Dünyada məşhur olan “National Geographic” jurnalı qısa bir müddət əvvəl ölkəmizdə Türkcə versiyası ilə nəşr olunmağa başladı. Edilən reklamlar, bu nəşriyyatın inkişafı cəhətindən əhəmiyyətli elmi qazanan kimi göstərirdi. Halbuki həqiqətdə “National Geographic” jurnalı ilə birlikdə, maraqlı təbiət şəkilləri və ya müxtəlif mədəniyyətlərlə əlaqədar məlumatlarla yanaşı, olduqca ehkamlı “təkamül fanatizmi” də nəşrə başladı.
Çünki “National Geographic”, bütün dünyada darvinizmə kor-koranə bağlı olan “elmi status-kvo”nun nümayəndəsi kimi tanınır. Jurnal, təkamül nəzəriyyəsini dəstəkləmək üçün bir neçə dəfə elmi təhriflərə, hətta saxtakarlıqlara imza atmışdır. Təkamülə dəlil tapa bilmə ümidi ilə etibarlılıqdan uzaq qaynaqları başlıqlarda istifadə etmişdir, bu başlıqların bir qismi müəyyən müddətdən sonra qalmaqallara çevrilmişdir. Məsələn, jurnalın 1999-cu ildə böyük bir səs-səda ilə verdiyi “tüklü dinozavr fosili” xəbərinin, əslində elmi saxtakarlığa əsaslandığı, haqqında danışılan fosilin bir neçə başqa canlı fosilinin bir-birinə yapışdırılmasıyla çıxarılmış saxtakarlıq olduğu, 2001-ci ildə üzə çıxmışdır.
Təkamülçü elm adamları da, “National Geographic”in fanatizmini qəbul edir. ABŞ-dakı məşhur “Smithsonian Institution (Təbiət Tarixi Muzeyi)”indən Storrs Olson, bu fosilin saxta olduğuna dair, əvvəldən “National Geographic” jurnalı səlahiyyətlilərini xəbərdar etdiyini, ancaq jurnal rəhbərliyinin bunu, tamamilə əhəmiyyətsiz etdiyini söyləyir. Olsona görə, “onsuz da, “National Geographic”, uzun müddətdir sensasiyalı, dəstəksiz və tabloid (kiçik həcmli qəzet) xəbərçilik edərək səviyyəsini aşağı salmış vəziyyətdədir”. (Tim Friend, “Dinosaur-bird link smashed en fossil flap”, USA Today, 01/25/00)
“National Geographic”in bu “sensasiyalı, dəstəksiz, tabloid” təkamül təbliğatı, istər-istəməz jurnalın Türkcə versiyasında da, ortaya çıxır. Bu yazıda, “National Geographic” Türkiyənin 2-ci sayında dərc edilən əhəmiyyətli təkamülçü yanılmanı, “Uçan sürünənlər (Pterozorlar)” haqqındakı əsassız və ziddiyyətli təkamülçü şərhləri ortaya qoyacağıq. Bundan belə də, “National Geographic” Türkiyədəki təkamülçü yanılmaları və eyni mövzulardakı həqiqətləri öyrənmək istəyənlər, “Netcevap”ı təqib edə bilərlər.
Pterezorlar (Uçan sürünənlər) niyə təkamül nəzəriyyəsi üçün maneədir?
Sürünənlər sinfində mövcud olan maraqlı bir canlı qrupu, uçan sürünənlərdir. Bunlar, təxminən 200 milyon il əvvəl, erkən trias dövrdə ilk dəfə ortaya çıxmış və daha sonra isə, nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar sürünəndirlər, çünki, sürünən sinfinin təməl xüsusiyyətlərinə sahibdirlər: Maddələr mübadilələri soyuqqanlıdır (istilik çıxara bilməzlər) və bədənləri pulcuqlarla örtülüdür, yəni dərisi pulcuqludur. Ancaq güclü qanadlara sahibdirlər və bu qanadlar sayəsində uça bildikləri düşünülür.
