Darvinist nəzəriyyənin təkidli müdafiəçilərindən biri olan “Scientific American” jurnalı, 2003-cü il mart ayındakı sayında bu nəzəriyyənin məşhur iddialarından birini ələ aldı: Quşların təkamülü. Məşhur ornitoloqlar (quş alimlər) Richard O. Prum və Alan Brush tərəfindən qələmə alınan “Quş tükü yoxsa quş? Hansı əvvəl gəldi” (The Feather or The Bird? Which Came First) başlıqlı uzun məqalədə, quşların dinozavrlardan təkamülləşdiyi şəklindəki klassik təkamülçü tezis, yeni bir sıra tapıntılar və fərziyyələrlə (oxucuları vizual olaraq təsir etməyə istiqamətli “dino-quş” illüstrasiyalarıyla) bir daha müdafiə olunurdu.

 

Prum və Brush, o qədər iddialı idilər ki, quşların mənşəyi haqqında təkamülçülər arasında davam edən mübahisəni artıq nöqtə qoyduqlarını düşünür, tapıntıların “təəccüblü nəticə” ortaya qoyduğunu irəli sürürdülər: “Quş tükləri, quşların ortaya çıxmasından əvvəl, dinozavrlarda təkamülləşmişdir”. Prum və Brush quş tüklərinin uçuş deyil, “izolyasiya materialı, su izolyasiyası, cinsi cazibə, kamuflyaj və müdafiə etmə” kimi məqsədlər üçün təkamülləşdiyini, ən son olaraq uçuş üçün istifadə edildiyini qarşıya qoyurdular.

Ancaq bu iddialı tezis gerçəkdə elmi dəlillərdən məhrum fərziyyədən ibarətdir. Prum və Brush tərəfindən kəşf edilən və “Scientific American” tərəfindən sahiblənən yeni tezis, son bir neçə on ildir çoxluq halında, gözü bağlı fanatizmlə müdafiə olunan “quşlar dinozavrdır” nəzəriyyəsinin yeni amma içi boş bir versiyasından başqa bir şey deyil. Bu yazıda, bunun dəlillərini ortaya qoyacağıq.

 

Prum və Brushun məqalələrinə baxıldığında, qarşıya qoyduqları quş təkamülü tezisinə iki dayaq göstərdikləri görülər:

 

1) Keçdiyimiz illər içində Çində olan və “tüklü dinozavr” olduqları iddia edilən fosillər.

2) Prum və Brushun, günümüzdəki quşlarının tük inkişafını araşdıraraq, bu inkişafdan təkamüllü müddət çıxarma səyləri. (Qısaca “evo-devo” deyilən və günümüzdəki canlılarının inkişaf müddətinin sözdə “təkamüllü keçmidlərinə” işıq tutduğunu iddia edən tezis uyğun olaraq.)

 

İndi, hər iki dayağın da niyə çürük olduğunu sırasıyla araşdıraq.

 

Tüklü dinozavrlar hekayəsi və gerçəklər

Quş tüklərinə sahib dinozavrlar və ya digər bir adla “dino-quşlar”, keçdiyimiz 10 il içində darvinist medianın ən sevimli təbliğat vəsaitlərindən biri oldu. Bir-biri ardına başlıqlara “dino-quş” xəbərləri, çəkilən bərpaedilmə, “mütəxəssis”lərin etdiyi özündən əmin şərhlər, keçmişdə yarı quş, yarı dinozavr canlıların yaşadığı mövzusunda bir çox insanı inandırdı. Prum və Brush da bu özündən əmin üslubu davam etdirməkdə və “Scientific American”dakı yazılarında “dino-quşlar”ın varlığını konkret bir gerçək kimi göstərməkdədirlər. Halbuki, gerçək daha fərqlidir.

