Keçmiş “Radikal” qəzetinin yazarı Mine Kırıkkanat, 6 sentyabr 2003-cü il tarixli və “Terrorun kimyası” başlıqlı yazısında, internet saytımızı göstərək belə yazırdı:

 

“… Türkiyədə islami təbliğat vahidlərinin, Darvinin adını ağzına alanları hədəf göstərdiyi, “Təkamül nəzəriyyəsi”nə qarşı virtual savaş açdığı veb saytı belə var.”

 

Əvvəl bu tərifdəki səhvləri düzəltmək, sonra da hörmətli Mine Kırıkkanatın digər yanılmalarını açıqlamaq lazımdır.

Yuxarıdakı tərif səhvdir, çünki saytımız “NETCEVAP” “təbliğat vahidi” deyil, elmi həqiqətləri Türk cəmiyyətinə izah etmək və elmi həqiqətlərə zidd olmasına baxmayaraq elm örtüyü altında təlqin edilən xurafatların (məsələn, darvinizmin) etibarsızlığını ortaya çıxarmaq üçün qurulmuş “mədəni xidmət” çalışmasıdır.

Bundan əlavə saytımızda kimsəyə “savaş açmır”, yalnız təkamül nəzəriyyəsini müdafiə edən yazarların yanılmaları, elmi, səviyyəli və hörmətli üslubla açıqlanır. Hörmətli Kırıkkanatın “tənqid” ilə “savaş açmaq” anlayışları arasındakı nəhəng fərqi asanlıqla anlaya biləcəyini düşünürük.

Özünün dünya görüşündəki yanılmalar isə aşağıdakı kimidir.

 

Mine Kırıkkanatın pozitivist yanılması: “Elm və din qarşıdurması”

Hörmətli Kırıkkanat, “Şüurlu elmin hər yeni addımı bir din tabusunu yox edir” deyə yazır və bu iddianın üzərinə detallı arqument inşa edir.

Halbuki yanılır. Yanılması, “din və elm qarşıdurma halındadır” şəklindəki XIX əsrdə ortaya atılmış ibtidai pozitivist doqmanı hələ də keçərli sanmasındadır. Halbuki əgər elmi ədəbiyyatı bir az daha yaxından araşdırsa, bəhsi keçən şablonun çox səhv olduğunu və bunun da açıqca ortaya çıxdığını asanlıqla görə bilər.

Axırıncı yarım əsrin elmi tapıntıları, dinlə ziddiyyət təşkil etmək bir tərəfə, İlahi dinlərin maddi kainat haqqında öyrətdiyi həqiqətləri bir-bir təsdiqləmişdir. Əvvəl kainatın, eynilə İlahi dinlərdə öyrədildiyi kimi, bir başlanğıcı olduğu, “yox” ikən “var” edildiyi, yəni yaradıldığı, “Big Bang” nəzəriyyəsi ilə dəstəklənilmişdir. Ardından, 1970-ci illərdə, astronomlar və fiziklər, “Anthropic principle” (İnsani qanun) dedikləri əhəmiyyətli gerçəyi kəşf etmişlər. Bunun mənası belədir: Kainatdakı bütün fiziki parametrlər, insan həyatı üçün tam olması lazım olduğu kimidir. Məşhur astronom Paul Davies, inanclı bir adam olmamasına qarşı, “Tanrı və Yeni fizika” adlı kitabında bu şərhi edir:

 

“Çox kiçik riyazi dəyişikliklərə həssas olan kainatın indiki quruluşunun, çox diqqətli şüur tərəfindən ortaya çıxarıldığına qarşı çıxmaq çox çətindir… Təbiətin ən fundamental tarazlıqlarındakı həssas riyazi tarazlıqlar, kosmik dizaynın varlığını qəbul etmək üçün olduqca güclü dəlildir.”

 

Təbiət elmləri də “kosmik dizaynın” varlığının dəlillərini ortaya çıxarır. Xüsusilə biokimya sahəsində edilən inqilabi kəşflər, həyatın Darvinin və onun tərəfdarlarının sandığı kimi sadə olmadığını, əksinə çox kompleks sistemlərlə dolu olduğunu və bunların ancaq “dizayn”la açıqlana biləcəyini göstərir.

Bu yeni kəşflərin gücü sayəsindədir ki, 90-cı illərin ikinci yarısından etibarən təkamül nəzəriyyəsi ABŞ-da enişə keçmiş, sırasıyla Kanzas, Georgiya, Ohayo kimi əyalətlərdə, məktəblərdə təkamül nəzəriyyəsinin etibarsızlığını göstərən dəlillərin də öyrədilməsi lazım olduğu qərara bağlanmışdır. Təkamül nəzəriyyəsinə qarşı ən güclü müxalifət, “Şüurlu dizayn hərəkəti” (Intelligent design movement) adlı intellektual cəmiyyətdən gəlir. Bu hərəkətin bütün üzvləri ABŞ-ın əhəmiyyətli universitetlərində karyerləri olan elm adamlarıdır. Hətta 70-ci illərdə həyatın mənşəyi və kimyəvi təkamül mövzusundakı tezisiylə təkamül nəzəriyyəsinin qeydə dəyər müdafiəçilərindən biri halına gələn Prof. Dean Kenyon da elmi inkişaflar qarşısında təkamül tərəfdarı düşüncələrini tərk etmişdir. Kenyon, bu gün “Şüurlu dizayn hərəkəti”nin bir üzvüdür və həyatın mənşəyinin təkamüllə deyil, ancaq şüurlu yaradılışla açıqlana biləcəyini müdafiə edir.

