“Bilim ve Teknik” jurnalının iyun 2002-ci il tarixli sayında, “Çiçəkli bitkilərin atası” adlı başlıqlı yazıda, Şimali Çində olan bir bitki fosilindən bəhs edilir. Yazıda, bu fosilin çiçəkli bitkilərin atası olduğu iddia edilir, təkamülçülər üçün əhəmiyyətli bir problem (maneə) olan çiçəkli bitkilərin mənşəyi haqqında, bu fosillə həll edilmiş kimi göstərilir.
Halbuki, bu bitki fosili təkamülçülərin heç bir problemini həll etmir, eyni zamanda, onlar üçün yeni problemlər də yaradır.
Tapılan bitki fosili, bir ara-keçid forması və ya itmiş halqa deyil
“Bilim ve Teknik” jurnalında, bəhs edilən fosilin çiçəkli bitkilərin atası olduğu bildirilir. Ancaq, fosili tapan və araşdıran elm adamları, bu fosilin bir “ata” olmadığını, özünə xas xüsusiyyətləri olan, olduqca kompleks xüsusiyyətlərə və artım sisteminə sahib bir bitkiyə aid olduğunu ifadə edirlər. “Nature” jurnalının 3 may 2002-ci il tarixli internet səhifəsində nəşr olunan, “Christopher Surridge” imzalı, “Fresh bunch of old flowers” (Bir dəstə köhnə çiçək) başlıqlı yazıda bu fosil haqqında belə deyilir:
“Ancaq Archaefructaceae bitki təkamülündəki itmiş halqa deyil. Bu bitkilər təkamül üçün çıxılmaz vəziyyət kimi tanınan nəvələri yoxdur.” 1
“Science” jurnalında isə, Archaefructaceaenin günümüzdəki çiçəkli bitkilərindən bir fərqi olmadığı ifadə edilməkdədir.2 Yəni, çiçəkli bitkilər, 125 milyon ildir təkamül keçirməmişlər, yalnız fərqli növlər aşkar edilmişdir, bəzi növlərin isə nəsli kəsilmişdir. Buna görə, bu fosil, bitkilərin guya təkamülünə heç bir şərh gətirmir.
Həm də, bu günə qədər tanınan ilk çiçəkli bitki fosili dövrümüzdən 65 milyon il əvvələ aid idi. Yeni olan fosilin isə 125 milyon illik olduğu təsbit edilmişdir. Təkamülçülər, 65 milyon il əvvəl, ilk çiçəkli bitkinin necə birdən-birə dünyanı əhatə etdiklərini sualına cavab tapa bilməzkən, indi daha da çətin bir problemin, 125 milyon il əvvəl, ilk çiçəkli bitkilərin necə birdən-birə yarandıqları sualının cavabını vermək məcburiyyətindələr. Darvin, dövrümüzdən 150 il əvvəl təkamül nəzəriyyəsinin bu əhəmiyyətli problemini belə ifadə etmişdir:
“Bitki aləminin tarixində (elmi təsnif etmə cəhətdən) yüksək səviyyəli bitkilərin açıq-aşkar bir anda və birdən-birə inkişafları qədər, mənim üçün daha da möhtəşəm hadisə yoxdur.”
Darvinin dilə gətirdiyi bu çətinlik hələ də davam edir.
Bitkilərin təkamülü iddiasının heç bir elmi sübutu yoxdur
Hər nə qədər “Bilim ve Teknik” jurnalı, tək bir çiçəkli bitki fosili ilə bitkilərin təkamülü hekayəsinin həll olunmuş kimi bir təəssürat bəxş etməyə çalışsa da, bitkilərin təkamülü mövzusu çox böyük boşluqlarla və mümkünsüzlüklə doludur.
Təkamülçülər, bitkilərin əmələ gəlməsiylə əlaqədar olaraq, tək bitkidən yüz minlərlə növ bitki növünün ortaya çıxdığını iddia edərlər. Ancaq təkamülçülər digər mövzularda olduğu kimi, bu mövzuda da, iddialarını dəstəkləyə bilən hər hansı elmi dəlil təqdim edə bilməzlər.
Bu gün bitkilərin təkamülü ssenarisinin müdafiəçilərinin düşdükləri ən böyük çətin vəziyyət, ilk bitki hüceyrəsinin necə təkamülləşdiyidir. Bundan sonra isə, tək bir hüceyrədən ilk bitki və bu bitkidən minlərlə növ bitkilərin necə əmələ gəldiyi sualı yenə cavabsızdır. Belə bir təkamülü göstərən tək bir ara-keçid fosili də yoxdur. Yarı formalaşmış orqanlara, sistemlərə sahib heç bir sadə bitki fosili yoxdur, bir bitkinin bir başqa bitkinin atası olduğuna dair əldə heç bir dəlil yoxdur. Bu səbəbdən bitkinin xəyali təkamülü üçün çəkilən təkamül ağacları tamamilə təxəyyülün məhsuludur və heç bir elmi əsası yoxdur.