Uçan sürünənlər “National Geographic” kimi məşhur təkamülçü nəşrlərdə, darvinizmi dəstəkləyən bir paleontoloji tapıntı kimi göstərilər ya da heç olmasa belə bir imic yaradılır. Halbuki əksinədir, uçan sürünənlərin mənşəyi təkamül nəzəriyyəsi üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də, uçan sürünənlərin, quru sürünənlərlə aralarında heç bir keçid növü olmadan, bir anda və qüsursuz şəkildə yaranmalarıdır. Uçan sürünənlər, çox yaxşı hazırlanmış qanadlara malikdir və bu orqanlar, heç bir quru sürünənində yoxdur. “Yarım qanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir.
Beləliklə, “yarım qanadlı” canlıların yaşamaları da, mümkün deyil. Çünki, bu cür xəyali canlılar, əgər yaşasaydılar, ön ayaqlarını itirdikləri və hələ uçacaq vəziyyətdə də olmadıqları üçün, digər sürünənlərə görə, yararsız hala düşəcəkdilər. Bu vəziyyətdə isə, təkamülün öz qəbuluna görə, ələnilib nəslinin kəsilməsi lazım idi.
Necə ki, uçan sürünənlərin qanadlarının quruluşu araşdırılanda, bunun heç vaxt təkamüllə izah olunmayacaq qədər özünə məxsus və birdən ortaya çıxmış bir dizayn olduğu görünür. Uçan sürünənlərin qanadları üzərində, digər sürünənlərin ön ayaqları kimi beş barmaqları vardır. Ancaq dördüncü barmaq, digər barmaqlardan təqribən 10-15 qat daha uzundur və qanad da, bu barmağın altında olar. Əgər quruda yaşayan sürünənləri uçan sürünənlərə təkamülləşmişlərsə, o halda bəhs olunan dördüncü barmaq da, yavaş-yavaş, addım-addım uzanmış olmalıdır. Yalnız, dördüncü barmaq deyil, bütün qanad quruluşu, təsadüfi mutasiyalarla inkişaflı və bütün bu proses də canlıya üstünlük qazandırmalıdır. Təkamül nəzəriyyəsinin paleontoloji səviyyədəki qabaqcıl tənqidçilərindən biri olan Duana T. Gish, buna dair aşağədakı şərhi edir:
“Bir qurudakı sürünənin pilləli şəkildə bir uçan sürünənə çevrilə biləcəyi fərziyyəsi tamami ilə əsassızdır. Belə bir çevrilmə əsnasında ortaya çıxacaq yarım, tamamlanmamış quruluşlar, canlıya bir üstünlük qazandırmaq bir tərəfə, onu tamamilə yararsız vəziyyətə salacaq. Məsələn, təkamülçülər, bəzi mutasiyaların yalnız dördüncü barmağa təsir etdiyini və onu müəyyən dövrdə yavaş-yavaş uzatdığını fərz edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyaların da, hər nə qədər inanılmaz görünsə də, bu sahədə tam bir əməkdaşlıq edərək, qanad pərdəsinin, uçuş əzələlərinin, tendonların (əzələni sümüklərə birləşdirən bağlar), sinirlərin, qan damarlarının və qanad üçün lazım olan digər quruluşların pilləli olaraq təkamülləşməsini təmin etmələri lazımdır. Müəyyən bir mərhələdə, inkişaf edən, bu uçan sürünən, 25%-lik qanad toxumasına sahib olacaq. Ancaq bu qəribə varlıq heç bir şəkildə yaşaya bilməyəcək. 25%-lik qanad toxuması, ona nə qazandıra bilər? Aydındır ki, bu canlı, uça bilməyəcək və artıq əvvəlki kimi qaça bilməyəcək də. (Duana T. Gish, Evolution: The Fossils Still Say No, ICR, San Dieqo, 1998, səh. 103)”
