“TRT 1 TV” kanalında, yayımlanan “Təkamülləşən həyat” sənədli filmi, təkamül nağılının bir başqa cəhətindən bəhs etdi. İlk, çoxhüceyrəli canlıların necə ortaya çıxdığı, genetik elmi istifadə edilərək izah edilməyə çalışıldı. Bu cavabımızda, canlılardakı quruluşun təkamüllə izah oluna bilməyəcəyi və genetik məlumatların təkamüllə uyğun gəlməyəcəyi irəli sürülür.

SÜNGƏRDƏKİ QURULUŞ TƏKAMÜLLƏ AÇIQLANA BİLMƏZ

Canlılardakı quruluşun mənşəyi, təkamül nəzəriyyəsinin məntiqli şərh edə bilmədiyi ən fundamental (əsas) suallardan biridir. Bir-birindən müstəqil çalışa bilən hüceyrələrin birlikdə hərəkət etməyə başlamaları üçün bir səbəb yoxdur. Ancaq, çoxhüceyrəli canlıların hamısında, müxtəlif hüceyrələr ortaq məqsəd üçün, birlikdə və olduqca mütəşəkkil şəkildə işləyərlər. Süngər (Dənizdə yaşayan ibtidai, çoxhüceyrəli, bitkiyəoxşar heyvan tipi), hüceyrələrin bu qüsursuz quruluşuna bir nümunədir.

Sənədli filmin əvvəlində, tamaşaçıya bir-birindən müstəqil yaşayan süngər hüceyrələrinin, bir gün necə oldusa, aralarında qərara gəlib, birlikdə işə başladıqlarına dair bir hekayə danışılmışdır. Hətta adət olunan təkamül nağılına uyğun olaraq, “hər necə oldusa, hüceyrələr birlikdə işləyə bildikləri bir dil tapdılar” deyilmişdir. Halbuki, təkamülçülərin xəyal dünyasına aid olan bu əfsanəvi izahat, əslində tamamilə ziddir.

“Porifera” filumundan bir heyvan olan süngər, sadə görünməsinə baxmayaraq olduqca kompleks hüceyrələrdən əmələ gəlir. İki lay şəklində mütəşəkkil olan hüceyrələr, süngərin içində həmişə bir su axıntısı əmələ gətirir. Bir tərəfdən suyun içindəki planktonlar, filtrdən keçirilib həzm edilərkən, digər tərəfdən tullantı maddələr də, axıntıya buraxılaraq uzaqlaşdırılır. Beləliklə, süngər, içində xüsusi bir axıntı yaradılmış bir baca kimi həmişə işləyər.

Bu cür birlikdə iş prinsipinə, hüceyrələr öz başlarına qərar verə bilməzlər. Çünki bir-birlərinə yapışmalarını təmin edən xüsusi əlaqə nöqtələri ilə, birlikdə yaradılarlar. Süngər hüceyrələri, yanaşı gələndə, bu əlaqə nöqtələri asanlıqla bir-birlərinə kilidlənər və mütəşəkkil çoxhüceyrəli görünüş ortaya çıxar. Qısacası, süngər hüceyrələri birlikdə çalışmaq üçün hazırlanmışlar. Bir yerdə olanda, dərhal xüsusiləşib, olduqları layla əlaqədar, vəzifəni boynuna götürərlər. İxrac etdikləri fermentlər və kimyəvi maddələr həzm etmə üsulları ilə, süngər hüceyrələri olduqca kompleksdirlər.

Bu quruluş, onların öz məlumatları daxilində deyildir. Çünki hüceyrələrin beyni, sinir sistemi və şüuru yoxdur. Buna görə, “hüceyrələrin öz başlarına bir ünsiyyət dili icad etmələri” mümkün deyil. “TRT 1” ekranlarında göstərilən “hər necə oldusa hüceyrələr birlikdə çalışa bildikləri bir dil tapdılar” ifadəsi, “boyalar öz aralarında birtəhər bir dil tapıb, Mona Lisa portretini çəkdilər” demək qədər axmaq və həqiqətdən uzaqdır. Mona Lisa şəkli də, dünyadakı bütün digər portlerdlərdən də şüurlu rəssamlar tərəfindən çəkilmişdir. Canlılıq da, şüurlu bir şəkildə yaradılmışdır.

