“Animal Planet” adlı televiziya kanalında 26 mart 2003-cü il tarixində “Çita: Sonu əvvəli” adlı sənədli film yayımlandı. Sənədli filmdə gedərək azalmaqda olan çita sayını qurtarmaq üçün müxtəlif cəhdlər edən təbii həyat könüllülərinin səyləri ələ alınırdı. Say azalmasının altında yatan faktorlar araşdırılır, Afrikalı heyvan yetişdiricilərinin bunda əhəmiyyətli rol oynadıqları izah edilirdi. Fermerlər, heyvanlarını təhdid edən çitaları tüfənglə ovlayaraq saylarını əhəmiyyətli ölçüdə azaldırdılar. Problemi ortadan qaldırmaq üçün uzun mübarizə verən könüllülər, problemə təsirli çözüm gətirməyi nəhayət bacardılar.

Türkiyədən gətirib fermalara paylanan Kanqal cinsi çoban itlərlə, həm çitaların heyvanlara yaxınlaşması, həm də fermerlərin çitaları tüfənglə vurmasına maneə törədilmiş olurdu.

Proqramda çita sayını qorumaqdan başqa çitalar haqqında ümumi məlumatlar da verilirdi. Dünyanın ən sürətli qaçanı olan çitaların üstün ovlanma qabiliyyətləri izah edilir və ailə həyatları araşdırılırdı. Ancaq “Animal Planet” kanalı, çitaların mənşəyi haqqında əhəmiyyətli yanılma ortaya qoyur və bu ifadələrə yer verirdi:

 

“Pişikkimilərin milyonlarla ildə keçirdiyi təkamülə baxmayaraq, indi gördüyünüz bu mükəmməl vəhşi pişik həyatının ən böhranlı dövrünü yaşayır.”

 

“Animal Planet” burada, çitaların daxil olduğu pişikkimilər familiyasının təkamüllə ortaya çıxdığını qarşıya qoymaqdadır. Halbuki, bu iddia yalnız kanalın darvinist ön fikirlərinə əsaslanır. TV kanalı çitaların milyonlarla illik sözdə təkamülünə heç bir elmi dəlil göstərməməkdədir. “Çitalar milyonlarla il içində ortaya çıxdı” iddiasını etmək, çitaların təkamüllə “necə” ortaya çıxmış ola biləcəklərini açıqlamaz. “Animal Planet” burada təkamül təlqin etməkdə ancaq yalançı üsulla pişikkimilərin mənşəyi mövzusunu gözdən qaçırmaqdadır. Gerçəkdə həm pişikkimilərin (Felidae), həm də digər məməli ailələrinin mənşəyi təkamül nəzəriyyəsi baxımından naməlumdur. Fosil qeydləri bütün məməlilərin birdən ortaya çıxdıqlarını və ortaq ataları olmadığını göstərməkdədir.

citaDigər yandan pişikkimilərin kompleks bədən dizaynı da təkamüllə açıqlana bilməz. Bir çita, sahib olduğu mükəmməl dizayn sayəsində ən üstün qaçışçıdır: Yay kimi dartıla bilən onurğası, uzun ayaqları və əzələlərinin quruluşu sayəsində saatda tam 125 km. sürətlə qaça bilər. Ayaqlarında olan və bir avtomobil şinindəki dişlər kimi vəzifə yerinə yetirən pəncələri, basdığı anda yerə keçərək möcüzə çəkiş gücü təmin edər. Bir tarazlıq orqanı kimi işə yarayan quyruğu çitanın bir ovun arxasında sürətlə qaçdığı sırada ani manevrlər etməsini mümkün edər.