Amerikalı bioloq Ranganathan, “B. G. Origins? “ adlı kitabında bu mövzuda aşağıdakı etirafı etmişdir:
“Nə keçmiş qalıq qeydlərində təkamülü sübut edən ara-keçid formasına aid orqanları yarı formalaşmış hər hansı bir heyvana və ya bitkiyə, nə də indiki vaxtda təkamülün hələ davam etdiyinə işarə edən yarı inkişaf etmiş bir heyvana və ya bitkiyə rast gəlinməmişdir.” 3
Əldəki fosillər isə, bitkilərin bir-birlərindən müstəqil olaraq, yer üzündə birdən yarandıqlarını göstərir. Bu vəziyyəti etiraf edən Cambridge Universitetindən olan təkamülçü Prof. Dr. Edred Cornerin sözləri belədir:
“… Hələ ön mühakiməsiz olaraq bitkilərin fosil qeydləri, xüsusi bir yaradılışın lehinədir. Bitkilərin fosil qeydləri xüsusi yaradılışın lehində görünür. Bir səhləb çiçəyi, bir su mərciməyinin və bir palmanın eyni atadan törədiyini necə düşünə bilərsiz? Həm də, bu təxmin üçün hər hansı bir dəlilimiz yox ikən. Təkamülçülər bir cavab vermək üçün hazırlanmalı, amma məncə çoxu mübahisə başlamadan bitəcək.” 4
Təkamülçü olmağına baxmayaraq Edred Cornerin də etiraf etməkdən özünü saxlaya bilmədiyi həqiqət əslində çox aydındır. Əlbəttə ki, tək bir bitkidən saysız müxtəlif bitkilərin ortaya çıxması qeyri-mümkündür. Bitkilərin hər biri öz növünə aid fərqli xüsusiyyətlərə malikdir. Rəngləri, dadları, görünüşü, artım formaları bir-birindən fərqlidir. Yarpaqlar dünyanın hər yerində fotosintez edə biləcəkləri mexanizmlərə sahibdirlər. Bənzərsiz daşıma sistemləri, dünyanın hər yerindəki bitkilərdə vardır. Bu kompleks (mürəkkəb) və sadəyə aid olmayan mexanizmlərin, təkamülçülərin iddia etdikləri kimi, təsadüfən əmələ gəlməsi qeyri-mümkündür.
Bütün bunların bizə göstərdiyi yeganə nəticəsi vardır. Bütün canlılar kimi bitkilər də yaradılmışdır. İlk yarandıqları andan etibarən bütün mexanizmləri qüsursuz olaraq vardır.
Təkamül nəzəriyyəsinin bitkilərin mənşəyi haqqındakı maneələri bir çox təkamülçü etiraf edir:
Chester A. Arnold, Michigan Universitetində fosil bitkilər üzərində işlər aparan bir botanika professorudur. “Paleobotanikaya giriş” adlı kitabında belə deyir:
“İndiyə qədər heç bir müasir bitkinin başlanğıcından bu günə qədər olan təkamül qohumluq tarixini izləmək şansımız olmadı.” 5
Daniel Axelrod isə “The Evolution of Flowering Plants, in The Evolution Life” adlı kitabında belə demişdir:
“Angiospermalara, yəni çiçəkli bitkilərə gətirib çıxaran primitiv qrup, fosil qeydlərində hələ təsbit edilməmişdir və yaşayan heç bir angiosperma, belə bir əlaqəyə diqqətləri çəkməmişdir.” 6
Nəticə
Təkamülçülərin ifadələrində də göründüyü kimi, bitkilərin təkamülləşərək əmələ gəldiklərinə dair heç bir elmi dəlil yoxdur. Bitkilər, fosil qeydlərində, günümüzdəki bitkilərə bənzər xüsusiyyətlərlə birdən-birə ortaya çıxmışlar (yaranmışlar). Bu isə, onların digər canlılar kimi yaradıldıqlarını göstərir. “Bilim ve Teknik” jurnalı, yaradılış həqiqətini qəbul etmək istəmədiyi üçün, hər fosili təkamül nəzəriyyəsinə görə qiymətləndirməyə çalışır, ancaq hər dəfə də, elmi və məntiqi yanılmalar göstərir. “Bilim ve Teknik” jurnalının bundan sonrakı nəşrlərində obyektiv qiymətləndirmələr edə bilməsini və təkamül nəzəriyyəsinin elmi məğlubiyyətini görə bilməsini ümid edirik.
- http://www.nature.com/nsu/020429/020429-15.html
- Erik Stokstad, “Fossil Plant Hints How First Flowers Bloomed”, Science, Volume 296, Number 5569, Issue of 3 may 2002, səh. 821
- Ranganathan, B.G. Origins?, Carlisle, PA: The Banner of Truth Trust, 1988. səh. 20
- J. H Corner, Evrim, Çagdas Botanik Düsünce, Macleod ve L S Copley (Chicago, Quadrangle Kitaplar, 1961)
- Chester A. Arnold, Paleobotanige Giris, New York: Mc Grow-Hill,1947, səh. 7
- Daniel Axelrod, The Evolution of Flowering Plants, in The Evolution Life, səh. 264-274 (1959)