Msnbc.com və BBC, 2 iyun 2005-ci il tarixdə yayımladıqları xəbərlərlə “quşlar dinozavrdır” nəzəriyyəsinin bir daha təbliğatına girişdilər. Sırasıyla “Fosil, T. rexin quşlara əlaqəsini gücləndirdi” (Fossil solidifies T. rex link to birds) və “Mütəxəssislər erkək dinozavrı dişi dinozavrdan ayıra bilir” (Experts tell Mr from Mrs dinosaur) başlıqlarını daşıyan xəbərlər, “Science” jurnalının 3 iyun 2005-ci il tarixli sayında nəşr olunan bir çalışma ilə əlaqədar idi.1

 

Bu çalışma ABŞ-dakı North Carolina State universitetinin paleontoloqu Mary H. Schweitzer və qrupu tərəfindən reallaşdırılmışdı. Schweitzer və iş yoldaşları, Montana əyalət universiteti nəzdindəki Rockies Muzeyində 1125 nömrə ilə qeyd olunan Tyrannosaurus rex fosilinin arxa ayaqlarındakı sümüklərin iliklərindən əldə etdikləri toxumanı, dişi dəvə quşu və emudan əldə etdikləri meduler (medullary) toxumayla müqayisə etmişdilər. (Emu: Avstraliyada yaşayan iri, uçmayan bir quşdur)

Quşların dinozavrlarla qohum olduğu doqmasına bağlı olaraq hərəkət edən elm adamları bunun nəticəsində, iki toxuma arasında guya bir bənzərlik təsbit etmişlərdi. Meduller toxumanın yalnız dişi quşlarda olduğunu ifadə edən araşdırmaçılar, buna görə araşdırdıqları T. rex nümunəsinin bir dişiyə aid olduğunu və bu tapıntının quşlarla dinozavrlar arasında iddia edilən təkamüllü əlaqəni təsdiqlədiyini qarşıya qoyurdular.

Aşağıda, BBC və Msnbc.comun bu çalışma üzərindəki iddialarının niyə xəyalpərəst şərhlərdən ibarət olduğu ortaya qoyulmaqdadır.

Meduler sümük, yumurta sərmə dövründə dişi quşların ehtiyacı olan sıx miqdarda kalsiumu təmin edən bir toxumadır. Gərək BBC Online, gərək Msnbc.com bu sümüklə müqayisə edilən T. rex toxuması arasındakı bənzərliyin çox güclü olduğu şərhlərinə yer verməkdə, Schweitzerdən də bu istiqamətdə sözlər köçürməkdədirlər. Halbuki, “Science” jurnalında əsli nümayiş olunan çalışmaya baxıldığında bu iddianın daha çox yumşaq tonda ortaya qoyulduğu görülməkdədir:

 

“…bu toxumaların meduler sümük olaraq bilinən xüsusiləşmiş quş toxumalarına bənzər olduğunu fərziyyə edirik”

 

BBC və Msnbc.comun bənzərlik iddiasını şişirtməsi bir tərəfə, bu bənzərlik quşların dinozavrlarla qohum olduğu iddiası üçün heç bir elmi dəlil yaratmır. Çünki təkamülçülərin iddialarını dəstəkləmək üçün göstərməli olan dəlillər, canlılar arasında bənzərliklərin olub olmaması deyil, bu bənzərliklərin təkamüllə necə ortaya çıxmış ola biləcəyini sübut edəcək dəlillərdir. Olduqca sadələşdirilmiş halıyla sualımız budur:

 

Necə olur ki, T. rex kimi 12 metr uzunluğunda, kobud quruluşlu, (elm adamlarının əksəriyyətinin fikrinə görə) soyuqqanlı, pulcuqlarla örtülü, yerdə yaşamağa uyğun bir canlı; təsadüfi mutasiyalarla; ən irisi bir albatrosdan böyük olmayan, yüngül sümüklü, tüklərlə örtülü, istiqanlı, tək istiqamətli hava keçidinə icazə verən, xüsusi ağciyər quruluşuna sahib, aerodinamika dizayn ortaya qoyan bir quşa çevrilmiş ola bilər?

Təkamülçülər nəzəriyyələrinə elə fanatikcə bağlılıq nümayiş etdirməkdədirlər ki, iki canlı arasında bir toxuma bənzərliyi olması vəziyyətində bütün bu kritik nöqtələri çəkinmədən, şübhə duymadan əhəmiyyətsiz edə bilməkdə və quşlarla dinozavrların qohum olduğu nağılını doğru elan edə bilməkdədirlər. Halbuki, toxuma bənzərliyinin tək başına belə bir xəyali geçidin açıqlamasını təmin etmədiyi ortadadır. Məsələn, bir qar motosikletinin mühərrikindəki qayışların toxumasıyla, bir avtomobilin qar şinindəki toxuma arasında da bənzərliklər ola bilər. Ancaq bu, avtomobilin qar motosikletindən və ya əksinə istiqamətdə təsadüflərlə təkamülləşdiyini sübut etməyəcək. Təkamülçülər, dünya səviyyəsində nəşr edən xəbər qaynaqlarının tək tərəfli dəstəyini yanlarına almaq və səslərini yüksəltməklə quşların dinozavrlarla qohum olduğu iddialarını etibarlı edəcəklərini zənn etməməlidirlər. Quşların və sürünənlərin müqayisə edilməli anatomiyası, təkamülçülərin kor-koranə müdafiə etdiyi bu inancın, aşılması qeyri-mümkün maneələrlə əhatə edildiyini ortaya qoymaqdadır. Quş ağciyərinin, sözdə atası olan sürünənlərin ağciyərindən tamamilə fərqli, xüsusi quruluşda olması, quş tüklərinin sürünən pulcuqlarından tamamilə fərqli olması və daha bir çox gerçək, quşların atasının quşlar olduğunu digər bir deyişlə yaradıldıqlarını ortaya qoymaqdadır. (Bu mövzuda geniş məlumatı bu səhifədə tapa bilərsiniz)

 

Msnbc.com və BBC Online-a, darvinizm uğuruna davam etdirdikləri bu gözü bağlı, xəyalpərəst davranışı tərk etmələri çağırışını edir, gərək quşların, gərəksə dinozavrların ortaya qoyduqları mükəmməl dizaynlarla təsadüfləri rədd etdiklərini, Uca Allahın qüsursuz yaratmasını təsdiqlədiklərini görmələrini diləyirik.

 

Qeyd: Bu yazı, haqqında danışılan xəbərə yer verən aşağıdakı yazılara da cavabımızdır:

– Birgün, 4 iyun 2005, “Quşların təkamülü” dinozavrlardan başladı

– Cnnturk.com, 3 iyun 2005, Quşların təkamülü dinozavrlardan başlayır?

– Sansursuz.com, 5 iyun 2005, Quşların təkamülü dinozavrlardan başladı tezisi gücləndi

 

 

1) Mary H. Schweitzer, et.al “ Gender-Specific Reproductive Tissue in Ratites and Tyrannosaurus rex”, “Science”, cild 308, nömrə 5727, səh. 1456-1460 , 3 iyun 2005