Bu mövzuda fikirlərinə müraciət edəcəyimiz (müraciət edilməli olan) əhəmiyyətli bir ad, Şimal Carolina iniversitetinin biologiya fakültəsindən Alan Feducciadır. Dr. Feduccia, quşların mənşəyi mövzusunda dünyanın ən qabaqcıllarından biridir. Ornitoloji (quş elmi) sahəsində ən əhəmiyyətli 5 ad sayılması gərəksə, birinin Dr. Feduccia olacağına şübhə yoxdur. Dr. Feduccia təkamül nəzəriyyəsini də qəbul etməkdə və quşların təkamüllə ortaya çıxdıqlarına inanmaqdadır. Ancaq onu Prum və Brush kimi “dino-quş” tərəfdarlarından (digər bəzi səthi təkamülçülərdən) ayıran istiqamət, təkamül nəzəriyyəsinin bu mövzuda içində olduğu naməlumluğu qəbul etməsi və qərəzli olaraq davam etdirilən gerçəkdə isə heç bir dayağı olmayan “dino-quş” ziddiyyətinə etibar etməməsidir.

Alan Feduccianın “The American Ornithologists Union” (Amerikan Ornitoloqlar birliyi) tərəfindən nəşr olunan və ornitolojinin ən texniki müzakirələrinə zəmin olan “The Auk” jurnalının son sayında qələmə aldığı, oktyabr 2002-ci il tarixli “Birds ara Dinosaurs: Simple Answer to a Complex Problem” (Quşlar dinozavrdır: Kompleks bir problemə sadə bir cavab) başlıqlı yazıda çox əhəmiyyətli məlumatlar verilməkdədir. Dr. Feduccia, John Ostrom tərəfindən 1970-ci illərdə gündəmə gətirilən və o zamandan bu yana da hərarətlə müdafiə olunan quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsinin elmi dəlillərdən məhrum olduğunu, belə bir təkamülün mümkün olmadığını detallarıyla izah etməkdədir.

 

Feduccia, Çində olduğu qarşıya qoyulan “dino-quş”lar haqqında isə çox əhəmiyyətli bir gerçəyi açıqlamaqdadır: Tüklü dinozavr olaraq irəli sürülən sürünən fosillərinin üzərində olan “tüklər”in ibtidai belə olsa, quş tükü olduğu dəqiq deyil. Əksinə “dino-fuzz” deyilən bu fosil izlərinin quş tükləri ilə əlaqəsi olmadığını göstərən bir çox dəlil vardır. Feduccia belə yazmaqdadır:

 

İbtidai quş tüklərinə sahib olduğu irəli sürülən fosillərin çoxunu araşdırmış şəxslər olaraq, mən və digər bir çox mütəxəssis, bu strukturların ibtidai quş tükləri (protofeathers) olduğuna dair inandırıcı bir dəlil görməməkdəyik. Bir çox Çin fosili, “dino-fuzz” olaraq adlandırılan qəribə hala malikdir, amma hər nə qədər bu material quş tükləri ilə homolog (bənzər) sayılsa da, bu istiqamətdəki arqumentlər qane etməkdən çox uzaqdır.1

 

Feduccia, bu təsbitinin ardından, “Scientific American”dakı məqalənin yazıçısı Prumun bu mövzuda ön fikirli davrandığını da belə ifadə etməkdədir:

 

Prumun düşüncəsi bir çox paleontoloq tərəfindən paylaşılmaqdadır: Quşlar dinozavrdır; bu səbəbdən dromaeosaurlar (theropod dinozavrlar) üzərində qorunmuş hər hansı ipəyə bənzər quruluş, mütləq ibtidai quş tükü olmalıdır.2

 

Feducciaya görə bu ön mühakiməni çürüdən səbəblərdən biri, quşlarla heç bir əlaqəsi qurulamayacaq fosillərdə də “dino-fuzz” izlərinə rast gəlinməsidir:

 