Süngər hüceyrələri, nüvələrinə yerləşdirilmiş DNT zəncirində təsvir edilən dizayna uyğun olaraq, şəkil qazanır, xüsusiləşir və funksiya görürlər. Nəinki yeni bir şey icad etmələri, özlərinə yeni bir funksiya yükləyən bir məlumatı DNT-lərinə yazmaları da qeyri-mümkündür. Buna görə, təkamülçülərin “ən sadə quruluş” dedikləri süngərin varlığı belə təkamül proseslə izah oluna bilməz. Hər canlı kimi, süngərlər də, yaradılışın canlı sübutudur.

DNT MÜQAYİSƏ ETMƏLƏRİNDƏKİ ZİDDİYYƏTLƏR TƏKAMÜLÜ TƏKZİB EDİR

Bəhs olunan sənədli filmin son hissəsində, süngərin bütün heyvanların atası olduğu da iddia edilmişdir. Bu iddia, canlı növlərinin DNT zəncirlərindəki bəzi əsas bölgələrin süngərdəki eyni DNT bölgələri ilə müqayisə edilməsinə əsaslanmışdır. Bu cür, bənzər DNT düzülmələrinin olması qohumluq dəlili kimi şərh olunmuşdur. Halbuki, bu məntiq etibarsızdır. DNT, həyatın təsvirinin edildiyi ortaq bir dilidir. DNT-ni hüceyrənin necə işləyəcəyini təsvir edən cümlələr kimi düşünsək, DNT müxtəlif sözlərin istifadə edildiyi fərqli cümlələrdən əmələ gəlir. Eyni sözlərə rast gəlinməsi, yalnız 4 hərfin istifadə edildiyi bu şifrə dilinin gözlənilən bir nəticəsidir. Bir başqa sözlə desək, DNT-də bənzərliklərə rast gəlinməsi, canlıların ortaq bir atadan törədiklərini göstərməz. Bu bənzərlik, ortaq atanın deyil, ortaq dizaynın dəlilidir: Rast gələcəyimiz hər bənzərlik, bizə növlərin dizaynlarındakı ortaq istiqaməti sübut edir. Bir tərəfdən, süngərin sahib olduğu DNT-nin uzunluğu da, təkamülçü ümidlərini etibarsız etməyə yetər. “İlk ata” deyə irəli sürülən süngərin DNT-si, 1.8 milyard əsas cütündən (1.80pg) əmələ gəlir. Balığın (Tinca Tinca-qiliz balığı) DNT-si isə, təkamül şəcərəsinə görə daha da böyük olmalı ikən, süngərin təxminən yarısı qədərdir. 810 milyon əsas cütdən (0.81pg) əmələ gələr. Bəhs olunan təkamül ağacında süngərdən daha da inkişaf etmiş bir növ kimi təyin olunan toyuğun DNT-si hər ikisindən də azdır, əsas cütü 1.25 milyarddır (1.25pg).

Görüldüyü kimi, genetik məlumatlar, təkamül nəzəriyyəsinin fərziyyələri ilə tamami ilə ziddiyyət təşkil edir. Elmi tapıntıların da, göstərdiyi kimi, canlı növləri bir-birlərindən törəməmişlər, ayrı-ayrı yaradılmışlar.

(Genetik müqayisə etmələr və təkamül nəzəriyyəsi haqqında daha ətraflı məlumat üçün baxın: Harun Yəhya, Həyatın həqiqi mənşəyi, 2000)

NƏTİCƏ

Canlı növlərindəki dizaynlar, təkamül prosesini etibarsız edir. Tək bir hüceyrənin əmələ gəlməsini təkamüllə açıqlaya bilməyən təkamülçülərin, hüceyrələr arasındakı idarəni təkamüllə izah etmələri isə mənasızdır. Təsadüflər və şüursuz atomlar üstün dizaynlar əmələ gətirə bilməz.

Hüceyrələrin DNT-ləri isə, milyonlarla müxtəlif canlı növünün hər birində eyni dildə yazılmış bir tərifdir. Məlumatın eyni dillə yazılması, bunların təsadüflərlə əmələ gəldiyi və bir-birlərindən törədiyi iddiasını əsassız edir. Əksinə, növlərin ortaq bir quruluşla yaradıldığını göstərir. Bu bütün canlıları, Allahın yaratdığı həqiqətin elmi bir ifadəsidir.

Tamaşaçılarına daim ən doğru məlumatı çatdırmağı özünə prinsip qazanan kanalın, bundan belə elm sahəsində də, keçmiş ehkamlı iddialarla dolu proqramlara yer verməməsini diləyirik. “TRT”dən gözlənilən darvinist təbliğatları deyil elmin yolunu izləməsidir.