana gətirməyi düşünməyə başlamaq belə həddindən artıq dərəcədə çətin bir hal almışdır.”20

 

“İlk canlının cansız maddədən təkamülləşdiyi və möhtəşəm mürəkkəb canlıya çevrildiyi iddiasının heç bir etibarlılığı olmadığına, qəti şəkildə qərara gəldim.”21

 

“Atlas” və Dawkins də elmi tapıntıların ortaya qoyduğu bu həqiqəti qəbul etməlidirlər. Bunun üçün etməli olduqları olan tək şey, gözlərini gerçəklərə qapama təkidindən imtina edib dəlilləri obyektiv olaraq qiymətləndirməkdir. “Atlas” səlahiyyətlilərinə elmdən kənar ateizm təbliğatından imtina etmələrini tövsiyə edirik.

 

 

1) Patel K., “Going the whole hog,” The Times Higher Education Supplement, 28 aprel 1995.

http://www.thes.co.uk/search/story.asp?id=41504&state_value=Archive

2) Richard Dawkins, The Blind Watchmaker, səh. 6

3) Richard Dawkins, The Extended Phenotype, N.Y.; W. W. Norton, səh. 1

4) Darwinian Fundamentalism, part 1. The New York Review of Books, 12 Haziran 1997, səh. 34-37. Evolution: The Pleasures of Pluralism, part 2. The New York Review of Books, 26 iyun 1997, səh. 47-52

5) Hastie P., “Designer genes: Phillip E. Johnson talks to Peter Hastie,” Australian Presbyterian, No. 531, okyabr 2001, səh. 4-8.

6) Richard Dawkins, The Selfish Gene, 1976 baskısının önsözü, Oxford: Oxford University Press

7) Richard Dawkins, ibid, səh. 3

8) Richard Dawkins, ibid, səh. 215

9) Michael Polanyi, “Life Transcending Physics and Chemistry,” Chemical & Engineering News, cild 45, No. 35, 21 avqust 1967, səh. 54-66

10) Phil. Trans. R. Soc. Lond. B 349 (1995): 215-218; and Richard Dawkins, “Reply to Lucy Sullivan,” Phil. Trans. R. Soc. Lond. B. 349 (1995): 219-224.

11) Judith Hooper, Of Moths and Men, W.W. Norton & Company, Inc., New York, 2002, səh. 18

12) L.R.Croft, How Life Began , Evangelical Press (1988) səh. 93-94

13) Levin, B. R.& R. E. Lenski, “Coevolution in bacteria and their viruses and plasmids, in Coevolution” 99, səh. 126-127, Futuyma D. & Slatkin M. Editors. Coevolution . Sinauer Associates, Sunderland, Mass.,1983

14) Jean Rostand, The Orion Book of Evolution, The Orion Press, New York, 1960, səh. 17

15) http://www.tbi.univie.ac.at/Origin/origin_4.html#xtocid1864527

16) Darwin, F., (Ed), Letter to Asa Gray, 3 aprel 1860, The Life and Letters of Charles Darwin, John Murray, London, cild 2, səh. 296, 1887; 1911 Edition, D. Appleton and Company, New York and London, cild 2, səh. 90-91

17) Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, “Science”, cild 212, 26 iyun 1981, səh. 1492.

18) Jonathan Sarfarti, “Refuting Evolution 2”, Master Books, Inc., P.O box 726, Green Forest, AR, 2003, səh. 197

19) Richard N. Ostling, “Lifelong atheist changes mind about divine creator”, ASSOCIATED PRESS, http://washingtontimes.com/national/20041209-113212-2782r.htm

20) Antony Flewun, “Philosophy Now” jurnalının avqust-sentyabr sayısına məktubu; Richard N. Ostling, ibid

21) Stuart Wavell and Will Iredale, “Sorry, says atheist-in-chief, I do believe in God after all”, The Sunday Times, 12 dekabr 2004, http://www.timesonline.co.uk/article/0,,2087-1400368,00.html