Ən əhəmiyyətlisi, dino-fuzz indi artıq çox sayda kateqoriyada kəşf edilməkdədir. Bunların bəziləri hələ nəşr olunmamışdır, amma xüsusilə Çində tapılmış bir pterosaurda (uçan sürünən) və bir therizinosaurda (ətyeyən dinozavr qrupu) bunlar tapılmışdır. Ən təəccüblü vəziyyət isə, dino-fuzza çox bənzəyən dəri liflərinin Jurassic dövrə aid ichthyosaurda da olması və detallı olaraq təsvir edilməsidir. (Ichthyosaurlar, soyu tükənmiş dəniz sürünənləridir.) Bu canlılardakı yayılmış liflərin bəziləri, morfologiya baxımından, “ibtidai quş tükləri” (protofeather) deyilən və (Çinli paleontoloq) Xu tərəfindən təyin olunan strukturlara çox bənzərdir. Sözdə “ibtidai quş tüklərinin” archosaurlarda (Mesozoic dövrə aid sürünənlərdə) belə geniş yayılmaya sahib olması, bunların quş tükləri ilə heç bir əlaqələri olmadığını tək başına göstərən dəlildir.

 

Feduccia, keçmişdə də fosillərin ətrafına bəzi strukturlar olduğunu, ancaq fosilə aid hesab edilən bu strukturların sonradan qeyri-üzvi maddələr olduğunun öyrənildiyini xatırlatmaqdadır:

 

İnsanın ağılına, Solnhofen fosillərində olan və dendritlər olaraq bilinən kola bənzər izlər gəlməkdədir. Bitkiyə bənzər şəkillərinə baxmayaraq, bu strukturların əslində, fosil yataqlarında, çatlaqlardan və ya fosillərin sümüklərindən oksidləşərək sızan manqan solüsyonunun təsiriylə yaranan qeyri-üzvi strukturlar olduğu artıq bilinməkdədir.3

 

Bu mövzuda diqqət çəkici bir başqa nöqtə isə, “tüklü dinozavr” olaraq gündəmə gətirilən fosillərin hamısının Çində tapılmasıdır. Görəsən niyə bu fosillər dünyanın başqa heç bir yerində deyil, məhz Çində ortaya çıxmaqdadır? Həm də Çindəki fosil yataqları, yalnız “dino-fuzz” kimi naməlum bir quruluşu deyil, eyni zamanda quş tüklərini də son dərəcə yaxşı şəkildə saxlaya biləcək bir quruluşa sahib ikən? Feduccia da eyni qəribəliyə diqqət çəkməkdədir:

 

Eyni zamanda, niyə bədənin xarici səthinin saxlana bildiyi başqa yataqlarda olan başqa theropodların və digər dinozonların heç bir “dino-fuzz”a sahib olmadıqları, əksinə hər hansı bir quş tükü bənzəri quruluşdan tamamilə məhrum gerçək sürünən dərisinə sahib olduqları da açıqlanmalıdır. Və niyə “dino-fuzz”a sahib Çinli dromaeosaur fosilləri, normalda gözləniləcəyi şəkildə quş tükü sapı nümayiş etdirməməkdədirlər, əgər bunlar həqiqətən var olsa, asanlıqla qorunmuş ola biləcəkkən?

 

Yaxşı, Çində olan bütün bu sözdə “tüklü dinozavrlar” nədir? Sürünənlər ilə quşlar arasında ara-keçid formaları kimi göstərilən bu canlıların gerçək şəxsiyyəti nədir?

Feduccia, “tüklü dinozavr” olaraq göstərilən canlıların bir qisminin “dino-fuzz” sahibi soyu tükənmiş sürünənlər, bəzilərinin də gerçək quşlar olduğunu açıqlamaqdadır:

 

Açıqdır ki, əslində, Çinin Yixian və Jiufotang bölgələrindəki Cretaceous dövrünə aid göl yataqlarında iki fərqli qalıq faktı vardır; biri “dino-fuzz” fosilləri nümayiş etdirən (bunun yaxşı bir nümunəsi sözdə “tüklü dinozavr”ların ilk olan nümunəsi olan Sinosauropteryxdir qrupdur. Digəri isə həqiqətən, quş tüklərinə sahib olanlardır) “Nature” jurnalının qapağında göstərilən və tüklü dinozavrlar olaraq təqdim edilən, ancaq sonradan əhəmiyyətsiz, uçucu olmayan quşlar olduğu aydın olan fosillər kimi.4

 