Çitadaki bu detallar araşdırıldığında bunların, canlının sürətli qaçmasını təmin edəcək şəkildə bir araya gəldiyi və uyğunlaşma içində çalışdığı görülür. Burada bir mühəndislik dizaynı olduğu açıqdır. Ancaq “Animal Planet” bu dizaynın mənşəyiylə əlaqədar tamamilə həqiqətdən kənar iddia ortaya qoymaqdadır. Sənədli filmdə bu dizaynın, çitanın “təkamüllü mühəndisliyinin” bir məhsulu olduğu iddia edilməkdədir. Əslində bu iddia təkamül nəzəriyyəsinin öz məntiqi içində belə müdafiə oluna bilməz bir iddiadır. Çünki bir çita və ya hər hansı bir başqa canlının öz-özünü təkamülləşdirməyəcəyini təkamülçülər də qəbul etməkdədirlər. Bir canlının “ayaqlarım bir az daha uzun və onurğam da dartınacaq quruluşda olsaydı, daha sürətli qaçardım” deyə düşünüb bədən dizaynını dəyişdirə biləcəyi düşüncəsi tamamilə axmaqlıqdan ibarətdir. Bu səbəbdən çitanın hər hansı bir mühəndislik reallaşdırması qeyri-mümkündür. Digər tərəfdən mühəndisliklə təkamülün uyğun gəlməsi də eyni dərəcədə axmaqlıqdır.

Təkamülçülər nəzəriyyələrini müdafiə etmədə təsadüfi mutasiya və təbii seleksiya kimi “kor” mexanizmlərə əsaslanarlar. (Təbii seleksiya və təsadüfi mutasiyaların heç bir təkamülləşdirici gücü yoxdur.) Bu xəyali mexanizmlər əvvəldən təyin olunmuş bir modelə görə deyil, təsadüfən təsirli olarlar və mutasiyaların təsiri daim zərərlidir, canlıya bir üstünlük və faydalılıq xüsusiyyəti təmin etməz. Digər yandan mühəndislik, hədəfi əvvəldən təyin olunmuş bir dizaynın, mərhələlərlə və şüurlu olaraq reallaşdırıldığı bir müddətdir. Qısacası, “təkamüllü mühəndislik” ifadəsi boş sözdən ibarətdir.

Hər hansı mühəndislik məhsulu bir dizayn, məsələn bir kompüter gördüyümüzdə bunun bir mühəndis tərəfindən hazırlandığını anlayarıq. Heç bir ağıllı insan kompüterin yağış, külək və şimşək kimi təsadüfü təbiət hadisələriylə meydana gəldiyini müdafiə etməz.

Çitadakı dizayn isə ən kompleks kompüterdəkindən daha üstün mühəndislik möcüzəsidir. Və bu dizayn, yüklü miqdarda “məlumata əsaslanandır”. Çitanın DNT-sindəki məlumat, hər hansı bir kompüterin istehsalında istifadə edilən məlumatdan minlərlə dəfə çoxdur. Çitanın kamuflyaj təmin edən dərisi, ayaqlarının uzunluğu, ovunu parçalamağa yarayan diş quruluşu, qaçış əsnasında çəkiş gücünü artıran pəncələri və bədənini bir yay kimi irəli atan onurğasına aid bütün məlumatlar, burada saymadığımız başqa bir çox orqan və sistemin məlumatıyla birlikdə çitanın DNT-sində kodlaşdırılıb. Əgər bu məlumatlar kağıza yazılsa, çoxlu sayda cilddən ibarət ensiklopediya ortaya çıxacaq. Belə çox miqdardakı mühəndislik məlumatının kor təsadüflərlə meydana gəlmiş olması, ən inkişaf etmiş kompüterin istifadə kitabının bir meymunun təsadüfi düymələrə basması nəticəsində yazıldığını söyləməkdən belə daha ağılsız bir iddiadır.

Bütün bunlar çitanın kor təsadüflərin deyil, üstün Ağıl və Güc sahibi Yaradıcımız olan Allahın əsəri olduğunu göstərir.

 

Nəticə

“Animal Planet” kanalındakı iddialar həvəskar bir təkamül təbliğatından başqa bir şey ortaya qoya bilməməkdədir. Kanal köhnəlmiş darvinizm inancını elmi həqiqətmiş kimi tamaşaçılarına təlqin etməyə çalışmaqdadır. Bunu da açıqca etməməkdə, çünki ortaya qoya biləcəyi bir “təkamül dəlili” tapa bilməməkdə, bunun yerinə araşdırdığı canlıları təsvir edərkən hərdən “təkamül” sözünü deməyi seçməkdədir. Televiziya kanalına tövsiyəmiz müasir elmin tapıntılarını obyektiv şəkildə yenidən qiymətləndirməsidir. Beləliklə, kor-koranə inandıqları darvinizmin necə böyük yanılma olduğunu anlamaları mümkün ola biləcək.