“Bilim ve Teknik” jurnalının aprel 2003-cü il tarixli sayında “Yaşlı göllərdəki həyat növlərin ortaya çıxışına işıq tutur” başlıqlı yazı nəşr olundu. Amerikan elm jurnalı “Science” 31 yanvar 2003-cü il tarixli sayındakı bir məqalədən alınan yazıda, Baykal (Asiya) və Viktoriya (Afrika) göllərindəki canlı növləri ilə əlaqədar, bəzi təhriflər ortaya qoyulur. Göldəki canlıların həmişə bir növlərə ayrılma halında olduğu və guya təkamülləşdikləri irəli sürülürdü.
Ancaq bu iddialar, etibarsızdır. “Science” və “Bilim ve Teknik” jurnallarında bəhs olunan növlər, “təkamül” deyil. Maraqlı şəkildə, “Bilim ve Teknik” jurnalı, genetika elminin, təkamülü etibarsız edən tapıntılarını qəbul etmir, hətta, bunları nəzəriyyənin lehinə təhrif edir. Bu yazıda, “Bilim ve Teknik” bəhs olunan təhrifləri gözlər önünə səriləcək.
Yazıda, dünyanın ən böyük şirin su ehtiyatı olan “Baykal” gölündə, geniş şəkildə yaşayan amfipod növündən danışılır. Göldə, boyu 2-80 mm. arasında dəyişən və qabıqlı dəniz canlısı olan amfipodların 350 növünün yaşadığı bildirilir. “Bilim ve Teknik” jurnalı, bu növlərin, göl dibindəki geoloji xüsusiyyətlərdən qaynaqlandığını və bu xüsusiyyətlərin yeni növlər ortaya çıxmasında əhəmiyyətli rol oynadığını bu cümlələrlə iddia edir:
“… Görünür, Baykal gölünün təbəqələşmə formasının növlərinin ortaya çıxışına təsir edir. Nümunə vermək lazım olsa, Amfipod cinslərindən Plesiqemmarsda, bir-birinə çox yaxın altı növün, çox müxtəlif xüsusiyyətdə yerləri mənimsədikləri görünür. Məsələn, böyük gözlü və uzun antenalı P. zaynkeviciz, kobud dənəli, yeni əmələ gəlmiş çöküntülərin üstündə yaşayır. Bir tərəfdən kiçik gözləri və qısa antenası ilə P. Brevis, daha incə dənəli çöküntü təbəqəsində açdığı oyuqlarda gizlənir. Bu iki növün, orta boyda gözləri və orta uzunluqda antenaları olan qohumlara sahib olduğunu da, ifadə etmədən keçməyək. Bir heyvan növü, bir lay növünə uyğunlaşdıqca, o biri laylarda yaşayan çox yaxın qohumları belə cütləşmə “bacarığını” itirə bilir.”
“Bilim ve Teknik” jurnalı Baykal gölündəki müxtəlif növlərin “ekoloji xüsusiləşməyə bağlı olaraq ortaya çıxdığı iddiasından sonra, Afrikanın Tanqanika, Malavi və Viktoriya göllərində yaşayan Tsixlosom balıqlarının, guya təkamülünü araşdırma işlərindən danışır. Ancaq təkamüldən danışılmasına qarşı bu haqda heç bir elmi dəlil ortaya qoyulmur yalnız fərziyyələrə yer verilir.
Göllərdə yaşayan müxtəlif görünüşlü 1400 növ Tsixlosom balığının bir çoxunun yaxın zamanda “təkamülləşdiyi” iddia edilir. Ancaq bu, təkamülün necə reallaşa biləcəyinə dair şərh etmək yerinə yalnız tədqiqatçıların Tsixlosomlarda “sürətli dəyişən” DNT bölgələrini təyin etməyə çalışdıqları izah edilərək, haqqında danışılan təkamülün sübutu əhəmiyyətsiz edilməkdədir. Yazıda “Sürətli dəyişən DNT bölgələri” şəklində xəyali fikir yaradılması da, heç bir şəkildə açıqlanmır. “Bilim ve Teknik” jurnalı “Yaşlı göllərdəki həyat növlərin ortaya çıxışına işıq tutur” başlığı ilə verdiyi yazıda amfipod və ya tsixlosomların hansı təkamüllü mexanizm sayəsində növlərə ayrıla biləcəyi haqqında elmi sübutlar ortaya qoymur, bu növlərin guya təkamüllə ortaya çıxışına “işıq tutmur”. Jurnal, yalnız darvinizm doqmasını göllərdəki balıq müxtəlifliyinə uyğunlaşdırır və “uyğunlaşmağı təmin etmək”, “növlərin ortaya çıxışı”, “təkamül” və “sürətli dəyişən DNT bölgələri” kimi xəyali fikirlər ortaya atır. Bu təkamüllü anlayışlar arasında, göl canlılarındakı müxtəlifliyi təkamüllü çərçivədə açıqlayan əsaslı əlaqələr belə ortaya qoyulmadan, oxuculara darvinizm doqması təlqin edilir.