Yəni bütün dünyaya “tüklü dinozavr” və ya “dino-quş” olaraq göstərilən fosillər, ya toyuqlar kimi uça bilməyən bəzi quşlara ya da “dino-fuzz” deyilən ancaq quş tükləri ilə əlaqəsi olmayan orqanik quruluşa sahib olan sürünənlərə aiddir. Ortada quşlar və sürünənlər arasında “ara forma” meydana gətirəcək tək bir fosil yoxdur. (Feduccia üstdə saydığı bu iki təməl qrupun yanında bir də “tez-tez rastlanılan dimdikli quş Confusiusornis”, bəzi enantiornithineslər və yeni təyin olunan bir toxum yeyən quş olan Jeholornis primadan danışmaqdadır ki, bunların da heç biri “dino-quş” deyil.)

Bu səbəbdən Richard O. Prum və Alan Brushun “Scientific American” jurnalında nəşr olunan məqalələrində qarşıya qoyulan, “quşlar dinozavrdır” iddiasının fosillərlə sübut edildiyi iddiası, gerçəklərə tamamilə ziddir.

 

Təkamülçülərin gizlətmək istədiyi yaş problemi və “Cladistics” yanılması

Gərək Richard O. Prum və Alan Brushun “Scientific American” jurnalında nəşr olunan məqalələrində, gərəksə “dino-quş” ziddiyyətini qızışdıran bütün təkamülçü qaynaqlarda israrla əhəmiyyət vermədiyi, hətta gizlənən çox əhəmiyyətli bir gerçək vardır:

Yanıldıcı bir şəkildə “dino-quş” ya da “tüklü dinozavr” dedikləri fosillərin yaşları, 130 milyon il əvvəlindən geriyə getməməkdədir. Halbuki “yarı quş” olaraq göstərmək istədikləri bu canlılardan ən az 20 milyon il daha yaşlı olan, gerçək bir quş onsuz da vardır: Archaeopteryx! Bilinən ən qədim quş olma xüsusiyyəti daşıyan Archaeopteryx, qüsursuz uçuş əzələlərinə, uçuş tüklərinə və gerçək quş skeletinə sahib gerçək bir quşdur. 150 milyon il əvvəl dünya göylərində müvəffəqiyyətli bir şəkildə süzülmüşdür. Vəziyyət bu ikən, Archaeopteryxdən daha sonrakı tarixlərdə yaşamış canlıların quşların ibtidai ataları olaraq göstərilməsi tək sözlə axmaqdır.

Yaxşı, təkamülçülər belə bir axmaqlığı necə müdafiə edə bilməkdədirlər?

Bunu müdafiə etmək üçün də bir “üsul” tapmışlar.

Bu üsulun adı “Cladistics”dir. Bu termin, son 20-30 ildir paleontologiya dünyasında tez-tez istifadə edilən yeni fosil izah etmə üsuludur. Cladistics üsulunu müdafiə edənlər, olan qalıqların yaşlarının tamamilə nəzərə alınmaması, yalnız əldəki fosillərin xarakteristika xüsusiyyətlərinin bir-biri ilə müqayisə edilməsini və bu müqayisə nəticəsində ortaya çıxan bənzərliklərə görə təkamüllü soy ağacları qurulmasını müdafiə edərlər.

Bu fikri müdafiə edən, təkamülçü bir internet saytında, fosil yaşı Archaeopteryxdən daha gənc olan Velociraptorun Archaeopteryxin atası sayılmasının niyə “məntiqli”(!) olduğu belə açıqlanmaqdadır:

 

İndi bunu soruşa bilərik: Velociraptor necə olar da Archaeopteryxin atası ola bilər, ondan sonra gəlmiş olmasına baxmayaraq?

