BBC-nin internet saytında və “Radikal” qəzetində Darvin ailəsi ilə əlaqədar bir xəbərə yer verildi. (BBC, “Darvin family repeat flower count -Darvin ailəsi çiçək sayısını təkrarlayır”, 7 iyun 2005-ci il; Radikal, “İndi növbə nəvə Darvinlərdədir”, 8 iyun 2005-ci il).

Bəhs olunan xəbərdə, Charles Darvinin, İngiltərənin bir şəhərində, 1855-ci ildə başladığı çiçək qeyd etmə işinin, Darvin ailəsinin hal-hazırki nümayəndələri tərəfindən davam etdirildiyi izah edilirdi. Mövzunun təfərrüatları bildirildiyi sətirlərdə, nəvə Darvinlərin, “çiçəklərin son 150 ildə keçirtdiyi dəyişiklik” tədqiqat aparacaqları şəklində bir ifadəyə də yer verildiyi görünürdü.

Burada, nəvə Darvinlərin araşdıracaqları dəyişikliyin sərhədləri haqqında qısaca məlumat vermək faydalı olar.

Müasir elmin tapıntıları, təbiətdə Darvinin nəzəriyyəsinin iddia etdiyi kimi, növlər arasında bir dəyişiklik yaşanmadığını aşkar etmişdir. Təbiətdəki dəyişiklik məhduddur və bir növün öz içindəki variasiyaları şəklində müşahidə edilir. Bu isə, təkamülə heç bir şəkildə dəlil gətirməz. Variasiya-genetik növlərə ayrılmaq deməkdir. Bu hadisə, bir canlı növünün içindəki fərdlərin, bir-birlərindən fərqli xüsusiyyətlərə sahib olmağına səbəb olar. Yəni, mövcud olan genetik məlumatda, fərqli uyğunluqlar ortaya çıxar, ancaq bu fərqliliklər də, genetik məlumatın icazə verdiyi ölçüdə reallaşar.

Bu, bitki və heyvanları islah edən insanların, tarix boyunca müşahidə etdiyi və həm də, XX əsr boyunca aparılan çox sayda laboratoriya təcrübəsi ilə təsdiqlənmiş həqiqətdir. Bütün bu təcrübə və elmi araşdırmalar, növlərin təbii “növlərə ayrılma” prosesi ilə əsla aşa bilməyəcəkləri sərhədlər olduğunu göstərmişdir. Bu sahədəki ən məşhur adlardan biri olan Luther Burbank, növlər arasında dəyişikliyi məhdudlaşdıran görünməz bir qanunun olduğu fikrindədir:

 

Təcrübələrimdən bilirəm ki, yarım ilə, altı santimetr arasında alça yetişdirə bilərəm. Amma etiraf edim ki, bir göy noxud qədər kiçik və ya bir az böyük alça əldə etmə səyi müvəffəqiyyətlə nəticələnməyəcək… Qısaca, ola biləcək düşünülən inkişafların sərhədləri vardır və bu sərhədlər bir qanuna tabedir… Bu, ilk vəziyyətə, yəni ortalama ölçüyə dönmə qanunudur… Çox sayda aparılan təcrübələr əvvəldən də, müşahidə etdiyimiz nəticələri təsdiqləyən elmi dəlillər ortaya qoymuşdur. Yəni, bitkilər və heyvanlar sonrakı nəsillərdə orta ölçülərinə və ya quruluşlarına geri dönməyə meyllidirlər… Bir sözlə, bütün canlıları müəyyən bir sərhəddə olmağa məcbur edən, cazibə qüvvəsi vardır (Norman Macbeth, Darvin Retried, Boston, Gambit INC., 1971, səh. 36)  

 

Biologiya professoru Lane P. Lester və molekulyar bioloq Raymond G. Bohlin, “Natural Limits to Biological Change (Bioloji dəyişikliyin təbii sərhədləri)” adlı kitabında belə yazmışdılar:

 

“Yaşayan orqanizmlərin populyasiyalarının, müəyyən müddət ərzində anatomik, fizioloji, genetik quruluş və s. cəhətdən dəyişdikləri, mübahisə edilməyən həqiqətdir. Geriyə qalan çətin məsələ, bu problemin cavabıdır: Nə qədər dəyişiklik mümkündür və bu dəyişikliklər hansı mexanizm ilə əmələ gələr? Bitki və heyvan yetişdiriciləri, canlıların dəyişdirilə bildiyinə dair ciddi nümunələri bir yerə yığa bilərlər. Amma bir yetişdirici işə itlə başlayanda, nəticədə yenə it əldə edir, fərqli və qəribə görünüşlü bir it olsa belə, nəticədə itdir. Meyvə ağcaqanadı yenə meyvə ağcaqanadı olaraq qalır, güllər gül olaraq qalır (Lane P. Lester, Raymond G. Bohlin, Natural Limits to Biological Change, səh. 13-14)”

 

Bitkilərdəki məhdud dəyişikliyi yalnız insanların canlı nümunələr üzərində apardığı müşahidələrə deyil, milyonlarla illik fosil qeydinə də, damğasını vurmuşdur. Nəvə Darvinlərin araşdırdıqları çiçəkli bitkilərin guya təkamül mənşələri tamami ilə qaranlıqdır. Bütün bitki qrupları kimi, bunlar da, fosil qeydlərində birdən və qüsursuz quruluşları ilə yaranar.

Buna görə çiçəkli bitkilər üzrə mütəxəssis olan Daniel Axelrod, “The Evolution of Flowering Plants en The Evolution Life” adlı kitabında bu etirafı etmək məcburiyyətində qalmışdır:

 

“Angiospermalara, yəni çiçəkli bitkilərə gətirib çıxardan primitiv qrup, fosil qeydlərində hələ təsbit edilməmişdir və yaşayan heç bir angiosperm, belə bir əlaqəyə diqqətləri çəkməmişdir. (Daniel Axelrod, The Evolution of Flowering Plants en The Evolution Life, səh. 264-274 (1959))”

 

Göründüyü kimi, BBC və “Radikal” xəbərlərində araşdırıldığı bildirilən dəyişiklik, növ arasında məhdud qalan və bitkiləri başqa bitkilərə çevirməyən məhdud bir dəyişiklikdir. Təkamül nəzəriyyəsi, çiçəkli bitkilərin yalnız fosil qeydlərində birdən ortaya çıxışını deyil, bu canlıların etdiyi fotosintezin kökünü, bitki hüceyrəsindəki kompleks orqanellərin necə təsadüflərlə mütəşəkkil olaraq hüceyrə əmələ gətirdiyini də izah edə bilir.

“Radikal” qəzetinə və BBC-də Darvinizmin elmi çətinlikləri artıq qəbul etmələrini və çiçəkli bitkilərin qeyd etmə işinin təkamül nəzəriyyəsinə elmi dəlil gətirməyəcəyini görmələrini tövsiyə edirik. Çiçəklər, ortaya qoyduqları estetik və kompleks dizayna açıq-aşkar yaradılış dəlilidirlər. Çiçəklər, məqsədsiz bir prosesdə təsadüfi dəyişikliklə ortaya çıxmamışlar, Uca Allah, digər bütün varlıqları olduğu kimi çiçəkləri də, sonsuz elmlə yaratmışdır.