Qısacası, uçan sürünənlərin mənşəyinin təkamül mexanizmləri ilə açıqlanması qeyri-mümkündür. Nəticədə, fosil qeydləri də, belə bir təkamül yaşanmadığını ortaya qoyar. Fosil laylarında, sadəcə bu gün tanıdığımız kimi qurudakı sürünənləri və qüsursuz uçan sürünənlər vardır. Heç bir ara forma yoxdur. Onurğalı paleontologiyası sahəsində, dünyanın ən qabaqcıl bir neçə adlardan biri olan Robert L. Karol, bir təkamülçü olmağına baxmayaraq bu haqda belə etiraf etmişdir:
“Trias dövründə ortaya çıxan bütün uçan sürünənlər (pterosaurlar) uçmaq üçün çox xüsusiləşmiş quruluşa sahibdirlər… Atalarının nə olduğuna aid və uçmaqlarının mənşəyinin ilk mərhələləri haqqında isə, heç bir tapıntı yoxdur.” (Robert L. Carroll, Vertebrate Paleontology and Evolution. səh. 336)
Bir sözlə, uçan sürünənlərin təkamülə dəlil gətirən heç bir cəhəti yoxdur. Qurudakı sürünənlər ilə, uçan sürünənlər, aralarında heç bir təkamül əlaqəsi olmadan, müxtəlif quruluşları ilə yaranmışlar. Bu, təkamülə deyil, yaradılışa dəlil gətirən bir həqiqətdir.
“National Geographic”in sətir arası etirafları
Yuxarıdakı ümumi məlumatdan sonra, “National Geographic”, Türkiyənin may 2001-ci il sayında nəşr olunan “Antik (qədim) göylərin əfəndiləri: Pterozorlar” başlıqlı yazını nəzərdən keçirək. Yazının, bu canlıları təkamül təbliğatına vəsait etmək üçün qələmə alındığını, edilən ifadələrdən aydın olur:
“Pterozorlar “təkamülün böyük müvəffəqiyyət əhvalatlarından biri” kimi təyin olunur (səh. 135) və yazı “pterozorlor, yox olma səbəbləri nə olursa- olsun, təkamül cəhətdən bənzərsiz zəfərlər qazandı” (səh. 151) şərhi ilə bitir.”
Yaxşı, görəsən “National Geographic”, bu canlıların mənşəyinin təkamül olduğuna dair bir dəlil təqdim edə bilir?
Xeyr. Əksinə, jurnaldakı məqalə, yuxarıda izah etdiyimiz “təkamül maneələri”nin etirafları ilə doludur. Bu canlıların fosil qeydlərində, guya ataları olan quru sürünənlərindən çox fərqli, xüsusi quruluşları ilə bir anda ortaya çıxdığını, baxın “National Geographic” necə etiraf edir:
“Bütün paleontoloqlar, mənşələrinin nə olduğu sualının hələ cavablamadığını, bunun üçün pterozorların sadə növlərinə aid yeni fosillərin tapılmasını gözləməli olduğunu qəbul edir. İtaliya, “Monfacolne”dəki Paleontologiya Muzeyindən, Fabio Dalla Veçia: “Necə təkamül keçirtdiklərini demək çətindir. Tapdığımız ilk pterozorlar, təkamüllərini tamamlamış həqiqi pterozorlardır” deyir. “Dördüncü barmaqları çoxdan qanada çevrilmişdi.” Tanınan ilk pterozorlar, şimali İtaliya dağlarında tapıldı… Uçmağa dair açıq dənizdə balıq ovlayacaq qədər usta olduqlarına dair sübutlar vardır.” (“National Geographic” Türkiyə, may 2001, səh. 145)
Bu hissədəki təkamülçü ön mühakiməyə diqqət yetirmək lazımdır. “National Geographic”in qaynaq göstərdiyi təkamülçü paleontoloqlar, “olan ilk pterozorların” xüsusi qanad strukturları ilə yanaşı birdən ortaya çıxdıqlarını qəbul edir, ancaq mütləq bu canlılardan daha əvvəl yaşamalı olan “ibtidai pterozor növləri”nin varlığına inanırlar. Yəni mövcud olan fosil dəlilləri, pterozorların, keçmişlərində heç bir “ibtidai növ” tapılmadan, birdən ortaya çıxdıqlarını göstərir, amma təkamülçülər, nəzəriyyələri elə tələb etdiyi üçün, bu xəyali ibtidai növlərin varlığını müdafiə edirlər.