Çünki fosil qeydlərindəki boşluqlara görə, fosillər həmişə “tam vaxtında” ortaya çıxmazlar. Məsələn, Təbaşir dövrünə aid, Madaqaskarda tapılmış Rahonavis adlı yeni olan bir fosil, quşlarla Velociraptor kimi bir sürünən arasında keçid forması kimi dayanmaqdadır, amma 60 milyon il gecdir. Amma heç kim bunun gec ortaya çıxışının itkin halqa olmasına maneə təşkil etdiyini söyləməməkdədir, çünki çox uzun müddət yaşamış ola bilər. Bu kimi nümunələr “qarabasma əlaqələr” olaraq adlandırılar; BU HEYVANLARIN DAHA ƏVVƏL DƏ VAR OLDUQLARINI FƏRZ EDİRİK, onların ola biləcək atalarına sahib olduğumuz və ola biləcək nəvələrinə də sahib olduğumuz zaman.5

 

Cladisticsin yaxşı xülasəsi olan bu izah, bu üsulun nə qədər böyük bir təhrif etmə olduğunu da göstərməkdədir. Təkamülçülər, açıqca, fosil qeydlərinin nəticələrini, öz nəzəriyyələrinin gərəklərinə görə təhrif etməkdədirlər. 70 milyon illik fosilin sahibi olan bir növün, əslində 170 milyon il əvvəl də yaşadığını fərz etmək və buna görə bir təkamüllü qohumluq əlaqəsi qurmanın, təhrif etməkdən başqa mənası yoxdur.

Cladistics, əslində təkamül nəzəriyyəsinin fosil qeydləri qarşısındakı məğlubiyyətinin gizli etirafı və yeni ölçüsüdür. Yekunlaşdırmaq lazım olsa;

 

1) Darvin, fosil qeydləri detallı olaraq araşdırıldığında, bildiyimiz növlərin hamısının arasını dolduracaq “ara formaların” tapılacağını qarşıya qoymuşdur. Nəzəriyyənin gözlədiyi budur.

2) Ancaq 150 illik paleontologiya səyi, ara formaları ortaya qoymamış, bu canlıların izinə rast gəlinə bilməmişdir. Bu, nəzəriyyə adına böyük bir məğlubiyyətdir.

3) Ara formalar tapıla bilmədiyi kimi, yalnız bənzərliklərinə görə bir-birlərinin atası olaraq elan edilə biləcək olan canlıların da yaşları ziddiyyətlidir. Daha “ibtidai” kimi görünən bir canlı, daha “yetkin” kimi görünən bir canlıdan daha gec ortaya çıxmaqdadır.

 

Məhz bu son nöqtə, təkamülçüləri cladistics deyilən əsassız üsulu inkişaf etdirməyə məcbur etmişdir.

Cladisticslə birlikdə, darvinizm, “elmi tapıntılara əsaslanan, bunlardan yola çıxan” bir nəzəriyyə olma xüsusiyyətini açıqca itirməkdə, əksinə “elmi tapıntıları təhrif edən, bu tapıntıları öz fərziyyələrinə görə dəyişdirən” bir doqma halına gəlməkdədir. Bir zamanlar Sovet İttifaqında tətbiq olunan Lysenkoizm6 kimi. Və darvinizmin ömrü də, Lysenkoizm kimi, çox uzun olmayacaq.

 

Evo-devo hekayəsi və gerçəklər

Richard O. Prum və Alan Brushun “Scientific American”dakı məqalələrindəki bir başqa elmdən uzaq hekayə də, quş tüklərinin necə təkamülləşmiş ola biləcəyi mövzusunda irəli sürdükləri “5 mərhələli inkişaf” ssenarisidir.

Prum və Brushun ssenarisi, qısaca “evo-devo” olaraq adlandırılan “təkamüllü inkişafyönümlü biologiya” (evolutionary developmental biology) yanaşmasına əsaslanır. Buradakı məntiq, canlıların embrioloji dövründə keçirdikləri inkişafın, yaşadıqları fərz edilən sözdə “təkamüllü” keçmişin bir təkrarı olduğu fərziyyəsidir. Əslində bu fərziyyə, Darvinin qızdırmalı tərəfdarı Alman bioloq Ernst Haeckel tərəfindən bir əsr əvvəl ortaya atılan “Birey olma soy olmanın təkrarıdır” (“Ontogeny recapitulates phylogeny”) iddiasının yeni versiyasından başqa bir şey deyil. Haeckelin gerçəkdə bir saxtakar olduğu, etdiyi embrion şəkillərini bir-birinə bənzər kimi göstərə bilmək üçün böyük ölçüdə təhrif etdiyi ortaya çıxmışdır. Amma təkamülçülər “fərd olma soy olmanın təkrarıdır” hekayəsindən ümid kəsməmiş vəziyyətdədirlər və bu köhnə hekayəni “evo-devo” adıyla yenidən diriltmə səyindədirlər.