Əslində bu yazı, təkamül nəzəriyyəsinin lehinə elmi dəlil olmadığı üçün, elmi cavab da tələb etmir. Ancaq, “Bilim ve Teknik” bu yazı, mediada tez-tez rast gəldiyimiz və “təkamül fəaliyyətdədir (evolution an action)” deyişi ilə şüar edilən təkamül təbliğatına gözəl nümunə meydana gətirir. “Bilim ve Teknik”dəki yazı çərçivəsində bu təbliğatın təkzibini diqqətinizə təqdim etmək məqsədi ilə Baykal gölündəki amfipod müxtəlifliyini böyüdücü ilə baxmaqda fayda görürük.
Təbliğatın arxasındakı həqiqətlər
“Təkamül fəaliyyətdədir” təbliğatının təməl ünsürləri “növləşmə” iddiası və buna yoldaşlıq edən “uyğunlaşmanı təmin etmək” qabiliyyətidir. “Bilim ve Teknik”də gölün dibindəki müxtəlif təbəqələşmənin amfipod müxtəlifliyində rol oynadığı, hətta müxtəlif növlər əmələ gətirdikləri irəli sürülür. Ancaq, amfipodların göl dibindəki təbəqələşməyə diqqət yönəldəcək şəkildə növlərə ayrılmaları “təkamül” deyil.
Çünki bəhs olunan növlərə ayrılma, ya da dəyişiklik (antena və göz quruluşundakı kimi) təkamül nəzəriyyəsinin “növlər sadədən kompleksliyə doğru mərhələlərlə inkişaf edərək təkamülləşmişdir” fikrinə qatılmamışdır. Təkamül nəzəriyyəsinin canlılardakı kompleks quruluşların təsadüfən ortaya çıxan sadə xəyali hüceyrədən təkamülləşdiyi iddiası nəzərə alınsa, xəyali təkamül prosesi boyunca canlıların DNT-sinə həmişə genetik məlumat əlavə olunmağı, bunun da, amfipod müxtəlifliyi kimi növləşmə iddialarında müşahidə edilməsi lazımlıdır. Halbuki, amfipod növlərə ayrılmasında, genetik məlumatda ən kiçik bir artımdan söhbət gedə bilməz.
Amfipodların göz və antenalarındakı dəyişiklik, növün genetik məlumat potensialını heç bir şəkildə dəyişdirməmişdir. Qısa və ya uzun antena, ya da iri və ya kiçik göz, amfipod üçün yeni genetik məlumatdan qaynaqlanan bir xüsusiyyət deyil. Bu xüsusiyyətlərin məlumatı amfipodun DNT-sində onsuz da mövcuddur. Dəyişik görünüşləri ilə ortaya çıxan amfipodlar da, yeni bir növ deyil, “gen hovuzu”nda reallaşan uyğunlaşmaların nəticəsi olan variasiyalardır. Ortaya çıxan variasiyalar, (Aşağıda şəkilləri görülən Gret Dane ilə Pekinese arasında olduğu kimi) bir-birlərindən nə qədər fərqli görünsələrsə-görünsünlər, həmişə eyni canlı növündədir.