Bu nümunə, təkamül nəzəriyyəsinin elmə baxmayaraq, məcburi gündəmdə saxlamaq istənən bir ehkam olduğunu bir dəfə də göstərir.
Pterozorların necə uçmağa başladıqları sualının təkamül cəhətdən cavabsız olduğu da, “National Geographic”in sətir aralarında etiraf edilir:
“Bir tərəfdən bu canlıları uçma mərhələsinə gətirən təkamül yolu hələ mübahisəlidir. Bir çox tədqiqatçı, pterozorların ağaclarda yaşayan və həyatını budaqdan-budağa atlanaraq keçirən, kiçik bir sürünən soyundan gəldiyi qənaətindədir… Bu arada nəzəriyyənin əleyhinə müdafiə edənlərə görə isə, pterozorlar, quruda qaçan və çox güman ki, tarazlıqlarını təmin etmək üçün qollarını iki yana açaraq istifadə edən, ikiayaqlı sürünənlərin təkamül keçirməsi nəticəsində ortaya çıxdılar.” (“National Geographic” Türkiyə, may 2001, səh. 144-145)
Sitatda haqqında danışılan iki ayrı fikir, təkamülçülərin quşların mənşəyi haqqında da, düşdükləri ziddiyyətlərin bir təkrarıdır. Quşlar haqqında da, pterozorlarda olduğu kimi iki nəzəriyyə vardır: “Arboreal (ağac budaqlarında tullanma) və cursorial (yerdən havaya qalxma) nəzəriyyələri.” Amma həm arboreal nəzəriyyə, həm də, cursorial nəzəriyyə tamamilə spekulyativdir (fərziyydir), yəni heç bir dəlilə əsaslanmayan “zehin gimnastikalarından” ibarətdir. Sürünənlərin budaqdan-budağa atlayaraq və ya yerdə qaçan vaxtda “qanadlana biləcəkləri” düşüncəsi, heç bir elmi əsası olmayan Lamarkçı xurafatdan başqa bir şey deyil. (Baxın: Harun Yəhya, Həyatın həqiqi mənşəyi, “Quşların mənşəyi”, 2000)
Bu fikirlərin hər hansı birini dəstəkləyən ən kiçik bir fosil dəlili yoxdur. Qısacası bu fikirlərin “National Geographic”in ifadəsi ilə mübahisəli olmağının səbəbi, tamamilə xəyali olmalarıdır.
Nəticə
“National Geographic Türkiyə”nin may 2001-ci il sayında pterozorlar haqqında nəşr olunan məqalə, hər nə qədər təkamül təbliğatı niyyəti ilə yazılsa da, əslində, təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətlərindən birini etiraf etməkdən başqa bir nəticəyə nail olmamışdır. Elmi dəlillər, pterozorların, digər canlı qrupları kimi, yer üzündə təkamül prosesi ilə deyil, birdən və xüsusi quruluşları ilə ortaya çıxdıqlarını göstərir. Əslində, bu canlılar, təkamülləşməmişdir, Allah yaratmışdır.
“National Geographic” səlahiyyətliləri bilməlidirlər ki, bu cür təkamül təbliğatları cavabsız qalmayacaq. “Netcevap”, “National Geographic”in sensasiyalı, dəstəksiz və tabloid, təkamül təbliğatı qarşısında, elmi həqiqətləri eşitdirməyə davam edəcəkdir.