Bu səy də yenə elmi deyil doqmatik məşğuliyyətdir. Çünki “fərd olma soy olmanın təkrarıdır” hekayəsinin heç bir elmi dəlili yoxdur. Bir canlının ana rəhmində və ya yumurtada keçirəcəyi inkişaf müddətinin niyə onun sözdə “təkamüllü keçmişini” əks etdirəcəyi sualı cavabsızdır. Əgər təkamül nəzəriyyəsinin doğru olduğu fərz edilsə belə, yenə də, fərd olma niyə soy olmanı təkrarlayacaq? (Qaldı ki, nəzəriyyə doğru deyil və onsuz da təkrarlana biləcək bir təkamüllü “soy olma” yoxdur.)

 

Prum və Brushun ssenarisi də, digər evo-devo hekayələri kimi, canlıların inkişafını araşdıraraq, buradan təkamüllü nağıllar çıxarmaqdan ibarətdir. Quşların tüklərinin necə bir embrioloji inkişaf izlədiklərini detallı olaraq təsvir etməkdə, bu inkişafda 5 fərqli mərhələ olduğunu izah etməkdə, sonra da “təkamül də məhz belə olmuşdur” deməkdə və çox elmi izah etdiklərini zənn etməkdədirlər. Halbuki;

 

1) Başda ifadə etdiyimiz kimi, embrioloji inkişafın təkamüllü keçmişi əks etdirdiyi iddiası, tamamilə doqmatik qəbuldur. Heç bir dəlili yoxdur.

2) Bundan əlavə, Prum və Brushun qarşıya qoyduqları “5 mərhələli təkamül”ün necə yaşanmış ola biləcəyi sualı da cavabsızdır. Qarşıya qoyduqları 5 mərhələnin hər birinin, tükləri olmayan bir canlıya necə olub da bir üstünlük təmin edəcəyini açıqlamamaqdadırlar. Məsələn, irəli sürdükləri ilk mərhələ, sürünən dərisi üzərində silindrvarı bir boşluğun meydana gəlməsidir. Yaxşı, belə bir boşluq hansı mutasiya meydana gələcək, niyə meydana gələcək, meydana gəlsə niyə canlıya üstünlük təmin edəcək və qalıcı hala gələcək? Bu kimi təkamülçülər baxımından “narahat edici” amma həqiqi sualların hamısı cavabsızdır.

3) Qarşıya qoyduqları “5 mərhələ” heç inandırıcı deyil, çünki təsvir etdikləri mərhələlər arasında çox böyük fərqlər vardır və dolayısilə çox böyük sıçramalar lazımdır. Məsələn, ilk mərhələdə birdən birə, qüsursuz silindrvarı quruluşda, içi boş bir “quş tükü yuvası” ortaya çıxmaqdadır? İkinci mərhələdə birdən-birə kiçik budaqlara ayrılmış quş tükü meydana çıxmaqdadır. Üçüncü mərhələdə günümüzdəki quşlarının tüklərinə xeyli bənzəyən, mərkəzi val və ona bağlı tüklərə sahib bir tük meydana çıxmaqdadır. Bu mərhələlərin hamısı “təkamüllü” deyil, “inqilabi” dəyişikliklərdir. Əgər Darvinin qarşıya qoyduğu kimi “kiçik pilləli dəyişmələr” axtarılsa, Prum və Brushun qarşıya qoyduqları təkamülün 5 deyil 30-40 mərhələ tələb etdiyi görüləcək. (Və bu mərhələlərin hamısına yaxınında, təkamülləşdiyi fərz edilən canlı üçün bir üstünlük yoxdur.)