Məsələn, son vaxtlar “pitbul” cinsindən olan itlər, “seçici cütləşdirmə” üsulu ilə əldə edilmişdir. Əvvəllər bu görünüşdə itin olmamağı, pitbulların təkamüllə ortaya çıxdığını göstərməz. Yeni cinslər əldə etmək üçün it yetişdirənlər, cütləşdirdikləri itlərdə, hər dəfə müxtəlif genetik uyğunluqlar əmələ gətirərək yeni cinslər ortaya çıxardırlar. Pitbulun genetik məlumatları digər bütün cinslərlə birlikdə “Kenis” sinfinin yəni itin gen hovuzunda olar. Amfipodlardakı növlərə ayrılmada isə, “seçici cütləşdirmə” yerinə göldəki qaya quruluşu seçici rol oynayır. Qaya quruluşları amfipodların antena uzunluğu və ya göz iriliyi üzərində məhdudlaşdırıcı rol oynayaraq, onları bir ələkdən keçirir və ancaq müəyyən antena və göz quruluşuna sahib olan amfipodların bəslənib ovçulardan qorunaraq, həyatda qalmasına icazə verir. Göldə yer dəyişdirən amfipodlar qarşılaşdıqları hər yeni növ qaya üçün, bu prosesdən keçir və ortaya qayaya “uyğunlaşmanı təmin edən” amfipodlar çıxır.
Ancaq uyğunluq təmin edən heç bir amfipod, bir başqa növə, məsələn xərçəngə çevrilməz. Çünki növlər, bir-birlərindən genetik divarlarla ayrılmışlar və variasiyalar heç vaxt yeni növ mənasını verməz. Bunu təkamülçü olsa da, olmasa da, hər bir elm adamı, həqiqət kimi bilir və arada dilə gətirir. Məsələn “Darvin Retred” adlı kitabın yazıçısı Norman Makbet bu haqda belə deyir:
“Problem, canlıların həqiqətən də, sərhədsiz formada variasiya göstərib- göstərmədikləridir… Növlər, hər zaman üçün sabitdirlər. Bitkiçilərin və heyvandarların yetişdirdikləri müxtəlif bitki və heyvan cinslərinin, müəyyən bir nöqtədən irəli getmədiyini, hətta həmişə orijinal formalarına geri döndüyünü bilirik.” Norman Macbet, Darvin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, səh. 33.
Bioloq Edvard Divey də, variasiyanın həmişə müəyyən genetik sərhədlər içində reallaşdığını belə izah edir:
“Çarpazlama cütləşdirmə üsulu ilə çox əhəmiyyətli nəticələr əldə edilmişdir… Amma, nəticədə, məsələn, buğda elə buğda qalmışdır, üzümə çevrilməmişdir. Donuzlarda qanad əmələ gətirməyimiz də, quşların yumurtalarını silindr şəklində çıxarmaları qədər qeyri-mümkündür. Daha da, aktual nümunə, son əsr ərzində dünyadakı kişi sayında görünən boyların ortalama yüksəlməsidir. Daha yaxşı qidalanma və baxım şərtləri sayəsində, kişilər son əsrdə rekord sayılan boy ortalamasına çatmışdır, amma bu artım, gedərək dayanma nöqtəsinə gəlmişdir. Çünki vara biləcəyimiz genetik sərhədə dayanmış vəziyyətdəyik”. Edward S., Jr. 1967. The Reply: Letter from Birnam Wood, Yale Revie,. 61:631-640.
Yeni variasiyaların bir-birləri ilə cütləşməmələri bunların təkamüllə ortaya çıxan yeni növlər olduğunu göstərməz.
“Bilim ve Teknik” jurnalında amfipod müxtəlifliyi haqqında bəhs edilərkən “Bir heyvan növü, bir təbəqəyə uyğunlaşdıqca, çox yaxın olan digər təbəqələrdə yaşayan qohumları ilə, belə cütləşmə bacarığını itirə bilər” ifadələrinə yer verilir və bu vəziyyəti növləşmə iddiasına dayaq kimi təqdim edir. Halbuki yeni variasiyaların köhnə variasiyalarla cütləşməmə meylləri, onları bir başqa növə çevirməz.
Məsələn yuxarıda şəkillərini verdiyimiz Qret Dane ilə Pekinese cinsindən olan itlər öz görünüşlərinə oxşar itlərlə cütləşməyə meyllidirlər, amma ikisi də itdir. Digər tərəfdən bəzən müxtəlif növlər arasında, məsələn at ilə eşşək, canavar ilə it arasında cütləşmə reallaşa bilir. Bir sözlə, cütləşmə meyllərinin, növləri ayıran bir divar kimi alınması, yalnız ön mühakimələrlə əlaqədardır. Yeni amfipod variasiyaları, köhnələri ilə cütləşmələrinə maneə törədən heç bir genetik xüsusiyyət qazanmamışlar. Necə ki, bunlar laboratoriya mühitində asanlıqla cütləşdirilə bilər və əldə edilən balalar da, sağlam olar.