Qısaca, astronomiya, fizika, biologiya kimi elm sahələrindəki inkişaflar, Mine xanımı da yanıltmaqda olan 19-cu əsrin pozitivist/ateist doqmalarını yuyarkən, yaradılışın və dolayısilə Yaradıcının varlığının dəlillərini açıqca ortaya qoymaqdadır.

Mine xanıma da on ildən əvvəl əriməyə başlamış pozitivist doqmanı bir kənara buraxmasını və elmin həqiqi səsini dinləməsini təklif edirik.

 

Hörmətli Mine Kırıkkanata görə “İnsanın xəyali atası”

Mine xanımın təkamül nəzəriyyəsi haqqındakı məlumatları da olduqca keçmişə əsaslanır. Məsələn, Lucyni hələ də “insanların atası” sanır. Halbuki bu arqument, təkamül nəzəriyyəsinin ən qərarlı müdafiəçiləri olan paleontoloqların çoxu tərəfindən tərk edilmişdir. Məsələn, məşhur fransız elm jurnalı “Science et Vie”, may 1999-cu il sayında bu mövzunu qapaq etmişdir. Australopithecus afarensis növünün ən əhəmiyyətli fosil nümunəsi sayılan Lucyni mövzu alan jurnal, “Adieu Lucy” (Əlvida Lucy) başlığını istifadə edərək Australopithecus növü meymunların insan soyunun mənşəyi olmadığı və bunların soy ağacından çıxarılması lazım olduğunu yazmışdır.

21 mart 2003-cü il tarixli “USA Today” qəzetində Tim Friend tərəfindən qələmə alınan məqalədə isə insanın birbaşa atası göstərilən Lucynin (Australopithecus afarensis) insanın şəcərəsindən çıxarılması lazım olduğunu yazır.

Yalnız Lucy əfsanəsi deyil, bütün “insanın təkamülü” nağılı elmi dayaqdan məhrumdur. (Baən: Harun Yəhya, Həyatın həqiqi hənşəyi)

 

Dinin “Asan olana qaçmaq” olduğu yanılması

Mine xanımın ifadələrində intellektual dayaqlarının olduqca “köhnə” olduğunun dəlilləri gözə dəyir. Din və elm haqqındakı düşüncələrinin hamısı, XIX əsr pozitivizminə əsaslanır. “İnsanın ölüm qorxusuyla, Allaha sarıldığı, dinə sığındığı” şəklindəki şərhinə qaynaq göstərdiyi Quinte-Curce isə daha da keçmişə aiddir: Miladdan sonra I əsr! Halbuki hörmətli Kırıkkanat əgər daha yaxın dövrün mütəfəkkirlərinin fikirlərini oxusa, bu kimi klassik “din əleyhdarı” arqumentlərin çürüdüldüyünə şahid ola bilər. Məsələn, XX əsrin ən əhəmiyyətli “Teist” mütəfəkkirlərindən biri olan C. S. Lewis, din əleyhdarları tərəfindən qarşıya qoyulan “din, asan olana qaçmaqdır” şəklindəki klassik və səthi iddianın nə qədər yanlış olduğunu detallarıyla izah etmişdir. Lewisə görə, dindar insanın “asan olana qaçması”ndan söz gedə bilməz, çünki:

 

1) Din insanın ehtiraslarını düzəltməsini əmr edir. Əsas dini əhəmiyyətsiz edərək ehtiraslarının arxasından gedənlər “asan olana qaçanlar”dır.

2) Din, insanların kainatın gözlə görülən səthi tablosunun ardındakı həqiqəti axtarmasını istəyir. Bu həqiqəti əhəmiyyətsiz edən, yalnız səthiliklə kifayətlənənlər “asan olana qaçan” kəslərdir.1

 

Nəticə

Hörmətli Kırıkkanat, dünyaya səhv bucaqdan baxır. Bu səbəblə də din və elm arasında qarşıdurma yaşandığını, rasionalizm ilə materializmin eyni şey olduğunu hesab edir. Halbuki həqiqətdə rasionalizm, yəni ağıl, insanı Allahın varlığını fərq etməyə aparır. Günümüzdəki intellektual qarşıdurma isə, din və elm arasında deyil, elmlə materializm arasında keçir. Elm, darvinizm kimi materialist nəzəriyyələri təkzib edən həqiqətləri ortaya qoyur, buna qarşılıq isə hələ XIX əsr pozitivizminin təsirindəki bəzi materialist zehinlər doqmatıq müqavimət göstərir və bu həqiqətləri qəbul etmirlər.

Mine xanıma elmi inkişafları daha yaxından izləməsini təklif edirik.