Ortada, quş tüklərindəki fövqəladə dərəcə kompleks dizaynın təsadüfi mutasiyalarla meydana gəldiyi tezisini dəstəkləyən heç bir dəlil yoxdur. Prum və Brush, göz boyama illüstrasiyalarla ard-arda “5 mərhələ” düzmüşlər; amma gerçək həyatda, mutasiya və təbii seleksiyaya söykənən təsadüfi bir müddətdə, belə bir təkamül yaşanmış olması mümkün deyil. Necə ki, fosil qeydləri də (cladistics təhrif etməsi ilə təhrif edilmədən, olduğu kimi ələ alındığında) tarixdəki ilk quş tükünün, Archaeopteryxin sahib olduğu, qüsursuz, asimmetrik, aerodinamika, dizayn möcüzəsi tüklər olduğunu göstərməkdədir.

 

Quşlar ilə dinozavrlar arasındakı böyük fərqlər

Yalnız Prum və Brushun tezisi deyil, “quşlar dinozavrdır” nəzəriyyəsinin hər versiyası çürükdür. Çünki quşlar və dinozavrlar arasında heç bir təkamüllü müddətlə bağalana bilməz “dizayn fərqliliyi” vardır. Daha əvvəl “Quşların təkamülü nağılı” (“The Myth of Bird Evolution”) başlıqlı məqaləmizdə geniş olaraq araşdırdığımız bu fərqlərin bəzilərini, qısaca yekunlaşdıraq:

 

1) Quşların ağciyər quruluşu, sürünənlərdən və bütün digər quru onurğalılarından tamamilə fərqli quruluşdadır. Quşlarda, quru onurğalılarının əksinə, hava ağciyər içində tək istiqamətdə hərəkət edər və beləcə quş daim oksigen alıb karbon 4 oksid verə bilər. Quşlara xas bu quruluşun standart quru onurğalı ağciyərindən təkamülləşmiş olması qeyri-mümkündür, çünki ara quruluşda canlının nəfəs alması mümkün deyil.7

2) Alan Feduccia və Julie Nowicki tərəfindən 2002-ci ildə, quşlar və sürünənlərin embrionları arasında edilən müqayisə etmələr, iki canlı qrupunun ayaq strukturlarının çox böyük fərqlilik göstərdiyini və aralarında təkamüllü əlaqə yaradılmasının qeyri-mümkün olduğunu sübut etmişdir.8

3) İki canlı qrupunun kəllə sümüyü arasındakı ən son müqayisə etmələr də eyni nəticəni verməkdədir. Andre Elzanowski 1999-cu ildə etdiyi bir araşdırma nəticəsində “theropod dinozavrlarının çənə və damaqlarında quşlarınkı ilə bənzər xüsusiyyətlər olmadığı” nəticəsinə gəlmişdir.9

4) Dişlər, quşlar ilə sürünənləri bir-birindən ayıran fərqlərdən biridir. Keçmişdə yaşamış bəzi quşların dimdiklərində dişlər olduğu bilinməkdədir. Uzun zaman təkamülə bir dəlil kimi göstərilən bu vəziyyətin heç də elə olmadığı, çünki quş dişlərinin çox xüsusi olduğu isə zamanla anlamışdır. Feduccia bu mövzuda belə yazır:

 

Bəlkə də terapodlarla quşlar arasındakı ən əhəmiyyətli fərq dişin quruluşu və yerləşmə şəkli ilə əlaqədardır. Xüsusilə məməli paleontologiyasının təməlini ən çox diş morfologiyasının meydana gətirdiyi qəbul edilsə, quş və terapod dişləri arasındakı böyük fərqlərə səbəb daha çox maraq göstərilmədiyi təəccüblüdür. Qısaca, quş dişi (Archaeopteryx, Hesperornis, Parahesperornis, Ichthyornis, Cathayornis və bütün dişli Mesozoik quşlarda görüldüyü kimi) bir-birinə olduqca bənzərdir və teropod dişlərindən çox fərqlidir… Dişin forması, çıxış və yenilənmə şəkli daxil olmaq üzrə quşlarla teropod dişləri təməldə heç bir istiqamətdən ortaq xüsusiyyətə sahib deyildirlər.10

 