Aydın göründüyü kimi, amfipodlardakı ətrafa uyğunlaşma qabiliyyəti və buna yoldaşlıq edən görünüş dəyişiklikləri təkamül nəzəriyyəsinə dayaq məqsədi ilə “növləşmə” kimi təhrif edilir. Bu təhrif etmələr, demək olar hər gün qarşımıza çıxır və dünyanın müxtəlif bölgələrində yaşayan canlıların bənzər adaptasiya nümunələri hesabat aparılaraq “təkamül işləyir” təbliğatı aparılır. Bəhs edilən canlı, heç bir nümunədə yeni genetik xüsusiyyətlər qazanmadığı halda, ortaya yeni növlərin çıxdığı iddiaları başlıqlara daşınır. Tamami ilə saxta olan “təkamül işləyir” təbliğatının altında yatan məqsəd isə aydındır. Kütlələrdə təkamülün geniş miqyasda da işləyən proses olduğu təəssüratı, daha doğrusu illüziya yaradılmasıdır.
Məsələn, balinaların, bir gün dənizə girən itlərin suda yaşamağa uyğunlaşmağı təmin etməsi ilə ortaya çıxdıqları, ya da quşların, ağaclarda yaşayan sürünənlərin ağacdan-ağaca atlayaraq qanadlanıb uçmağa uyğunlaşmağı nağıllarına inanmağımız gözlənilir. Halbuki, bir canlının bir mühitə uyğunlaşmağı, ancaq uyğunlaşmada lazımlı xüsusiyyətlərin, genetik məlumatının, canlının DNT-sində hazır olduğu halda mümkündür. Bir amfipodun antenasını qısaldan adaptasiya amfipodun DNT-sində olan məlumat sayəsində mümkündür. Ancaq nə bir it, balina üzgəcinin genetik məlumatına malikdir, nə də, bir sürünən, quş tükünün genetik məlumatına… “Bilim ve Teknik” jurnalında danışılan amfipod və tsixlosom “təkamülü” iddialarının təkamül nəzəriyyəsinə heç bir elmi dəlil gətirmədiyi aydındır. “Bilim ve Teknik” jurnalı sadədən kompleksə doğru inkişaf iddiasındakı, yəni xəyali ilk hüceyrənin maqnoliya, qartal, fil, insan və dinozavrlara çevrildiyini irəli sürən təkamül nəzəriyyəsini dəstəkləmək istəyirsə, təsadüfi mutasiyalar nəticəsi, bir canlının DNT-sinə “məlumat” əlavə olunaraq yeni xüsusiyyətlər qazandığını göstərən tapıntılar ortaya qoyması, fosil qeydlərindən də bu “böyük” çevrilmələrin izlərini göstərən nümunələr göstərməsi lazımdır. Ancaq bu məqsədlə edəcəyi hər cəhd, jurnal üçün faydasız bir səy olacaq.
Təsadüfi mutasiyalar təsirli olduqları vaxt, həmişə orqanizm üzərində təxribat əmələ gətirər, onları daha kompleks həyat formalarına çevirmək bir tərəfə qalsın, şikəst buraxar və ya öldürərlər. “Bəlkə kiçik də olsa, bir ehtimal, təsadüfi mutasiyaların təkamülləşdirdiyi canlılar fosil qeydlərində tapıla bilər” ümidi ilə fosilləri araşdırmaq da fayda verməz. Paleontologiya göstərir ki, keçmişdə yaşamış və indiki vaxt da, yaşayan bütün növlər, fosil qeydlərində birdən ortaya çıxmış və yüz milyonlarla il boyunca heç bir dəyişikliyə uğramamışdılar.
Nəticə
“Bilim ve Teknik”də irəli sürülən iddialar, nəzəriyyələrini dəstəkləyən hər hansı elmi tapıntıdan məhrum təkamülçülərin çarəsizliyini açıq-aydın göstərir. Elmin tapıntılarından ümid etdiyini tapa bilməyən jurnal, kiçik dəyişikliklər göstərən variasiyaları, təkamül təbliğatına vəsait edir, etdikləri səhv şərhlərlə kütlələri, indiki milyonlarla canlı növünün təkamüllə ortaya çıxdığı nağılına inandırmağa çalışır.