5) Quşlar istiqanlı, sürünənlər isə soyuqqanlı canlılardır. Bu, son dərəcə fərqli iki ayrı maddələr mübadiləsi deməkdir və aradakı çevrilmənin təsadüfi mutasiyalarla həll edilməsi mümkün deyil. (Dinozavrların istiqanlı olduqları istiqamətindəki tezis isə, bu çətinliyi aradan qaldırmaq üçün ortaya atılmışdır. Ancaq hər hansı bir dəlilə əsaslanmayan bu tezisin etibarsızlığını göstərən bir çox dəlil vardır).11

 

“Scientific American”, bir daha, səthi bir darvinist təbliğata imzalamışdır. Jurnal, 2002-ci ildə, redaktor John Rennienin “15 Answers to Creationist Nonsense” adlı məqaləsiylə çıxış etməyə çalışmış, ancaq nümayiş etdirdiyi səthilik və fanatizmlə özünü çətin vəziyyətə salmışdı. (baxın: Harun Yəhya, “Scientific American”ın 15 yanılması <http://www.netcevap.org/sciam0207.html>) Quşların mənşəyi mövzusundakı yeni və iddialı məqalə də, “Scientific American”ın elmə bir daha kölgə salmaqdadır.

Quşların mənşəyi, təkamül nəzəriyyəsi baxımından, “quşlar dinozavrdır” nağılına kor-koranə inanan iki ornitoloqu və təxəyyülü geniş və əli bacarıqlı bir illüstratoru yan-yana gətirməklə həll edilə biləcək qədər sadə mövzu deyil. Bunun şüurunda olan Feduccia kimi sağlam fikirli təkamülçülər, bu mövzunun qaranlıqda olduğunu qəbul etməkdədirlər. “Scientific American”ın da eyni davranışı göstərməsini diləyirik.

Quşların və təbiətdəki bütün canlıların mənşəyinə materialist doqmadan sıyrılaraq baxan hər kəs isə, açıq həqiqəti görəcək: Canlılar, təbii faktorlarla və təsadüflərlə əsla açıqlana bilməyəcək, son dərəcə kompleks dizaynlara sahibdirlər. Bu dizaynın tək izahı, şüurlu yaradılışdır.

 

 

1) Alan Feduccia, “Birds are Dinosaurs: Simple Answer to a Complex Problem”, The Auk, oktyabr 2002, cild. 119 (4), səh. 1187-1201

2) Alan Feduccia, “Birds are Dinosaurs: Simple Answer to a Complex Problem”, The Auk, oktyabr 2002, cild. 119 (4), səh. 1187-1201

3) Alan Feduccia, “Birds are Dinosaurs: Simple Answer to a Complex Problem”, The Auk, oktyabr 2002, cild. 119 (4), səh. 1187-1201

4) Alan Feduccia, “Birds are Dinosaurs: Simple Answer to a Complex Problem”, The Auk, oktyabr 2002, cild. 119 (4), səh. 1187-1201

5) http://www.geocities.com/CapeCanaveral/Hall/2099/DinoKabin.html

6) Genetika qanunlarını rədd edən və varisliyin Lamarckın nəzəriyyəsinə görə reallaşdığını müdafiə edən Trofim Lysenko tərəfindən inkişaf etdirilən və Stalin dövründə SSRİ-nin rəsmi elmi doktrinası olan boş söz.

7) Michael J. Denton, Nature”s Destiny, Free Press, New York, 1998, səh. 361.

8) David Williamson, “Scientist Says Ostrich Study Confirms Bird “Hands” Unlike Those Of Dinosaurs”, EurekAlert, 14 avqust 2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php

9) A Elzanowski 1999. “A comparison of the jaw skeleton in theropods and birds, with a description of the palate in the Oviraptoridae”. Smithsonian Contributions to Paleobiology 89:311-323

10) Alan Feduccia, “Birds are Dinosaurs: Simple Answer to a Complex Problem”, The Auk, oktyabr 2002, cild. 119 (4), səh. 1187-1201

11) MORELL, V..”A Cold, Hard Look at Dinosaurs”, Discover, 1996, 17(12):98-108.